Əl-Ənbiya (Peyğəmbərlər) surəsi
(Məkkədə nazil olmuşdur, 112 ayədir)
Bismillahir rəhmanir-rəhim!
1. İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
2. Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
3. Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Quran sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz? dedilər.
4. (Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!
5. Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: Xeyr, (bu Quran) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!
6. Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli möcüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
7. (Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!
8. Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq. Onlar (dünyada) əbədi də deyillər.
9. Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik.
10. Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim möminlərin yadına salar). Məgər dərk etmirsinizmi?
11. Biz zalım olan (küfr edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik və onlardan sonra başqa bir qövm (camaat) yaratdıq.
12. Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular.
13. (Mələklər istehza ilə onlara belə dedilər: ) Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!
14. Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik), - dedilər.
15. Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər).
16. Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).
17. Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz).
18. Xeyr, Biz batili haqla (küfrü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!
19. Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf etibarilə mənən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.
20. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər.
21. Yoxsa (Məkkə müşrikləri) yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!)
22. Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
23. (Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.
24. Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa tanrılar qəbul etdilər? (Ya Rəsulum!) De: (Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Quran), bu da məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz döndərər!
25. (Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin! deyə vəhy etməyək.
26. (Kafirlər: ) Rəhman (mələklərdən Özünə) övlad götürdü! dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır.
27. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.
28. (Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
29. (Mələklərdən) heç kəs: Mən Ondan başqa bir tanrıyam! desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.
30. Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).
31. Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.
32. Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər.
33. Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).
34. (Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!
35. Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!
36. (Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): Sizin tanrılarınıza tənə edən bumudur? deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər.
37. İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!
38. Onlar (kafirlər): Əgər siz doğru danışırsınızsa, bu vədin (əzabın, yaxud qiyamətin) nə vaxt olacağını bildirin! deyirlər.
39. Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual verməz, həm də Allahın əzabının tezliklə gəlməsini istəməzdilər).
40. Xeyr, (qiyamət) onları gözlənilmədən yaxalayar və şaşırdar (mat-məbhut edər). (Kafirlər) onu əsla geri qaytara bilməzlər və onlara (tövbə, üzrxahlıq üçün) möhlət də verilməz!
41. (Ya Rəsulum!) Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqların şeyin özü (peyğəmbərlərin onları qorxutduğu əzab) məhv etdi.
42. De: Sizi gecə (yatdığınız vaxt) və gündüz (gəzib dolandığınız zaman) Rəhmandan (Rəhmanın əzabından) kim qurtara bilər?Amma onlar Rəbbinin öyüd-nəsihətindən (Qurandan) üz döndərdilər.
43. Yoxsa onların Bizdən başqa (əzabı) onlardan dəf edə biləcək tanrıları vardır?! Onlar (o tanrılar) heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də (əzabımızdan da) qoruna bilməzlər. (Və ya: Bizdən də dəstək görə bilməzlər).
44. Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!
45. (Ya Rəsulum!) De: Mən sizi ancaq vəhy ilə qorxuduram. Karlar qorxudulduğu zaman çağırışı eşitməzlər!
46. Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik) deyəcəklər.
47. Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.
48. Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.
49. O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.
50. Bu (Quran) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?
51. Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik.
52. (İbrahim) atasına və tayfasına: Sizin tapınıb durduğunuz bu heykəllər nədir? dediyi zaman
53. Onlar: Biz atalarımızı onlara ibadət edən gördük! deyə cavab vermişdilər
54. (İbrahim onlara: ) And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız! demişdi.
55. Onlar: Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?) deyə soruşduqda.
XƏBƏR LENTİ
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
Burçin Tərzioğludan eşq etirafı - FOTO
Nişan geyimləri
Yaşıl çayla gözəlləşmək
Badımcanlı- toyuqlu zapekanka (foto resept)
Azərbaycanlı aktrisa Antonio Banderasla tərəf müqabili olacaq
Uşaq kitabı seçərkən nəyə diqqət etməli?
"Qara dəlik" böyüyür
Azərbaycanlı bu dəfə Kolumbiyanı heyran etdi - VİDEO
Biliyini yoxla (Test-1)
Hər Məcnunun öz Leylası, öz səhrası
Pudinqli Mozaik Tart (video-resept)
Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq
Saçını boyadı üzü şişdi-FOTO
Sılanın son addımı sevənlərini təəccübləndirdi-FOTO
Coni Deppin son halı qorxutdu-FOTO
Günün ulduz falı - 16.12.2013
Dölün inkişaf etapları
Pedikürçünüz artıq bir balıqdır!
Sinan Akçıl və Burcu barışdı-FOTO
Öldüyü deyilən Kim Çen In ictimaiyyət qarşısına çıxdı - FOTO
Türkiyədən ABŞ-ın sanksiyalarına SƏRT REAKSİYA
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
Avtobuslarda gedişhaqları niyə artırıldı?
Leyla Əliyeva hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb
Messi "Real"a keçir?
Bordalonun 3D rəsmləri
Qızıl Aypara Cəmiyyəti yardım toplayıb
Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?
Piylənən kişidən 61 kq şiş çıxdı
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu keçdi - STATİSTİKA
Bred Pitt "Oskar"dan imtina etdi-SƏBƏB
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Cennifer Lopes arıqlamaq istəyir - FOTO
Ecaskar xanımlar üçün
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Həftənin ilk iş günü Azərbaycanda hava yağıntılı olacaq
Şükür etməyin ən yaxşı yolu hansıdır?
"Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri İranı narahat edir"
"Bizdə əlil olmaq evə məhkum olmaq deməkdir"
Ford elektrosamokat icarəsi ilə məşğul olacaq
Dondurmalar mövsumu hansı təhlükələrlə gəlir?
Eyni geyimdə fərqli məşhurlar
Rəngli tort dizaynları
Vərdişləri olan cütlüklər daha xoşbəxtdir
Təyyarələrdə hakerlər üçün boşluqlar aşkar olunub
Telefondan necə istifadə etməyiniz xarakterinizdən xəbər verir
Məşhur aktrisa anası ilə-FOTO
Tubanın sevgilisi axtarışa verildi-SƏBƏB
- ŞƏRHLƏR