Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadın.Netlilərin başına gələn maraqlı hadisələr (2)

hekim qiz

Başıma çox maraqlı hadisələr gəlib, özüm çox nadinc qız olmuşam. İlk öncə məktəbdən başlayaq. Deməli bir gün sinif yoldaşlarımdan bir qızın ad günü idi, biz də sinifdə ad günü keçirirdik. Başqa sinif yoldaşım hədiyyə almağa getmişdi, ona görə bir az gecikdi. O hədiyyəni gətirdi, sonra oturduq həm yeyib, həm də söhbət edirdik. Qız hədiyyəni açdı, içindən belə necə deyim ağ qutu kimi şey var idi, ozü də ovxalanırdı, başqa sinif yoldaşım - özü də oğlan idi, götürdü onu mənim başıma səpdi. Mən də onun başına, özü də çox pis idi, saçdan güclə qoparılırdı. Nə isə, bütün sinif bizə qatıldı, mən də axırda əsəbləşdim o oğlanın adı da Ələsgər idi, əlimdə kola var idi. Dedim ona eləmə bax, bir də eləsən tökəcəm üstünə, amma bu yenə də edirdi. Mən də qatdım onu qabağıma, o qaçdı mən qaçdım, nə isə axırda bir sinifdə tutdum onu. Mənə çox dedi etmə, amma stəkan doluydu necəsə səpdim onu üstünə. Yazığın paltarı islandı, amma mənə heç nə demədi. Bu başıma gələn doğrusu kiminsə başına gətirdyim ən gözəl hadisə idi.  İndi də eləyəm, oğlanlara heç yazığım gəlmir. Məni əsəbləşdirdiklərində başlarına oyun açıram. Hər dəfəsində dostumla həyətdə ağaca çıxırdıq, o ağacda qalırdı, mən isə aşağıda olurdum - bunu hər gün edərdik, hər dəfəsində də qonşuların başına oyun açardıq. Sonra nənə çubuqla gəlib bizi qatardı qabağına, özü də hər gün şikayət gələrdi ona. Bir gün nəysə qalmışdıq orda ətrafı izləyirdik, birdən xışıltı səsləri gəldi, nə isə fikir vermədik dedik yəqin küçədən inək keçir də. Çıxdığımız ağacın yanında hasar var idi, dostum dedi qoy mən baxım nədir, qız əyildi baxmağa - baxmağına peşman oldu, sən demə qonşumuz imiş, su başına çıxıbmış, mocking Həmin günü o qədər güldüm ki, ürəyim gedirdi gülməkdən. Bu da maraqlı hadisələrdən biri idi. İndi də yadıma düşəndə gülürəm.

Qadın.Netlilərin başına gələn maraqlı hadisələr (2)

ANGELICKA

Mənim də uşaqlıqda etdiyim dəcəlliklər ucbatından başıma gəlməyən qalmayıb. Bunlardan ən yadımda qalanı isə balaca bacımla etdiyim dəlilik (başqa necə deyim ki? pardon ) olub. Hardasa 4-5 il əvvəldən deyəcəm indi. Yeni il vaxti idi. Hamı kimi bizim də evimizdə yolka qurulub, otaqlar bəzənib, bayram ab-havası ətrafı bürüyüb. Yolkanın rəngli işıqlarını uşaqlar dartıb qırmışdılar. Anam mənə verdi ki, atım zibil qabına. Mən də atmadım. Bunu götürmüşük bacımla ki düzəldək. Qırıq uclarını üst-üstə qoyub, əlimizlə tutmuşuq açıq tokdan. Uşaq ağlı, daha nə bilək? Elə belə də taxdıq toka. Bizi bir qəşəng elektrik vurdu ki, gəl görəsən hang  . Beləcə ən yadda qalan hadisələrimdən biri də bu olub.

N.(SaTuOr)

Qızımın 1 yaşı olanda getmişdik Azərbaycana. Kənddə qaynanamgildə qalırdıq. Yayın yay günü uşağın temperaturu qalxdı, angina oldu. Həkimə apardıq, iynə-dərman elədim hamısını. Dedilər ki, tut arağı ilə kompres qoy, yaxşı olacaq. Baldızımgil, uşaqlar - hamı yığışmışdı kəndə. Bir baldızım da tut arağını töküb su butulkasına verib mənə. Mən də qoydum pəncərənin ağzına. Evdə qızım, baldızımın uşaqları oynayırdılar. Boyunlarına almasalar da, yəqin uşaqlardan hansısa su içmək istəyib götürüb başa düşüblər araqdı qoyublar yerinə, ağzın da yaxşı bağlamayıblar. Mənim də balacam gedib götürüb açıb çəkib başına, elə ağlamaq səsinə qaçdım içəri, uşaqlar dedilər ki, "Bibi, Türkan araq içdi". İndi bilmirəm neyləyim, "ay Allah, ay ana, kömək edin" deyib qışqırıram. "Türkan araq içib nəsə olacaq, nəsə eləyin". Allaha şükür heç nə olmadı, acı olduğundan uda bilməyib. Bax, bu hadisə həmişə yadıma düşür.

Bu yay Bakıda atam, anam, mən, bir də uşaqlar getdik Qubaya, Təngəaltıya istirahətə. Biz ora çatanda hava dəyişdi. Bir yağış, soyuq başladı gəl görəsən. Gecəni yorğanla yatdıq, dedik səhər yəqin hava yaxşı olar. Amma yox, yenə də yağırdı. Dedim: "Yağış göydən töksə də şəlaləyə, çayın kənarına getməliyəm". Beləcə uşaqları qalın geyindirdim, getdik. Göydən yağış tökə-tökə şəkil çəkdirdik, azca gəzdik və axşamı qayıtdıq şəhərə. O hündürlükdə dağa qalxdıq, maşına heç nə olmadı, amma şəhərə çatanda bir məhlədə maşının altını atam vurdu. Bu bu yay Azərbaycanda başıma gələn istirahətim oldu. Sonra avqustun axırı olmasına baxmayaraq burda soyuq idi, getmişdik çayın kənarına, meşəyə. Bizdən başqa bir rus ailə də var idi. Onlar mahnıya çoxlu səs verib, içib oynayırdılar. Biz də öz kefimizdə, öz işimizlə məşğul olub dincəlirdik. Axırda onlar arasında dava düşdu, qız öz anasını döydü, vurub yıxdı yerə. wassat Mən də qorxmuşdum, birdən öldürər, yıxarlar bizim üstümüzə. Dedik hazırlaşaq gedək burdan. Amma qız qoçaq yığışıb uşağını, yoldaşını götürdü, anasını qoydu meşədə getdi. Qadın bir az yaşlı idi, həm də içkili idi, getdi yaş yerdə uzandı, yazığımız gəldi, orda qalsaydı ölərdi, it, canavar yeyərdi. Dedik taksi tutaq göndərək. Amma öz millətləri o qadını maşınına mindirmədi. Axırda arxada 4 nəfər böyük, iki uşaq biz oturduq, maşını yoldaşım sürürdü, qabaqda baldızım, o qadınla bir təhər oturdu, eləcə apardıq qadını evinə. Sonra elə hey fikirləşdik görəsən qızı anasını evə buraxdımı. Amma biz yaxşılığımızı elədik. Bilən Allahdır.

Qadın.Netlilərin başına gələn maraqlı hadisələr (2)

Parvina İbrahimova

Mənim başıma gələn ən maraqlı hadisə yaddaşımın bir neçə dəqiqəlik itməyi ilə əlaqədardır. Qızımın dünyaya gəldiyi təxmini on gün olardı. Səhər oyandım yuxudan uşaq ağlayırdı. Amma bu nə isə mənə təsir etmirdi. İlk öncə öz özümə dedim mən kiməm? Bir il geri bir zamana qayıtdı yaddaşım. Bəs mən hardayam dedim, uşağın səsinə oyanan yoldaşım mənə tərəf çevriləndə yerimdən dik atıldım. shout Dedim: "Sən kimsən?" O da yuxulu-yuxulu fikir vermədi. Mən ürəyimdə fikirləşdim ki, "ay Allah gör başıma nələr gəlib". Elə ağlayıram zülüm-zülüm. Deyirəm, "ölməkdən başqa yolum yoxdur". O bir də təkrar etdi ki, "eşitmirsən uşaq ağlayır". Dedim: "Nə uşaq? Kimin uşağı?" O da öz özünə düşünüb ki, yuxuludur, durum uşağı verim sakitləşdirsin. Qızımı qucağıma verəndə dedim: "Vaay, lap dul imiş ki, bu kişi. cray Hələ bir uşağı da var". Uşağı tez onun qucağına atıb qaçmaq istəyəndə yoldaşım çığırdı. Allah razı olsun, o dəqiqədəcə yaddaşım özünü yığışdırdı... Əslində sonra çox gülmüşdük ikimiz də, amma bəzən eyni şeyi yaşamaqdan qorxuram. O 25 dəqiqəlik fəlakətimi.

reqsane rustemova

Başıma gələn ən maraqlı hadisə o olub ki, mən balaca olanda atam Rusiyaya getmişdi. Gedəndə bacım Əfsanə onun dalınca ağlamışdı, buna dözməyib anam da ağlayırdı. Doğru deyiblər ki, yola çıxanın arxasınca ağlamaq olmaz. Atam Rusiyada qəza keçirdi. Az qala ölürmüş. Böyük Allahım atam əməliyyat olanda bacımın səsiylə onu narkozdan oyatdı, girl_ang Həkimlər gözlərinə inanmırdı, onlar atamdan əllərini üzmüşdü, ona görə də bu hadisə qarşısında çaş-baş qalmışdılar. Başıma gələn maraqlı hadisə bu idi. 

Sirli_dunyam

Sakit uşaq olmağıma baxmayaraq harada xətalı işlər var mənim başıma gəlib nədənsə. Əmimgil ilə kənd həyətində yaşadığımız üçün həyətimiz mıxlı taxtalar ilə dolu idi. Uşaqlarla əmimgilin həyətində oynayırdıq. Bir dəfə necə oldusa yıxıldım, mıxlı taxta alnımın tüklə bitişən hissisinə necə batdısa üzümü-gözümü qan tutdu. Yazıq anam da elə bildi ki, mıx gözümə girib, təsəvvür edin  anam o zaman nə vəziyyətdə olar. Üzümü yuyandan sonra görüblər ki, gözüm salamatdır. Bir dəfə də 3-cü sinifdə oxuyurdum. Dəcəl bir oğlan olan sinif yoldaşım var idi. Mən də qar yağır deyə sevinə-sevinə məktəbə gedirəm. Dəhlizin qapısını açan kimi başıma bərk nəyinsə dəydiyini hiss elədim. Və o andaca qışın soyuğunda üzümə nəsə isti bir şeyin axdığını hiss elədim. Sən demə, həmən dediyim o dəcəl sinif yoldaşım qar topunun içinə daş parçası qoyub pusquda durub ki, kim içəri girsə onun başına vursun. O qartopu da düz başımın əmgək hissəsindən elə dəymişdi ki, bugünkü gündə də baxanda mıxlı taxta ilə qartopunun izi uşaglığımı xatırladır. Nə yaxşı kı saclarım o izləri gizlətməyə kömək olur.

Mən 4-5 gün bundan qabaq başıma gələn qəribə bir hadisəni yazacam. Demək ailəmizin büdcəsinə özüm nəzarət etdiyim üçün yoldaşımın aldığı maaşın çox hissəsi mənim pul cüzdanımda olur. Neçə gün bundan qabaq içində kifayət qədər pul olan cüzdanımı həmişə qoyduğum yerdə görmədim. Və bir anda fikirləşdim ki, evə oğru girib, amma evdən heç yana gedmədiyimiz üçün oğru evə girə bilməzdi, həm də oğru pulu aparsaydı telefonumu da aparardı, çünki bir yerə qoymuşdum. Bəs mənim pullarım harda idi? Yoldaşım da işi ilə əlaqədar neçə müddətlik başqa yerə getdiyi üçün ona da pul lazım olub deyə götürdüyü ola bilməz. Axı özüm dünən qoymuşdum. Uşaqlar da balaca olduqları üçün bütün günü gözümün qabağındadılar, evə də heç kim gəlməyib. Az qala dəli olmuşdum, bütün evi altını üstünə çevirdim, heç nə tapa bilmədim. Ayətəl-kürsü duasını oxuyaraq ağlayıb evi axtarırdım. cray Və pul cüzdanı elə yerdən çıxdı ki, mənim qoymadığım yerdən - namaz qıldığım səccadəyə bükülü halda paltar dolabından çıxdı. Bir daha cin-şeytanın insanın fikrini necə qarışdırdığını və insanla necə mübarizə apadığının şahidi oldum. Bəs o cüzdanı bir gün ərzində kim səccadəyə büküb qoymuşdu paltar dolabına? Allah bilir.

             Qadın.Netlilərin başına gələn maraqlı hadisələr (2)

Happiness lady

Mənim başıma maraqlı hadisələr çox gəlib bəlkə. Amma yadımda qalanı yazacam. Səhf etmirəmsə 8-ci, ya da 9-cu sinifdə oxuyurdum. Coğrafiya dərsi idi, mənim, eləcə də bir çox uşaqların ən sevmədiyimiz dərs idi. Hər dəfə o dərs gələndə fikirləşirdik ki, nəsə olsun dərs olmasın. Bir gün dərsdə oturmuşduq, müəllimimiz kişi idi, arada gəzə-gəzə dərs başa salırdı. Birdən gördük ki, müəllimin oturduğu stulun yuxarı hissəsində yer vardı - ordan siçan balaları tökülməyə başladı. Hamımız partaların üstünə çıxıb qışqırırdıq, shout oğlanlar da onları tutub tənəffüsdə hamıya göstərirdi. Beləcə, həmin gün dərs olmadı. Amma müəllimə o hadisə yaman təsir etdi, hər dəfə dərsdə ora baxırdı ki, birdən başına düşər siçanlar. 

alina eynullayeva

Yoldaşımla bağlı bir hadisədir. Biz nişanlı olanda baş vermişdi. O mənə zəng edib "Sizə gəlirəm" dedi. Evdə də heç kim yox idi. Mən tez mətbəxə girib şəkərçörəyi bişirmək isdədim. Şəkərçörəyini hazırlayıb sobaya qoydum. Tavaya kağızda qoymuşdum. Birdən qapı döyüldü, mən də mətbəxdən çıxanda guya nişanlıma supriz edəcəyəm deyə mətbəxin qapısını bağlayıb, gedib qapını açdım. Nişanlım girdi içəri. Bizim ev iki mərtəbəlidir, biz də çıxdıq yuxarı. Oturduq ordan-burdan danışdıq. Şəkər çorəyi də yadımdan çıxıb sobada qalıb. Bəlkə bir saat sonra birdən nişanlım mənə dedi ki, yanıq iyi gəlir. Elə qışqırıq çıxdı ki, məndən: "Vaayy!" deyə-deyə tez qaçdım aşağı. Sobanın ağzın açdım. Şəkər çörəyi elə yanmışdı ki, qapqara olmuşdu, kağız da həmçinin. Həmin gün o yanıq iyi evdən cixmadı biggrin Başıma gələn ən maraqlı hadisə bu olub.

mira-kerim

Mən üçüncü kursda oxuyanda universitetdən qrup uşaqları və müəllimlərlə birlikdə Naxçıvanda Batabat deyilən bir yer var - ora gəzməyə getmişdik. Səhər tezdən evdən çıxdıq, günorta olmamış istədiyimiz yerə çatdıq. Evdən çıxanda hava çox gözəl idi. Qrup rəhbərimiz bizə dedi ki, mən kabab hazırlayana qədər siz də gedin gəzin. Biz də uşaqlarla birlikdə dağa qalxdıq. Oturduğumuz yerdən çox uzağa getmişdik. Batabatın iqlimi qeyri-adi olduğundan birdən-birə hava tutuldu, güclü yağış başladı. İnanın o qədər güclü yağırdı ki, imkan edib dağdan enə bilmirdik. Yağışın yağması çox davam etdi. Hamımız qorxurduq ki, aşağıda dərəyə sel gələr və biz də dağda qalarıq. Həm qorxulu idi, wassat həm də maraqlı. Dağın ətəyində böyük bir qaya parçası var idi, qayanın böyrünə sığındıq ki, heç olmasa bir tərəfimizi yağış tutmasın. Təxminən 1 saat belə davam etdi, amma sağ- salamat müəllimimizin yanına qayıda bildik. Hamımız çox qorxmuşduq, müəllimimiz də bizdən betər vəziyyətdə idi... Həmin gün heç vaxt yadımdan çıxmır. 

Qadın.Netlilərin başına gələn maraqlı hadisələr (2)

ARiEL_ViViAN(SaMiRə)

Başıma gələn maraqlı hadisələr çox olub. İkisini yazacağam amma. Demək bir dəfə anam evdə deyildi. Biz də bacımla qərara gəldik ki, o evə gələnə bir tort bişirək. Tortu bişirdik, sıra gəldi kremini hazırlamağa. Mağazada satılan hazır qatılaşdırılmış südü dedik ki, bişirək kremimiz daha dadlı olsun. Bunu qoyduq suda ocağın üstünə və biz qoçaq iki bacı da getdik televizora baxmağa. Süd yaddan çıxar, suyu quruyub qalar ocağın üstündə və bu süd elə partladı ki, elə bil mətbəxdə atom bombası patladı.  Evdə də ikimiz, indi qorxuruq mətbəxə keçməyə. Nə isə keçdik mətbəxə qorxa-qorxa. İlahi, təzə təmirdən çıxmış mətbəx nə gündə idi.lol Anam gəldi, bizi danlaya-danlaya bütün mətbəxi divar, tavanına kimi su ilə sildirdi bizə və bu da oldu bizim tort bişirməyimiz. 

Bir başqa maraqlı hadisə isə bu il, yəni 2013-cü ilin sentyabr ayının 10-da baş verdi. Sumqayıta xalamgilə getmişdim , bir gün də qaldım. Nişanlım da Sumqayıtda əsgərlikdə idi. Mənə dedi ki, Sumqayıtdasan, icazə ala bilsəm bir-iki saatlıq görüşək. Amma icazə vermədilər, mən də ümidlənmişdim ki, bu gün görüşəcəyik. Nə isə kor-peşman atama zəng vurdum ki, gəl məni apar evə. Atam gəldi, gedirdik Bakıya. SMS gəldi, gördüm nişanlım yazıb ki, "hardasan?" Mən də yazdım ki, "Ceyranbatan su anbarının yanından keçirik". Üstündən 5 dəqiqə keçdi yenə yazdı ki, başını sola çevir, yaşıl maşına bax smile Mənə hələ çatmırdı, çaşıb qalmışdım.Başımı sola çevirdim, nişanlımı gördüm. Sən demə, 3 əsgərlə birgə nişanlımı Bakıya müayinədən keçməyə aparırlarmış. Demək ki, qismətimizə həmin gün bir-birimizi görəcəyimiz yazılı imiş. Həmin gün də mənim üçün ən yadda qalan və silinməz günlərdən biri olaraq yaddaşıma yazıldı.

Səslərin sayı: 10
50
16231
loading...
Şərhlər
Offline
Elvira Melek
Maraqlı xəbərdi
12 iyul 2014 19:24
Offline
♥NiLuFeR♥
Çox maraqlı xəbərdi girl_ten
27 fevral 2014 22:42
Offline
Leyla Shams
Parvina İbrahimovadaki kimi 25 deqiqe olmaz amma hardasa bir 5 deqiqe yaddasim getmisdi. avtobusdayam elimde de 20 qepik. fikirlesirem ki men kimem.. hara gedirem hardan gelirem ...istedim gozluyum yadima dushsun sonra avtobusdan düşüm. əlimdə qəpik olduğuna görə elə bil ürəyim dedi ki düş yolda fikirləşərsən ki hara gedirdin... o an heç bilmirdim ki kiməm. həqiqətən dəhşət idi. Sonra düşəndən sonra binalara baxdım Sahildəydim kompüteri formatdan götürəcəkdim. nəsə şükür ki yadıma düşdü yoxsa heç bilmirəm nə edərdim
16 fevral 2014 01:38
Offline
ARiEL_ViViAN(SaMiRə)
Allah qovuşdursun sizi necədə maraqlı hadisə imiş

Cox sagol canim.Allah razi olsun
10 yanvar 2014 13:14
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
Gülbəniz
Bir başqa maraqlı hadisə isə bu il, yəni 2013-cü ilin sentyabr ayının 10-da baş verdi. Sumqayıta xalamgilə getmişdim , bir gün də qaldım. Nişanlım da Sumqayıtda əsgərlikdə idi. Mənə dedi ki, Sumqayıtdasan, icazə ala bilsəm bir-iki saatlıq görüşək. Amma icazə vermədilər, mən də ümidlənmişdim ki, bu gün görüşəcəyik. Nə isə kor-peşman atama zəng vurdum ki, gəl məni apar evə. Atam gəldi, gedirdik Bakıya. SMS gəldi, gördüm nişanlım yazıb ki, "hardasan?" Mən də yazdım ki, "Ceyranbatan su anbarının yanından keçirik". Üstündən 5 dəqiqə keçdi yenə yazdı ki, başını sola çevir, yaşıl maşına bax smile Mənə hələ çatmırdı, çaşıb qalmışdım.Başımı sola çevirdim, nişanlımı gördüm. Sən demə, 3 əsgərlə birgə nişanlımı Bakıya müayinədən keçməyə aparırlarmış. Demək ki, qismətimizə həmin gün bir-birimizi görəcəyimiz yazılı imiş. Həmin gün də mənim üçün ən yadda qalan və silinməz günlərdən biri olaraq yaddaşıma yazıldı.

ARiEL_ViViAN(SaMiRə),
Allah qovuşdursun sizi necədə maraqlı hadisə imiş
10 yanvar 2014 09:13
Offline
ARiEL_ViViAN(SaMiRə)
N,
rustamova nurane,
Tewekkurler qizlar air_kiss
12 dekabr 2013 20:24
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
yusifova zibeyde
samirenin başina gələn 2ci hadisə cox superdi.UCA ALLAHİN QİSMƏTİ
12 dekabr 2013 17:01
Offline
Qəribə
Aytən çox gözəl xəbər alınıb. Əlbəttə ki, Başlarına maraqlı hadisələr gələn qızların sayəsində. Maraqli oldugive_ros
11 dekabr 2013 15:24
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Emma Eliyeva
Maraqli melumatlar idi oxudum maraqli ve gulmeli idi biggrin
11 dekabr 2013 14:38
Offline
KM
Nese biraz sebirsizem sebrim catmadi oxuyam.Oxuyacam amma.Ayten xanim maraqli movzu hazirlayibsiz. dance
11 dekabr 2013 14:11
Offline
ARiEL_ViViAN(SaMiRə)
.Ay Samuwwww cox tesirlendim.Bes bacin quban bize gelerdinde birde atani o boyda yolu niye getizdirdinki?

Caaan coooox sag ol Yegiwim. give_hea
11 dekabr 2013 13:12
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
N.(SaTuOr)
aa yaxşıki uşax içməyibe

Hec bilirsen menim Tutum ne iy bilmis, dad bilmis qizdi.ona gore de komeyine catib bu hissi icmeyib.
11 dekabr 2013 12:58
Offline
NotAlone (niwanli)
Aaaaaaa mən niyə görməmişəm bu xəbəri?????Həsrətnən bunu gözdurdüm.Ela xəbər alınıb bacı.Əllərinə saglıq. air_kiss
11 dekabr 2013 12:30
Offline
Aminim
Teki hemiwe maraqli iwler gelsin bawiniza.Aglamalinski yox gulmelinski)))).Ay Samuwwww cox tesirlendim.Bes bacin quban bize gelerdinde birde atani o boyda yolu niye getizdirdinki?
11 dekabr 2013 11:19
imza: qadin.net
Offline
Elvida
Hamisi maraqli idi ve mende maraqla oxudum))
10 dekabr 2013 20:05
Offline
♥YAQUT♥
Maraqla oxudum menimde başıma çoxlu maraqlı hadiseler gelib give_ros
10 dekabr 2013 17:14
Offline
MİRiyeva
N.(SaTuOr),
aa yaxşıki uşax içməyibe, gerey həmişə gözləyəsən, mənim bacım oğluda ağzı açıq qalan xlor içməy istyib yaxşıki tez çatıblar..


ANGELİCKA ondan sonra sizə 6 cı hiss gəlmədiki? biggrin

hamısı çox maraqlı idi:) Allah bizləri pis şərdən, xətadan qorusun. Başımıza yaxşı işlər gəlsin inşAllah girl_ten
10 dekabr 2013 13:47
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Alizade SABI
ooooooooooooooooooooo kadar hadiseler varki sorry
10 dekabr 2013 12:54
Offline
N.(SaTuOr)
Haminin basina gelen hadiseleri oxudum, cox maraqli idiler.Adamin basina o qeder hadise gelir ki..Cox sag ol Ayten men de varam xeberinde.

Happiness lady Biz de mektebde muellimlerin basina o qeder oyun acmisiq kii.Amma indi yadima dusende utaniram, butun islerin de basinda oglanlar dururdu.
10 dekabr 2013 12:04
Offline
Buket
Birdən gördük ki, müəllimin oturduğu stulun yuxarı hissəsində yer vardı - ordan siçan balaları tökülməyə başladı. Hamımız partaların üstünə çıxıb qışqırırdıq, shout oğlanlar da onları tutub tənəffüsdə hamıya göstərirdi. Beləcə, həmin gün dərs olmadı. Amma müəllimə o hadisə yaman təsir etdi, hər dəfə dərsdə ora baxırdı ki, birdən başına düşər siçanlar.

Yaziq muellim mocking
10 dekabr 2013 11:13
imza: Sonralar olmur :)

Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış