Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadin.Netlilərin tərcümeyi-halı (4)

R.G.AL-SU

Mən Gülnar, 1986-cı ildənəm. İldə iki dəfə ad günüm olur, avqustun 15-i və sentyabrın 1-i. İldə iki dəfə xoş sözlər və təbriklər alıram. Ailədə 3 uşağıq, mən ortancıl övladam. 1992-ci ildə məktəbə getmişəm, 2013-də məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmuşam. Tələbəliyimi də qırmızı diplomla başa vurmuşam, işləmirəm. 2008-ci ildə ailə qurmuşam, iki balam var, yaxşı ana, gözəl həyat yoldaşıyam, ətrafımdakı insanların hörmətini qazanıb, Allaha layiq bəndə olmaq yolunda irəliləyirəm. Xəbərdə yer ayırıb, məni də tanımaq istədiyin üçün təşəkkürlər bacım.

♥Ravana♥

Mən Rəsulova Rəvanə Əliyar qızı 26 oktyabr 1986-cı ildə Şəkidə dünyaya gəlmişəm. 1992-ci ildə məktəbə getmişəm, 2003-cü ildə məktəbi bitirmişəm. İngilis dili müəlliməsiyəm. 2008-ci il yanvar ayının 5-i sevdiyimlə ailə qurmuşam. Övladım yoxdur. Ailədə 5 nəfər olmuşuq: atam, anam, qardaşım və bacım. Bacım ibtidai sinif müəlliməsidir, ailəlidir 2 övladı var. Qardaşım da  evlidir. Bu qədər.

♥ TƏRİŞ♡H ♥

Başlayım sözə: Həsənova Təranə 1988-ci ildə payızın ilk günlərində sentyabrın 4-ü Sabunçu rayonunda doğulmuşam. Ailədə 6 nəfər olmuşuq: 3 bacı və 1 qardaş. Mən ikinci qız olmuşam. Bağçaya Hövsan qəsəbəsində, məktəbə isə Qaraçuxur qəsəbəsində getmişəm, 2006-cı ildə bitirmişəm.

Elə həmin ili nişanlanıb 2007-ci ildə ailə qurmuşam. 2008-ci ildə oğul anası, 2010-cu ildə qız anası olmuşam. 6 ildir ailəliyəm. Həyatda ikiüzlü olub 1 dünyam üçün yox, 1 üzlü olub hər iki dünyam üçün yaşamağa çalışıram.

Beren Saat

Mən Abdullayeva Gülnar Vahid qızı, 1990-cı ildə Qax rayonunda anadan olmuşam. Aillədə 5 nəfər olmuşuq: nənəm, atam, anam, qardaşım və mən. 1-ci sinifə 1997-ci ildə getmişəm. Məktəb illərim çox maraqlı, gözəl xatirələrlə keçib. 2008-ci ildə məktəbi əla qiymətlərlə bitirmişəm. Həmin ili GDU-nun Riyaziyyat-Informatika müəllimlik fakültəsinə qəbul olmuşam. Indi isə sevdiyim insanla ailəliyəm, 2 yaşında 1 oğlum var. Hər kəsə həyatda uğurlar.

Hemolina

Mən Hemolina, əsl adım Aidadır. Amma məni tanıyan hər kəs "Aidə" kimi məni çağırır. Adımı sırf Azərbaycan sayağı deyirlər. Artıq mən buna öyrəşmişəm. Yəni özüm də özümü təqdim edəndə Aidə deyirəm. 1988-ci ildə Rusiya Federasiyasında anadan olmuşam. Amma əslən Qərbi Azərbaycanlıyıq. Məktəbə 1995-ci ildə Bakı şəhərində getmişəm. 11 illik təhsilim ərzində 2 məktəb dəyişdirmişəm. 2006-cı ildə məktəbi bitirib, universitetin filologiya fakültəsinə daxil olmuşam. 2010-cu ildə universiteti bitirmişəm. Amma bu 4 il ərzində həm oxumuşam, həm də işləmişəm. Bir müddət jurnalda redaktor çalışmışam. Eyni zamanda müxtəlif məqalələlərim dərc olunurdu. Ailədə 4 nəfərik: atam, anam, qardaşım və mən. Kitab oxumağı və piyada gəzməyi çox sevirəm. Pozitiv biriyəm. Həyatı və insanları olduğu kimi qəbul edirəm. Bir sözlə bütün insanları sevirəm. Çünki Allah biz insanları sevgi ilə yaradıb. Tərcümeyi halımı oxuyan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əziz Qadin.Netli xanımlarımız, sizi çox sevirəm.

AY İŞIĞI

Mən H.Həyat V. qızı 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Ailədə 7 nəfər idik: atam, anam, 3 bacım, 1 qardaşım və mən. 1992-ci ildə 1-ci sinifə getmişəm. 2002-ci ildə isə orta məktəbi bitirmişəm. Və 2003-cü ildə Ali məktəbə daxil olmuşam AZTU - Dövlət Universitetinə. 2008-ci ildə ailə qurdum. 2009-cu ildə ali məktəbi bitirdim. Hal-hazırda evdar xanımam. Sevdiyim şəxslə ailə qurmuşam. Artıq 5 ildir ki, ailə qurmuşuq. Tək istəyimiz övladımızın olmasıdır. Bu qədər.

Ulker.Agamali

Mən Ülkər Ağamalı (Əliyeva) 24 oktyabr 1985-ci ildə Siyəzən şəhərində anadan olmuşam, Mikayıl Müşfiq adına 2 saylı orta məktəbi bitirmişəm, şəhər musiqi məktəbinin Fortepiano şöbəsində və rəssamlıq üzrə təhsil almışam. 2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya Fakültəsi Biokimya ixtisasını bitirmişəm. 2007-ci ildə ailə qurmuşam. 2008-ci ildə İsgəndər, 2010-cu ildə Aqşin adlı oğlanlarım dünyaya gəlib. 2013-cu ildə Odlar Yurdu Universitetinə Ətraf mühit və Neft sənayesi ixtisasına magistir olaraq daxil olmuşam. Hələ ki, işləmirəm. Amma gələcəyə böyük ümidlərim var. Şəxsi biznesimi genişləndirmək niyyətindəyəm.

♥ Fatimə Cəfəri ♥

Mən Tamara 1993-cü il 15 iyunda Bakıda anadan olmuşam. 7 yaşımda məktəbə getmişəm. 2011-də məktəbi bitirmişəm. Həmin il nənəm rəhmətə getmişdi və heç bir şeyə həvəsim yox idi. Buna görə də universtetə imtahan versəm də çox az balla kəsildim. Növbəti il özümü yenə sınasam da heç bir şey alınmadı. Bu il anamın məcburiyyəti ilə yenidən sənəd verdim və çox şükür ki, Azərbaycan Maliyyə İqtisad kollecinə qəbul oldum. Keçən boş illərimdə isə bir neçə ay toxuculuqla, bir neçə ay isə ingilis dili ilə məşğul olmuşam. Ailədə 3 uşağıq. Qardaşımın biri məndən 2 yaş böyükdür və hələ ki təhsilini davam etdirməklə məşğuldur. O biri qardaşım, yəni əkizim isə artıq iş fəaliyyətinə başlayıb. İnşaAllah gələcəyin məhşur aşbazlarından olmaq nəsib olar. Hələ ki subayam. Nə edim alanım yoxdur.  pardon Bu qədər. Yegiş sənə də ayrıca təşəkkürlər. 

 İbrahimova Gulya

Mən - İbrahimova Gülər Sərdar qızı 1992-ci il aprelin 11-i Bakıda Qara Qarayev xəstəxanasında anadan olmuşam. Ailədə 4 nəfərik: anam, atam, bacım və mən. Çox gözəl, xoşbəxt ailəm var. 1998-ci ildə 1-ci sinifə getmişəm, 2009-cu ildə məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinin Qida məhsulları mühəndisliyi ixtisasına daxil olmuşam. Universiteti bu il bitirmişəm. 4-cü kursda oxuyanda 31.10.2012 tarixində nişanlanmışam, nişanlım isə qrup yoldaşım olub. Hal-hazırda əsgərdir və yolunu səbrsizliklə gözləyirəm.  Məndən bu qədər.

 Narin Yilmaz

Mən Əliyeva Narın Tofiq qızı 1990-cı ildə Gəncə şəhər 1 nomrəli doğum evində anamın dediyinə görə səhər saat 5-də dünyaya gözlərimi açmışam. Çox dəcəl olmuşam. Üç uşaqlı bir ailənin ən kiçik qızıyam. Maddi sıxıntılar ucbatından ali məktəb oxumamışam, amma çox istərdim təhsilimi davam etdirəm. Amma artıq gecdir. Nişanlıyam, çox xoşbəxtəm. Allahım hər kəsi xoşbəxt etsin. Bacım ailəlidir, məndən çox böyükdür, 9 yaş, 2 uşağı var. Qardaşımın da 27 yaşı var, subaydır qız bəyənmir (hərəyə bir qulp qoşur, belə getsə evdə qalacaq). Bu qədər, başqa daha nə deyim.

AYSUN MEMMEDOVA

Mən Məmmədova Aysun 1988-ci ildə martın 4-də Bakıda Xətai rayonunda anadan olmuşam. 1994-cü ildə məktəbə, 1996-cı ildə 8 yaşımda atam rəhmətə gedib. Ailədə 3 nəfər qaldıq. Mən, anam, qardaşım. 2008-ci ildə nişanlanmışam, 2009-cu ildə gəlin köçmüşəm. Gəlin getdiyim ailədə də bir bacım, bir anam, bir atam daha olub ailəmiz genişlənib. 2010-cu ildə avqust ayında oğlum dünyaya gəlib, 2013-cü ildə fevral ayında qızım dünyaya gəlib. Qardaşım bir dəfə ailə qurub, 1 körpələri var idi, amma sonu ayrılıq oldu. 5 ildir boşanmışdı, bu il 18 avqustda yenidən ailə həyatı qurdu. Allah hər kəsi xoşbəxt etsin, mənim qardaşım da onlarla bahəm.

Səslərin sayı: 11
40
6507
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
Çox bəyəndim bu xəbəri good
27 fevral 2014 22:55
Offline
yusifova zibeyde
AY IWIGI canim menim siz hemiwe ALLAHDAN DILEYIN.menimde sinif yoldawim 5 ildirki aile qurub ovladlari yoxuydu.bu yaxinlarda wad xeber aliblar.ALLAH SENEDE NESIB EDER INWALLAH
18 dekabr 2013 23:57
Offline
Nigar
Allah razi olsun yeqiwim gozel xebere gore Allah her kesin arzularin cin etsin amin
30 oktyabr 2013 21:57
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ibrahimova Gulya♥S♥
YEGiŞ,
cannn Yegiwim give_ros
25 oktyabr 2013 19:10
Offline
kamile
creativka,
menim de gozumden qacmadi,cunki men de hemin il bitirmisem:)
25 oktyabr 2013 00:08
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
maraqli idi..xeber suuperdi smile
24 oktyabr 2013 11:05
Offline
guleresmer
Cox sag ol YEQIS sayende Qadin net. xanimlarini yaxindan taniyiriq.davamini gozleyirik.tesekkurler give_ros
24 oktyabr 2013 10:19
Offline
SR (Nişanlı)
cox maraqli xeberdi xanimlarimizi yaxindan taniyiriq.tesekkurler
24 oktyabr 2013 09:54
Offline
Sonay Quluzade
Gülnar, mənim üç doğum günüm var, həqiqi doğum günüm 26 sentyabr, doğum şəhadətnaməsində 16 oktyabr, şəxsiyyət vəsiqəsində 16 sentyabr. Amma heç birini qeyd etməyi sevmirəm.
Ravana, mənim Sonayım da oktyabrın 26-sı doğulub.
Hemolina, sən özün dəyişmisən da adını, Aida daha qəşəngdir.
Hamının tərcümeyi-halı ilə yaxından tanış oldum, qızlar, xoşdur sizləri tanımaq.
Yegiş, maraqlıdır, görək, davamında kimlərin tərcümeyi halları ilə tanış edirsən bizi winked.
24 oktyabr 2013 09:16
Offline
aydan əsgərli
SALAM bu nedi hec men yoxam hemise baxiram mende olam ama yoxam
24 oktyabr 2013 09:02
Offline
♥ TƏRİŞ .H. ♥
Bir daha bir daha tanıdəm qızları.
Yequlyam superdi.davamlı olsun çünki maraqlı xəbərdi.
23 oktyabr 2013 23:57
Offline
MAYA EL
xanımlarımızla yaxından tanış olmaq çox xoş oldu girl_ten çox saq ol canım sənin sayəndə davamlı xəbərlər give_ros
23 oktyabr 2013 22:31
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥Aynişka Gülüm♥
Qızlar sizləri yaxından tanımağa şad oldum,əla xeberdir tebriklər!
23 oktyabr 2013 22:03
Offline
xeyale bedelova
maraqlidir haminiza xosbext olmagi arzu edirem give_ros maraqla oxudum
23 oktyabr 2013 21:59
Offline
♥Çalıkuşu ♥
Yegis thank you very muchhh girl_ten
23 oktyabr 2013 21:47
Offline
MİRiyeva
Yeqiş bu xəbərini heç mənə təklif etmədin sorry
Çoox maraqlıdı good
23 oktyabr 2013 21:02
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Gulka
Xeberin cox maraql; al;n;b? inşallah davamlı olar. her kesi de yaxından tanımağıma şad oldum.
23 oktyabr 2013 20:52
Offline
PƏRVANƏ ƏLİYEVA......
Fatma xanım,
Elaaaaaaaaaaa biggrin Deyesen bir nece gun burda tekrar biliyin anasi olajax gozel ureyli gelinim. biggrin
23 oktyabr 2013 20:52
Offline
Fatma xanım
PERVANE ELIYEVA .......,
eşitməmisən ki təkrar biliyin aynasıdı ay baldız biggrin
23 oktyabr 2013 20:42
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
creativka
Gulnar,mektebi 2013de bitirmisen?2003 olar e biggrin
23 oktyabr 2013 20:07
imza: DUNYANIN EN XOWBEXT ANASI
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!