Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)

 

"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)

YEGiŞ

Həyatdan qorxum yoxdur desəm, yalan olar. Qorxuram, kimsələr tərəfdən əzilməkdən, eyni zamanda, həm də qorxmuram ki, buna nail olan ola bilər. Qorxuram unudulmaqdan. Çünki xatırlanmaq yaşamaq qədər gözəldirsə, unudulmaq ölüm qədər acıdır mənə. Qorxuram əzizlərimi, doğmalarımı itirməkdən, anidən fikrimə girir, çıxmır qorxular. Allah mənə nə yazıbsa, onu da çiyinlərimdə hər zaman daşımağa hazıram. Çünki Yaradan belə məsləhət bilir.
Qorxmuram ölümdən, qorxmuram pisliklərdən. O pisdirsə, mən niyə yaxşılığımdan qalmalıyam?! Devizim budur. Hər zaman haqq yolunu tapır, deyərək-düşünən birisiyəm.
GulenaY
Həyatdan heç bir qorxum yoxdur, hər çətinliyə sinə gələrək yaşımın üstünə yaş gəlir. Daim mübarizədə olan insanam, ona gorə qorxum yoxdur. Sadəcə qorxduğum anlar var, məsələn, dogmalarımla, əzizlərimlə bağlı anlar ki, o səsi eşitməyə qorxuram. Ailəmin bir gün kimlərsə tərəfindən parçlanmasına qorxurdum, amma buna cəhd etmək istəyənlərin də qarşısını aldım, demək bacardım. Qardaşım əsgərlikdədir, canım qardaşım, o mənim havamdır, suyumdur, nəfəsimdir, ürəyimdir, həyatımda incitmədiyim yeganə kişi-qardaşımdır, dostumdur, dayağımdır..Mən nə qədər həyatda varam, qardaşım üçün narahat olacağam, qorxacağam. Əsgərlikdədir, ürəyim parçalnır hər gün, dualar edirəm ki, Allah onu pis insanların ətrafından uzaq eləsin...Bircə bu yay gəlsəydi, o da gələrdi...Harda olur olsun onun üçün narahat oluram, lap bizə qonaq gələndə də, gecə 3 dəfə durub baxıram, görüm rahat yatırmı, üstün örtübmü, yastığı rahatdırmı. Bir babam da var, o da şəkərdi, onun adı hər gələndə mən kövrəlirəm. Bütün qohumlar, tanışlar bilir ki, mən babama necə bağlı insanam, qocaldığını görürəm, hər görəndə gizli ağlamamaq mümkün deyil. Onu o evsiz təsəvvür edə bilmirəm. Bəlkə də həkimlər desə ki, ona sağlam ürək lazımdır, sağlam orqan lazımdır, gözümü yummadan verərdim. Ona bir şey olacaq deyə qorxuram. Əlbəttə, bir də valideynlərim və yoldaşım adicə xəstələnəndə, hər gün yola çıxanda belə onlar üçün qorxu, narahatçılığım olur... Bu haqda geniş danışmaq istəmirəm. Qorxu ilə yaşamaq bəlkə də hərdən nələrinsə qədrini bilməyə gətirib çıxardır, daha da sahiblənməyə gətirib çıxarır, düzgünlüyə gətirib çıxardır... Nə bilim, Allah hər birimizə mənəvi rahatlıq versin.
SELENA
Mən ən çox Allahdan qorxuram. Məncə, Allah qorxusu hamıda olmalıdır. Sonra gəlir axirət qorxusu. Ölümdən heç vaxt qorxmamışam. Bircə qorxmuşam ki, ölüm məni ailəmdən ayırar, ailəmdən ayrılmaq istəmirəm. Ailəmi itirməkdən də çox qorxuram. Bəzən deyirlər ki, yaxşı düşün, yaxşı olar, amma mən hər şey haqqında yaxşı düşündüyüm bir vaxtda atamı itirdim. Ümidlə sağalacağını və düzələcəyini düşündüyüm zamanda oldu.
Bir də hesab günü var. Hesab günündə hər şey bilinəcək. Günahlarımız, savablarımız bilinəcək. Vay o gündən ki, günahlarımız savablarımızdan ağır olar, çox olar. Bunu düşünmək belə çətindir, ağırdır. Allah bağışlasın bütün günahlarımızı. Amin.
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
▓▒░Yağmur ░▒▓►ஐ
Həyatdan qorxuram çünki:
Şikayətim var deyə, bir yazıya başlasam günlərcə bitirə bilmərəm bu yazını, ancaq bir şey yazmağa deyil, bu şikayətlərə baxıb hələ də şükr etməyi öyrətdiyi üçün həyata minnətdaram!!!
Allahımıza çətin anımızda üz tutmayaq. Heç zaman qəlbində Allah sevgisi, dilində dua olan şəxslər darda qalmaz.
Ən çox qorxduğum şey, doğmalarımızın vaxtsız itkisidir, Allah heç bir kimsəyə bu acını yaşatmasın, eyni zamanda da mənə...
Ulker.Agamali
Həyatdan qorxuram, çünki gəncəm, çox səhvlərim olub, amma hələ onları düzəltməmişəm. Həyatdan qorxuram, çünki Allahımdan qorxuram, səhvlərimi bağışlarmı, onun hüzuruna gedincə bir müsəlman kimi bütün vəzifələrimi yerinə yetirməyə ömrüm çatacaqmı?Həyatdan qorxuram, çünki 2 balam var, onlara gözəl gələcək qurmağa ömrüm yetəcəkmi? Bəli, həyatdan ilk qorxum, ömrümün nə qədər olmasından xəbərsiz olmağımdır. Ona görə də, hər günü sonuncu kimi yaşamağı bacarmaq lazımdır. Digər qorxular-həyatın imtahanlarıdır, bunlardan hamı keçməlidir....Yaşadıqca, həyatın çəhrayı rəngdə olmadığını anlayırıq, çətinliklərə sinə gələ-gələ güclənirik, həyəta daha bərk tutunuruq, yaşamaq-yaşamaq-yaşamaq istəyirik!
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
SəRRaS
Mənim həyatda qorxmadıqlarımdan çox, qorxduqlarım var. Amma Allahım alnımıza nə yazıbsa, onuda yaşayırıq, Allahdan gələn dərd də, kədər də xeyirliyədir. Deməli belə, həyatda heç qorxmadığım şey var, o da ölümdür, amma ölümdən sonra olanlardan hədsiz qorxuram, verə biləməyəcəyim cavablar, günahlarım, qırdığım qəlblər... Həyatda qorxuram, yaxınlarımı itirməkdən, hər zaman Allahıma dua edirəm ki, mənim canımı onlardan tez al, yaşaya bilmərəm yoxsa. Qorxuram, kimisə incitməkdən, qəlb qırmaqdan, böyüklərə bilmədən də olsa hörmətsizlik etməkdən, çünki onda pis oluram. Həyatda çarəsiz, yalnız qalmaqdan qorxuram. Həyatdan qorxmuram, çünki məni hər şeydən çox sevən, hər pis günümdə arxamda duran atam var, ailəm var, canından çox sevən yoldaşım var..Gözəl Rəbbim hamını qorusun, bizlər də içində.
creativka
Həyatda heç nədən, heç kimdən qorxmuram, çünki bilirəm ki, Allahım hər zaman məni qoruyur. Həyatda ölümdən, unudulmaqdan qorxmuram, çünki bilirəm ki, Allah qarşıma çıxartdığı insanları müəyyən məqsədlər üçün çıxardır, onlar mənim imtahanım olur, onların sayəsində həyatı daha dərindən dərk edirəm-insanları tanıyıram. Həyatdan qorxmuram, çünki bilirəm ki, həyatda batmayacağam, özümü müdafiə etmək üçün ağlım, savadım var. Həyatda tək qalmaqdan qorxmuram, çünki, min oğula dəyəcək qızım var, o qızım ki, mən onunla nəfəs alıram. Həyatımın ən çarəsiz anında gəldi, ən çətin anlarımda yanımda oldu. Həyatda kasıb olmaqdan qorxmuram, çünki bilirəm ki, milyonlara dəyəcək qızım və ailəm var.
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
Nuray
Qorxuya gəldikdə, heç nədən qorxmaq lazım deyil, Allah nə buyurubsa, o da olacaq, qorxduğum anlar olmayıb, amma əzablı anlarım çox olub və mən də həmişəki kimi Allahımdan mənə səbr vəməyi istəmişəm. Şükürlər olsun ki, o Uca Rəbbimə məni heç vaxt naümüd qoymayıb, indi şükürlər olsun ki, keçdiyim bu çətin illərim geridə qaldı. Yaxınlarını itirənlərə də, səbr diləyirəm, o da Allahın bir əmridir. Bizlər də bir gün gəlib, bir gün də gedəcəyik və buna hər an hazır olmalıyıq, əziz bacılarım
mira-kerim
Həyat bəzən qorxulu gəlir mənə, çətin gəlir... Amma düşünürəm ki, başımızın üzərində Allah var, o zaman heç nədən qorxmuram. Bu həyatdır, hər şeyə hazırlıqlı olmalıyıq və heç nədən qorxmamalıyıq.
Rzayeva Guler
Mənim həyatda ən böyük qorxum, anamı və yoldaşımı itirməkdir, çünki bəzən öz-özümə fikirləşirəm ki, yoldaşım həyatda olmasa mənim üçün həyatın heç bir mənası qalmaz, onun öldüyünü görməkdənsə, özüm ölüm. Çünki mən, anam və yoldaşımla nəfəs alıram, bu 2 il ərzində sevdiklərimi itirmişəm-dayım cavan yaşında rəhmətə getdi, nənəm öldü, sonra da dünyada çox sevdiyim, onu hər zaman fikirləşdiyim qardaşımın qızı-gözümün qabağında öldü, ən çox məni yaralıyan, 3 yaşlı Nurayımın ölümü oldu, bu ölümlər arxa-arxaya olduğu üçün indi həyatda ən çox sevdiyim anamı və yoldasımı itirməkdən çox qorxuram, qalan şeylərdən elə də qorxmuram. 
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
Səslərin sayı: 9
35
3313
loading...
Şərhlər
Offline
leyla esgerova
mARAqli idi ALLAH OLENLERE REHMET ELESİN
2 noyabr 2013 23:00
Offline
Rzayeva Guler
Allah hamimizin sevdiklermi ne uzun omur can sagliqi versin Allah hec Kimi sevdiklerinden ayrirmasin
1 noyabr 2013 01:11
Offline
Aysun Memmedova
DAVAMLI OLSUN CANIM ELA XEBER IDI
22 oktyabr 2013 18:20
Offline
♥Selena♥
Selenam ALLAh o dunyani xeyirli etsin insallah,atanla haqq dunyasinda gorusmek nesibin olsun.

Amin, Amin, min kərə Amin. Cümləmiz üçün hər şey xeyirli olsun. Uca Allah bizlərə cənnəti nəsib etsin. Çox sağ ol, Rasiməm. Rəbbim hər şeyi ürəyincə versin. Amin.


SELENA
Allahim Allah qorxusunu ve sevgisini ureyinizden eksik etmesin InsAllah

İnşAllah. Hamının qəlbini sarsın bu qorxu.
18 oktyabr 2013 01:03
Offline
Aysel İ.
Mən ən çox,xoş niyyətlə ,ehtiramdan dolayı bir xanıma yazarkən,səhv anlaşmaqdan,onun üçün yazımın problem yaradacağından qorxuram...Ailəli xanımlarımıza,gənc qızlarımıza -bacım,yaşlıl xanımlara isə anam qədər ehtiramım var...Lap kiçiklərə isə qızım qədər nəvazişlə və qayğı ilə yanaşmağa çalışıram!Allah pis niyyətdən,pis əməldən bizləri daim hifz eləsin!Qadınlar-daim ehtiyatlı davranış sevən incə varlıqdır!

Elnur bəy inanın ki, sizin kimi insanı saytımızda görməyə həmişə şad olarıq. Bəli biz qadınlar hörmətə və sayqıya layiq insanlarıq. Və sağ olun ki, hamımızın hörmətini qazanmısınız. Bu mədəniyyətinizdən dolayı sizə təşəkkür edirik.
Təriş canım xəbərin çox maraqlıdır. Hər kəsin həyatda qorxduğu və qorxmadığı məqamlar var. Bəzən bu barədə danışmaq adamı rahatladır. Qızlarımızın hər birinin qorxusu əlbətdə ki, yaxınlarını və əzizlərini incitmək və itirmək qorxusudur ki, bu hər bir insanda var. Allah hər kəsi hifz eləsin. Amin.
18 oktyabr 2013 00:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ
Tewekkur Yegiw xeberincun.Xanimlarimizinda yazisini tek tek oxudum maraqla

Tewekkur Teriw xeberincun.Xanimlarimizinda yazisini tek tek oxudum maraqla.Serras tewekkur baci
18 oktyabr 2013 00:35
Offline
Titi
qizlar Allah haminiza komek olsun. qorxulu anlariniz geride qalsin. yeqin biz novbeti xeberde olariq. tesekkurler baci
18 oktyabr 2013 00:30
Offline
Serras
Baci xeberin maraqli alinib ugurlar... give_ros
Yeqisim ALLAh her zaman qarsina ozun kimi yaxsi insanlari cixarsin.sevdiklerin her zaman yaninda olsun.

Gulenay ALLAh qardasinin canin sag etsin qardaslar nefesidida ele,babanida basinizdan eskik etmesin.

Selenam ALLAh o dunyani xeyirli etsin insallah,atanla haqq dunyasinda gorusmek nesibin olsun.

Yagmur bacim ALLAh sevdiklerinizi her zaman yaninizda etsin.

Ulker bacim ALLAh ovladlarinizin xos gunun gormeyi size nesib etsin.ALLAh qelbinize rahatliq versin.

creativka ALLAh saxlasin qizinizi.
Nuray bacim ALLAh komek olsun senede.
18 oktyabr 2013 00:05
Offline
Nigar
TERIS BACIM,MARAQLI IDEYA FIKIRLESMISIZ,SAYTDAKILARI DAHA DERINDEN TANIYIRIQ,COX SAG OLUN.GULER BACIM,BASINIZ SAG OLSUN,YAZINIZI OXUDUM,GOZLERIM DOLDU.MENIM DE NURAY ADLI 3YASINDA QARDASIM QIZI VAR,ONU DUNYALARCA SEVIREM.ALLAH SEVDIKLERIMIZI BIZDEN AYIRMASIN,AMIN!
17 oktyabr 2013 23:48
Offline
♥ TƏRİŞ .H. ♥
Sonay Quluzade,
Düzdü bacı.hər anımızı hər genümüzü ölüm olacaqmış kimi yaşayaq .Yəni yaı işlər görək.xeyirlər edək dua edək.
Ruhəngiz, give_ros

Sahile.,
Bacım sən dualarına davam et tövbə rt.İnşallah rəbbiç bağışlar
17 oktyabr 2013 23:15
Offline
Beren Saat.
Allah haminin komeyi olsun
17 oktyabr 2013 22:15
Offline
MİRiyeva
Selena eləbilki mənim fikirlərimi yazmısan... səni anlayıram

Təriş davamlı olsun give_hea
17 oktyabr 2013 22:09
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Fidan
Bu dəfəki xəbərdə maraqlı alınıb.Çox sağol bacı
17 oktyabr 2013 21:29
Offline
Aminim
Canim Allah hec vaxt seni ve sevdiklerini haqq yolundan ayirmasin InsAllah

AMİN! CANIM CÜMLƏMİZİN
17 oktyabr 2013 21:16
imza: qadin.net
Offline
Narin...
YEGiŞ
Canim Allah hec vaxt seni ve sevdiklerini haqq yolundan ayirmasin InsAllah give_hea

GulenaY
Allah babana uzun omrler versin aileni qorusun,qardasinin ustunde her zaman yar olsun InsAllah smile

SELENA
Allahim Allah qorxusunu ve sevgisini ureyinizden eksik etmesin InsAllah

▓▒░Yağmur ░▒▓►ஐ
Allah qorxusu ve sevgisi daim qelbinizde yasasin

Ulker.Agamali
Allah size ailenize ve balalariniza uzun omrler versin

SəRRaS
Allah ailenizi ve sizi qorusun InsAllah qelbinizden hec vaxt Allah sevgisi eksik olmasin

creativka
Allah balanizi basiniza tac etsin emelisaleh evladlardan etsin InsAllah omru uzun olsun

Nuray
Allah hec zaman umidlerinizi bosa cixarmasin InsAllah

mira-kerim
Allah her zaman arxa dayaginiz olsun InsAllah

Rzayeva Guler
Allah dunyadan vaxtsiz kocenlerinize rehmet elesin.Ananiza ve yoldasiniza ise uzun omr ve can sagligi versin Allah qorxusu ve sevgisi daim qelbinizde yasasin

Allah her birinize komek olsun cox sag olun Terish cox gozel movzudur ellerinize sagliq give_hea good ...
17 oktyabr 2013 21:13
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Aminim
CANIM TƏRİŞİM XƏBƏRİN MARAQLI VƏ DÜŞÜNDÜRÜCÜDÜ.MƏNƏDƏ SÖZ VERDİYİNCÜN TŞK SƏNƏ.ƏLLBBƏTDƏ QORXMALIYIQ HƏYATDAN HƏTDA HƏR SANİYƏMİZİN BELƏ QORXULU OLA BİLMƏSİNDƏN
17 oktyabr 2013 21:13
imza: qadin.net
Offline
Elnur Məmmədov
Mən ən çox,xoş niyyətlə ,ehtiramdan dolayı bir xanıma yazarkən,səhv anlaşmaqdan,onun üçün yazımın problem yaradacağından qorxuram...Ailəli xanımlarımıza,gənc qızlarımıza -bacım,yaşca böyük olan xanımlara isə anam qədər ehtiramım var...Lap kiçiklərə isə qızım qədər nəvazişlə və qayğı ilə yanaşmağa çalışıram!Allah pis niyyətdən,pis əməldən bizləri daim hifz eləsin!Qadınlar-daim ehtiyatlı davranış sevən incə varlıqdır!
17 oktyabr 2013 21:04
Offline
PƏRVANƏ ƏLİYEVA......
Terish canim xeberin cox maraqlidi.Cox boyuk maraqlada oxudum.Qizlar ezizlerim Allah sizleri hec bir qorxu ile uzbe uz qoymasin.Allah sevdiklerinizi qorusun.Hamimizin en cox qorxduqu yaxinlarinin itkisidi.Allah hec kime vaxtsiz itki qismet etmesin.
17 oktyabr 2013 20:45
Offline
Sonay Quluzade
lala,
Lala, baci 21 yashinda bir qizcigazin aramizi terk etmesi. Ecel gelende xeber elemir.
17 oktyabr 2013 20:40
Offline
איסון ממדוב.
maraqlı xəbərdi
17 oktyabr 2013 20:39
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )