Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın.Netlilərin tərcümeyi-halı (5)

 

 

Qadın.Netlilərin tərcümeyi-halı (5)

Buket

Adım Güneldir. 1986-cı il qışın oğlan çağında Ukraynada həkim ailəsində dünyaya göz açmışam. Ailədə 4 nəfərik atam, anam, mən və canımdan çox sevdiyim qardaşım. 1992-cü ildə məktəb həyatına başlayıb 2003-cü ildə dərs əlaçısı olaraq məktəbi bitirmişəm. Deyilənə görə çox diqqət cəlb edən, həmyaşıdlarından seçilən uşaq olmuşam. (təvəzökarlıq etməsəm, ölərəm) blush Zarafat bir kənara, mərhum jurnalist Çingiz Mustafayev atama mənim böyüyəndə fitri-istedada sahib olacağımı deyirmiş. Eyni sözləri məni müayinə edən pediatr da deyibmiş. (amma bu gün belə qənaətə gəlmişəm ki, onlar fikirlərində yanılıblar  ) Tərifləri burda sona çatdırıb həyat xronologiyama davam edirəm  Elə həmin il Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakultəsinin İngilis dili və ədəbiyyatı ixtisasına yiyələnmişəm. 4 il qrup nümayəndəsi olmuşam. Tələbəlik illərim həyatıma qızıl hərflərlə yazılıb. Bu illər ərzində çox maraqlı insanlarla tanış olub, dəyərli pedoqoqlarımızdan sözün həqiqi mənasında dərs almışam. Bakalavr təhsilimi fərqlənmə ilə başa vurduqdan sonra, yəni daha dəqiq desək, 2007-ci ildə magistratura daxil oldum. 2008-ci ildə ailə qurdum. Magistr təhsilimi başa vurduğum 2009-cu ildə həm də ana oldum. Xaraktercə bir qədər qürurlu, bir az da inadcıl və tərs, yeri gəldiyində isə mülayiməm. Gülməyi, gülümsəməyi və ümumiyyətlə həyatı çox sevirəm. Yəqin ki, bu qədər bəs edər.

Happiness lady

Mənim adım Aysel Əliyevadır. 1990-cı il Gəncə şəhərində anadan olmuşam, 1997-də 1-ci sinifə gedib 2007-də isə bitirib Gəncə Tibb texnikomuna daxil olmuşam. Hal-hazırda nişanlıyam, İnşAllah qismət olsa yanvarda toyumdur. Nişanlımı çox sevirəm Allaha şükür edirəm ki onu mənim qabağıma çıxardıb, Allaha şükür çox xoşbəxtəm. İndi deyəcəksinizki bəs profildə 1988 yazmısız- düzdür bura mənim rəfiqəmin səhifəsidir ama mən işğal eləmişəm biggrin - neynəyim buranı çox sevirəm ayrıla bilmirəm burdan burada çox dostum oldu onları, buranı çox sevirəm. Bəzi səbəblərə görə şəxsi səhifə aça bilmədim rəfiqəm sağolsun birgə istifadə edirik. Mənlik bu qədər hər birinizə xoşbəxtlik arzulayıram, Allah o gül üzünüzdən təbəssümü əskik etməsin Amin.

Qadın.Netlilərin tərcümeyi-halı (5)

Ayka S

Mən Səfərova Aytac Samiddin qızı 1989-cu il avqustun 11 də Ordubad rayonunda anadan olmuşam. Ailədə 5 nəfərik: atam, anam, qaqaş, bacım mən. Mən ortancıl uşağam. Hamımız evliyik. Heydər Əliyev adına orta məktəbi bitirdikdən sonra 2008-ci ildə nişanlanmışam, 2009-da oktyabırın 10-u toyumuz olub, sevib ərə getdiyimə görə oxumaq eşqim suya düşdü, qismət olsa balamı öz istədiyim məsləyə- həkimlik məsləyinə yiyələndirəcəm. girl_ten 2010.07. 04 saat 5-00 da Sevgi balam dünyaya gəlib. 8 gündən sonra evliliyimizin 5 ili tamam olur Allahın izni ilə inşaAllah. Rossiyada oluram, artıq 2 il olacaqki burdayam.

canim

Mən Aynur 29 yaşım var, evin ilk övladıyam Qubada dunyaya goz acmışam, amma Sumqayıtda yaşayirdiq hal- hazırda da Sumqayıtda yaşayıram. Məndən başqa canımın içi 1 qardaşım var. 1991-ci ildə 1-ci sinfə getmişəm, 2002-ci ildə bitirmişəm. 2003-cü ilin sentyabrında ailə qurmuşam, 1 qızım, 1 oglum var. Özüm məktəbəqədər kolleci bitirmişəm. Hal -hazırda 3 ildir bağçada tərbiyəçi işləyirəm, demək olarki çox uşağın sevgisini qazanmışam ki, love buda məni sevindirir.

melek babazade

Mən Babayeva Elnurə 1988-ci il mart ayının 24-ü Goranboy rayonunun 1May kəndində dunyaya gəlmişəm. Ailədə 5 nəfərik. Atam, anam, məndən 8 və 5 yaş böyük qardaşlarım. Atam bizneslə məşğul olub, anam fizika müəlliməsidir. 1995-ci il birinci sinfə getmişəm, 2005-ci ildə bitirmişəm. Gəncə müəllimlər inistutunun Azərbaycan dili və ədəbiyyatını bitirmişəm. Hazırda işləmirəm. 2008-ci il iyunun 21-i cox sevdiyim insanla ailə qurmuşam. love İki balam- 5 yaşında oğlum Emil və 3 yaşında qızım Mələk var. Bu qədər.

Qadın.Netlilərin tərcümeyi-halı (5)

Ayten

Mən Əkbərova Aytən Əlisa qızı 1991-ci ilin sentyabırın 22-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşam. Canımdan cox sevdiyim məndən yaşca balaca bir qardaşım var. Atam rəhmətə gedib. Anam isə rayonda xalalarımla yaşayır. Qardaşım Bakıda qalır. ATU-unverisitetində Ali təhsil alır. Mən isə artıq 6 ildir ailəliyəm. Övladım yoxdur. Qayınanam və qayınatamla yaşayırıq. Min şükür Allaha hər şey yerindədir. Ailəmizdə bircə uşaq səsi əskikdir. Allah bütün övlad arzusunda olan ailələrə övlad nəsib etsin girl_ang biz də içində Amin Allah. Nə başınızı ağrıdım məndən bu qədər.

Ellada Babayeva

Mən Ellada Babayeva 1984-cü il noyabr ayının 24-ü Astara şəhərində anadan olmuşam, tez tələsik. biggrin Mamamın dediyinə görə az qala qatarda olacaqdım. Doğum yerində sıçovulların arasında dünyaya gəlmişəm. Biri məni yemək də istəyibmiş, mamam deyir çox balaca olmuşam. Ailədə 5 nəfərik atam, anam, bacılarım və mən. Mən evin böyük qızıyam. 1-ci sinifə Badamdartda getmişəm, 2-ci sinfə qədər. Sonra ordan köçdük 8-ci km.ə. Orda Ə.mahmudov adına 220 nömrəli məktəbdə oxudum, 3-cü sinifdən 9-a kimi. Müəyyən səbəblərdən çıxdım məktəbdən. Təhsilimi peşə məktəbində davam etdirdim 3 il. Hal-hazırda işləmirəm. Subayam. blush

Qadın.Netlilərin tərcümeyi-halı (5)

DJ BIBIXANIM

Mən Bibixanım Qafarova Məhhəmməd qızı 1991-ci il martın 28-də Nefçala rayonunda anadan olmuşam. Ailəmiz 5 nəfər idi. Indi isə 3 nəfər qalmışıq, atam rəhmətə gedib, mənim 12 yaşımdan sonra qardaşım 9 yaşında it üstünə cumub və ondan qorxub bilməmişik, 3 günün icində rəhmətə gedib. Allah hec kəsə bu itkiləri yaşatmasın. Anam və ən əzizim bacım var həyatımda. 2009-cu il oktyabırın 20-i evlənmişəm. 2010-cu il avqustun 30-u oğlumuz dunyaya gəlib- atasi ilə bir ay bir gündə dünyaya gəlib və cox xoşbəxtəm ki, oğlum qardaşımın adını daşıyır. Bacımın da getdiyi oğlan rəhmətlik atamın adıdır. Bu saytda olmaq məni cox xoşbəxt edir ki, yaxşi insanlar və ən əsası ailə tərbiyyəsi olan insanlardır burda! love

ARZU

 01.01.1994-cü ildə ailənin ikinci övladı olaraq dünyaya Göyçayda göz açmışam. 1 qardaş, 2 bacıyıq. 1999-cu ildə birinci sinfə getmişəm, 2012-2013 cü il məzunuyam. 3 yaşıdan etibarən şahmata getmişəm. Rayon üzrə uğurlarım da olub. Komputer kursuna getmişəm 6 ay. Atam polis, anam evdar xanımdır. Qardaşımın öz şəxsi işi var, bacım da məktəblidir. Az müddət işləmişəm. 2 ildir ailəliyəm, ailə tərkibimiz 2 nəfərdən ibarətdir.

Xanımlar, bu xəbər çıxanda artıq aranızda olmayacam. 1 il sizlərlə oldum. Gec də olsa qaynayıb qarışdıq. Sizləri çox sevdim və sizləri tərk edirəm yaxşı ki, varsız. Sizin kimi gözəl insanları tanıdım sevdim. Allaha əmanət olun. Mənim qəlbımdə yeriniz hər zaman var olacaq. love Ceylan xanıma da təşəkkür belə gözəl sayt üçün.

Parvina İbrahimova

Hazırda vəsiqəmdəki adım və soyadım Pərvinə Süleymanlıdır. Yazıçı kimi belə təxəllüs götürmüşəm deyə hər yerdə bu cür tanıdıram özümü. 1988-ci il Gəncə şəhərində anadan olmuşam, Bərdə şəhərinin Leninabad kəndindən şəhadətnamə almışam, bir yaşımadək orda yaşayıb Mingəçevir şəhərində böyüyüb boya-başa çatmışam. Inanın ki, özüm də çox vaxt çaş-baş qalıram ki bəs mən hansı rayondan sayılıram. 1995-ci ildə Mingəçevir şəhərində birinci sinfə getmişəm.

1995 ci ildə Noel Ahəngari adına orta məktəbə getmişəm.4 il orda oxuduqdan sonra mənzilimizin dəyişməsi ilə əlaqədar 16 saylı orta məktəbə yazılıb 2006 cı ildə oranın məzunu olmuşam. Orta məktəbdə çox gözəl günlərim keçib. Yada salanda çətinlikləri də şirin gəlir. Əsəbi, ərköyün və çalışqan şagird olmuşam. Düzünü desəm ilan kimi dəymə mənə dəyməyim sənə. Belə, asi, çılğın, sərbəst olmuşam. Qanun deyə bir məvhum tanımamışam. Feminist düşüncəli özünəgüvənən olmuşam. Nə qədər tükürpədici olsa da bu mən idim 17 yaşındaki qız. Ta ki müsəlman olanadək. Rəbbimə çox şükür hidayət etdi və mən 3 yuxudan sonra şəhadət gətirdim. Axtardığım ideal dünyam islamdadır... Məzun olan il Qafqaz Universitetinə qəbul oldum. Elə həmin il də canım yoldaşımla tanış oldum. love Ailəm vermədiyi üçün əl-ələ verib qaçdıq. 5il dalaşdıq onunla çəkişdik, bərkişdik yenə də bir birimizi çox sevirik. Həmd olsun Rəbbimə. Çox nazımı çəkib, haqqını ödəyə bilmərəm. (kaş yazdıqlarımı görəydi) Qafqaz Universitetində bir il oxumuşdum ki, bizim balaca quzumuz dunyaya gəldi- Bilqeyis. Sonra mən universitetimi dayandırb onunla məşğul olmağa başladım. Ayaqlarında problem olduğu üçün mənə 3 ildən çox dondurmaq imkanı vermədilər, beləliklə iki il hazırlığım, bir il təhsilim fəda oldu qızıma. Onun ayaqları get-gedə daha da tez sağaldı. Mən də yenidən cəhd edib özüm hazırlaşdım universitetə. Yoldaşımın az əməyi olmadı. Məni şagirdi kimi oturdub dərs oxutdurdu. Bakı Slavyan Universitetinə qəbul oldum. Həm ana, həm tələbə. İndi Naxçıvanda yaşayırıq. Yoldaşım müəllimdir. Atamla anam mənlə çoxdan barışıblar, yeganə nəvələrini çox sevirlər. Gələn ilə biri də olar inşaAllah. Bir qardaşım var Rusiyada yaşayır. Çoxlu rəfiqələrim var. Ətrafımdakiləri çox sevirəm. Bu saytı və istifadəçilərini tanıdığıma şadam.

Qadın.Netlilərin tərcümeyi-halı (5)

Yegiş

Sonra deməyin bəs sənin özünü tanımadıq axı? Çoxumuzu tanıtdın. Mən də  sizin-Yegiş Abbasova. 1983-cü il aprel ayının 29-u Sumqayıt  şəhərində anadan olmuşam. Ailənin adım kimi yeganə qız övladıyam. Ailəmiz 5 nəfərdən ibarətdir. Özümdən 10-8 yaş fərqimiz olan  2 canım qaqaşlarım var. MaşaAllahlar olsun sonradan sayımız çoxaldı. Gəlinlərimiz gəldi 7 olduq, balalarımız gəldi 11 olduq. Onu da qeyd edim 5-ci sinifdə oxuyanda bibi olmuşam. Sevincimin həddi-hüdudu olmayıb. girl_ang Uşaqlar o qədər öyrəşmişdiki mənə ailə quranda da imkan vermədilər getmə deyə. Amma neynəmək olar istəməsəm də ayrıldım balarımdan! 1989-cu ildə orta  məktəbə getmişəm, 2000-ci ildə bitirmişəm.İşləmirəm. 2006-cı ilin yanvar ayında ailə qurmuşam. 2008-ci ilin oktyabrında Aminim dünyaya gəlib. Hal-hazırda 5 yaşı var,gələn il məktəbə gedəcək. Allah hamıya o günü qismət etsin. Cümləmizi sevindirsin.

P.S. Sonda xəbərimdə iştirak edən, fikir bildirən, bəyənən, bəyənməyən hər bir Qadin.Netliyə öz minnətdarlığımı bildirirəm. Xəbərimin ərsəyə gəlməsində, sevə-sevə redaktə edən redaktorlarımıza xüsusi təşəkkürümü bildirirəm!

SON

Səslərin sayı: 14
95
5129
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
Çox gözəl xəbərdi girl_ten
27 fevral 2014 22:54
Offline
Buket
Tesaduf bu Gunel xanimla yawimiz adimiz Oquz balamizin adida eyni imiwki.

Ay, ne maraqli)) Hetta yashadigimiz olkede eyniymish ki wink

Buket kohne adi ile Gunewim senin radioda dj olanda sesini ilk defe esitmeyimiz yadima dusdu,ele bildik balaca bir qizdi danisan :) hec tesevvur etmek olmurdu ki bu ses bir mamanin sesidi :) sonra Bakiya gelende telde de danisdiq onda da eyni ses oldu day tesevvur eledim ))) Oguz bala boyuyub?yene saridi onun saci?)))

Yadimdadi, maraqli vaxtlarimiz olub bu saytda)) Aha Oguz saridi yene de, hem de sapsarisindan give_hea

Buket Allah sizə həmişə gülmək nəsib etsin.

Tesekkurler, her birimize inşAllah winked
2 dekabr 2013 20:34
imza: Sonralar olmur :)

Offline
aska
MARAQLIYDI...HER KESE HEYATLERINDA UGURLAR DAIM OLAR INSALLAH! TSK.. give_ros
2 noyabr 2013 14:52
Offline
Nigar
yeqiwim cox sagol bacim Allah sizleri her zaman xowbext etsin amin
30 oktyabr 2013 22:10
imza: Allahın cümləmizə yar olsun amin
Offline
ÖzDüNyAm
ardi havax cixacaq bu xeberin?
29 oktyabr 2013 16:18
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
insanliq
YEGiŞ,
Cox sag olun,ALLAH komeyiniz olsun,ALLAH hec kimin basina getirmesin!
29 oktyabr 2013 16:04
Offline
Aminim
insanliq,
Allah sizinde ataniza rehmet etsin/uzuldum.
29 oktyabr 2013 16:00
imza: qadin.net
Offline
insanliq
AYTEN ALLAH atana rehmet elesin,yeri cennetlik olsun,anana da qardasina da can sagligi versin,1 de pis gun gostermesin,sene de sirin payini versin! AMIN...
DJ BIBIXANIM ALLAH senin de atana,qardasina rehmet elesin,yerleri cennetlik olsun,qalanlarina can sagligi versin,ALLAHteala 1 de pis gun gostermesin INSALLAH
ALLAHteala hec kime pis gun,yaxinlarini vaxtsiz itirmeyi gostermesin,cox cetindi,Sirvandanam,yoldasim herbicidi Daskesende,meni papam 2013-cu il 10-u 06-ci ayda gelin kocurtdu,11 gun sonra 22-si 6-ci ayda men seher tezden evimize gedirdim gorusub yola cixacagdiq(Daskesene),o meni yola salmadi,getdim yerinin icinde hereketsiz halda gordum,men onu yola saldim,mene bagliydi,men de papama,belke de deyirem seher kimi fikir eleyib gedecem deye,ureyi dayanib...meni usaq kimi hemise ezizleyib,her sey eleyib,her nazimi cekib yasadib meni,heyatimin menasi getdi,xosbextliyim,sevincim getdi,erkoyun usaq kimiydim, elebil boyudum...
Ehhhhhhh ALLAH hec kime gostermesin,cbasima gelenden sonra basa dusdum,cetindi,cox cetindi
29 oktyabr 2013 15:54
Offline
Ellada Babayeva
Elnur Məmmədov,
Gözəl yazmısız..

Qanacaqlı,ədəblidir
Allaha var imanları
Dünyanın çox guşəsindən
İlhamlanıb,insanları
Nəvazişli,ismətlidir
i_am_so_

Qanacaqlı,ədəblidir
Allaha var imanları
Dünyanın çox guşəsindən
İlhamlanıb,insanları
Nəvazişli,ismətlidir
29 oktyabr 2013 01:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
leman
çox maraqlı gəldi.Allah hamınızı xoşbext etsin.həyatınız ürəyinizcə olsun...Amin!
29 oktyabr 2013 00:54
Offline
......
maraqli xeberdi.. give_ros
28 oktyabr 2013 22:31
Offline
Ulker.Agamali
Yeqish teskkur edirem xeberin ucun qizlarimizi taniyiriq
28 oktyabr 2013 17:30
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Sirli_dunyam
Elnur Məmmədov,
oz xaniminizida getirseydiz bizim aramiza yaxwi olardi nece vaxtdir burdasiz ve bu saytin nece bir yer oldugunuda bilirsiz
28 oktyabr 2013 16:47
Offline
Fatma xanım
Elnur Məmmədov,
əladı Allah razı olsun
28 oktyabr 2013 16:45
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Elnur Məmmədov
Qanacaqlı,ədəblidir
Allaha var imanları
Dünyanın çox guşəsindən
İlhamlanıb,insanları
Nəvazişli,ismətlidir
Nə xoş söz yazsam,az olar
Elində çox hörmətlidir
Tək bir saytım:”Qadinnet “var!
Redaksiya işçiləri
Ev- ailə,can-ciyərdi!
Doymuram mən “Qadinnetdən”!
Arzularım,nə qədərdi?!,,,
Kaş sizinlə lap öncədən
Sıranızda,mən olaydım
İlham alıb yazıram mən
Yaddaşda,yazıb qalaydım!
Amma hələ çox gec deyil
Sizinləyəm,sıranızda
İndi evim,saytınızdı!

QADİNNETREDKSİYASİ-BAŞ HƏRFLƏRDƏ...(HƏR BƏNDDƏ)
28 oktyabr 2013 16:42
Offline
Melek Babazade
Canimmm xeberin cixib veeeee mende burdayamki....indi gordum nece gundu yoxuydum.xeberlerin bol olsun baci.son etmersen inwallah.
Dəniz84,
cooooooox sagol canim.Allah razi olsun.
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ,
Ne yaxwi baci coooox sevindim
28 oktyabr 2013 14:43
Offline
Happiness-lady
Happiness lady sizi tebrik edirem insallah xosbext olarsiz ve hemise uzunuz gulsun

COX SAGOL BACIM SENLE BAHEM ALLAH SENIDE XOSBEXT ELESIN INSALLAH girl_ang
28 oktyabr 2013 13:29
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
diana musatova
belke yeni gelenlerde taniwliq qurula... nea
28 oktyabr 2013 13:25
Offline
Mahira
Her bir xeberinde gozel Qadinnetli xanimlarimizi tanidiq.Yegiwim Allah seninde balani qorusun insallah Allah olmayanlara nesib etsin.Amin insallah.xeberlerinin insallah ardi arasi kesilmeden canim tam qaz tongue
28 oktyabr 2013 09:05
Offline
Sonay Quluzade
Belə başa düşdüm ki, davamı da gələcək və çox sevindim yahoo. Çox həvəslə oxuduğum silsilə xəbərdir. Hamının tərcümeyi-halını oxudum, xoş oldu tanışlıq.
28 oktyabr 2013 08:59
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )