Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın.Netlilərin körpələri-3

Zehra Bedirxanli

Mənim 2 övladım var - oğlum Ömər və qızım Zəhra. Ömərim 2011-ci il iyun ayının 14-də anadan olub. Çox dəcəldir. İndi 2 yaş 4 aylıqdır. Şirniyyatları çox sevir. Hər dəfə anası şirnyyat bişirəndə yanında oturur. Başlayandan hazır olana qədər gözləyir. Zəhram isə isə 2012-ci il iyul ayının 22-si anadan olub. İndi 1 yaş 3 aylıqdır. Allah bütün balaları saxlasın, mənimkilər də daxil olmaqla.

kristen_

Bu ayın oktyabrın 20-də oğlum dünyaya gəldi. Əslində noyabrın 3-də doğulmalı idi. Şükür Allaha, xeyli sağlıqlı bala oldu. İlk anlar mənə o qədər qəribə gəlirdi ki. Ana olmuşam, oğlum olub. Özümün, mənim, xüsusi... İnanılmaz bir şeydir. Hələ ki bir-birimizə alışmağa çalışırıq. Doğrudan da analıq hissi başqa cür sevgidir. Özümü dünyanın mərkəzi kimi hiss edirəm. Allah hamıya qismət eləsin... Balam gəlişi ilə həyatıma rəng qatdı. Atasının, mənim, nənələrinin, babalarının. Hamının! Adı Eduarddır. Düzdü, bir az qəribə addır, amma İngiltərə vətəndaşı olaraq doğulduğu üçün belə qərar verdik. Həm də bu adı mən çox sevirəm (həmçinin yoldaşım). Bu qədər. Bu da mənim balaca, mələk Edikimin ilk fotosu. Sizlərlə paylaşıram... 

Parvina İbrahimova

08.10.2007 tarixində mənim dəcəl qızım dünyaya gəlib. Gecə saat 10-da anadan oldu. Tək istəyim, dərdim tez üzünü görmək idi. Kim idi? Necə idi? Bir qulağına azan, bir qulağına kəlimeyi şəhadət oxuduq. Kiçik əmisinə bənzəyirdi. Yəqin ürəyim nə istəyirdisə Bakıdan heç bezmədən alıb gətirirdi ona görə. İkinci gün idi, yanıma on beş dəqiqəlik gətirdilər, ağladı. Onunla bərabər elə ağlayırdım ki... Deyirdim, görəsən 19 yaşında heç nədən başı çıxmayan mən ona baxmağı bacaracağammı? "Allaha pənah" dedim. O, oyuncağım idi - duyğulu şirin oyuncağım. Onunla iki uşaq kimi olduq biz. Üç il ombasında problem oldu, əziyyət çəkdi. Tək dərdim odur ki, insanları sevsin, Allahını sevən bəndə olsun. Gün keçdi, ay keçdi, böyüdü. Həmişə "quzuşum" dedim ona. Adı Bilqeyisdir. Süleyman peyğəmbərin həyat yoldaşı, Səbə hökmdarının, həm də bizim nənəmizin adı. İndi 6 yaşı var balamın. Tək dərdim tərbiyəsidir. "Əlimdən gələni edirəmmi" deyirəm. Çünki doğrusunu Allah bilir. Rəbbini sevsin, mömin olsun, başqa diləyim yoxdur. Onu bütün pislik və bəlalardan Yaradana tapşırıram. Hobbisi rəsm çəkməkdir. Bir də sual vermək. O qədər sual verir ki, bezdiyimi üzə verməmək üçün bir neçə saat yatıram. Sualları da sualdır a. pardonDeyir:"Niyə bu ağacdan alma çıxır, o birindən gilas?". Bu tipdə suallar verir. Fizikanı sevir. Məncə, gələcəkdə elm adamı ola bilər. Əsas odur ki, xeyirli insan olsun. Allah hamımızın balasını saxlasın və xeyirli övladlar etsin, Amin!

Sevinc M

Allahıma şükürlər olsun ki, bu həyatın ən gözəl hissi olan analıq hissini mənə qismət etdi. Sevgimizin meyvəsi olan iki gözəl bala qismət etdi bizə. Qızım Züleyxa 22 noyabr 2008-ci ildə, oğlum Fərid isə 9 mart 2011-ci ildə dünyaya gözlərini açıb. Qızım mənim ilk nurum, oğlum isə həyatımın ən gözəl 8 mart hədiyyəsidir. Qızım daha çox evdarlığa maraqlıdır, oğlum isə maşın həvəskarıdır. Allahım hamının balasını saxlasın. girl_ang

Qadın.Netlilərin körpələri-3

AYSUN MEMMEDOVA

Mənim 2 övladım var. Oğlum 3 yaş 2aylıq, qızım 8 aylıqdır. Oğlumun adı Asiman, qızımın adı Asudur. Oğlum bacısını şox istəyir, elə olur ki, mənim işim olur, oğlum stolunda oturub qızıma lay-lay çalır ki, yatsın. Və ən əsası uşaqlarım cox mehribandır. Hər kəslə gülərüzlüdürlər. Allahıma min şükür. Allah hər kəsə övlad nəsib etsin. Amin! love Allah hec kimi uşaq acısıyla sınamasın.

Qadın.Netlilərin körpələri-3

vusale-m

Mənim bir oğlum var, adı Kamaldır. 2013-cü il, aprelin 30-da dünyaya gəlib. Gəlişi ilə ailəmizə sevinc gətirdi. Balam özünü hamıya sevdirir, tanıdı-tanımadı hamının qucağına gedir, hamı ilə oynayır. Dişi çıxacaq deyə əlinə keçəni ağzına sürtür. Ən sevimli məşğuliyyəti isə çimməkdir, dance1 sudan çıxmaq istəmir. Balam çox şirindir, arzusunda olanlara da belə şip-şirin pay arzulayıram. Allah qorusun Kamalımı!!!

Qadın.Netlilərin körpələri-3

Xedice 033

Ilk övladım qızım Xədicə 16.06.2006-ci ildə gündüz saat 3-də dünyaya gəlib və gəlişi ilə evimizə sevinc gətirib, çünki hər iki tərəfdən ilk nəvə idi. Xədicənin hobbısi gəlincikləri ilə oynamaq, bir də dərslərinə həvəsi çoxdur, deməyinə gorə gələcəyin uşaq həkimi olacaq. girl_ten Oğlum Əli isə 29.04.2007-ci ildə səhər saat 11-də dünyaya gəlib. Onun da hobbisi öz oyuncaqları ilə oynamaqdır. Böyüyəndə kim olmaq istədiyini soruşanda hər dəfə birini deyir, axırıncı dəfə soruşanda polis olacağını dedi. İnşaAllah onu da gələcək göstərər. İnşaAllah saytımızda ana olmaq istəyən hər xanıma Allah xeyirli övlad qismət etsin.

Qadın.Netlilərin körpələri-3

MELEKLERİM

Hüseynim 1 yaş 2 aylıqdır, avqustun 6-sı 2012-ci ildə dünyaya gəlib. Hüseyn doğulmamışdan əvvəl yuxumda adını mənə demişdilər. İndi maşaAllah asta-asta danışır (mama, ata, dəli mocking və s.). Çox şirindir, Allah hamıya belə şirin bala qismət eləsin.

Qadın.Netlilərin körpələri-3

Zumrud Nurullayeva

Mənim başbəlam 14 dekabr 2006-ci ildə 2 kilo 990 qram, 50 sm, özü də sübh azanı veriləndə (06-15) doğulub, onun hər şeyi demək olar ki, sürpriz oldu. Cinsini həm qız, həm də oğlan deyirdilər, mən də mavi və qırmızı corab almışdım. Bətnimdəki dövrü çox yaxşı keçib,  çoxlu təpiklər yemişəm, amma olmağına 1 ay qalmış nənəm və əmim qızı yuxularında "Uşaq oğlandır, doğulanda xəstə olacaq, adı Əli-Əli çagırılmalıdır və Əli qoyulmasa yaşamayacaq". Ən dəhşətilisi, ikisi də eyni yuxunu gormüşdü. Biz də razılaşdıq ki, adıbı Əli qoyarıq. Allahıma qurban olum, hər dediyi olur. Doğulanda ciyərinə yaşıl su dolmuşdu, hər gün yanına gedib "Əli-Əli" deyə çağırırdıq, arada gözün açıb halsız baxırdı. Nələr yaşadığımızı tək Allah bildi, 16 gün xüsusi şüşədə saxladılar. 12-ci gündə özü nəfəs aldıqdan sonra 29-cu gündə qucağıma almışam. Qurban olduğum böyük sınaqdan sonra uşağa 2-ci nəfəs verib mənə qaytardı, Əlimin aldığı hər nəfəs üçün Rəbbimə min şükürlər olsun! girl_ang İlk dişi 6 aylığında çıxıb, ilk addımı 1 yaş 1 aylığında atıb, 3 yaş yarımda bütün rus hərflərini bilirdi, indi maşaAllah cin baladir. Uşaq bağçasına gedir, yavaşca oxuyub yaza bilir, rus və ana dilində sərbəst danışır. Bütün uşaqlar kimi kompüteri çox sevir. Hobbisi boks və musiqidir. Oyuncaqlardan maşını çox sevir, çox şən, bir az da şıltaq uşaqdır. Allah bütün qızlarımıza Əli kimi şipşirin bala nəsib etsin.

Qadın.Netlilərin körpələri-3

Advokatka

Qızımın adı  İpəkdir. 1 yaş 8 aylıqdır. 2012-ci il martın 8-də doğulub. Ən xoşladığı şey yeməkdir,nyam baxanda da bilinir. Sonra çimməyi dəhşət xoşlayır. Yəgin balıq bürcü olduğundandır. Qızlarla qəti arası yoxdur, ölür oğanlardan ötrü. Ən sevdiyi şeylərdən biri ayaqqabı yiğmaqdır. Ayaqqabı kolleksiyası var. 

Qadın.Netlilərin körpələri-3
Səslərin sayı: 11
122
6766
loading...
Şərhlər
Offline
♥Mira♥
Hamisi cox sirin usaqlaridi ALLAH butun balalari saxlasin girl_ten
30 noyabr 2014 22:48
Offline
Deniz N-va
Nece de sirin seker balalardirrrr Allah hamisini saxlasinnn love girl_ten
26 iyul 2014 21:15
Offline
Irane
Allah saxlasin,INSALLAH menede qismet olar ana olmaq girl_ang girl_ang girl_ang
26 iyul 2014 19:38
Offline
Onur Huseyn
MASALLAH HAMISI SIRINDI EN COX DA MENIM HUSEYNIM love
1 may 2014 21:33
Offline
ღМоя большой любовьღ(Ailəli)
Ayyy şipşirin Allah saxlasın
9 aprel 2014 17:22
Offline
GUNES
Usssss sirinler. Allah saxlasin
27 yanvar 2014 09:54
Offline
Qizil Gul
ALLAH SAXLASIN HAMININ BALASINI.ONUN İÇİNDE DE MENİM BALAMİ
12 yanvar 2014 00:21
Offline
aska
ALLAH valideynlərinə layiqli olaraq böyütmeyi qismet etsin... give_ros
30 noyabr 2013 17:16
Offline
xanim. nazli
Allah butun balalati saxlasin .Amin insalah
girl_ang
19 noyabr 2013 12:17
Offline
Zehra Bedirxanli
dogrudan, men ele bildim seninkilerdir gormek isteyerdim gozellerini.

əvvəl səhf duşmuşdu şəkillər indi düzəldiblər.
18 noyabr 2013 20:19
imza: QADİN.NET
Offline
Jalə Məmmədli
AIDE AZADQIZI,
Amin
14 noyabr 2013 18:18
Offline
قنڶ Ra Gunel Mi Le Yu قنڶ
allah saglasin balalari
14 noyabr 2013 17:24
Offline
♥Aynişka Gülüm♥
Zehra Bedirxanli,
dogrudan, men ele bildim seninkilerdir gormek isteyerdim gozellerini.
14 noyabr 2013 14:15
Offline
AIDE AZADQIZI
ALLAH SAXLASIN HAMININ BALASINI.İÇİNDE DE MENİM BALALARIMI
13 noyabr 2013 21:34
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Ayalla,ne gozel usaqlardilar buuuuu.xususile de kristen_in korpesi.Allah saxlasin balani!
12 noyabr 2013 16:54
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Aşk Meleği
ayyyy girl_ten Allah saxlasın,əməlisaleh müselman olsunlar ana-atalarının başlarını hemişe uca,üzlerini ağ elesinler Amin. girl_ang
12 noyabr 2013 15:11
Offline
Ulker.Agamali
her kese qismet etsin UCA ALLAH korpe etrini hiss etmeyi GUl balalarimiz da ALLah bed nezerdden qorusun
12 noyabr 2013 11:49
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Parvina İbrahimova
Sağol Yegiş bacı əziyyət çəkib hazırladığınçün.Allah hamımızın balasını qorusun girl_ten
12 noyabr 2013 02:05
Offline
Aysel İ.
Allah saxlasın hər birini, Qadın. netin gül balaları.
12 noyabr 2013 01:03
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥AyTaDj HəSəNzAdə♥
ay alla Allah bunlari qorusun Amin hamisigozel usaqlardi twk xebere gore give_ros
12 noyabr 2013 00:58
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!