Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın.Netlilərin körpələri (2)

Afət

Canım, ilk öncə xəbərinin uğurlu olmasını arzulayıram. Allah hamının balasını saxlasın, mənim iki övladım var.  İlk övladım Şahini 2001-ci ildə qucağıma almışam. Körpə vaxtı yuxu ilə heç arası yox idi, nə gecə yatırdı, nə də gündüz. Səhərə kimi nağıl danışır, layla oxuyurdum. Düz 1 il 3 ay ana-bala gecələri birgə oturmuşuq. Böyük oğlandır, amma yenə də yatmaqla heç arası yoxdur. İndi  7-ci sinifdə oxuyur. İngilis dilindən əlavə dərslər alır.  Üzgüçülüyə gedir. Şahmatla məşğul olur.

2006-cı ilin soyuq qış günü səhər tezdən qızım Xavər dünyaya gəldi. Ata nənəsi onun yolunu çox gözləmişdi, çünki özünün qızı olmadığı kimi, nəvələri də oğlan idi. Qızım ailənin ilk və tək qız nəvəsidir. Qaynanam çoxdankı arzusunu həyata keçirdi, qızıma öz anasının adını verdi. Oğlumda yuxu sarıdan çox əziyyət çəkdiyim üçün qızımda da eyni vəziyyət olacağından qorxurdum. Sağ olsun, qızım məni heç incitmədi, axşam birgə yatıb, səhər də birgə yuxudan dururduq. İllər necə keçdi, heç bilmədim. Bir də gördüm qızım artıq 2-ci sinfə gedir.  Rəqs etməyi çox sevir, rəqs dərnəyinə gedir. Yemək barəsində çox şıltaqdır, hər yeməyi bəyənmir. Buna görə də mətbəxdə çox oluram, menyunu elə qururam ki, yeməmək üçün heç bir bəhanəsi olmasın. 

Allah hamının balasını saxlasın, övladı olmayanlara da qismət olsun, inşAllah.

Sonay Quluzade

Bizim yaraşıqlı, qaragözlü, kiçik ailənin ilk övladı, böyük ailənin ilk nəvəsi və baba-nənəsinin gördükləri yeganə nəvəsi, buna görə də əvvəl nənəsi, sonra da əmiləri, bibisi tərəfindən ərkəsöyünləşdirilən Eşqin balamız 2005-ci il 9 noyabrda dünyaya gəlib. Kifayət qədər qaraqabaq, inadkar, hər xasiyyətində şıltaq, öpüləndə adamın üzünə baxa-baxa silən oğlumuz hal-hazırda ikinci sinifdə oxuyur, Allaha şükür ki, bir illik müddətdən sonra oturmağı öyrənib.

Ata nənəsinin müasirləşdirilmiş adını daşıyan, gözəl olmasa belə, şipşirin, dili bir qarış olan, atasının Günəşi-Ayı, anasının surəti olan qızımız Sonay 2010-cu il 26 oktyabrda doğulub. Fərqli yemək görəndə "Ay Allah, təzə yemək" girl_ten deyən, amma bir qaşıq da yeməyən qızım istiqanlıdır, mehribandır, amma balaca canına yaraşmayan qədər də tərsdir və çox da gözəl dişləmə qabiliyyəti var, nənədən tutmuş, qardaşına kimi hamı dadıb o ləzzəti.

PERVANE ELIYEVA .......

Allah bütün balaları saxlasın, icində də mənimkiləri. Mənim də 2 oğlum var. Böyük oğlum Rüstəm 1998-ci il sentyabr ayının 21-də dünyaya gəlib. Uşaqlıqdan ən sevimli hobbisi yorulmadan maşında gəzmək və bir toy kasetlərində gəlin dalınca gedən maşın kortejini izləmək olub. Çox ağıllı və tərbiyəli övlad kimi böyüyür. Çox razıyıq ondan. Hər iki ailənin ilk nəvəsi olduğundan ona olan məhəbbətimiz bir başqadır. Bu gün artıq böyük oğlandır. 9-cu sinifdə oxuyur. Ali məktəbə hazırlaşır. Kənan balamı isə Rəbbim mənə düz 11 ildən sonra - 2009-cu il avqust ayının 21-də qismət etdi. Ona kimi heç ümidimiz yox idi ki, ailəmizin sayı yenə də arta bilər. Bu da Allahın mənə bəxş etdiyi bir möcüzə idi. Çox şükürlər olsun. Bu balamın da artıq 4 yaşı tamam oldu. Çox nadincdir. Heç sözümə qulaq asmır. Ailədə adını "Vampir" qoymuşuq. Gün ərzində yalan olmasın, 20 dəfə evi söküb-tökür. Qab-qaşıqla oynamaq deyərdim ki, ən sevimli məşğulliyətidir. Atası üstümə qışqıran gün onunla danışmır və ağzına nə gəlsə ona deyir. Atasına "Mamamın üstünə qışqırma, o mənim mamamdır. Get öz mamanın üstünə qışqır, sənin maman ölsün" deyir. Cizgi filmlərini saatlarla izləyir. Mobil telefonlardan çox yaxşı başı çıxır. Hal-hazırda bütün pis vərdişlərdən uzaqlaşdırıb hazırlıq kursuna yazdırmışam. Orda da müəlliməsi ilə yola getmir. Oğlanlarım ikisi də mənə çox bağlıdır. love Allah bütün evlərə beləcə nadinc bala qismət etsin. Yegiş, canım, bu qədərini yazdım. Çünki çox yazsam bir dastan olar.

Qadın.Netlilərin körpələri (2)

Ulker.Agamali

Allah bütün balaları saxlasın. Mən ilk körpəmi - İsgəndəri 03.10.2008-ci ildə 00:15-də qucağıma almışam. O gün ömrümün tamamilə dəyişdiyini hiss etmişdim, sevincdən özümü saxlaya bilmirdim, gözümün yaşı qeyri-ixtiyari suzülürdü. 2-ci oğlum Aqşin 05.05.2010 tarixində anadan olub. Övladlarımı bir-birindən ayırmıram, hər ikisini çox sevirəm. Amma onlar tamam başqa xasiyyətlidirlər. İsgəndər çox sulhsevərdir, həmişə kiçik qardaşına güzəştə gedir. Rəsm çəkməyi və musiqini çox sevir, radioda eşitdiyi mahnıları yadında çox asanlıqla saxlayır. Aqşin dəhşətli dərəcədə maşın həvəskarıdır, yatanda da maşınları ilə yatır, atasına pərəstiş edir, geyimi, hərəkətləri, gəzişi, hər bir əməli ilə atasına oxşamağa çalışır. Zahiri görünüşcə də atasına cox bənzəyir. Hamı kimi mən də övladlarımın savadlı, tərbiyəli, vətənpərvər olması üçün çalışıram. Allah bütün valideyinlərə bu işdə köməkçi olsun. Amin! girl_ang

ULduz

Mənim 2 övladım var: Cavid və Aişə. Cavid 2006-cı il oktyabrın 24-də, Aişə isə 2009-cu il oktyabrın 25-də Sumqayıt şəhərində dünyaya gəlib. Çox dəcəldilər. Bütün gün onların arasında qalıram. Həmişə televizorun pultuna görə aralarında "müharibə" başlayır. Ortalığı qarışdıran birinci Aişə olur. Dəcəllikdə ona çatan olmaz. Bu yay Oğuza toya getmişdik. Cavidi bəy, bir qızı da gəlin kimi seçmişdilər ki, toya bir az maraq qatsınlar. Toydan qabaq onlara rəqs etməyi öyrədirdik, bizim Aişə xanım da qıraqdan bizə baxırdı. Sən demə, ürəyində qısqanclıqdan partlayırmış. Baxdıq ki, Aişə qızın saçından yapışıb ki, "Sən mənim qardaşımla oynamayacaqsan. diablo Özüm oynayacam". Yazıq qız qorxusundan Cavidə yaxın gəlmədi. Toyda elə Cavidlə Aişə özü getdi gəlin kimi. Bütün olmayanlara da qismət olsun inşaAllah. Allah bütün körpələri saxlasın. Amin!!!

canim

Mənim iki övladim var: Aysel və Məhəmməd. Aysel 1 iyul 2004-cü ildə, Məhəmməd 30 avqust 2008-ci ildə anadan olub, qızım 4-cü sinifdə oxuyur, əlaçıdır. Oğlum bu il hazırlığa gedir. Qızım rəsm çəkməyi, oğlum da maşın toplamağı, maşınları çox sevir, başqa oyuncaqlarla oynamır. Allah bütün övladları qorusun AMİN! girl_ang

ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ

Allahım mənə analıq duygusunu bəxş etdiyi üçün çox xoşbəxtəm. İki balam var: Yağmurun 4 yaşı olacaq inşaAllah və 1 yaş yarımlıq Oğuz. Yağmurum 22.01.10, Oğuz 20.02.12-ci il doğumludur. Yağmurumun adı heç kim inciməsin deyə püşkatma yolu ilə qoyuldu, atasının seçimi oldu. Təsadüfdən Yağmur adı seçilsə də mənim üçün çox anlamlı idi, yəni ilk tanışlığımızda, nişanımızda, toyumuzda və balam dünyaya gəldikdə hava yağmurlu olub. İlk övladımın da adının Yağmur olması mənim üçün özəldir. girl_ten Oğuzumun adını isə özum istəmişəm, atasının razılığı ilə də qoymuşuq. Qızım əvvəllər dəcəl olub, oğlum isə çox sakit, indi isə yerdəyişmə edibllər. Hər iki balam çox səliqəlidir, bunu xüsusi qeyd edim, çünki oynadıqları, tökdükləri əşyaları sonunda özləri yığır. Qızımda təmizkarlıq var, bütün hərəkətlərində bu duyulur. Ən çox sevdiyi isə mətbəxdə mənə yardımcı olmaq istəyidir. Onların gələcəyini parlaq görürəm, ən azından ata-anaları kimi istər ailədə, istər cəmiyyətdə onların mövqeyini görərək böyüyəcəklər inşaAllah. Allah bütün sağlam təməlli ailələri qorusun, balalarımızı xoşbəxt etsin. Amin!

Sevgi.

Mənim gözümün ağı-qarası İsmayılım 19.09.2010 tarixində dünyaya göz açıb. Mənim bu şirin balam hələ balaca olanda çox oyuncaqlara meyl etmirdi, ancaq telefona, pulta, ya da komputerə ustalıq edirdi. Mənim balam böyüdükcə maşınlarıyla oynayır, , hərdən də sındırır, sonra da deyir ki, "Mama, bunu düzəlt də". Öz zövqünə uyğun olmayan paltarı geyinməz, hansı xoşuna gəlsə onu geyinəcək. Deyir: "Mama, bu qəşəngdir..." Danışmaqla qurtarmaz, hər halıyla şirindir. love Allah hər bir ailəyə nəsib etsin övlad payı.

Ramile Husna

Oğlum Rəşad 2006-cı il iyul ayının 30-da doğulub. Açığı, çox ağlağan uşaq olub, 1 yaşına kimi özü də ağlayıb, bizi də ağladıb. Elə indi də bir az əsəbi uşaqdır, amma xasiyyəti ağırdır, boş-boş danışmaz, çox gülməz, yəni şitlik etməyi sevməz. Hamı ona "dul kişi" deyir, indidən arvadına yazığım gəlir. Dediyi bircə söz var: "Mən sözü bir dəfə deyim". "Çay tök" dedisə, o dəqiqə durub tökməlisən ki, ikinci dəfə deməsin biggrin Dərslərində əlaçıdır, yaddaşı çox güclüdür, 2 yaşında danışırdı, 4 yaşında 20-dən çox şeir bilirdi, yəni bu tərəfləri çox sevindirir məni. Ailəcanlıdır, arabir dalaşsalar da bacısını çox sevir. Qızım Hüsna 2010-cu il yanvarın 17-də doğulub. Çox sakit uşaq idi, amma nadinc olub sonralar. Oğlum kimi zehni güclü olmasa da hərəkətləri çox çevik olub. Hüsna 5 aylıq iməkləyirdi, artıq 7 aylığında tutub gəzirdi, 10 aylığında isə tam gəzməyə başlamışdı. Kimə deyirəmsə elə bilirlər ki, şişirdirəm. Amma o, bir az əhlikeyf qızdır, qardaşı kimi deyil. 4 yaşı olacaq, hələ bir şeir bilmir. Çox, lap çox nazlıdır, bütün günü onun nazını çəkməklə məşğuluq, evdə qırmızı rəngdə nə varsa onun olmalıdır, nə olduğu fərq etməz, təki qırmızı olsun smile

MAYA EL

11.08.2008-ci ildə saat 20:30-da qızım dünyaya gəlib. Adını Maya qoyduq, bu şirin Maya böyüdükcə dəcəlləşməyə başladı. Hələ təzə-təzə oturmağa başlayanda musiqi səsini eşidən kimi oturduğu yerdə oynamağa başladı və o gündən bu yana hər xoşladığı mahnı eşidəndə başlayır rəqs etməyə. Şəkil çəkməyi, mahnı oxumağı çox sevir. Mənim bu dəcəl qızım özünə nə sərf edirsə onu da mütləq yerinə yetirir. Deyirlər, qız üşağı özünü çox istədir love bu düzdür, mənim qızım da elədir. Allah bütün arzusunda olan hər kəsə şirin paydan nəsib etsin. Amin.

GÜLÇİN

Mənim iki övladım - bir qızım, bir oğlum var. Günel qızımın artıq 8, oğlum Emilin 6 yaşı var. Hər bir uşağın özünəməxsus hobbisi, sevdiyi yeməkləri var. Mənim uşaqlarımın hobbisi boş vaxtlarında rəsm çəkmək, rəngləmək, nağıllar oxumaq, özləri üçün müxtəlif fikirləşdikləri, onları maraqlandıran oyunlar oynamaqdır. Sevdiyi yeməkləri xəmir xörəkləri, makaron və qayğanaqdır. Nə zaman versəm, sevərək yeyirlər. nyam Şirniyyatı da dəhşət dərəcədə çox sevirlər.

Ardı var...

Səslərin sayı: 16
144
4982
loading...
Şərhlər
Offline
Nəzrin
Sonay Quluzade qiziniz hem geseng hemde cox sirindi)Allah butun balalari saxlasin
7 oktyabr 2014 17:31
Offline
♥Mira♥
Usaqlar cox sirindiler ALLAH butun usaqlari saxlasin INSALLAH
7 oktyabr 2014 17:21
Offline
Deniz N-va
Hamisi biri birinden sekerdiler Allah saxlasin hamisini love girl_ang
26 iyul 2014 21:12
Offline
Onur Huseyn
ALLAH SAXLASIN BUTUN BALALARI.
1 may 2014 21:36
Offline
BIBIXANIM
Allah saxlasin
15 dekabr 2013 16:46
Offline
insanliq
ALLAH saxlasin bu gul balalari
23 noyabr 2013 04:54
Offline
xanim. nazli
]Allah butun balalari saxlasin . menim 2 gul balam da
onlarin icinde . greeting
19 noyabr 2013 12:25
Offline
Mahira
Mahire ve Ayten bacilarimi Bu bolmede gorsem dunyalar menim olardi.twkler bacim,3hisseni gozlurem

Insallah canim insAllah Allah o gunude nesib eder bizde 4 gozle gozleyirik o gunu
9 noyabr 2013 23:01
Offline
Xedice 033
ALLAH SAXLASIN BUTUN BALALARI
9 noyabr 2013 21:13
Offline
Jalə Məmmədli
sebirsizlikle 3 gozleyirem Allah saxlasin balalarinizi
9 noyabr 2013 14:41
Offline
N.(SaTuOr)
Mənim qızım heç tərs deyil ha

ay baji meni cas-bas qoydun haa.usaqlarin coxusu eledir, indiki zemanede ancaq usaqlar deyirler men, ozum etmeliyem.menim qizim bir inadkardir ki, gel goresen, oz bildiyin gozumun icine baxa-baxa elemese dunya dagilar.kecilerinin gelmediyi vaxta dusende deyirsen bundan agilli usaq yoxdur..hele menim balacam 1 yas 3 ayliqdi, istediyini eleme dodagin sallayir, kusur gedir ya da ozun serir yere.
8 noyabr 2013 11:31
Offline
Sonay Quluzade
Allah balalarınızı saxlasın, onları min budaq eləsin, xeyirli, əməli-saleh övladlar olsunlar, həmişə xoş soraqlarını eşidəsiniz, Allah sizi balalarınızla sınağa çəkməsin, gözü dolusunca görəsiniz, xanımlar. Allah olmayanlara yaşatsın analıq hissini.
Sonay qizini ele ozu kimi disleyerem, masallah gozeldi senin de qizin, ele menim qizim kimi tersdi deyesen haaa.

Qiymətləndir gör nə dərəcədə tərsdir, deməli, bunda arada dırnaq yemək vərdişi yaranmışdı, bir dəfə buna dedim əlini ağzından çıxart, gördük ki, çıxartmır, qardaşı əlindən tutub, aşağı saldı, qız acıqlı-acıqlı əlini saldı yenə ağzına bu dəfə özü nümayişkaranə əlinə ağzında çıxartdı və ya desən ki, Sonay, yerdəkini qaldır, yox ondan əvvəl kimsə onu qaldırsa, həmin əşya yerə atılmalıdır və sonra sonay onu yerdən qaldırmalıdır. Mənim qızım heç tərs deyil ha smile
-o qədər maraqlı dildə yazıbsınızki adam oxuduqca oxumaq istəyir.Uşaqların adları da özləri kimi özəldir

Hə, bacı, biz ad barədə 9 ay fikirləşirik mocking
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ,
Mən bu xəbərə yazanda otura bilirdi, indi eşitmişəm ki, yenə yerləşə bilməyib partaya. Ta müəlliməsi onu belə qəbul edib. Hələ inkişaf var ey, keçən heç otura bilmirdi.
8 noyabr 2013 10:54
Offline
PrEnSseSs
ALLAH SAXLASIN HAMISINI
8 noyabr 2013 01:15
Offline
Turkane Selim
ALLAH her birinizin balalarini saxlasin,icindede menim bir tek oglum,gozumun isigi ELVINIMI AMIN! girl_ang Fexriniz olsun!!!
8 noyabr 2013 00:48
Offline
zenfira
Allah mene de nesib etsin insallah
7 noyabr 2013 23:26
Offline
MELEK
allah hec bir bendesini //analari//usaqla sinaqa cekmesin.allah hamisini saxlasin menimde ballalarim onlarin icinde.
7 noyabr 2013 22:26
Offline
Kemale Qeybaliyeva
Maşallah olsun gözel balalarımıza
7 noyabr 2013 20:02
Offline
Yasemen
canim cetin terefi biraz coxdu.heresinin bir isteyi yemey baresinde mutleq her gun heresinin bir ayri sifarishi.tokduylerini yiqmazlar

Caaan Allah saxlasin baci ikisinide
7 noyabr 2013 19:38
Offline
Fatma xanım
28 yashinda.

inşallah oğlu 18 yaşında olar canım təki Allah o günlərdən qismət eləsin
uşaq evlənmək istəyir qoy evlənsinnə istəyirsən denən bala sən qızı tap mən toyunu edirəm biggrin
7 noyabr 2013 16:19
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
PƏRVANƏ ƏLİYEVA......
kiçiyin məktəbi qurtarmamışevlənmək eşqinədüşəcək görərsən gözlərinə bax gör neçə qız öləcək o gözlərdən ötrü

boyyyyyyyyyyyy ay bacim narahat olma indiden deyirki ders pisdi toy yaxshidi evlenmey istiyirem.bextever bashima.bunlarin neslinde en tez menim yoldashim evlenim 28 yashinda.
7 noyabr 2013 16:15
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!