Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

"Səfil" (II hissə) - Final

"Səfil" (II hissə) - Final

Artıq 14 yaşında idim. Məni oğru adlandırdılar. Nəyə görə? İndi, hamısını bir-bir danışaram. Uşaq evinə düşdüyüm gündən, yaşadığım hər an burnumdan gəlirdi. Orada rəhbərlik və baxıcılar üçün bütün uşaqların bir adı var idi – yetimçə. Mən də o “yetimçə”lərdən biri idim artıq. Bizə gündə iki dəfə yemək verirdilər. Nahar və qəlyanaltı. Gündüz saat 12-dən tez yataqdan qalxan və axşam 10-dan gec yatağa girən uşaq, 1 günün yeməyinə həsrət qalacaqdı. Uşaqlar üçün təşkil olunan ləziz yeməkləri özləri üçün saxlayan rəhbərliyin bizə verdikləri yemək yarıbişmiş kartof püresi idi. İki il bu əzabla yaşadıq. 11 yaşım tamam olmuşdu. Haqsızlıq nə olduğunu dərk edə bilirdim.

Bir gün bu haqsızlığa tab gətirmədim. Gecə yataq otağının pəncərəsindən tullanıb, gizlənərək yemək anbarına tərəf getdim. Polis geyimində olan mühavizəçi çəmənlikdə uzanıb eyni açarlar keçirilən iri halqanı əlində oynadırdı. Hərdən ayağa qalxıb ətrafa nəzarət etmək üçün gəzinirdi. Bir dəfə qalxanda açarları çəmənlikdə qoydu. Yavaş addımlarla gedib açarları götürüb anbara yaxınlaşdım. Açarların hamısı anbara məxsus idi. Cəld birini halqadan çıxarıb, halqanı çəmənliyə atıb qaçdım.

O gündən sonra, hər gecə bir neçə uşaqla anbardan yemək oğurlayıb qayıdırdıq. Hər gün bir çox uşağın qarnı ləziz yeməklərlə yarı tox olurdu. Amma, bu macəra çox sürmədi. Bir gün mühafizəçi məni iş başında yaxalayıb direktorun yanına apardı. “Oğru” adı altında töhmət damğası alıb uşaq evindən qovuldum.

Tək başına Bakı küçələrində dolanmağa başladım. Yaşamaq üçün boş dayanmamalı idim. İş istəmək üçün çox sayda mağaza, restoran gəzdim. Heç kim məni işə almadı. Aclıqdan dayana bilmirdim. Bir mağazaya iş üçün girəndə içəridə kimsə görmədim. Mağaza da kökələr göz qabağında idi. Mağaza sahibi gəlməmiş cəld iki kökə götürüb köynəyimin içərisində gizlədərək mağazadan uzaqlaşdım. Bir kənara çəkilib qarnımı bir qədər doyurub yenə iş axtarmağa başladım. Beləcə, iki ili ötürdüm, lakin, əhvalatımı bilən hər kəs məni işə almaqdan boyun qaçırdılar. Sadəcə, dəyəri artan bir şey oldu. O da ki, qarnımı doyurmaq üçün oğurladığım əşyalar. Son vaxtlar demək olar ki, iş axtarmırdım. Əlim oğurluqda mahir olmuşdu. Oğurladığım pullar sayəsində qarnımı doyururdum.

Artıq 21 yaşında idim. Məni qatil adlandırdılar. O gecə evə getməyə heç həvəsim yox idi. Ev dedikdə, köhnə xarabalıqların birində özüm üçün saldığım məskəni nəzərdə tuturam. Tək başına şəhərin küçələrində gəzirdim. Özümə hər şey ala biləcək qədər pulum olsa da belə, hələ də, iki il əvvəl bir qadının mənə bağışladığı köhnə cırıq və yamaqlı geyimdə idim. Oğurluqla qazandığım pullardan hissə-hissə ayıraraq gizlədib, özüm üçün gələcək hazırlayırdım. Saysız-hesabsız ehtiyyat pulum var idi. Elə, az əvvəl də ehtiyyat pulların sayını artırıb evdən çıxmışdım. Aramla küçələri dolanır və düşünürdüm. Düşünürdüm ki, bu 13 ili tək başına necə sağ qaldım. Törətdiyim izsiz soyğunlar varkən, niyə hələ də azadlıqda gəzirəm. Ən çox da, bunu düşünürdüm ki, görəsən onlar haradadır? Nə edirlər? Onlar da mı mənim kimi küçələrdədir? Yoxsa, hələ də, o alçaq analığın himayəsində zülmlə böyüyürlər? Evimizdən ayrılan gündən, bu düşüncə məni rahat buraxmırdı. Ancaq, evimizi belə xatırlamırdım. Guya, axtarıb tapsam nə edəcəcəkdim ki? Gedib nə deyəcəkdim? “Salam, bu mənəm. Səfil, tərbiyəsiz, oğru övladınız.” belə deyəcəkdim?

Birdən qulaqlarıma gələn qışqırıq və imdad səsləri məni xəyaldan ayırdı. Tez səs gələn tərəfə qaçdım. Bir cavan oğlanın, yaşlı kişini möhkəm döydüyünü gördüm. Kişi əyyaşa bənzəyirdi. Oğlan zavallını yerə yıxaraq amansızca təpikləyirdi. Əlbəttə ki, bu dəhşətli mənzərəni kənardan durub izləmək fikrində deyildim. Cəld köməyə qaçmağa başladım. Hadisə yerindən çox uzaqda olsam da, özümü ora çatdırmağa çalışırdım. Amma, birdən həyəcan və heyrət istər-istəməz mənim əl ayağımı dondurdu. Çünki, oğlan qocanın yaxasından yapışaraq qaldırdı və cibindən çıxardığı bıçağı onun bədəninə bir neçə dəfə sapladı. Yenə irəli qaçmağa başladım. Bu dəfə, daha sürətlə qaçmağa çalışırdım. Oğlan məni görüb qaçaraq aradan çıxdı. Ona çata bilməzdim. Odur ki, yerdə uzanaraq xırıltı ilə can verən yaşlı adama yaxınlaşdım. Bıçaq onun qarnına sacılıb qalmışdı. Həyəcandan heç nə düşünə bilmirdim. Tək niyyətim vardı. Qocanı xilas eləmək. Odur ki, bıçağı onun bədənindən çıxarıb bir kənara atdım. Birdən səslər eşitdim. Bu polis avtomobili səsləri idi. Deyəsən kimsə hadisəni görüb polisə xəbər etmişdi. Onlar hadisə yerinə çatdılar. Nəzərə çarpan 3 şey vardı. Yerdə qanlar içində hərəkətsiz uzanan qoca, mən və üzərində barmaq izlərim olan qanlı bıçaq.

Məni dindirdikdən sonra, nəzarət kamerasında saxladılar. 3 gün sonra isə, məhkəməm olacaqdı. Fikrim hələ də, o bıcaqlanan qocanın yanında idi. Həyəcan içimi bürümüşdü. Belə hadisələrlə, cəsədlərlə çox rastlaşmışdım o yaşıma kimi və əsla qorxmurdum. Bəs, ürəyimi o qocaya tərəf aparan nə idi elə? Bu üç günü, eyni fikirlə keçirdim.

Məhkəmə günü yetişdi. Əynimdəki əskik-üskükü çıxarıb, kostyum geyindirdilər. Məhkəmə salonuna gətirildim. Eşitdiklərim məni göydən yerə vurdu, sanki. Bıçaqlanan insanın kim olduğu açıqlandıqda, sanki, həmən bıçaq zərbələri mənə sancıldı. Bu adam, 13 il əvvəl məni evimdən, bacılarımdan ayrı salan, mənim səfil həyatında sürünməyimə səbəb olan həmin adam, yəni doğma atam idi. Ona nifrət etməyimə baxmayaraq, göz yaşlarımı saxlaya bilmədim. Siması hələ də ağlımda idi. Gör zaman onu nə hallara salmışdı. Məhkəmə bitdikdən sonra yenidən kameraya göndərildim. O gecəm ağlamaqla keçdi. Ürəyim boşalana qədər ağladım və ağladıqca içimdə ona qarşı hiss etdiyim çox cüzi övlad sevgisi, halına yanıqlıq yuyulub gedir və məni rahatladırdı. Sabahı, sanki adi bir insanın ölümü ilə rastlaşmışammış kimi açdım. Heç bir acı, heç bir kədər hiss etmədim. Amma, bir fikir hələ də beynimdə idi. Onu kim və niyə öldürdü.

Bir neçə ay həbsdə yatdıqdan sonra, əsl qatil tapılaraq, mənim günahsız olduğum təsdiqləndi. Qatil o qəddar qadının oğlu idi. O qadın ki, mən 6 yaşımda olanda atama görə öz oğlunu atmışdı.  

Artıq 28 yaşındayam və ətrafımdakılar məni “Patron” adlandırırlar. Yəni ehtiyat pullarımın sayəsində öz şirkətim, öz işim var. Əlbəttə ki, bütün işləri tək aparmıram. 20 il əvvəl itirib, 6 il əvvəl qovuşduğum bacılarım da yanımdadır. Üçümüz birlikdə acı keçmişə ölüm hökmü oxuyaraq, irəli addımlamağa başladıq.

Bu da, son. Nə gizlədim. Etdiyim soyğun cinayətlərin sayı-hesabı yox idi. Səhv anlamayın. Bununla əsla öyünmürəm. Amma, özümə bəraət qazandırmağa da haqqım var. Ümid edirəm, Allah bu qazandıqlarımı mənə haram bilməz. Çünki nə qədər soyğun etsəm də belə, nə bir kasıbın çörəyini əlindən aldım, nə də bir dinc insanı incitdim.

Onsuz da sonumun belə olacağı bəlli idi mənə. Günahsız günahlarımla yaşadım ömrümün 20 ilini. Axırda əsl yaşamağı öyrənə bildim. Müəllimim isə zaman oldu.

İndi özəl şirkəti, imarəti və həyətində 4 avtomobili olan bir patronam. Lakin bunlara baxmayaraq yenə də daxilimdə özümü, köhnə doğma evə həsrət çəkən, həyatını küçələrdə keçirən və bir küncdə oturub kürəyini divara sökəyərək, hələ də anasından velosiped gözləyən o səfil uşaq kimi görürəm.

S   O   N

Səslərin sayı: 6
35
3115
loading...
Şərhlər
Offline
●♥ Səma ♥●
Allah heç kimi kimsəsiz qoymasın.Uşaq atadan deyil,anadan yetim qalır deyirlər.Çox doğru fikirdir məncə.Təşəkkürlər,Fərid.Maraqlı yazırsınız.İnsanı hekayənin içinə kilidləyə bilirsiniz.Həyatda da,yaradıcılıqda da uqurlar sizə.Xoşbəxt olun.
8 aprel 2015 11:02
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Farida_Asadova
Müəllimim isə zaman oldu.
4 fevral 2014 17:20
Offline
איסון ממדוב.
allah tum valideynləri qorusun onları bizə çox gorməsin amin
7 noyabr 2013 21:38
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Sabrina Melodi
Çox gözəl yazı idi.
11 oktyabr 2013 21:34
Offline
Seadet Sexavet
Ona görә dә hıyat amansız sәhnәdir.O sәhnәnin görünәn tәfinin arxası hәdsiz dırәcәdә qaranllqdır.Gözәl yazı idi.Tәşәkkür.
11 oktyabr 2013 19:51
Offline
DENIZ
maraqla oxudum çox saqolun
10 oktyabr 2013 22:45
Offline
Günel Əsədova
Düz deyirlər ki,mərdi qova-qova namərd edərlər.Amma bu əsəəərin qəhrəmanı namərd deyil.Sadəcə alnına yazılan yazılara əməl edən Allahın quludur.Çox təşəkkür edirəm Fərid bəy.Bu hekayəniz mənə bir yaxınımı xatırlatdı.Söhbət edəndə söhbətindən doymursan,aglına,mərdliyinə,səmimiliyinə,hətta savadına belə həsəd aparırsan,amma.düz yolla gedə bilməyib vaxtında.ailədəki ziddiyətlərdən uşaq özünə yer tapa bilməyib bu həyatda.Nə bilim,Allah heç kəsi pis işlər görməyə qoymasın.İnsanlar bu əməlləri törətmək məcburiyyətində qalmasınlar.Çox təşəkkür edirəm.
10 oktyabr 2013 21:19
Offline
Айнура
tewekkyr tesirli ve maraqlldl
10 oktyabr 2013 20:32
Offline
Sonay Quluzade
Utancverici bir şeydir ki, mən hələ uşaq evlərində olmamışam. Doğrudanmı, onsuz da yazıq olan o uşaqlara belə alçaqlıq edirlər, Allah hidayət versin onlara. Allah qorxusu yoxdumu? Belə şeylər görəndə düşünürəm ki, bəlkə orda dərs deyim, ya nəsə, amma dözmərəm mən, onsuz da ürəyim o qədər sağlam deyil, çox çəkməz. Nə deyim ki hekayənin qəhrəmanına, deyim əcəb eləmisən oğurlamısan, yox əcəb etməmisən, harınlamışdan belə oğurlasan da, oğurluğun adı oğurluqdur, günahı üstündə. Əlacsızlıqdan edilən oğurluq bağışlanar çox güman ki, amma bunu bir peşə səviyyəsinə çatdırmaq özü günahdır. Ata isə layiq olduğu cəzasını aldı. Allah heç bir qulunun yolunu o uşaq evlərindən salmasın. Əslində uşaq evlərində o qədər uşağın olmasının da günahkarı biz cəmiyyətdədir. Hər qohum-əqraba, hər kənd, hər qəsəbə, hər rayon öz yetiminə sahib çıxsa, bu uşaqlar da cinayətə sürüklənməzlər. Müəllifə sonsuz təşəkkür edirəm.
10 oktyabr 2013 09:10
Offline
Sevgi.
Herkes kimi mende oxuyanda pis oldum Allah hec kime gostermesin hec bilmirem ne yazim
10 oktyabr 2013 09:02
Offline
AliŞah
BU BOLUM GEC GELDI,AMA COX MARAGLI GELDI
10 oktyabr 2013 08:33
Offline
Aysel İ.
Onsuzda uşaq evlərində böyüyən bütün uşaqların sonu ya oğru ya da cinayətkardır. Çünki, onlar nə iş nə də evlə təmin olunmurlar. Və zamanla məcburən cinayətkara çevrilirlər. Bu hekayə çox gözəl bitti. Təşəkür edirəm.
10 oktyabr 2013 00:22
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Parvina İbrahimova
Ceyms Qrinvudun Balaca Səfil hekayəsinə bənzəyir süjet xətti.Sadəcə biraz dəyişmiş forması kimi.Talelər bənzər imiş.Oəsəri də məsləhət görərdim hər birinizə.
9 oktyabr 2013 23:11
Offline
maraqla oxudum.çox kövrəldim
9 oktyabr 2013 23:08
Offline
leyla esgerova
oxudum cox beyendim adama tesir edir cox sagolun
9 oktyabr 2013 23:04
Offline
gulnaz semedova
dehsetdir eee, cox acinacaqli bir insan taleyi
9 oktyabr 2013 22:50
Offline
Yusifim Fatimem
heyat ozu bir sinaqdir. her bir insanin sinagi bir cur olur. hec kim gerek kecmisini unutmasin. kecmisimde olan bezi seyleri mende unutmuram. en coxda anamin meni evden qovdugu gunu. cray
9 oktyabr 2013 22:17
Offline
BAD BOYUN AWKI
Ramile Husna,
DUZ DEYIRSEN RAMILE BAJI ADAM BELE SEYLERE DOZE BILLMIR. ALLAH KOMEKLERI OLSUN ONLARIN.
9 oktyabr 2013 21:45
Offline
Ellada Babayeva
Lakin bunlara baxmayaraq yenə də daxilimdə özümü, köhnə doğma evə həsrət çəkən, həyatını küçələrdə keçirən və bir küncdə oturub kürəyini divara sökəyərək, hələ də anasından velosiped gözləyən o səfil uşaq kimi görürəm.

Allah sizə səbr versin..Hər bir yaşda övladın anaya ehtiyyacı var.
9 oktyabr 2013 21:36
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
murad zeynalov
beyendim maraqliyidi
9 oktyabr 2013 21:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!