Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

"Bataqlıq çicəyi"

 

Salam hörmətli oxucular! Əvvəla onu deyim ki toxunacağım mövzu ağrılı-acılı gerçək həyatdan, ətrafımızda olan, üfunət kimi həyatımızı korlayan fahişəlikdən bəhs edir... Qadınlıq zirvəsindən bu bataqlığa yuvarlanan, həm özlərinin, həm də başqalarının həyatını korlayanlardan bəhs edən bu mövzunu oxumağa, bir üfunəti hiss etməyə hazır deyilsizsə... bu məqaləni oxumayın... göz yumub, burnunuzu tutaraq bir ufünətin yanından keçdiyiniz kimi, elə buradan da başqa bölümə keçin...

1. "Acgöz fahişə"... Xəbər yayıldı ki kafeyə yeni "material"gələcək. Hələ özü gəlməmiş, sorağı gəlmişdi və kafedə "müştərilər" bol idi. Maşından düşəndə, hələ o vaxtlar göbəyi açıq, şortikdə qıza rast gəlinməyən (nadir hallarda Bakıdan qonaq gələnləri saymasaq) rayon uşaqları gölməçədəki qurbağalar kimi ağız-ağıza verdilər... (Onların ifadələrini heç dilimə yaraşdırmıram...) "xanım" tez-tələsik "müştəriləri razı salmaq üçün"  xüsusi otağa keçdi... Ömrümdə ilk dəfə belə mənzərə görmüşdüm... Sanki nə isə tapılmayan bir şey üçün yığılan növbə var idi... Bir... iki... üç... Şoka düşmüşdüm, sayırdım, qurtarmırdı... On beş-iyimi dəqiqəyə "müştəriyə xidmət göstərib, yola salırdı"... Nə başnızı ağrıdım, hansı bədii ifadə ilə yazım ki, qınamayasız?! Nəhayət on beşinci müştəri otaqdan çıxar-çıxmaz, təlaşla: "özündən getdi, pulumu kimdən alacam?" -deyərək, içkili halda bağırmağa başladı... Məsəl düşdü yadıma: "keçi can hayında, qəssab piy axtarır"... Tez "xanımı" tanış xəstəxanaya apardıq... Acgöz fahişə "mükafatını almışdı"....

"Bataqlıq çicəyi"

2. "Solğun çiçək"... Xəstəxanaya yemək aparmalı oldum... palataya girəndə çaşdım... "Səhv girmişəm yəni?" Yataqda solğun, məsum, köməksiz uzanan qız dünən hamını cüşa gətirən "zırrama"ya bənzəmirdi... "Gəl, mən dedim məni burda atdız..." deyə inildədi... Tam kosmetikasız, xəstə pijamasında yataqda uzanan varlığa həm qəzəbli idim, həm də yazığım gəlirdi. "Bir insan özünü bu hala niyə salır?"... Başımda suallar, qəzəb hissi məni dilə gətirdi... Sözlər ağzımdan tüfəngdən açılan güllə təki açıldı... "Allah səni öldürsəydi, bəlkə yaxşı idi, acgöz fahişə... Bir bax özünə, gəncsən, yaraşıqlısan, əlin-ayağın yerində, niyə ölmürsən, bu nə yoldur, "sənətdir" seçmisən?"... Bəlkə də ilk kəs kimə isə bu cür acı dilləndim, qarğış edib günaha girdim... Sözlərimə reaksiyasına isə tam məəttəl qaldım... Hönkür-hönkür ağlamağa başladı... Sanki sözüm "güllə kimi, hədəfə dəymişdi", iç atırdı...

"Bataqlıq çicəyi"

3. "Alçaldılmış məsum və ya bataqlığa aparan yol"... "Mən də ağıllı bir qız olmuşam, elə bilirsən mənə kefdir?" sözlərinı hıçqırıqla dedi. Heç bilirsən nələrdən keçmişəm?"... O vaxtlar səbrim vardı, insanları dinləmək, onlaran ən azı yol göstərməklə savab qazandığımı sanırdım... Dinlədim... onun hekayəsini, sizə də anladım...

"13-14 yaşlarıma qədər ailənin ərköyün qızı idim. Kasıb da olsaq şən yaşayırdıq... Amma anam öldü, hər şey dəyişdi... Atam heç il də gözləmədi, evləndi... Avam idik, atam da mən də... Ögey anam isə çoxbilmiş, çox "üz görmüş", ifritənin biri idi... Atamı tilsimləmişdi elə bil... İlk dəfə atam mənə qısa don geyinməyimi bəhanə edib, əl qaldırdı... Səbr etdim, uzun dom geyindim... Amma sillələr, acı sözlər, təhqirlər səbəsiz yenə artırdı... Atam içkiyə qurşanmışdı. Siqaret çəkirdi. Əvvəl heç söyüş söyməyən, siqaret və içkini yaxın buraxmayan, atamdan əsər-əlamət qalmamışdı... Daha atamı da "itirmişdim". Nə yolla olsa bu evdən uzaqlaşmaq, xöşbəxtlik tapmaq istəyirdim... Bax elə bu fikir məni şeytana uyurdu, "yağışdan qaçmaq istəyirdim, yağmura düşdüm"... Yağmur nədir, girdaba, bataqlığa...

"Bataqlıq çicəyi"

4. "Səadət axtarıb, fəlakət tapan..." 20-22-yaşlarında Asəf adlı gənc, idmançı cüssəli, çox yaraşıqlı taksi sürücüsü kəndimizin səfalı yerlərinə müştəri gətirərdi. Onu bulaq üstə su götürəndə görmüşdüm. O da mənə oğrun-oğrun baxırdı... Kənd yeri olduğundanmı, yaşımın az olduğundanmı, bilmirəm, söz demirdi... Elə baxışırdıq gizlincə... Ilk addımmı özüm atdım... Səhənglə su aparanda, təsadüf imiş kimi, yıxıldım, suyu onu üstünə dağıtdım... Sonra da ilk bicliyimi işlətdim, özümü avamlığa qoyub üzr istəməyə başladım. O qəfil hadisədən duruxmuşdu. Məndən üzr istəməyə başladı: "Siz bağışlayın, çaşdırdım, yıxıldız... Heç tuta da bilmədim. Əzilmədiz?"... Sonra batan dizimi, üst başımı təmizləmək istədi... İlk dəfə bədənimə yad kişi əli dəyirdi... Xoş hal idim... Sanki birdən ayıldıq, ətrafdakıları unutmuşduq...

Tez -tez gəlib-getməyə, məktublar yollamağa başladı... Nəhayət arzuladığım sözləri eşitdim: "səni sevirəm, sənsiz mənə həyat yoxdur!"...

Elçi də göndərdi. Anallığım yaşımın azlığını bəhanə gətirdi, atam da "o çaldığı ilə oynadı"... Mən onunla buralardan qaçmaq istədiymi bildirdim... O zamanlar kənd yerlərində öz istəyi ilə 15 yaşlı qızların qoşulub qaçması adi hal idi... O da məni qaçırdı... Heç arxaya da baxmadan, məhbəsdən qaçırmış kimi, qəfəsdən uçan quş kimi, getdim buralardan.....

5. "Xoş günün ömrü az olar"... Kiçik daxmada, tapdığımızı sevinclə yeyirdik. Tez-tez dostları ailəliklə gəlib-gedir, biz də onlara qonaq gedirdik... Onunla səadətin dadını bildim... Amma bəxtim qara idi... Qəfil qəzada onu itirdim... Ölümünü eşidəndə havalandım... İntihar etmək istəyirdim. Kaş intihar edərdim, bu günləri görməzdim... Onsuz  tənha... bu  böyük şəhərdə, 15 yaşlı dul gəlin... Evə getməkdən, ölüm yaxşı idi mənə... Mənim daha gedəcək evim, ailəm yox idi... İdi nə edəcəkdim?...

6. "Roza "Ana" (mama Roza)... Bu anlayış haqda necə yazım, hansı bədii ifadə vasitəsi seçim, bilmirəm. Köməksiz qadını "satılıq əşyaya, qazanc vasitəsinə" çevirmək üçün hər yola əl atan, onlara "hamilik, mühafizəçilik və dəllallıq" edən, adətən pozğun ya da köhnə məhkum olan, adamın qadın deməyə dili gəlməyən, el arasında bəd adları olan, fahişə "dəllaları", "mamaRozalar"... Mənim məqaləmin "qəhrəmanı" da belə bir qadının "şikarı " oldu. Bu haqda daha ətraflı yazacağam, məlumatınız olsun, qadın cildində, "Seytan"dan betər, necə məxluqlar var...

"Roza ana" hiyləgər "dəllal"... Həyat yoldaşımla qısa sürən birgə həyatımızda onun haqında bir məlumatım var idi, yetimxanada, sonra da internatda böyüyüb, əskərlikdə sürücülük edib, gələndən sonra da taksi sürücüsü işləyib... O, mənimlə sevincini paylaşır, kədərini məndən gizləyərdi. Nə bir qohum, nə doğma adamımız yox idi. Dəfnini, üçünü dostlarının sayəsində adət-ənənəyə uyğun yola vermişdik.. .Amma dostlarının həyat yoldaşları mənə "rəqib, düşmən" gözündə baxırdılar... Gözəlliymə görə, heç bir dostü üzümə dik baxmırdı...

Gəncədən gəldiyini və rəhmətliyin çox yaxını olduğunu dedi-Roza xala... Maddi və mənəvi dəstək edəcəyini, hər nə lazımsa yanımda olduğunu deyəndə, arxalandım ona. Tək olmadığımı hiss etdim... Məndən niyə vətənimə, evimizə getmədiyimi soruşdu, "kəşfiyyat" edirmiş, mən də hər şeyi danışdım, ürəyimi açdım... İlk günlərdə çox qayğıkeş, hər dərdimə yanan, bir "ana" kimi davranırdı. Evi satıb onunla Gəncəyə, onun evinə getməyi təklif etdi... Nə məsləhət alacaq kimsəm, nə də şəhərdə qalacaq halım yox idi... Aldandım....

7. "Kəniz bazarı"... Evinə çatanda bir az döyükdüm, "qızları" kimi təqdim etdiyi, çox açıq saçıq, kəndə yox, heç şəhərdə də nadir geyilən donlarla "bəzənmiş" qızlar (fahişələr) mənə xoş gəlmədi. O isə, "qızım bura Gəncədir, Azərbaycanın ikinci ən böyük şəhəri, isti ocağı, nağıllar şəhəri... Nə istəsən gey, bir kəs əsnə güldən ağır söz deməz... Doğurdan də Gəncə həm isti, həm də gözəl idi... Burada qızlar Bakıda görmədiyim geyimləri  geyinirdi, amma çox az halda ev yiyəsinin qızları kimi geyinən görərdin. Daha doğrusur tülə "bürünən"  və ya bir mayka ilə, o da beli açıq, yırtıqlı... "yarı çılpaq" gəzənləri lap az görərdin...

Nə isə... əvvəl içki, sonra narkotik, sonra da bataqlıq-fahişəlik yoluna sürükləndim... Evin pullarını da mənə "atdı". Məni kənizə, qula çevirdi...

Altı ay bu cür "həyat" məni sındırdı... Özümə güzgüdə də baxa bilmirdim. Məni "müştərilər" üçün geyindirib bəzədir, bir qarın yemək və qalacaq yer əvəzinə "satırdı"...

8. "Bataqlıqda çapalayan aciz"... Bura gələndə ağır xəstələndi "Mama Roza"... Amma məni harda olsa tapacaq... Bu yola qayıtmaqdansa, ölsəm yaxşıdır...
Mən onun danışdıqlarına inandım. Həyəcanlı, köməksiz, məsum görünüşlü bu varlığa yazığım gəlirdi. (Reklam olmasın) O zamanlar "Nurçuluq" təlimlərinə gedirdim. Deyım türkoloq idi. Bu risalələri tərcümə etmək, anlamaq üçün çox gözəl lüğət də almışdım... Dostlarım və müəllim ilə məsləhətləşdim. "Xoca" (müəllim) məni dinləyib, cavab verdi: "Tövbə edər və haqq yoluna qayıtmaq istərsə, ona əl uzadarıq, amma qəlbini, ruhunu təmizləməsi, tam pak olması çətin olacaq... Allah kərimdir!"
9. "Tövbə"... O xilas olmaq, bu girdabdan qurtulmaq üçün hər şeyə hazır idi... Ona kömək edəcəyimi,dostlarımın məsləhətini sevinclə qarşıladı, xəstəxanadan çıxmaq üçün hazırlaşdı...
Tövbədən öncə çoxlu psixoloji, dini və mənəvi dərslər keçdi... Qatlaşdı, səbr etdi... övbə etdi... Ona son məsləhətimi verdim: "Allah sevgisini (qorxusunu) qəlbində  çıraq kimi qoruyub saxla, o, sənə yol açacaq, səni xilas edəcək və xöşbəxt edəcək nurdur! Bir daha şeytana uyma!"
Mən çətin yolda idim... Birini girdabdan, bataqlıqdan xilas etmək istərkən, özüm də girdaba bulaşa bilərdim. Amma şükür Allaha, Allah sevgisi və xofu, ailəmin verdiyi tərbiyə məni indiyədək belə girdablardan qoruyur... Nəhayət bir fahişəlik girdabından qurtulub, qadınlıq zirvəsinə yüksələn bir insana əl tumaqda qərarlı idim!

10. "Fahişəlik girdabından, qadınlıq zirvəsinə gedən yol"... Bu başlıq və yazacaqlarımla bəlkə də çoxları razı olmayacaq... Amma fahişəlik girdabından qurtulub qadınlıq zirvəsinə gedən çətin yol var... Tək, köməksiz keçilməsi çətin olan, hər kəsin tam gedə bilməyəcəyi yol..

Allahın izni ilə o bu yolu keçə bildi... Nəhayət altı aydan sonra qismətini tapdı. Onun keçmişini bağışlayıb, tövbəsini qəbul edən, sevən biri ilə ailə qurdu...
Sonra da köçüb Gürcüstana getdilər... Beş ildən sonra, təsadüfən rastlaşdıq. Mən onları yox, onlar məni tanıdılar... Hicabda, Allahını sevən, Allahın sevdiyi (inşaAllah belə idi), iki sevimli gül balası, onu sevən həyat yoldaşı ilə görəndə, çox sevindim. Dönə-dönə Allaha şükr etdim... Allah böyükdür, tövbələri qəbul edən, bağışlayandır! Məni görmələrinə, tanımalarına isə sevinmirdim. Qəlbinin yaralarını təzələmək istəmirdim... Amma onlar yeni bir həyat yaşayırdılar. Keçmişi unutmaqlarını deyə bilmərəm, amma gələcəyə baxan bir gözəl ailə gördüm. Qürurlandım, fərəhləndim, onlra görə sevinə bildim...
P.S: Hər girdaba düşənə əl üzadılmır, hər tövbə edən qəlbi və əməllərini təmizləyə bilmir... Azərbaycan qanunlarına zidd də olsa, gözəl vətənimzidə "ailəvi kafe" adı altında fəaliyyət göstərən çirkin girdablar, üfunətli məkanlar, təəsüf ki, hələ də var... Onlara qarşı mübarizə aparmaq bəzi "kişilərə" sərf etmir, "ucuz qiymətə, rahat əyləncə" məkanları çoxlarına evindən əzizdir. Yeməyə ailəsi çörəyi güclə tapan, amma belə yerlərdə gün keçirənlərə yazıq...! Amma Azərbaycan millli mentalitetli kişi və qadınlrımız, ölkəmizin çiçəklənməsi, üfunətlərdən təmizlənməsi və "Fahişəxanalardan" təmizlənməsi üçün səfərbər olmalıyıq... Bu məkanlara kimlərsə "hamilik" edir, amma Azərbaycan qanunları və Azərbaycan xalqının birliyi qarşısında onlar acizdir! Allah da bu mübarizəmizdə bizə yardım edər, İnşaAllah!Dinindən, irqindən asılı olmayaraq, bir qadını "fahişəlik" girdabına düşməsinə, "fahişəliyə" gəlin birgə "YOX!" deyək...
Səslərin sayı: 13
42
8583
loading...
Şərhlər
Offline
Aytekin Mesimova
Çox ibretamiz bir hekayeydi teşekkürler,Allah bütün bele çetin veziyette olanlara kömey elesin,o xanimin yerinde mende olsaydim bele vezyetde olan birine kömek ederdim,çox sevab qazanib...
4 dekabr 2013 21:48
Offline
S
TESIRLIDIR TEWEKKURLER DAVAMLI OLSUN XEBERLERINIZ give_ros
6 noyabr 2013 18:28
Offline
Elnur Məmmədov
Nergiz
men duz bawa duwmemiwdim bagiwlayin Elnur bey.yazdigim werhi sile bilmediyim ucun qalmiwdi.o ki qaldi bawqalarinin menim werhime yazdiqlarina onlar mene maraqli deyil.
Bacım,Allahın insana verdiyi ən böyük ismət amilidir,səhvini anlayıb,üzr istəmək!Allah sizin kimi ismətli qadın və qızlarımızı səhvlərdən hifz etsin!Sizin üzr istəməniz,şərhinizin silinməsindən min qat dəyərlidir mənə!
27 oktyabr 2013 16:40
Offline
Gulka
O qədər müzakirə olunası yazılar var ki, bir-birinizin şerhlerini müzakire etmek yerinə. Sadəcə olaraq mən də baş vermiş hemin hadisənin yerinin adının çəkilməməsinin tərəfdarıyam. Çünki bu birmənalı qarşılanmır.
27 oktyabr 2013 14:17
Offline
Nergiz
men duz bawa duwmemiwdim bagiwlayin Elnur bey.yazdigim werhi sile bilmediyim ucun qalmiwdi.o ki qaldi bawqalarinin menim werhime yazdiqlarina onlar mene maraqli deyil.
27 oktyabr 2013 14:07
Offline
Aytac Mammedova
Nergiz bu meqaleni oxuyub,duz anlamayıb...mən tövsiye elemişdim,nə bilseydim pis yozacaq?!
27 oktyabr 2013 14:05
Offline
lala
Boooyyy burda ne bash verir bele indi baxdim .... Hekayede gencenin adi. Cekilib deye niye buna bele aqressiv reaksiya verirsiz her yerin piside var yaxshisida,gencelilerin hamisi melek kimi deyilki o qeder firildaq insanlari varki.
27 oktyabr 2013 13:53
Offline
Elnur Məmmədov
Yzazılarıma görə ehtiram göztərən hər kəsə,xüsausən Dəniz84 xanıma,minnətdaram!Açığı mən aşıq saçıq geyimli qadınlara,qadınkimi "kişilərər" pis baxıram,amma heç də deməzdim hamı hicab geysin,ya da danılmaz faktdır ki ,çox təəsüf olsun,"saman altan su yeridən"-hicabla "xislətini gizlətənlər" də var!Acı da olsa,haqq elə haqqdır!Sadəcə "xalqı üçün ağlayanın,gözlərindən qan damar"-deyənə Rəhmət....
27 oktyabr 2013 13:34
Offline
Aysel İ.
HECDE RAZI DEYILEM BU MEQALEYLE,GENCE YENI O QEDERMI BIABIRCI VEZIYYETE QALIBKI CAMAAT OZUNU COLA QOYSUN,ADAM GEREK DANIWANDA AGZINDAN CIXAN SOZUN NE OLDUGUNU DERK ELSIN SORA CIXARTSIN,BAWQA SOZ DEMEK LAZIMDI SIZE,AMA MENIM MEDENIYYETIM BUNA YOL VERMEZ,AYIB OLSUN.HERENIN OZ ADI VAR ONU YAXWI BILIN,

Xanım yəqin siz məqaləni heç axıra qədər oxumamısınız. Və əgər hadisə Gəncədə yaşanıbsa yazar ora amerika yazmalı deyildi ki?
MENIM SIZE HORMETIM VARDI,HEC GOZLEMEZDIM SIZDEN

O ki qaldı bu sözünüzə. Həqiqətən də hörmət olunası insandır, Elnur bəy.

pis,pozğun insan və dilənçilərə-ONLARIN ŞIXSİYYƏTİ VƏ VƏTƏNİ OLMUR!

Doğrudur...
27 oktyabr 2013 13:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Elnur Məmmədov
O isə, "qızım bura Gəncədir, Azərbaycanın ikinci ən böyük şəhəri, isti ocağı, nağıllar şəhəri... Nə istəsən gey, bir kəs əsnə güldən ağır söz deməz... Doğurdan də Gəncə həm isti, həm də gözəl idi... Burada qızlar Bakıda görmədiyim geyimləri geyinirdi, amma çox az halda ev yiyəsinin qızları kimi geyinən görərdin. Daha doğrusur tülə "bürünən" və ya bir mayka ilə, o da beli açıq, yırtıqlı... "yarı çılpaq" gəzənləri lap az görərdin...
Salam!əyər xanım Azərbaycan dilinin latın qrafikasını anlamırsa,bu hissəni kiril əlifbası ilə da yazaram!Burda nə Gəncə nə də Gəncəlilər haqda pis fikir yoxdur!Əksinə,bəy-xan nəsli olan Gəncəlilər çoldə kiminsə qadınına geyiminə görə söz deməzlər!
O ki qaldı pis,pozğun insan və dilənçilərə-ONLARIN ŞIXSİYYƏTİ VƏ VƏTƏNİ OLMUR!
27 oktyabr 2013 12:33
Offline
Elif♡
maraqlı olsa,bir dəfə də onun taleyini yazaram,tövbəsin pozanın...amma düzü sizi belə məqalə ilə iyrəndirməkdən çəkiniəm...yazmağa söz tpmaq elə çətin olur ki.

Duzu bu yazida evvelini oxuduqca etim urpendi. amma iyrenmek demezdim.heyatin gerceklikleridi. Cox pis gercekler hem de...ALLAH qorusun.Aglimizi basimizdan almasin.yaxsi insanlarla qarsilasdirsin.AMIN. Inaniram bu yazinizi da siz uygun bir dille anlatarsiz...Ugurlar
26 oktyabr 2013 18:05
imza: Her insan ölecek yaşdadır.....
Offline
MAYA EL
çox təssüflər olsun ki bu çirkin yola düşmüş qadınlarımızın sayı çoxdu .Sonluğu çox yaxşı bitdi Allah bağışlayandı yetərki çirkin əməllərdən uzaq olasan
26 oktyabr 2013 18:00
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Elnur Məmmədov
iki il əlacsız olaraq belə bir"bataqlıq"kimi müəssisədə,restoranda işlədim,bu iki ildə həm xislətindən,həm də zamanın təayiqindən,həm də tam istəmədən bu yola düşənləri gördüm...Ən azı 9 belə tövbə edən insan tanıyıram,9 belə acı taleyli,amma xilas olmuş insan,qadın....Allah insanları bu yoldan saxlasın!Hamısı tam bəxtəvər deyil,amma ən azından tövbələrinə sadiq olmayan yalnız biri olub...onu da Allah bildiyi kimi eləsin...maraqlı olsa,bir dəfə də onun taleyini yazaram,tövbəsin pozanın...amma düzü sizi belə məqalə ilə iyrəndirməkdən çəkiniəm...yazmağa söz tpmaq elə çətin olur ki...etikadan kənara çıxmamaq üçün bir neçə dəfə redaktə edirəm...Bəyənənlər sağ olsun,elə bilirdim dərc olmaz,ya da senzurada dəyişilər...Kişi ya qadın-ismət Allahın imanla birgə verdiyi mənəvi dəyərdi,unutmasın gərək!
26 oktyabr 2013 17:39
Offline
Parvina İbrahimova
Allah razı olsun...
26 oktyabr 2013 17:29
Offline
Elif♡
Evvelini oxuduqca cox pis oldum. ALLAH qorusun bizleri pis yollardan. Amma ne yaxsi ki sonu yaxsi bitdi.ALLAH komeyiniz olsun. Onunla aile quran birine de halal olsun. Coxlari etmez bunu. Yazi terzinizi cox beyenirem, cumlelerinizi seliqe ve uygunluqla secirsiz. Bu da ehvalatinizi daha oxunaqli edir. Insani yormur. Tesekkurler...
26 oktyabr 2013 12:50
imza: Her insan ölecek yaşdadır.....
Offline
aygul,alizade
Ay Elnur qardas Allah teala elminizi ,imaninizi,teqvanizi artirsin.Cox gozel,ibretamiz xeber yazirsiniz.Allah sizden razi olsun.Duzu men ele dusunurdumki yeqin bu hansisa kitabdan goturulub sonra sehleri oxuyanda gordumki sen deme bu hadisenin sahidi olmusunuz.Vallah demeye soz tapmiram.Bir onu deyiremki ESAS NAQIS BASLANGIC DEYIL,KAMIL SONLUQDUR.tewekkurler size.
26 oktyabr 2013 00:03
Offline
M
Ne deyim cox tesirli ehvalatdir.Bes Allahin hikmetini ne bilmisdik?!
25 oktyabr 2013 23:43
Offline
Hacət-i Vuslat
Allah Qadinet redaktorlarına can sağlığı və səbr versin!Mənim xəbərlərimdə zəhməti keçənlər,zəhmətinizi halal edin!Sizin səhifədən ilham alıb,elə burdaca yazıram,amma şəkillərin ölçüsündə hələ də çətinlik çəkirəm

Halal xoşunuz, borcumuzdur, xüsusilə belə xəbərləri redaktə edərkən zövg alır insan... Əlimizdən gələn nə varsa edərik inşaAllah. Allah ürəyinizə görə versin.
25 oktyabr 2013 21:44
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Mehran
Eziz baci ve qardaslarim!Unutmayin hec bir bende Allahin merhemetinden cox gunah isleye bilmez qelbinizi pak ve temiz saxlayin
25 oktyabr 2013 20:48
Offline
PƏRVANƏ ƏLİYEVA......
Elnur bey sizin yazilarinizi hemishe boyuk maraqla oxuyuram.Bu xeberinizde cox maraqli idi.Insanin evvelinin yaxshi olmasinnansa axiri yaxshi olsun.Bu 15 yashli qiza ureyim aqridi.Cox shukurki heyatinda her shey qaydasina dushdu.Allah onun gunahini baqishlasin.Allah cavanliqina baqishlasin.Indi ailesi olan qadinlar o yola dushur,bashqalarinin xosh guzaranina zeher qatir.Allah elelerine nehlet etsin,onlarin cezasini versin.Teshakkur edirem size..davamli olsun.
25 oktyabr 2013 20:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış