Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)

Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
Titi
İnsan bütün həyatı boyunca bir çox qorxulu və həyəcanlı anlar yaşayır. Ani qorxular müəyyən müddət sonra yaddan çıxır, lakin insanı bütün ömrü boyu narahat edən qorxular da olur. Mənim ən böyük qorxum ailə üzvlərimdən kimisə itirməkdir, əsas da anamı. Ona nə isə olmasını heç istəmirəm. Anam xəstələnəndə belə dua edirəm ki, kaş o xəstəlik mənə keçsin ancaq anam sağalsın, onun dərdi mənə gəlsin ancaq o, dərd çəkməsin. Allah bütün valideynləri qorusun. Allah dərgahına üzüağ, alnıaçıq çıxa bilməməkdən qorxuram, imanımın azalacağından, cəhənnəm atəşindən qorxuram. Daha sonra kiminsə qəlbinə dəyməkdən çox qorxuram. Kiminsə məndən incidiyini eşidəndə özümü çox pis hiss edirəm, üzr istəməkdən də çəkinən deyiləm - hətta haqlı olsam da. Çox qəribə olsa da, zamanın tez keçəcəyindən qorxuram. Elə hiss var ki, içimdə zaman tez keçir, lakin mən istədiklərimi hələ də xoşbəxt edə bilmirəm. Sanki mənə vaxt qoyulub və edəcəklərimi o vaxt çərçivəsinə sığışdıra bilmirəm. Həyatda qorxmadıqlarıma gəldikdə isə bunu demək bir az çətindir. Amma onu bilirəm ki, kiminləsə üz-üzə gəlməkdən qorxmuram, çalışıram özüm haqsızlıq etməyim və bu baxımdan haqqımı tələb etməkdən də qorxmuram. Bəzən insanları həyatın çətinlikləri qorxudur, lakin çox şükürlər olsun Allah mənə o çətinliklərə dözməyə güc, qüvvət, iradə və səbr verib. İstədiyim hər bir şeyə Allahın yardımı ilə çətinliklə də olsa çatıram. Bu baxımdan atdığım hər addımda Allahın mənə kömək olacağına çox inanıram və dualarımda həmişə mənə doğru yol göstərməyini istəyirəm. Ona görə də qarşılaşdığım və qarşılaşacağım çətinliklərdən qorxmuram. Məncə, bu qədər bəsdir. Allahımdan hər bir kəsə yalnız sevinc, sevgi və xoşbəxtliklə dolu günlər arzulayıram. Həyat sizləri qorxuyla sınağa çəkməsin və qorxu sizlərə ulduzlar qədər uzaq olsun...
Ramile Husna
Həyatdan qorxduğum çox şey var. Əlbəttə ki, ilk öncə Allah qorxusu var içimdə. Amma söhbət həyatdan qorxmaqdan gedir. İlk öncə ağlımı itirməkdən qorxuram, yəni bunu dəli olmaq mənasında demirəm yəni hansısa bir ağılsız bir hərəkətə görə əlimdən çıxacaqlardan qorxuram. Anam, atam, qardaşlarım, evladlarım, həyat yoldaşım, bütün bu insanların həmişə həyatımda olmasını istəyirəm. Düzdür həyatımda böyük itki olmayıb inşaAllah ki, heç vaxt da olmaz, amma uşaq ikən hardasa 2-ci sinifdə oxuyanda babam rəhmətə getmişdi,  o an ölümün nə olduğunu bilmirdim. Amma əmim qızlarının babamı bir daha görməyəciyik dediyi an ayaqlarımı hiss etməməşdim. Uşaq olsam da böyük stress keçirmişdim. İndi hərdən nənələrimi bir də babam qalıb, onu görməyə gedəndə onları da 10- 15 il ərzində itirəcəyəm deyə çox qorxuram. İnanın ki, bəlkə heç kim öz nənə babasını mənim kimi sevə bilməz. Yanlarına gedən kimi nənələrimi o qədər öpürəm ki, onlar bəsdir desinlər sonra əl çəkirəm. Çox danışdım deyəsən çox yazmaq istəmirəm. Çox yazanda yazını oxuyan olmur ona görə də oxuyun dəfələrlə oxuyun.
Günel Əsədova
Həyat qəribədir. Gözlənilməz anlarla doludur. Yaxşı, yaman. Və bütün bunları idarə edən var: Uca Allahımız. Mən Allahdan qorxuram. Onun qəzəbinə gəlməkdən qorxuram. Hər addımda, onun xoşuna gəlməyəcəkləri etməkdən qorxuram. Başqa bir şeydən qorxmuram. Çünki Allahdan başqa yer üzərində nə varsa heç biri mənimçün qorxulu deyil, çünki o uca Yaradana sıgınmışam. Həmişə ondan kömək diləyirəm. Allah hamımızın köməyində olsun! Amin!
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
MAYA EL
Həyatdan həm qoruxaram həmdə qorxmuram. Həyatdan ona görə qorxuram, çünki həyat sürprizlərlə doludur, nə vaxt nə olacağını bilmirik. Həyatdan qorxmuram çünki hər zaman Allaha sığınıram. Ey həyat sən nə qəribəsən, həqiqətəndə həyat çox qəribədir...
Nə yaxın qonşu olduq bu dünyada, 
Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq bu dünyada,
Ey həyat, sən nə qəribəsən?…

Sən ay kimi baxdın mənə, 
Sən gün kimi baxdın mənə, 
Gözlərinin qarasıyla 
Güldü ömrümun baxdı mənə…

Aylar keçir, illər keçir, axın olur, 
Yadlar gəlir doğma olur, yaxın olur. 
Məhəbbətlə ötən ömür, yağıl olur,
Ey həyat, sən nə qəribəsən?

Bu ilqarı yaşatdıq canımızda,
Gənclik eşqi qaynadı qanımızda.
Qohum oldu atamız, anamız da,
Ey həyat, sən nə qəribəsən?...
Gulum
Həmişə Qadin.Netlilər haqqında yazı yazanda çox çalışıram ki, qısa yazım, amma nədənsə alınmır. Qadın.Netlilərin xəbərlərini hansı mövzudan asılı olmayaraq sanki onların bir hesabat yazıb bizlərə təqdim etdiklərini fikirləşirəm. Həyatda qorxub qorxmadıqlarımı düşünəndə qorxduqlarım daha çoxmuş kimi gəlir mənə. Bəzən dərdləşdiyim yaxınlarımın mənə qururla "Sən güclü qadınsan" deməsi bir az mənə təsəlli gətirir. Lakin mən bilmirəm nədəndirsə, uşaqlıqdan çox şeydən qorxaraq böyumüşəm. Əvvəlcə qaranlıqdan,  yuksəklikdən, hətta bəzi insanlardan olan fobiyalarım məni həyatdan qorxmağa məcbur edib. Hərdən kiminsə "itirməkdən qorxuram" deməsi əvvəllər mənə qəribə gəlirdi. Lakin 5-6 il bundan öncə cavan baldızımı faciəli şəkildə itirəndə yoldaşımın keçirtdiyi sarsıntı sanki mənə bu qorxuları dərindən dərk elətdirdi. Bizdən getdikdən düz saat yarim sonra onun qəzaya düşməsi "hər anın öz hökmü var" kəlməsini təsdiqlədi. Həyatda ən çox qorxduğum kiminsə qəlbini qırmaqdır. Doğmalarımdan mənim kiməsə və kiminsə mənə olan etibarini inamın itirmək daha qorxuludur. Hər gün Allahıma dua edirəm ki, "Ya Rəbbim, Sən övladlarımın ürəyindən Allah xofunu, qorxusunu eskik etmə". Tez-tez Allahımın qarşısında etiraflar etməyim həyatdan olan qorxularımı azaldan yeganə bir şeydir. Rəbbim həyatda heç kimi tək qoymasin. Tək qalmaqdan çox qorxuram. Bəlkə də qızlarımız oxuyanda "Bu nə qorxaq qadındır" deyəcəklər, amma mən sadəcə olduğumu etiraf etdim. Qorxmadıqlarımı fikirləşəndə yazmağa bir söz tapmadım, bəlkə də var yadıma düşmür. Əgər kimisə yazdıqlarımla yordumsa bağışlasın.
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
NARİN YILMAZ
Həyatda ən çox qorxduğum şey valideynlərimi itirmək idi. Hər zaman düşünəndə ki, kiminsə atası və ya anası rəhmətə gedib içimdə dəhşətli dərəcədə qorxu yaranırdı. Amma qismətin önünə hec kim keçə bilmir. 9 il bundan öncə atamın amansız bir xəstəliyə tutulduğunu öyrəndik, dünyam başıma yıxıldı sanki. Hər zaman ölümsüz deyə düşündüyüm atam çox çəkmədi ki, dünyasını dəyişdi və atamı itirdim. Allahın yazdığı qismət deyib bununla barışdım desəm yalan olar, çünki dilim desə də qəlbim heç vaxt bunu qəbul eləmir. Allah hər kəsi sevdiyi insanlara bagışlasın, dunyadan köçən sevdiklərimizədə qəni-qəni rəhmət eləsin. Bu qədər. Artıq dünyada qorxduğum tək şey yalqızlıqdır, İnsaAllah Allah qorxduğumu başıma gətirməz.
Sonay Quluzadə
Həyatdan qorxuram, sorğu-sual olunacağım o gündən elə qorxuram ki, kaş ki bir ağac olaydım, kaş ki bir daş olaydım və s. fikirləşirəm. Amma sorğu-sual olunmayım. Qorxuram ki, o gün deyilə ki, layiqli qul olmamısan, qorxuram ki, o gün deyilə ki, yaxşı övlad olmamısan, qorxuram ki, o gün məlum ola ki, yaxşı həyat yoldaşı olmamışam, qorxuram ki, o gün məlum ola ki, nümunəvi ana olmamışam, qorxuram ki, həmin gün qızım sinəmdən itələyə ki, mənim anam deyilsən. Məhv olaram mən. Havalanacaq qədər qorxuram. Verilənləri lazımınca dəyərləndirməməkdən, mənəviyyatımı itirməkdən çox qorxuram, şeytana aldanmaqdan qorxuram.
Həyatda maddiyyatla bağlı problemlərdən qorxmuram, heç bir fiziki-mənəvi zərbədən qorxmuram, çünki sığındığım Allahım var. Bir sözlə, Allahdan başqa kimsədən qorxmuram.
Yasemen
Ölümdən yox mən həyatdan qorxuram, çünki həyat süprizlərlə doludur, hər an nə olacağını biz bilmirik. Sadəcə yaşayırıq. Həyatın sabah bizə nə gətirəcəyini gözləyirik. İnsan bir dəfə yalanla qarşılaşdıqdan sonra həyatın sadəcə yalandan ibarət olduğunu yaxşı anlayır. Mən həyatdan yox, əslində bu dünyada pis insanlardan, yalanlardan və xəyanətdən qorxuram. Qısacası mənim qorxum bu həyatda sevdiklərimin məni incitməsindəndir. Bu həyatda bir tək ölümdən qorxmaq lazım deyil, o da bəlkə də bu həyatda ölüm acısını yaşadığıma görədir. Bir qadın üçün övladını itirməkdən pis nə ola bilər. Axı üzünü heç görmədiyim ilk körpəmi itirdim mən. O körpəmdən sonra da neçə övladım olursa-olsun o, mənim ilkim olaraq qalacaq (Yenə də ana olmağa hazırlaşıram, inşallah bu övladımı qucağıma almaq nəsib olar mənə). Bunlara baxmayaraq, mən yenə də Allaha şükür etməyi bacarıram, bu da hamısı Allahımın mənə göstərdiyi mərhəmət sayəsindədir.
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
İbrahimova Gulya
Ən asan həyat - ölmək, ən çətini isə yaşamaqdır. Həyatdan sevdiklərimi, ən yaxınlarımı - anamı, atamı, bacımı, nişanlımı məndən alar deyə çox qorxuram. İndiki halımda bu qorxu məni heç rahat buraxmır.  Ağlıma pis fikirlər gəlir, bəlkə nişanlımı bir də görə bilmədim (əsgər olduğu üçün). Bütün günü dua edirəm ona görə.  Allah bütün əsgərləri sağ-salamat öz yaxınlarına qovuşdursun, Amin. Bu həyatda tək qalmaq qorxusu, hətta belə bir şeyin nə vaxtsa ola biləcəyini düşünmək belə sözlərlə demək olmur, amma çox ağır gəlir... Şeytanın tələsinə düşüb imanımın zəifləməsindən qorxuram, kiminsə xətrinə dəyməkdən, kiminsə ahını almaqdan qorxuram... Həyatda qorxmadığım tək bir şey risk eləməkdir, risk eləməyi xoşlayıram. Deyilənə görə həyatın sonu kədərli, ortası işə yaramayan, əvvəli isə gülməlidir. Amma məncə hər şey insandan asılıdır. Qorxularımızı yenib həyatımızın ortasını da işə yarayan və çox şən edə bilərik, axırı isə ... onu dəyişmək olmur.
Parvina İbrahimova
Bu cür silsilə xəbərlər bizə-bir birimizi tanımağa şərait yaradır. Mənim üçün şəxsən böyük maraq nöqtəsidir. Mənim hər zaman qorxduğum iki şey olub: biri qocalmaq, biri isə sevdiklərimi itirmək. Bir neçə il bu qorxu ilə yaşadım. Az qala hər gün qorxu, hər gün həyəcan yaşıyırdım. Bir də gördüm ki nə az nə çox 3-4 ilim hədər olub. Olanlar olub olmayanlar da naməlum qalır yenə. Yəni mənim heç bir rolum yoxdur özümü incitməkdən savayı. Düşündüm ki hər şeyi verən Allahdır, hər şeyin sahibi odur. Verdiyi kimi almağına da şükr etmək lazımdır. Qocalmağı isə vallah səmimi desəm düşünməməyə çalışıram. Bilmirəm hər yaşın öz gözəlliyi varmı, mən həmişə cavan qalmaq istəyərəm. İnşaAllah o biri dünyada hər kəs eyni yaşda olacaq qocalmayacaq deyirlər. Artıq yaşımı önəmsəmirəm. Əsas olan axirətimizi qazanmaqdır. İndi tək qorxum Rəbbimin sevmədiyi bir bəndə olmaqdır. Şəhadətsiz ölməkdir. Allah qorusun. Allahımdan başqa heç nədən və heç kəsdən qorxmuram. Hər şeyin şərrindən Ona sığınıram.
(Ardı var)
Səslərin sayı: 14
49
3669
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
Xəbər müəllifinə təşəkkürlər give_ros
27 fevral 2014 22:52
Offline
Titi
canim titi allah mamana uzun omur versin senin kimi qizi var sevda canimsan

canimmm cox sag ol gozelim. Allah senin de ananin canini sag elesin, cox isteyirem onu.
Sirli_dunyam,
can cox sag ol bacim
Titi canimm Allah her zaman dualarini arzularini eshidsin.

can tesekkur edirem baci. amin ve seninle bahem
6 noyabr 2013 00:46
Offline
Nigar
TERIS,BACIM,XEBERIN DAVAMLI OLSUN MENI DE NE VAXTSA DEVET ET,MUMKUN OLSA.QIZLARIN YAZDIQLARINI ADI BIR YAZI KIMI YOX,SANKI O HEYATI YASAYIRMIS KIMI OXUDUM-TUKLERIM BIZ-BIZ OLDU.ALLAH HER BIRINIZE KOMEK OLSUN,ITKILERINIZE GORE SEBIR VERSIN.ALLAHIN SEVDIYI BENDELERDEN OLUN,INSALLAH
5 noyabr 2013 00:36
Offline
Рояна Акперова
tesekkurlerrrrr hamısını oxudum
31 oktyabr 2013 22:13
Offline
Дождь ♪
Maraqli mövzudur maraqla oxudum Təşəkkür edirəm. give_ros
31 oktyabr 2013 19:54
Offline
lala
Indi oxudum hami oxuyub oz fikrini bildirib menden bashqa .gozel bacilarim Allah her birinizi xoshbext etsin,ovlad hesretinde olanlari ana olmaqla sevindirsin,ana olanlarida ovladlarinin xosh gununu gormekle sevindirsin,kimin sevdiyi uzaqdadirsa inshallah tezlikle sag salamat qayitsin,kimi sevdiklerini itirib Allah o dunyalarini versin.heyati yashamaq cox cetindir ushaq olanda,geng olanda proplemlerin az olur heyatda heyatdan zovq alirsan biraz yash artdiqca pis insanlar gordukce,urek qirildiqsa,cetinlikler gordukce bax onda bilirsenki heqiqetende bu heyatda yashamaq cox cetindir.
31 oktyabr 2013 17:33
Offline
♥ TƏRİŞ .H. ♥
canim menemde aykaaaaaaaa

Bilirəm canım.zarafat edirdim..
Canim bacim xeberin hemisheki kimi superdi.Cox beyenirem.Seve sevede oxudum.Cox maraqli idi.Bele gozel xeberlerin davamli olsun.Her zamanda diqqet merkezinde olsun.Cox saqol.

Səndə çox sağ ol camım.gözəl və ruhlandırıcı sözlərinə görə. kiss

cox sagol teriw davamli olsun Allah cumlemize komek etsin amin

Inşallah Ləmancım. AMİN bacı
31 oktyabr 2013 11:09
Offline
Narin...
NARİN YILMAZ Canim Narinim Allah atana rehmet etsin.Mekani cennet olsun.Allah aile uzvlerine anana yaxinlarina can saqliqi versin.Heyatdi canim barishmaqdan bashqa caremiz yoxdu.

NARIN CANIM ALLAH PAPANA REHMET ELESIN YERI NURLA DOLU OLSUN INSALLAH

Cox sag olun can bacilarim Allah razi olsun olenlerinze rehmet
30 oktyabr 2013 22:08
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Nigar
♥ TƏRİŞ♡H ♥,
cox sagol teriw davamli olsun Allah cumlemize komek etsin amin
30 oktyabr 2013 21:30
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Gulka
xeberiniz cox maraqlı alınıb. teşekkürler. Məncə hər kəsin qorxuları vardır. Həyatda.
Hər birinizin fərqli fikirləri var idi və deyim ki cox maraqlı və hər kəsin özünə məxsus!
30 oktyabr 2013 21:19
Offline
Gulum
PERiw bacim canim menim werhlerinden gelen musbet enerji hemiwe mene ruh yuksekliyi verib Allah o iki evladini min budaq elesin inwallah girl_ten ,
30 oktyabr 2013 19:43
Offline
Yasemen
Yasemen bacim gorunur itirdiyin korpen qismet deyilmish.Allahin ishidi.Allah yeniden dunyaya gelecey korpeni saq salamat sene qovushdursun.Allahin komeyi ile balani qucaqina alasan bacim.gozu dolusu goresen.Aminnnn

Cox saqol baci gozel sozlerine gore Allah razi olsun senden...Allah butun usaqlari qorusun
30 oktyabr 2013 19:18
Offline
Ibrahimova Gulya♥S♥
canim Allah yaxinlarina can saqliqi uzun omur qismet etsin.Nishanlinda saq salamat eskerlikden qayitsin.Bir omur boyu xoshbext olun.

Amin baci, Allah razi olsun give_ros
Bacilarim Allah haminizi qorusun amin.her birinizin yazisini birce-birce oxudum

Cox sagol canim Allah hemiwe sene komek olsun give_ros
30 oktyabr 2013 17:38
Offline
PƏRVANƏ ƏLİYEVA......
Titi canimm Allah her zaman dualarini arzularini eshidsin. give_ros

Ramile Husna Canim menim Allah her zaman sevdiklerini qorusun.Allah onlari sene ..senide sevdiklerine cox gormesin. give_ros

Günel Əsədova Bacim her zaman Allahin sevimli bendesi olasan. give_ros

MAYA EL Canim menim arzum budurki heyat her zaman sene gozel surprizler bexsh etsin. give_ros

Gulum Canim bacim hecde bele deyen olmaz sene.Cunki yazdiqlarini her birimiz heyatimizda yashamishiq.Gunu bu gune kimi hundurlukdende qorxuram qaranliqdanda.Ama bu o demey deyilki sen qorxaq bir qadinsan.Rebbim hec vaxt seni sevdiklerini darda qoymasin. give_ros

NARİN YILMAZ Canim Narinim Allah atana rehmet etsin.Mekani cennet olsun.Allah aile uzvlerine anana yaxinlarina can saqliqi versin.Heyatdi canim barishmaqdan bashqa caremiz yoxdu.

Sonay Quluzadə canim bacim eminemki sene olan sorqu suallardan alni aciq cixacaqsan.Allahin sevimli bendesi olacaqsan..

Yasemen bacim gorunur itirdiyin korpen qismet deyilmish.Allahin ishidi.Allah yeniden dunyaya gelecey korpeni saq salamat sene qovushdursun.Allahin komeyi ile balani qucaqina alasan bacim.gozu dolusu goresen.Aminnnn give_ros

İbrahimova Gulya canim Allah yaxinlarina can saqliqi uzun omur qismet etsin.Nishanlinda saq salamat eskerlikden qayitsin.Bir omur boyu xoshbext olun. give_ros

Parvina İbrahimova Bacim Allah sevdiklerine qiymasin.Canlari saq olsun.Qocaliqdan coxumuz qorxuruq.nebilim qocalandada sherefli qocalasan.en azinnan geriye donub baxanda heyfislenmiyekki omrumuz bosh yere kecdi.Sene neveli neticeli qocaliq arzulayiram bacim.. give_ros

♥ TƏRİŞ♡H ♥,
Canim bacim xeberin hemisheki kimi superdi.Cox beyenirem.Seve sevede oxudum.Cox maraqli idi.Bele gozel xeberlerin davamli olsun.Her zamanda diqqet merkezinde olsun.Cox saqol. give_ros
30 oktyabr 2013 16:07
Offline
Ayka S
♥ TƏRİŞ♡H ♥,
canim menemde aykaaaaaaaa
30 oktyabr 2013 13:23
Offline
♥ TƏRİŞ .H. ♥
Yasemen,
♥AyTaDj HəSəNzAdƏ♥,
Ço sağ olun xanımlar.


Xəbəri çox maraqla oxudum. belə nəticəyə gəlmək olur ki, hər bir insanın ən böyük qorxusu yaxınlarını itirmək qorxusudur. Tanrım hər birimizə səbr və iradə versin.
.
Amin Dənizcim.

lAllah butun qizlarimiza komek olsun Sen ki bizim bu qorxularimizi qeleme alirsan Axirda yigib bizi cildaga da apararsan Qadin netliler haqqinda olan butun xeberler mende hemiwe maraq dogurur He hem de sevinerem ki ele bil saytda bir nece gun evvel yaranmiw durgunluq aradan qalxir yavaw-yavaw Sukani bele saxlayin qizlar

Canım inşallah qirxularımızı dəf edərik.Heç çildağa ehtiyac olmaz.Həyatı bacardığımız kimi yox arzuladığımız kimi yaşayaq inşallah.
Saytdakı durğunluq yavaş yavaş düzəlir.


ALLAH HEC BIRINIZI HEMIN QORXULARINIZLA SINAGA CEKMESIN INSAALLAH. QORXULARINLA BAS ETMEYE SEBR, DOZUM VERSIN.AMIN!!

Amin bacı.

Aysun Memmedova,
Aytac Mva ,
Inc bacılar Çalışıram davamlı olması üçün

garibe mamedova,
Amin...Amin.

Hə canım inşallah o biri hissədə yazınızı görərsiniz.
Huuuuuuuuuuuu Tərişşşşşşşşşşş bes mennnnn yene yoxammmmmmmmmmmmmmmmmmmmmmmmm

Aaaaaaa xanım sizi tanımadımm ..Kim idiki siz yazıb göndərmirsiniz kiiii.?
Ayka canım inşallah 5 ci hissədə dərc olunacaq

HEC BIRINIZI QORXDUQLARINIZ ILE IMTAHAN ETMESIN AMIN

Amin amin bacı
30 oktyabr 2013 13:15
Offline
Happiness-lady
GOZEL XEBER ALINIB BACIM ALLAH HEC BIRINIZI QORXDUQLARINIZ ILE IMTAHAN ETMESIN AMIN
NARIN CANIM ALLAH PAPANA REHMET ELESIN YERI NURLA DOLU OLSUN INSALLAH girl_ang
30 oktyabr 2013 12:54
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Narin...
ALLAH rehmet etsin mekanni cennet

ALLAH rehmet etsin mekani Cennet olsun

Amin InsAllah cox sag olun Allah olenlerinize rehmet elesin
30 oktyabr 2013 12:43
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
SR (Nişanlı)
Xeber ucun cox sagolun
Narin Yilmaz,
ALLAH rehmet etsin mekani Cennet olsun
30 oktyabr 2013 12:36
Offline
♥ TƏRİŞ .H. ♥
BİİİİYYY XƏBƏRİM ÇIXIBKİ...NEÇƏ GÜN BURDA DEYİLDİM.
ŞƏRH YAZAN HƏR BIRİNIZƏ TƏŞƏKKÜR EDIRƏM.

[quote=55371].Allah hamimiza xosh gunler nesib elesin,qorxu-qorxdugumuz seyler hec zaman uze cixmasin ele qaranliqdaca itib getsin.[/quote]
Amin bacı.
[quote=326]
Narin Allah atana rəhmət eləsin
Gülya yaxşı fikirləş ki yaxşı olsun inşallah nişanlın sağ-salamat qayıda[/quote]
[quote=326]
Amin.İnşallah .Yaxşı fikirləşəkki hər şey yaxşılığıa doğru olsun.
[quote=68227]Allahin sevilen qullarindan olasiz InsAllah her biriniz Allahim hec birinizi qorxdugunuz seylerle sinaga cekmesin Allah her birinizi xosbext etsin Amin

Teris baci xeberin cox gozel alinib ellerine sagliq tewekkur [/quote]
Amin bacı .Inşallah qorxmadıqlarımız qorxularımızı dəf edər.Canım Allah atana bir daha rəhmət eləsin.
[quote=44464]
ALLAH OLENLERIMIZE MIN REHMET QALANLARIMIZA ISE CAN SAQLIQI BIZLERE ISE SEBR VERSIN[/quote] Amin bacı.
Lovable_MadaM,

Sizə də oxudunuğunuz üçün təşəkkürlər.

hmmmmmmm titiyee cox pis olduuummm Allah sebrrrr versin

Amin bacı.
Burdaki butun qizlara arzum odur ki allah hec kese ezizlerini itirmey qismet olmasin AMIN!.CUNKU BU pis derddi ezizlerim

Ama canım nə edəkki hamının gedəcəyi yer əbədi dünyadı.Deki Allah vaxtsız ölüm verməsin. Amin.

Parvina İbrahimova
mənə xəbərində yer ayırdığınçün çox sağol bacım.gözəl alınıb əlbəttə ki maraqlıdır.Şəxsən hər zaman başqalarının da qorxduğu şeyləri bilmək istəmişəm.Ortaq fikir olanda təskinlik verir çünki.Hərçənd ki ən gülməli qorxu təkcə mənimdi bu yazıda yenə də yazmışam səmimi olaraq.Qınasalar incimərəm Amma görürəm ki o biri qorxunu hər kəs yaşıyır..

Canım səndə iştirak etdiyin Təşəkkür edirəm. Düzdü qarşındakının nə hislər keçirdiyini biləndə ona kömək və ya mənəvi dəstəy olmaq asand olur.
30 oktyabr 2013 12:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış