“Ermənistanın “Zvartnos” hava limanından qalxan təyyarə 10 metr yüksələn kimi Azərbaycan HHM sistemi tərəfindən qeydə alınır”Azərbaycan postsovet məkanında az sayda ölkənin malik olduğu ən güclü hava hücumundan müdafiə sistemlərinə malikdir. Azərbaycanın malik olduğu sistemlər ölkənin havadan müdafiəsini tam şəkildə bağlayır.
APA-nın məlumatına görə, bunu Milli Məclis üzvləri və jurnalistlərin Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının zenit-raket briqadasına səfəri zamanı bildirilib.Son illərdə rəsmi Bakı xaricdən müasir zenit-raket kompleksləri və radiolokasiya vasitələri əldə edib. Bunların arasında öz imkanlarına görə ən güclüsü 2011-ci ildə Rusiyadan alınmış S300 PMU-2 «Favorit» zenit-raket kompleksləridir (ZRK). Bu komplekslər öz müasirliyi ilə postsovet məkanındakı digər ölkələrin silahlanmasında yer alan analoji sistemləri üstələyir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində yerləşdirilmiş bu ZRK-lər mobilliyə və manevrliyə malikdir. Atışdan sonra yerini sürətlə dəyişən maşın 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir. Sistem eyni zamanda aktiv və passiv maneələrə qarşı qoruma imkanlarına malikdir. Peyk vasitəsi ilə divizionlar mərkəzi komanda məntəqəsi ilə əlaqə saxlayır.Hava Hücumundan Müdafiə Qoşunlarının mütəxəssisləri S300 komplekslərini artıq mənimsəyib. Sistemi idarə edəcək heyət üçün təlimlər təşkil olunur. Bu ZRK-ləri idarə edən zabit heyətinə zenit-raket briqadasının təlim mərkəzində, xüsusi trenajorlarda 450 saatlıq təlim keçirilir.Məlumat verilib ki, S300 «Favorit» kompleksləri özünün hədəf izləmə imkanlarının genişliyinə görə fərqlənir. Bir ZRK divizionu eyni anda 6 hədəfi müşahidə edə və atəş altında saxlaya bilir. Bir zenit-raket briqadası isə 36 hədəfi müşahidə edib atəş altında saxlamaq imkanına malikdir. Bir neçə il əvvəl, Rusiyadan S300 kompleksləri alınarkən Həştərxanda keçirilmiş sınaq atışlarında uzunluğu 2 metr, diametri 20 sm olan ballistik hədəf yüksək dəqiqliklə məhv edilib.Tanışlıq zamanı müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev bildirib ki, hazırda Azərbaycan HHM sistemi respublikanın hava məkanını tam nəzarətdə saxlamaqla yanaşı, Ermənistan hava sahəsinə də nəzarət edə bilir. Ermənistanın «Zvartnos» hava limanından qalxan təyyarə 10 metr yüksələn kimi Azərbaycan HHM sistemi tərəfindən qeydə alınır.HHMQ-nın bazasında həmçinin qeyd olunub ki, artıq Azərbaycanın bütün mülki və hərbi təyyarələri «dost-düşmən tanıma» (İFF) sistemi ilə təchiz olunub. Bu da HHMQ-yə ölkənin hava sahəsinə daxil olan bütün təyyarələr barədə anında məlumat əldə etməyə imkan verir: «Bu da öz növbəsində döyüş zamanı və ya hava sərhədini pozmuş təyyarələrə qarşı tədbirlərin görülməsi zamanı yanlışlıqları minimuma endirir».Zenit-raket briqadasının günün 24 saatı fasiləsiz döyüş növbətçiliyini təmin edərək Azərbaycanın hava sərhədlərini mühafizə etdiyini deyən hərbi hissə komandiri Cəlil Seyfullayevin sözlərinə görə, ehtiyac duyulan təqdirdə divizionlar respublikasının istənilən bölgəsinə müvəqqəti dislokasiya oluna bilər. Bunun üçün briqadasının səyyar komanda məntəqəsi, kazarmaları, anbarları, tibb məntəqəsi mövcuddur. Bir S300 divizionu 90 km məsafədən retranslyator və peyk rabitəsi vasitəsi ilə mərkəzi komanda məntəqəsi ilə əlaqəni qura, komandaları qəbul edə bilir.Hərbi hissə ilə tanışlıq zamanı çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, müxtəlif hərbi hissələrə səfərlər və əldə olunmuş, nümayiş etdirilən yeni silahlar Azərbaycan Ordusunun gücünü göstərir: «Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir. Onun qarşısında həll edilməyəcək hansısa məsələ yoxdur».
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
62 yaşlı Şeron Stoundan yeni FOTOsessiya
Kiçik bananlı kekslər (foto-resept)
Təhsil Nazirliyi: “Summativlərin keçirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır”
Super model əsl simasını göstərib pərəstişkarlarını təəccübləndirdi
Bığ bölgəsindəki qaralmaları necə aradan qaldırmalı?
Qırmızı mərci şorbası (foto resept)
Azərbaycanlı müğənni "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Yunan qabağı ruleti (foto resept)
Fahriyyedən Buraka yeni QADAДћA -FOTO
Stul köməyi ilə edilə biləcək 10 idman hərəkəti
Çağatay yeni İMİCDƏ-FOTO
Azərbaycan sinoptiklərindən müjdə
Gözəl bədən üçün idmanlar
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
Pendirli makaron (foto-resept)
Praktik makiyaj etməyin yolları
Regionlarda karantin təkrar sərtləşdirilir? - TƏBİB sədrindən AÇIQLAMA
İngilis dili-Aa (2)
Mavi gözlər üçün makiyaj növləri
Dərinin qocalma prosesindəki dəyişikliklər
Deputat 190 manatla bağlı nazirə müraciət etdi
Bunları bilirsiniz?
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Bakıda fantastik qiymətə it
Həmyerlimiz Vilnüsdə həmsədr seçilib
Azərbaycanın "Eurovision-2011" mahnısı məlum oldu
Yağış, qar, duman, külək
Əhvala uyğun idman növü
Ağcaqanadlar oğrunu polisə təslim etdi – İnanılmaz olay
Yay hamilələrinə tövsiyələr
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
2018-in yeni trend üzükləri
Dünyada topla ən sürətli qaçan futbolçusunun adı
Bayram gününün HAVAsı
Müge Boz Azərbaycan haqqında danışdı-FOTO
"Formula 1" Qala divarlarını zədələyə bilər?
Pendirli-şokoladlı tort (foto resept)
Tənbəllər üçün pilates məşqləri
Çiyələkli desert (foto resept)
Merve Boluğurun anası qızının sevgilisindən danışdı
Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi
Yayda sağlam arıqlamağın yolları
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA
Qarağat mussu (foto resept)
Hazal Kaya ərə getdi - FOTO
Koronavirusun kişilər üçün təhlükəli fəsadı AÇIQLANIB
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Hava haqqında - 27.12.2013
Oskar qazanmasa da, çoxunun sevimlisinə çevrilən filmlər
- ŞƏRHLƏR