Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Sevgiyə aid şeirlər

 

"Sevgililər qovuşanda"

Sevgi aləminə düşəndən bəri,
Unutdum mən qəmli, ötən günləri.
Ən xoş anlarımı yaşayıram mən,
Çünki yanımdadır sevdiyim pəri.
Bir gülüşü mənə həyat bəxş edir
Bilmirəm qəm nədir, göz yaşı nədir!
İkilikdə sanki bizimdir həyat.
Mən onu sevirəm, o məni sevir!
Hər sözü qəlbimdən gələn bir səsdir
Gülüşü-duruşu mənə həvəsdir,
Deyin bir mən onu necə sevməyim?
Anlatmaqçun onu işarəm bəsdir!
Soruşsalar: "Nə qədər ömür sürmüsən?"
Sevib-sevildiyim vaxtı deyərəm!
Desələr: "həyatda xöşbəxt görmüsən?"
Sevib-sevilənlər çoxdur söylərəm!

"Arayıram səni mən"

Demə niyə gözünə belə çox baxıram mən?
Baxışlarında eşqə nişanə arayıram.
Səni gördüyüm gündən eşqinə əsir oldum.
Sənə bir söz deməyə bəhanə arayıram!
Mən eşqimi verməyə bil səni arayıram!
Qalan ömrü bölməyə gəl səni arayıram!
Arayıram səni mən birgə xoş günlər üçün,
Unut qəmi kədəri gül səni arayıram!
Məhlənizdə o başa, bu başa dolaşıram
Gözüm qapınızdadır, demə"nə arayıram?"
Özün yaxşı bilirsən sənin üçün gəlmişəm.
Sən görüşməyə bir yer de mənə arayıram!
Eşqsiz qəlbim zülmətdir, ümidimsə sənədir,
Qəlbimə nur çilə sən bir işıq arayıram!
Küsmüsən neçə vaxtdır, səbəbini bilmirəm
Naz etdiyin di bəsdir, barışıq arayıram!
Yolunda durub sənin izini arayıram!
Çox görmə baxışını, gözünü arayıram!
Arayıram səni mən ey, qəlbimin hakimi
Sevdiyini de mənə, sözünü arayıram!
Bu bir yolun sonudu, bir yolunsa əzəli
Qoşa gedəcəyimiz yolları arayıram!
Sənin sevginə layiq olacağım günləri
Səadətli ayları, illəri arayıram!

"Dönmərəm daha"

O görüş yerinə çıxma nahaqdan

Şəklimi qoynuna sığma nahaqdan,

Həsrətlə üzümə baxma nahaqdan

Mən sənin yanına dönmərəm daha.

Qıysanda canına dönmərəm daha.

Əğyarın sözünə uyub, inandın

Məndən üz döndərdin, dedin-usandın...

İndi bilirsənmi necə aldandın?

Neçə kəs yalvarsan dönmərəm daha.

Qıysanda canına dönmərəm daha.

Adımı sənv saldın de yadındamı?

Seçdiyin o oğlan de yanındamı?

Söndü qəlbimdəki o eşqin şamı!

Səninçün alışıb-yanmaram daha.

Qıysanda canına dönmərəm daha.

Amansız sən oldun qıydın eşqinə

Başqa eşq aradın dövlət xətrinə

Sevirəm desən də indi fərqi nə?

Qəlbimdə sənə yer vermərəm daha.

Qıysanda canına dönmərəm daha.

Əğyarın əlinə dəyibsə əlin

Mənə bir kəs yalan deyibsə dilin

Görsəmdə gözündə göz yaşı selin,

Mən sənə inana bilmərəm daha.

Qıysan da canına dönmərəm daha.

Qırmısan qəlbimi, bitişən deyil,

Yolumuz bir daha kəsişən deyil,

Ayrılıq taleyi dəyişən deyil,

Ürəyim səninlə barışan deyil,

Gəlsən də yalvara, sevmərəm daha.

Diz atıb yalvarsan dönmərəm daha.

Qıysan da canına, dönmərəm daha.

Səslərin sayı: 12
46
33783
loading...
Şərhlər
Offline
nigar dadasova
xebere gore tewekler
5 iyun 2015 16:05
Offline
Mələksima
"Arayıram səni mən"

Demə niyə gözünə belə çox baxıram mən?
Baxışlarında eşqə nişanə arayıram.
Səni gördüyüm gündən eşqinə əsir oldum.
Sənə bir söz deməyə bəhanə arayıram!
Mən eşqimi verməyə bil səni arayıram!
Qalan ömrü bölməyə gəl səni arayıram!
Arayıram səni mən birgə xoş günlər üçün,
Unut qəmi kədəri gül səni arayıram!
Məhlənizdə o başa, bu başa dolaşıram
Gözüm qapınızdadır, demə"nə arayıram?"
Özün yaxşı bilirsən sənin üçün gəlmişəm.
Sən görüşməyə bir yer de mənə arayıram!
Eşqsiz qəlbim zülmətdir, ümidimsə sənədir,
Qəlbimə nur çilə sən bir işıq arayıram!
Küsmüsən neçə vaxtdır, səbəbini bilmirəm
Naz etdiyin di bəsdir, barışıq arayıram!
Yolunda durub sənin izini arayıram!
Çox görmə baxışını, gözünü arayıram!
Arayıram səni mən ey, qəlbimin hakimi
Sevdiyini de mənə, sözünü arayıram!
Bu bir yolun sonudu, bir yolunsa əzəli
Qoşa gedəcəyimiz yolları arayıram!
Sənin sevginə layiq olacağım günləri
Səadətli ayları, illəri arayıram!
5 iyun 2015 15:54
Offline
Deniz N-va
Ay cox xosuma geldi ... Allah butun sevenleri qovusdursun!!!
7 avqust 2014 15:27
Offline
Elvira Melek
Şeirə görə təşəkkür
17 iyun 2014 17:46
Offline
Minira Aslanzade
Şeirə görə təşəkkürlərrr
20 mart 2014 17:25
Offline
aytac eliyeva
oxumaqa deyer pis deyil tam mene gore) cray girl_ten
21 noyabr 2013 15:55
Offline
Rzayeva Guler
Hamisi Ela cox beyendim, oxumaqa deyer give_ros
18 noyabr 2013 13:23
Offline
diana musatova
yazan elleriniz var olsun.. qeleminiz iti sozunuz keskin olsun.
16 oktyabr 2013 13:28
Offline
MELEYIM
gozel weirlerdi yazan elleriniz var olsun
13 oktyabr 2013 22:28
Offline
rustemov rail
cox maraqli seirdir.tesekkurler,dostum halal olsun sene.Men cox xosbext adamam ki senin kimi dostum var
13 oktyabr 2013 14:22
Offline
Elnur Məmmədov
Elnur Məmmədov

Sevərək oxuyurlar,hər yazılan yazını
Şəkillərlə bəzəyir,çox əziyyət çəkirlər
Bu dəyərli insanlar,heç əyməzlər ağzını
Zəhmətmizə qatlaşır,alın təri tökürlər!

Ey hörmətli redaktor,hala et əziyyəti
Sənin əməyin ilə,qürurlanır yazanlar
Yazılar dərc olanda,alıram həzz-ləzzəti
Əməyinə baş əyib,mən oluram minnətdar!

Bilmirəm hansınızın,əziyyəti,işidi
Hər yazıya hörmətlə,diqqətlə yanaşırsız
Amma heç fərq qoymursuz,qadın ya da kişidi
Hər yazda insafla,sevgiylə çalışırsız!

Bura elə bir evdir,insanları səmimi
Allah sizin hamnıza,Daim kömək,yar olsun!
Ey sevimli Qadinnet,isitmişəm qəlbimi!
Sizin gözəl saytınız,qoy daima var olsun!
13 oktyabr 2013 13:52
Offline
adınız, soyadınız
Ayrılıq taleyi dəyişən deyil...
13 oktyabr 2013 12:14
Offline
Elnur Məmmədov
Salam əzizlərim!Şadam,aakunum bərpa olub,şərh yaza,sizə təşəkkür edə bilirəm!Redaktə edənlərə xüsusi ilə minnətdaram!Hər bir şərhi diqqətlə,sevinclə oxudum!İlham verirsiz!Allah sizi bəxtəvər eləsin!
13 oktyabr 2013 12:01
Offline
Handmade_by_zibo
super super super good good good paylasdiginiza gore twkler davamli olsun Inwallah
13 oktyabr 2013 11:19
Offline
Rufane Aabbasova
cox gozeldi love
12 oktyabr 2013 18:15
Offline
MAYA EL
çox gözəl şeirlərdi çox bəyəndim davamlı olsun
12 oktyabr 2013 15:01
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Titi
gozel seirlerdi. en cox sonuncu xosuma geldi. tesekkurler
12 oktyabr 2013 00:46
Offline
GulenaY
Hmm xosum geldi axirinci seirden
12 oktyabr 2013 00:44
Offline
איסון ממדוב.
gozel seirlerdi
12 oktyabr 2013 00:10
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xedice 033
Qelemize quvvet qeseng seirlerdi
11 oktyabr 2013 22:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )