Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Gedirsən...



Gedirsən...

Ömrümün gül açan gənclik bağında,

Sevgimin əlçatmaz həsrət dağında,

Qəlbimin titrəyib sevən çağında

Vurub ürəyimə yara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Qəlb necə unutsun şirin sözünü?

Qəm-qüssədən heç qalmayıb dözümü.

Silib gözlərimdən gülən gözünü

Çəkib varlığımı dara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Ərşə çəkdirmisən şirin yuxumu,

Sən olmasan neynirəm var-yoxumu?!

Könlümdə cücərdib sevgi toxumu

Yetmədən ən şirin bara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Çöküb gözlərimə qaranlıq pərdə,

Zülmətdir açılan nurlu səhər də.

Salaraq qəlbimi sağalmaz dərdə

Tapmadan yarama çara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

Gedirsən...

Yadımdadır hər bir sözün, söhbətin,

Sanırdım tükənməzdir məhəbbətin,

Bilirsən tək-tənha bacarmaq çətin,

Ataraq borana, qara gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Sənə olan hisslərimi duymadan,

İşıq saçan gözlərinə doymadan,

Axan göz yaşıma məhəl qoymadan

Üz çevirib başqa yara gedirsən???

Məni tənha qoyub hara gedirsən?

 

Nədir gözlərində qəmgin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki boranlar, qışlar?

İndi dönüb sənmi mənə deyirsən:

Məni tənha qoyub hara gedirsən?!

                                                                                                                                    Sevda Rəhimli (Titi)

Səslərin sayı: 12
57
4846
loading...
Şərhlər
Offline
Farida_Asadova
Çox gozel şeirlerdi........
1 may 2014 12:41
Offline
Titi
Maya,
Tesekkur edirem baci
14 dekabr 2013 23:35
Offline
Maya
Ne gozel serdi.beyenmemek mumkun deyil.
14 dekabr 2013 23:09
Offline
Elcin Ceferov
yeni ilhamlar arzu edirem size give_ros
15 noyabr 2013 00:06
Offline
Titi
Maya,
Elcin Ceferov,
tesekkur edirem give_ros
15 noyabr 2013 00:05
Offline
Elcin Ceferov
ne tesirli seirdi bele
13 noyabr 2013 23:45
Offline
Maya
elinize sagliq
10 noyabr 2013 00:06
Offline
Titi
qələminə qüvvət ürəyinə sağlıq çox bəyəndim davamlı olsun
Allah heç kimə bu sözləri deməyi nəsib etməsin
Məni tənha qoyub hara gedirsən?

tesekkur edirem bacim Allah razi olsun. beyendiyinize cox sevindim. amin baci insAllah give_ros
birinci defediki bele gozel wweiri oxuyuraaam cooox sagooolun

caan cox sag ol bacim.tesekkur edirem. siz sag olun give_ros
27 oktyabr 2013 14:13
Offline
_Nur Ay _
birinci defediki bele gozel wweiri oxuyuraaam cooox sagooolun
27 oktyabr 2013 13:09
Offline
MAYA EL
qələminə qüvvət ürəyinə sağlıq çox bəyəndim davamlı olsun give_ros
Allah heç kimə bu sözləri deməyi nəsib etməsin
Məni tənha qoyub hara gedirsən?
26 oktyabr 2013 20:19
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Chichek
Fatma xanim,hansi shertler altinda mecburen ayrildigimizi bilmirsiniz...
26 oktyabr 2013 12:17
Offline
Titi
Canım gözüm.Bu dünyada heç bir kişi göz yaşı axıtmağa dəyməz.Kişilər Allahın yaratdığı cox əcayib məxluqları. QALDI HƏLƏ ONLARI SEVIB ƏZAB ÇƏKMƏYƏ.DƏYMƏZ.QOY ONLAR BIZIM DERDIMIZI ÇƏKSINLƏR. əminəm ki gedən səni itirdiyi üçün daha çox peşman olacaq.

can bacim cox tesekkur edirem. deyim ki bu sozler menim heyatimi eks etdirmir. sadece ureyimden gelen sozlerdi. give_ros
26 oktyabr 2013 01:15
Offline
Seadet Sexavet
Canım gözüm.Bu dünyada heç bir kişi göz yaşı axıtmağa dəyməz.Kişilər Allahın yaratdığı cox əcayib məxluqları. QALDI HƏLƏ ONLARI SEVIB ƏZAB ÇƏKMƏYƏ.DƏYMƏZ.QOY ONLAR BIZIM DERDIMIZI ÇƏKSINLƏR. əminəm ki gedən səni itirdiyi üçün daha çox peşman olacaq.
26 oktyabr 2013 01:08
Offline
Titi
Ay Titi xanim Allahdan umid kesilmez, men inanmiram sevdiyim meni aldatsin onu qorumasi ucun Allaha yalvariram onu Allaha etibar etmisem

yaxsi edirsen canim insAllah hemise bele olar tesekkurler give_ros
Qeseng seirdi Titi :).arada nikbin notlarada toxun

tesekkur edirem. nikbin notlar da olar insAllah give_ros
26 oktyabr 2013 01:06
Offline
Aga1
Qeseng seirdi Titi :).arada nikbin notlarada toxun
26 oktyabr 2013 00:57
Offline
M
Ay Titi xanim Allahdan umid kesilmez, men inanmiram sevdiyim meni aldatsin onu qorumasi ucun Allaha yalvariram onu Allaha etibar etmisem
26 oktyabr 2013 00:26
Offline
Titi
cox gozel weirlerdi ilhaminiz bol olsun

gozel gunun olsun bacim. tesekkur edirem give_ros

Məni tənha qoyub hara gedirsən?

bezen geden bu sualin cavabini vermeden gedir...oxudugunuz ucun tesekkur edirem give_ros

Cooox beyendim...Men xinayaxdi gunumedek gozledim ki,o geri donsun ve ona qosulum qacim...Gelmedi,meni tenha qoyub getdi...Getdi...Getdi...Toyumda bu sozleri ureyimde deyirdim--meni yad ellere nece verirsen?hani o sevgi? Amma artiq cox gecdi.Men ayri evin gelini,o ayri evin beyi...Kim deyir ki sevginin 3-5 il omru var?8 ildir 8 deq beynimden,ureyimden,ruhumdan cixmir............................

caaan baci, artiq dusunme onu mence. oz ailenden mohkem tut, senin her seyin indi onlardi. beyendiyin ucun tesekkur edirem give_ros

özünü sənə layiq bilməyəndən ötrü bu qədər əzab çəkməyə dəyərmi

duz deyirsiz Fatma xanim deymez

özünü sənə layiq bilməyəndən ötrü bu qədər əzab çəkməyə dəyərmi

duz deyirsiz Fatma xanim deymez
25 oktyabr 2013 20:34
Offline
Fatma xanım
,ureyimden,ruhumdan

özünü sənə layiq bilməyəndən ötrü bu qədər əzab çəkməyə dəyərmi
25 oktyabr 2013 12:48
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Chichek
Cooox beyendim...Men xinayaxdi gunumedek gozledim ki,o geri donsun ve ona qosulum qacim...Gelmedi,meni tenha qoyub getdi...Getdi...Getdi...Toyumda bu sozleri ureyimde deyirdim--meni yad ellere nece verirsen?hani o sevgi? Amma artiq cox gecdi.Men ayri evin gelini,o ayri evin beyi...Kim deyir ki sevginin 3-5 il omru var?8 ildir 8 deq beynimden,ureyimden,ruhumdan cixmir............................
25 oktyabr 2013 12:42
Offline
Deniz_24
Məni tənha qoyub hara gedirsən? recourse
25 oktyabr 2013 10:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış