Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
16 oktyabr 23:46Xəyalə Murad Olan işdir, Sima xanım) 16 oktyabr 23:01Sima aa dogurdane meqan deyisiy saldim)))))
39306

Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)

Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)

Son günlər ailə quran gənclərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdur. Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Ailədə varisin olmaması isə həmişə böyük bədbəxtlik kimi qəbul edilib.
Qəribədir ki, min illər boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur.
Hansı nikah sonsuz hesab olunur və ümumiyytlə, buna tez-tezmi təsadüf edilir? Statistikaya görə, hazırda bütün nikahların 15%-ni sonsuzlar təşkil edir. Evləndikdən sonra hamiləliyə qarşı vasitə tətbiq etmədən iki illik birgə ailə həyatı müddətində hamiləlik baş vermirsə, bu, nəticəsiz nikah hesab olunur. Belə hallarda ər və arvada sahə qadın məsləhətxanasına müraciət etmək məsləhət görülür. Orada qadın lazımi müayinədən keçir və onun ərinə də müvafiq müayinədən keçmək üçün məsləhət verirlər. Onların hər ikisinin müayinə olunmasının çox böyük əhəmiyyəti vardır. Ancaq bir çox hallarda sonsuzluğu müəyyənləşdirən və müalicəsi ilə məşğul olan həkimlər özlərini tamamilə sağlam sayıb, müayinədən ciddi surətdə boyun qaçıran ərlərin müqaviməti ilə qarşılaşırlar. Bəzən onlar bəhanə kimi ilk evliliklərində olan qadınların hamiləliklərini bir dəlil kimi göstərirlər. Əlbəttə, bu dəlillər onların bu məsələdə sadəlövlüklərini göstərir. Əslində ər və arvadın ikisinin müayinəsi, onlardan hansının həqiqətən sonsuzluqda günahkar olduğunu aşkar edir. Sonsuz ailə cütlərinin müayinəsi bəzi hallarda daha tez də aparıla bilər, ər və arvad münasibətinin və ailə mikroiqliminin nikahda ümumi, sonsuzluqda xüsusi mühüm əhəmiyyəti var. Sonsuzluğun əmələ gəlməsində sinir-psixi amilin bir səbəb kimi rol oynadığını mütəxəssislərin əksəriyyəti qeyd edirlər. Bununla əlaqədar, uşaqsız ailələrdə münasibətlərin xarakteri üzərində psixoloqların müşahidə aparmasının böyük əhəmiyyəti var. Əgər müayinədə hamiləliyin baş verməməsində onların hər ikisinin çavabdehliyi aydın olursa, bu məlumat ər və arvad arasında münasibətlərin möhkəmlənməsinə səbəb olur. Onlar bir-birlərinə qayğı və diqqət göstərirlər, bu da onların müalicə olma ehtimalını artırır. Adətən qadınlar bu məsələdə kişilərə nisbətən daha mərhəmətli, daha hövsələli olub, ərlərindəki çatışmamazlığa qarşı mənfi münasibət bəsləmir, onları müalicəyə sövq etməyə çalışırlar. Qadınların sonsuzluğuna qarşı kişilərdə münasibət isə tamamilə əksinə olur (çox vaxt ailənin dağılması, qohumların qadına qarşı neqativ münasibətləri və s). Bu vəziyyət onsuz da öz taleyindən əzab çəkən qadını daha da ağır vəziyyətə salır. Bütün bunlar kifayət deyilmiş kimi, özünü doğrultmağa çalışan kişi arvadının vəziyyəti haqqında bütün qohum və tanışlara da məlumat verir. 

Sonsuzluğun profilaktikası

Məlumdur ki, xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Bu, tam mənası ilə sonsuzluğa aiddir. Sonsuzluğun profilaktikası isə hələ uşaq doğulmamışdan başlanmalıdır. Hamilə qadının iş və istirahət rejimi qaydalarına əməl etməsi, keyfiyyətli və düzgün qidalanma, gigiyena tədbirlərinin yerinə yetirilməsi ailədə sağlam psixo-emosional iqlim ana bətnində dölün çinsiyyət sisteminin normal inkişafını təmin edir. Uşaq orqanizminin formalaşmasına pis təsir göstərən amillərin (alkoqolun və nikotinin) zərərli təsirində hamilə qadının qorunması bəsit şərtlərdəndir. Unutmaq olmaz ki, hətta siqaret çəkilən otaqda hamilə qadının müəyyən müddətdə qalması həm onun özünə və həm də dölə zəhərləyici təsir göstərir.
Son günlər tez-tez qarşılaşdığımız süni mayalanma haqqında bir neçə məlumatı diqqətinizə çatdırmaq istərdik. Bu üsul sonsuz (nəticəsiz) nikahda son vasitədir. Bizim ölkədə bu üsul 60-cı illərdə məşhur ginekoloq İ.Cordaniya tərəfindən tətbiq olunmuşdur.
Müxtəlif səbəblərdən qadında sonsuzluq baş verdikdə, ər və arvadın hər ikisinin razılığı və istəyi ilə süni mayalandırma üsulundan istifadə oluna bilər. Bu üsul hazırda ölkəmizdə də geniş yayılmışdır və bu vasitə ilə çox ailələrdə uşaq dünyaya gəlmişdir. Bəzən ailələr 1 övlad gözləyirlər və bu zaman onlar inanılmaz bir hallarla qarşılaşırlar. Ancaq lazımi müalicədən sonra həmin ailədə 3 ya 4 uşaq dünyaya gəlir. Belə hallara da az təsadüf olunmur. Deməli, sonsuzluq böyük bir bədbəxtlik, çarəsiz bir bəla hesab olunmamalıdır. Təbabət insanlara baş verən bu çətinliyin əlacını tapmışdır.

Qadın sonsuzluğunun aşağıdakı səbəbləri vardır:
- Ovulyasıya problemləri
- Fallop boruları ilə əlaqədar olan problemlər
- Endometrioz və endometrioma
- Polikistoz yumurtalıqlar sindromu
- Uşaqlıq boynu problemləri
- Yaş faktoru
- Səbəbi aşkar olunmayan sonsuzluqlar

 

Ovulyasiya problemləri.

Sonsuzluqların 5-25%-ni ovulyasiya pozğunluqları təşkil edir. Normal qadınlarda hər ay yetişmiş yumurta hüceyrənin partlaması, yəni- ovulyasiya baş verir.
Sonsuzluğun ən vacib səbəbi anovulyasiyadır (ovulyasiyanın olmaması). Hər ay menstruasiya olduğu halda ovulyasiya olmaya bilər. Əgər qadında ovulyasiyanın olmaması aşkarlanarsa, dərman müalicəsi ilə ovulyasiya bərpa oluna bilər. Müalicə alnan qadınların 80%-dən çoxunda müntəzəm ovulyasiya müşahidə olunur.

 

Fallop boruları ilə əlaqədar olan problemlər.

Hamiləliyin baş tutması üçün ən vacib şərtlərdən biri də, uşaqlıq borularının açıq olmasıdır. Sonsuzluğun səbəblərinin 35%-ni boruların keçiriciliyinin normal olmaması təşkil edir. Borular bir sıra infeksion və digər xəstəliklər nəticəsində tutula bilər. Uşaqlıq borularının açıq olub olmadığını müəyyənləşdirmək üçün xəstələrə histeroskopiya və diaqnostik məqsədlə laparoskopiya aparıla bilər. Əgər boruların bağlı olması müəyyən olunarsa, bu cərrahi yolla düzəldilə bilər. Lakin cərrahi üsulla nəticə alınmayacağı düşünülürsə, xəstəyə süni mayalanma (İVF) məsləhət görülür.

 

Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)

 

 

Endometrioz və endometrioma (şokolad kistləri)

Güclü menstruasiya ağrıları, qasıq nahiyyəsində və cinsi əlaqə zamanı ağrıları olan xəstələrin 50-70 %-də endometrioz deyilən xəstəlik vardır. Normada uşaqlığın daxili səthini təşkil edən hüceyrələrin (endometrium) uşaqlığın xaricində yerləşməsi endometrioz adlanır. Yumurtalıqların endometriozu isə endometrioma deyilən şokolad kistlərinə yol açır. Klinikamızda laporoskopik metodların köməyi ilə endometriozun diaqnistika və müalicəsində xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərilir. Endometriozun erkən mərhələlərində ( I, II mərhələ) xəstələrə İUİ (Uşaqlıqdaxili İnseminasiya) uyğun görüldüyü halda, III-IV mərhələlərdə Süni Mayalanmanın həyata keçirilməsi daha məqsədəuyğundur.

Uşaqlıq boynu problemləri.

Sonsuzluq zamanı uşaqlıq boynu problemləri nadir hallarda tək səbəb kimi rast gəlinir. Bu zaman əvvəlcədən xüsusi metodlarla hazırlanmış sürətli hərəkətli sprmatozoidlər uşaqlığın daxilinə inseminasiya olunur (İUİ).

Yaş faktoru.

40 yaşından sonra qadınlarda hamilə qalmaq ehtimalı son dərəcədə azalır. 40 və ondan yuxarı yaşlarda menstrual tsikl normal olsa belə, hamilə qalma ehtimalı yalnız 10% təşkil edir. Yumurtanın inkişafı və ovulyasiya olsa da, yetişmiş yumurta hüceyrənin mayalanması çox çətindir. Hamiləlik baş tutduqda belə 40 yaşından yuxarı qadınlarda düşük riski artmış olur.

Səbəbi aşkar olunmayan sonsuzluqlar 

Sonsuzluqların təxminən 5-10%-də bütün müayinələrin nəticəsi normal olur. Aparılan bütün müayinələrə baxmayaraq sonsuzluğun səbəbi aşkarlanmır. Bu, səbəbi məlum olmayan sonsuzluqlardır. Bu zaman xəstələrə İUİ məsləhət görülür. İUİ 5-10% hallarda effekt verir. 3-4 cəhtdən sonra effekt alınmazsa, xəstələrə İCSİ uyğun görülür.

Kişi sonsuzluğunun aşağıdakı səbəbləri vardır:

- Hormonal səbəblər

- Sperm əmələ gəlmə pozğunluqları ilə əlaqədar olan səbəblər (kriptorxizm, varikosele, xayaların iltihabi xəstəlikləri və s.)
- Genetik səbəblər
- Toxumdaşıyıcı orqanların patologiyaları ilə əlaqədar olan səbəblər

Hormonal səbəblər.

Daxili sekresiya vəzisi olan hipofiz FSH və LH kimi hormonları ifraz edir. Bu hormonlar sperm əmələ gəlməni və kişi cinsi hormonu testosteronun sintezini stimulyasiya edir. Bu hormonların sintezinin və ya ifrazının pozulması kişi sonsuzluğuna gətirib çıxara bilər.

Sperm əmələ gəlmənin pozulmasının aşağıdakı səbəbləri vardır:

Kriptorxizm xayaların anadangəlmə normal yerinə enməməsidir. Bu zaman xayaların qasıq kanalı və ya qarın boşluğunda qalması nəticəsində sperm əmələ gəlməsi pozulur.
Varikosele xaya damarlarının patoloji genişlənməsidir. Sonsuz kişilərin təxminən 38%-də bu problem müşahidə olunur. Varikosele sperm hərəkətliliyinin və sayının azalmasına səbəb olur. Varkosele cərrahi yolla müalicə olunur. Klinikamızda bu əməliyyat böyük müvəffəqiyyətlə həyata keçirilir.
Bəzi dərman maddələrinin və radiasiyanın təsiri. Toxum əmələ gətirən, həmçinin testosteron sintez edən hüceyrələr radiasiyaya qarşı çox həssasdır. Radiasiyanın təsirindən sperm əmələ gəlmə pozula bilər. Həmçinin bir sıra dərman maddələri testosteronun sintezini azaldır.Bunlara aşağıdakılar aiddir: simetidin, ketokanazol, spironolakton və s. Bununla yanaşı alkoqol, marixuana, heroin, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan bəzi preparatlar testosteronun sintezini azaltmaqla yanaşı, sperm əmələ gətirən hüceyrələrə təsir edərək, sperm əmələ gəlməni azaldır.
Xayaların iltihabi xəstəlikləri. Kişilərdə keçirilmiş parotit infeksiyasından sonra 10% hallarda xayaların iltihablaşması baş verir. Bu da, xaya toxumasının zədələn məsinə və sperm əmələ gəlmənin azalmasına səbəb olur.

Genetik səbəblər

Sonsuz kişilərin təxminən 10-15%-də genetik pozğunluqlar müşahidə olunur. Genetik pozğunluqlar əsasən azoospermiyası olan kişilərdə aşkarlanır. Normada kişilərdə 46 XY , qadınlarda 46 XX xromosom dəsti vardır. Genetik müayinələr zamanı sonsuzluqdan əziyyət çəkən pasientlərdə Klaynfelter sindromu (47 XXY xromosom dəsti), 47 XYY-sidromu və s. kimi anomaliyalar müşahidə olunur.Sonsuz kişilərin təxminən 20%-də Y xromosomunun uzun qolunda AZF(Azoospermia Factor) kimi tanınan nahiyələrdə DNT zəncirinin bir hissəsinin olmaması aşkarlanır. Bu patologiya eyni şəkildə atadan oğlan uşağına verildiyi üçün, onun araşdırılmasının mühüm əhəmiyyəti vardır. Bu patologiya PZR analizləri vasitəsilə aşkarlanır.

Toxumdaşıyıcı yolların patologiyaları.

Xayalarda sprmatogenez nəticəsində əmələ gələn toxum toxumdaşıyıcı axacaqla (ductus deferens) penisə daşınır. Bəzi kişilərdə toxumdaşıyıcı axacaqların anadangəlmə inkişaf etməməsi və ya olmaması müşahidə olunur. Belə şəxslərdə spermatogenez pozulmur, yalnız onun daşınmasında problem yaranır. İynə ilə xayadan toxum əldə edib (TESA), yumurta hüceyrə ilə mikroinyeksiya (İCSİ) vasitəsilə mayalandırmaqla, belə kişilərin uşaq sahibi olmaları təmin olunur. Bununla yanaşı infeksiya, travma, keçirilmiş cərrahi müdaxilələr nəticəsində, prostat kistləri və ya daşlar olduqda kanal tamlığı pozulduğu üçün toxum əmələ gəlməsinə baxmayaraq, onun xaricə çıxması pozulur. Bu pozğunluq cərrahi əməliyyatla aradan qaldırıla bilər.
Sonsuzluq zamanı stndart müalicə üsulları effekt vermədikdə, pasientlərə ən son metod kimi süni mayalanma məsləhət görülür. Probleminiz nə olursa olsun, Azər-Türk Med Tibb Mərkəzinin yüksəkixtisaslı mütəxəssisləri daim şikayətlərinizi dinləməyə, sonsuzluğun əsl səbəbini aşkara çıxartmağa və sizə lazımi tibbi yardım göstərməyə hazırdırlar.

Səslərin sayı: 25
3
78275
loading...
Şərhlər
Offline
S U S E N _BACI
genetika esasdi girl_ang alla yaxsi ana ataya ovlad versin amin girl_ang
14 avqust 2016 14:21
Offline
Aysel İ.
Allah bütün ailələrə körpə sevinci nəsib etsin.
2 iyun 2016 08:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Sonsuz kişilərin təxminən 10-15%-də genetik pozğunluqlar müşahidə olunur.
21 fevral 2016 20:39
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!