Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadin.Netlilərin səyahət xatirələri (2-ci hissə)

♥Dream girl♥

2004-cü ildə, mənim hardasa 9 yaşım olanda, tətilə çıxdıq. Bizimlə bərabər əmimgilin ailəsi də getmişdi. İsti yay günü idi. Biz də yorğan, döşək və s. götürmüşdük. Elə bil dağa gedirdik. sarcasti Yola çıxdıq və mən stulda oturmalı oldum. Amma qardaşımla əmioğluna dedilər ki, döşəklərin üstünə çıxıb ikisi də orda yatsınlar. Mənim əmim oğlunda belə bir mənfi cəhət var ki, gecələr yerini isladırdı. Atam dedi ki, ona bir dənə bez alaq ki, döşəkləri xarab eləməsin. Yoxsa iy gələr. Biz gedib nənəni evdən götürdük, nənəm də öz bacısıyla qalırdı. Nə isə, nənəni götürəndə mən də düşüb nənəyə dedim ki, biz əmioğlumuza bez alacayıq. Nə isə, hamımız mindik maşına. Birdən əmi tutub mənə dedi ki, utanmırsan o boyda qızsan belə şeyi dəyərlər heç? Elə utanmışdım ki, həm də ölürdüm gülməkdən. lol Bax belə...

Fatma xanım

Ən çox yadda qalan səyahətim bu ilki İstanbul səfərim oldu. Orda Böyük adaya getməyim, 10 km yolu piyada dağa qalxmağımız oldu. Orda Rəşad Nuri Güntəkinin evini gördük. Sonra boğaza getdik, orda da bir çox serialların çəkildiyi evləri bizə göstərdilər. Bir çox məcsidləri ziyarət etdik, çox maraqlı idi. Sonra da ən yadda qalan Ceylan xanım və onun ailəsi ilə görüşümüz oldu. love Bir sözlə özümə ən yadda qalan səyahətim bu qədər.

nura84

Avqust ayında Qubaya getmişdik. Sağ olsunlar ev yiyələri çox qonaqpərvər idilər. Biz çatan kimi dedilər gedək bulağa, çaya gəzək. Maşınlara mindik. Yığışdıq getdik bulağa. Bir az gəzdik, şəkillər çəkdirdik. Dedilər indi gedək çay qırağına. Getdik nə getdik... Yolda maşın palçıga batdı əməlli başlı. 1 təkəri yarıya kimi çöldə idi. Nə isə, maşın palçıqdan çıxdı. Oturduq ki, evə qayıdaq, qapını necə çırpdılarsa, oğlumun barmaqları qaldı maşının qapısında. İndi hamı hay-küyə duşub, oğlum deyir heçnə olmayıb e. shout Nə isə, həmin gün mənə o qədər uzun gəldi ki, elə bildim 10 gündür oradayam.

Narın Əliyeva

Bu il yayda nişanlımla Azərbaycanımızın gözəl guşələrindən biri olan Ağcakəndə gəzməyə getmişdim. Gözəl, təmiz havası, buz kimi bulaqları (reklama keçdim ey men yenemocking) adamı valeh edirdi. Sentyabr ayı payız yağışının yağmağa başladığı bir vaxtda bizim gəzməyə getməyimiz tutmuşdu. Təsəvvür edin, hündür dağlar, qeyri-adi yolları olan bu kənd o qədər gözəl idi ki, hər yerini gəzmək istəyirdim. Hündür bir dağın başında görünən kilsəyə bənzər bir yer diqqətimi çox çəkdi, "oranı mütləq görməliyəm" deyib başladım üzü yuxarı dağa çıxmağa. Nişanlım mənə "yağış yağacaq, çıxma!" çox desə də mən az eşitdim, çünki o tikili diqqətimi çox çəkmişdi və çıxdım, ele dağın başına təzəcə çatmışdım ki, necə göy gurulduyub yağış yağmağa başladı, bütün su içində qaldımcray Nişanlım da aşağıdan mənə baxıb gülürdü. Guya özümü topladım ki, düşüm aşağı, yarı yola çatanda yıxıldım, düz palçığa, ağ köynəyim qapqara palçıq oldu, vyetnamkam cırıldı, başıma gəlməyən iş qalmadı, nəysə bir təhər aşağı düşdüm ağlaya-ağlaya, maşına oturdum evə gəldim. Bu da mənim burnumnan gəlmiş səyahet xatirəm... İndi hərdən o gün yada düşəndə məni lağa qoyub gülürlər ki, lazımıydı sənə o dağın başına çıxmaq?biggrin Amma neyniyim, Allah xasiyətimi kəssin, maraqlı bir şey görəndə özümü saxlaya bilmirəm. Amma arada özümə təsəlli də verirəm ey bununla ki, lap yaxşı da maariflənirəm. Nə qədər danışdım, məndən çox yazan olacaq görəsən.lol

Lolita

Yadda qalan hadisələr çox olur. Mənim üçün ən yadda qalanı isə indi yazacağımdır. Bilmirəm amma gülməlidir ya ağlamalı. 2004-cü ilin yay ayı idi. Əmim qızı, dayım qızı, qaynımın yoldaşı və mən axşam avtobusu ilə Şəkiyə gedirdik. Mən də əmim qızı ilə birgə arxa təkərin üstündə olan oturacaqda oturmuşduq. Birdən dedilər ki, avtobusun təkəri yanır. Bunu eşitməyimlə bir də gördüm ki, hər kəs yerdədir shout məndən başqa. Avtobusdan düşəndə gördüm bizimkilər də məni yerdə axtarır. Avtobusda ehtiyat təkər olmadığından gecəni yolda keçirdik. Səhər gəlib düzəltdilər, yola düşdük. Təkərin yanmağı azmış kimi Şəkiyə çata-çatda bir də gördük ki, indi də təkər avtobusun altından çıxır. dash Yenə hamını düşürtdülər və artıq başqa avtobusla yola saldılar. Hər kəsə gözəl istirahətlər arzulayıram. Məndən bu qədər, canım. Yazında iştirak etmək təklifini etdiyin üçün çox sağ ol.

Rozalina

İlk öncə onu deyim ki, çox sevirəm səyahət etməyi. Ayrı bir zövq alıram smile Azərbaycandan. Qax, Qəbələ, İsmayıllı, Şəki, Xaçmaz və başqa yerlərdə olmuşam. Bu il Qəbələ, Xaçmaz və Həmişəki kimi Şəkidə olmuşam smile. 1aydan çox Şəkidə nənəmgildə keçirmişəm. Keçən il isə Ölkə xaricindən kənarda təxmini 1 ay Rusiyada qalmışam, onun da yarıdan çoxunu bəlkə alış-verişdə keçirmişəm. Gəzmək, yeni məkanlar, başqa mühitdə böyümüş insanlar mənə maraqlı gəlir. İnşaAllah qismət olsa bir müddət sora Türkiyəyə getmək istəyirik. Ama israrla görmək istədiyim Ərəb ölkələri, Paris, İtaliya, Dubay var. İnşaAllah hamıya, mən də içində olmaqla qismət olar.good

 Deniz84

Deməli belə, mən Azərbaycandan başqa heç bir ölkədə olmamışam. Burda da olmağımın səbəbi yəqin ki, burda dünyaya gəlməyim olub. love Ancaq Azərbaycanın bir çox bölgəsində olmuşam. Uşaqlıq illərində Biləsuvara gedirdim, nənəmin yanına. Sonra ailə qurduqdan sonra yoldaşımın işi ilə əlaqədar Qazax rayonuna gəldik. Gəncəbasar zonasını çox gəzmişik. Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazaq, bu rayonların demək olar ki, bütün gəzməli görməli yerlərində olmuşuq. Bu yay isə Quba, Qəbələ, İsmayıllı, Şəki, Qax - bu rayonlara səyahət etdik. Buranın təbiətinə valeh oldum. Gələcəkdə isə İtaliya və Parisdə olmaq istərdim.

Monica_Bellucci

Əziz xanımlar, xatırlayırsınızsa mən bu xəbərimin 1-ci hissəsində də özüm iştrak etmişdim. İstədim ki, bu hissədə də iştirak edim. Demək belə, bu il ailəm ilə birlikdə İstanbula getmişdim. Biz də hər gün axşam yeməklərini müxtəlif yerlərdə yeyirdik. nyam Bir gün dedik ki, gedək bir balıq restoranında balıq yeyək. Nə isə, gedib bir restoran tapdıq. Adı da "Sur balık" restoranı idi. Getdik oturduq və ofisiantı çağırdıq. Bizə menyunu verdi. Biz də oradakı balıqların adını bilmədiyimiz üçün seçimi ofisiantın öhdəsinə buraxdıq. Yəni ondan bizə nə tövsiyə etdiyini soruşduq. O da dedi ki, sizə "Levrek" balığını tövsiyə edirəm. Biz də "Izgarada Levrek" sifariş verdik. Bir azdan soyuq qəyənaltı gəldi, növbənöv. Biz aralarından seçərkən, birdən gözüm qolbaq formasında bir şeyə sataşdı. Dedik ki, bu nədir? Dedilər ki, levrekdir, amma başqa cürəsi. Bizdə dedik ki, hə, onsuz da biz izgarada olanını sifariş etmişik. Lazım deyil. Bunlar da bizim dilimizi başa düşmədiklərindən, elə biliblər ki, biz bunun izgarasını istəyirik. 2-3 dəqiqədən sonra həmin qolbaq formalı balıqdan gəldi. Hərəmizə 2 dənə. Yedik-bitirdik. Biz də elə bilirik ki, elə izgaradakı levrek budur. İstədik hesabı istəyək, dedik yox e bele ola bilməz. Nə yedik ki? 15 dəqiqədən sonra Levrek gəldi. Adi balıq idi. Yanında da əcaib-qəraib otlardan, tərəvəzlərdən. Nə isə, hesabı istədik, necə gəlsə yaxşıdır? Düz 460 manat. shok Özü də 4 nəfərə. dash Yandırdı-tökdü bizi. Bu qədər....

Gülsüm Mahmudova

Bu il avqust ayında getmişdik Gəncəyə. Oraya mən, yoldaşım, qızım, oğlumla birlikdə getmişdik. Bir gün şəhərin mərkəzində gəzirdik. Birdən gördük ki, balaca 3 yaşlı qızım yoxdur. Başladıq axtarmağa. Düz 2 saat axtardıq. Birdən gördük ki, 5 yaşlı oğlum da yoxdur. Mən ağlayıram, yoldaşım axtarır. Getmədiyimiz yer qalmadı. Dedik yəgin oğurladılar uşaqları. Orada sağ olsunlar kömək etdi bizə bəzi insanlar. Polisə də getmişdik hətta. Nə isə... Bir də gördük ki, ikisi də əl-ələ verib gəlirlər. İnanın şok olduq. Getdim qucaqladım. Soruşdum ki, hardaydınız? Dedilər ki, getmişdik parka, orada oynayırdıq.yahoo O gün mənim üçün bir kabus oldu....

Melek Babazadə

Mən də gəzməyi çox sevənlərdənəm. Amma təssüf ki gəzmək üçün çox da fürsətim olmur - yoldaşımın işinə görə. Düzdü, işin sayəsində yerimiz dəyişir tez-tez, amma ona gəzmək demək olarsa. Yadımda qalanlardan birini bölüşüm sizinlə. Hərbçi olduğumuz üçün Oğuz rayonunda qalırıq. Eşitdik ki, Xal-Xal kəndində uca dağların ətəyində şəlalə və müalicəvi kükürdlü su var. Ancaq yollar elədir ki, böyük çay daşları var, balaca maşın getmir ora. Ancaq uazlar. Bizdə 15 nəfər olardıq. Yoldaşım kuzalı bir maşın tapdı, doluşduq arxasına, yemək-içmək götürmüşdük, təsəvvür edin də çaylardan keçəndə maşın batır, düşüb itələyirik, bir də minirik, lol beləcə 1,5 saat yol getdik, ora çatanda ərzaqlarla insanlar qarışıq düşmüşdü,mocking heç vaxt belə zülmlü səyahət etməmişdim. Amma görülməyə dəyər yerlər idi. Çox maraqlı idi, yadıma düşdükcə gülürəm elə. Yazılası çox şey var, amma məndən bu qədər.love

Ayka S

Sırf səyahət üçün getdiyim yerlər Bakı və İran olub. Atam turist aparardı, hardasa 6 ya da 7-ci sinifdə oxuyanda mən də onunla çox getmişəm. Tehranda, Təbrizdə də olmuşam. Bir dəfə heç yadımdan çıxmaz qardaşım da bizimlə getdi, atam ikimizi də saldı hamama ki çimin, inanırsız o gün yadıma düşəndə qardaşımdan çox utanıram. Şəhriyarin qəbrini ziyarətim heç yadimdan çıxmaz, qəbri şüşənin altında necə gözəl saxlayırlar, güllü-çiçəkli qəbir deyil, sanki evdi. Bakının elə özündə olmuşam, rayonlarına getməmişəm. Rusiyada yaşayıram, buranın hər yerini gəzmişəm, şəhərdə yeni il keçirtmək çox gözəl olur, keçen il qızımın ad günündə şəhərdə istirahət zonasına getmişdik, orda da çox əyləndik, gəzdik... Belə, mənim səyahətimdən bu qədər. love

Səslərin sayı: 9
46
3525
loading...
Şərhlər
Offline
aysun94
Oxudum maraqlıdır... Məndə gələn düşünürəm istanbula getməyi.
23 dekabr 2013 12:09
Offline
Ramile
get baci dini moizeler dinle biraz agillan sonra gelersen inanki komeyin olacaq
18 noyabr 2013 12:13
Offline
nigar
NArin Eliyeva
Men dogrulari deyende bezi xanimlarimiz mene cox irad tutdu ki niye deyirsen sehfini basa dusub uzr istiyir,usaqdi geder dediklerini eliyer ozunu oldurer ne bilim ne cox seyler esitdim bu qizin ustunde bu ozunu oldurer haaahay inandim a ireful amma ilk gunki kimi deyirem sene Allah cezani versin mene yasatdigin o utanc xecalet helede yadimnan cixmir seni biyabir olasan

baci seninle tamamile raziyammm
18 noyabr 2013 12:07
Offline
Aysel İ.
Xanimlar,bu menem,evvwlki Monica_Bellucci.İndi ozume teze sehife acmisam.

wassat
18 noyabr 2013 00:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ayka M-ova
men Mayami,Cikaqo,Qonkonk,Brselonani gormek isterdim ))))))))))
17 noyabr 2013 23:28
Offline
DENIZ
En ukranyada yaltada olmuşam
17 noyabr 2013 22:59
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Xanimlar,bu menem,evvwlki Monica_Bellucci.İndi ozume teze sehife acmisam.Burdakıların hamisi dogru melumatlarimdir.Qaldı ki,xeberdeki istirakima,yazdigim bu gulmeli hadise dogrudan da bas verib.Sadece o yazida men ana rolunu yox,ailenin qiz usaqi rolunu oynayrdim.Bu xeberde bi dene yalan var,o da Gulsum Mahmudovann yazisidir.Onu men uydurmusam ozumden.O da ki,onu yazanda hele sizden uzr istememisdim,hec neyi etiraf etmemisdim.Bu profuilimdeki melumatlarin hamisi dogru melumatdir.Bu arada,serhlerden de gorduyum kimi,menim 11 yasim olduguma inanmirlar.Beli,menim 11 yasim var,noyabr ayinda 12 olacaq.Allah haqqi!Belke indi mene bir az inanarsiniz...
17 noyabr 2013 18:12
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
GülnaR
hamısı maraqlı idi 1 dəfərdən başqa--Monika xanım-yenə tökdürmüşsünüz yalanlarınızı biggrin
17 noyabr 2013 12:08
Offline
APENAS
Necede maraqli xeber ve movzudur i_am_so_ Narın Əliyeva,
Caaan ayyy Canim bashina neler gelib ele, ama onu deyim ki oldum yene gulmekden lol Allah seni guldursan Bacim air_kiss
16 noyabr 2013 17:08
Offline
adınız, soyadınız
Hörmətli Tormento dostumuz çox orijinal fikir səsləndirib..Qəribçiliyə salmayın
16 noyabr 2013 12:25
Offline
♥YAQUT♥
men Parise getmek isterdim love
16 noyabr 2013 12:23
Offline
Ulka Gulaliyeva
ay nosuni 11 yawi olanda aaaaaaa
16 noyabr 2013 11:30
Offline
Qəribə
Hər kəsə xoş istirahətlər. maraqlı xəbərdi give_ros
16 noyabr 2013 11:14
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
deniz xanim men de bilesuvarliyameee goresen neneniz kim olub amma esas qubali sayiliram

Nənəm indi də orda yaşayır. blum Mənimsə atam Bakılı olduğu üçün mən Bakılı sayılıram. biggrin
ay oldum gulmeyden narin allah seni guldursun Deniz84 allah arzuna catdirsin qizlar hamsini ayri ayriliqda oxudum hamsi gozel idi

Sağ ol can xoş xatirələrin üçün.
Bu qeder insana yalanlar deyib duygulariyla oynayan bir muellifin xeberi derc olunmamali idi.

Əsas kimin xəbəri olduğu deyil, əsas odur ki, burda qızlarımızın səyahət xatirələri var. Gəlin müəllifə deyil qızlaın səyahət xatirələrini oxuyaq. O xanım və ya bəy bilmirik.(məndə 11 yaşlı qız olduğuna inanmıram)artıq yoxdur aramızda(yəqinki) Ancaq xəbər qızlarımızın sayəsində çox maraqlı alınıb. Yəni müəllifi boş verin getsin. love
16 noyabr 2013 00:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ibrahimova Gulya♥S♥
lala mamedova,
Buyur canim
15 noyabr 2013 23:55
Offline
lala mamedova
sag ol bacim allah razi olsun
15 noyabr 2013 23:52
Offline
Ibrahimova Gulya♥S♥

baci xahish edirem deyerdizde qonaqlarimi nece silim

Silmek olmur men bilen , qonaq siyahisinin limiti var canim limit dolandan sonra silinmelidir
15 noyabr 2013 23:50
Offline
lala mamedova
baci xahish edirem deyerdizde qonaqlarimi nece silim
15 noyabr 2013 23:45
Offline
Ibrahimova Gulya♥S♥

Bu qeder insana yalanlar deyib duygulariyla oynayan bir muellifin xeberi derc olunmamali idi

Duz deyirsiz , cox maraqlido niye derc edilib
15 noyabr 2013 23:43
Offline
ToRmEnTo
Bu qeder insana yalanlar deyib duygulariyla oynayan bir muellifin xeberi derc olunmamali idi.
15 noyabr 2013 23:38
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!