Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadın.Netin sevimli simaları (3-cü hissə)

SEVDA B

Salam, Qadin.Net oxucuları. Mən, Sevda B. 10 iyun 2013-cü ildə Qadin.Net saytına üzv olmuşam. Saytda qeydiyyatdan keçdikdən sonra ilk dostum, bacım Sevinc M olub. Düzünü desəm ilk əvvəl sayta yazılmaq istəmirdim, çünki sayt haqqında çox da məlumatım yox idi, amma sonralar bacımın səhifəsindən girib baxdım, mənim də marağım çoxaldı və mən də bacımın köməkliyi ilə saytdan qeydiyyatdan keçdim. İndi də nə vaxt boş vaxtım olsa burdayam. Saytda 12 dostum var və mən bu dostlarımın içində ən çox 5 dostumla yazışıram. Bunlar: Yasemin, Asi, Prenses Yağmur, Sevinc M, Yegiş bacılarımdır. Hər biri ilə də aram yaxşıdır. Onların da xasiyyəti çox yaxşıdır. Üzbəüz görüşümüz olmasa da mesajla çox yaxşı danışırıq. İndilərdə də ən çox Yaseminlə və Asi bacımla danışıram və tanışlığımız mənim tərəfimdən çox yaxşıdır smile İnşaAllah onlar da mənim haqqımda yaxşı fikirləşərlər. Belə, əziz oxucular. Məndən bu qədər, inşaAllah hər kəsin dostluğu ömürlük olar. Heç kim dost tərəfdən peşmançılıq yaşamaz girl_ten

Nara 25

Təzə burda qeydiyyatdan keçib dostlarla tanış olmağım yadıma düşdü. Qadın.Neti çox bəyənirəmgood4 ildir təcrübəm var. Yəni necə deyərlər 4 ildir ki, bu kollektivlə birgəyəm. Və bundan başqa heç bir saytda məni görə bilməzsiniz. Bu 4 ildə çox dostlar qazandım və çox dostların adı və profili dəyişdi deyə itirdim onları. İndi 20 dostum var, heç birini ayırmıram. Çünki mənə görə Qadın.Net-lilər hamısı sevimlidirgive_heaAmma aralarında daimi olaraq danışdığım, bir gün belə səsini eşitməsəm rahat işimi görə bilmədiyim SH V nikində olan bir dostum var. Əslində heç bir tanışlığımız yox idi. 2 il əvvəl burda-Qadın.Netdə tapdım onu. Və burdan səslənib demək istəyirəm ki, qaytarın o günləri, yenidən balans yığmadan bir çat yaradın xahiş edirəm. Sh V-la məsafələrimiz uzaq olsa da, sanki bir-birimizi yaxın hesab edirik. Çünki hər gün danışırıq. Müxtəlif əlaqə vasitələri ilə ünsiyyət qururuq, bir baci kimi yaxın bilirəm özümə. Qadın.Netın bütün simaları mənə görə sevimlidir. Hamıya hörmətim var, bütün dostluğumda olanların hamısını az da olsa tanıyıram və çox da istəyirəm. Fatma xanımı - bir böyüyümüz, evin anası kimi hiss edirəm, Ceylan xanımı məsləhət ocağı. Çünki bir problem yaranan kimi Ceylan xanımla məsləhətləşirəm. Shoko - yeməklərdən sualım olarsa, asanlıqla ondan soruşa bilərəm. Helenanın səsi-səmiri çıxmır, bilmirəm qız hara yoxa çıxıb. Nata Abdullayevanın da öz yeri var. Yəni xətrini istədiklərim çoxdur, amma daimi əlaqə yaratdığım və sırf sirrlərimi bilən SH V-dır.

Seli

Mən Qadın.Neti bir ailəm, bir doğma evim kimi sevirəm. Burdakı hamı mənimçün əzizdir, lakin təbii ki, 100.000 userin hamısı bir-biri ilə əlaqə saxlaması, bir-birinin dostluğunda olması qeyri mümkündür. Buna görə də hər bir istifadəçinin digərlərindən fərqli olaraq səmimi əlaqə yaratdığı dostlarının olması təbiidir. Mənim də burda münasibətlərimin səmimi olduğu bir çox xanımlarımız var. Bunlar Gülenay, Yegis, G..Y, Samirə Məmmədova, Hacəti Vüslat, Sonay Quluzadə və digər xanımlarımızdır. Əslində səmimi biri olduğumu söyləsələr də bir az qəribə biriyəm. Yəni ki, sevgimi asanlıqla bildirə bilən biri olmadığım üçün kimlərə isə quru görünə bilərəmblushBuna görə də tez-tez dostlarıma mesaj yaza, qonaq getməyə sanki utanıram. Ancaq bütün səmimi olduğum xanımlar bilsinlər ki, onları çox sevirəm. Bir dəfə saytda bir istifadəçi məni küsdürmüşdü, saytla əlaqəmi tamam kəsmişdimrecourseMəni sayta yenidən qaytaran isə Lovlabe_Madam və Ləman oldu, onlar məni yenidən bura qaytardılargive_rosSayta gəldiyimdə səhifəmi elə gözəl bəzəmişdilər ki, (sözlərlə) onların səmimiyyətinə heyran qaldım. Bir sözlə Qadın.Neti də, onun dəyərli istifadəçilərini də, hamını da çox istəyirəm.

 ♥ Fatimə Cəfəri ♥

Qadın.Netə gəldikdən sonra burada özümə bir neçə yeni dostlar tapmışam. Buna görə Qadın.Netə təşəkkür edirəm. İlk vaxtlar burada söhbət otağına daxil olurdum ki, orada Bella adlı istifadəçi ilə tanış oldum. Çox qızlarla təsadüfi və ya yazdığı şərhlərin, xəbərlərin məni çəkdiyi maraq nəticəsində onlarla dostluq etməyə başlamışam. İndi burada Nuriyyə, Fidan, Lalə, Günəş, Sevər adlı xanımlarla dostluq etməyə çalışıram. Onlardan öyrəndiklərim də az deyil. Burada dostlarımın daha çox olmasını istərdimgirl_ten

 ۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰

İndi fikir verdim, mənim burda 50 dostum var, amma deməzdim ki, bütün dostlarımla münasibətim var, hətta elə istifadəçilər var ki, hələ indiyə qədər bir kəlmə də kəsməmişəm. Dostlarımdan Dərya Ülkər, Aytən, Angela, Alisa, Asi, Fidan, sizi və s. Qadın.Netin simaları adlandırardım. Əlbəttə ki, bu mənim öz şəxsi Qadın.Net dünyamdır və mənim öz şəxsi Qadın.Net simalarımdır. Ümumiyyətlə, xanımlarımız çox savadlı, geniş, aydin fikirlərə sahibdirlər. Onlarla söhbət etmək və ya xəbərlərini oxumaq mənim üçün çox xoşdurgirl_smiQadın.Netdə hələ bir ilim tamam olmayıb, ümid edirəm ki, dostlarım artacaq. Sonda hər bir istifadəçiyə saytımız- Qadin.Netdə gözəl günlər keçirməyi, gözəl xəbərlər oxumağı, həyatda isə hər bir qadına ailə xoşbəxtliyi arzu edirəm.

 PERVANE ELIYEVA ......

Məni ilk dəfə bu gözəl sayta oğlum qeydiyyatdan keçirdi. Burda hec bir şeydən başım çıxmırdı. Bir neçə gün beləcə, heç nə bilmədən, hec bir xəbərə şərh yazmadan səhifəmə daxil olub çıxırdım. Bir gün gözəl bir xanımla tanış oldum. Bu, Sərras idi. Bir neçə saat Sərrasla yazışdıq, tanış olduq. Bir neçə gündən sonra Madamla tanış olduq. Madamla da yazışdıq və tanış olduq. O gündən bu iki gözəl xanımla tez-tez yazışdıq. Burda bilmədiklərimin çoxunu Madamdan öyrəndim. Sonra Yeqişlə, Yağmur Damlası ilə, Ruhəngiz bacımla, Sevinc bacımla, Dənizlə, Gözəl mələyim-Fidanla, Best of All, Hacət-i Vuslat (Lalələrimlə), sevimli qardaşım arvadi Fatma bacımla, gözəl gəlinim Ləmanla, Gülenayla, Səadət Səxavət bacımla, Ayka Nəcəf, qardaşım oğlu Samirlə, Tərişlə lap yaxın dost olduq. Artıq bir il olacaq ki, burdayam. Bu insanlarla sözün əsil mənasında dost, bacı kimiyikloveMən doğurdan onların hər birinin xətrini ayrı-ayrılıqa çox istəyirəm. Burda gözəl və böyuk ailə kimiyik. Hər birinin də gözəl xüsusiyyətləri var. Allah bizlərə ömür versin, bizlərə görüşmək nəsib olsun və bu dostluğumuzu real həyatda da davam etdirək. give_ros

Dəniz84 

Canım Elenam, bilmirəm nə yazım, çünki Qadın.Netin bütün simaları sevimlidir. Məsələn, ən birinci Ceylan xanım, mən bu xanımı əvvəl yalnız şərhlərdən, xəbərlərindən tanıyırdım. Hörmətim var idi, bəzən də küsürdüm ki, niyə mənim xəbərlərimə heç vaxt şərh yazmır?! Son vaxtlar bu gözəl xanımla sıx ünsiyyətdə oluram. Ona qarşı hörmətim daha da böyüyüb və sevgiyə çevrilib deyərdimgive_rosÇox sadə, mehriban xanımdır. Kömək lazım olanda yorulmadan, usanmadan əlindən gələni edir. Sevinc xanım var (Louis Vuitton). Bu xanımı da çox sevirəm. Tək mən yox, hamı sevir bu xanımı love O, bu saytda hamımıza böyük bacı olub. Getməmişdən qabaq mənə dedi ki, mən həyatda həmişə əzilənin, haqlının yanında olmuşam, sən də elə ol. İnanıram ki, gələcək. Fatma xanım bizim bu saytda anamızdır. Günel Əsədova, Təriş, Kəmalə Məmədova, Gülüm, Pərvanə xanım (hərçənd ki, o oğlan evindəndirbiggrin) çox hörmət etdiyim böyüklərimizdir. Bilirsən, yazsam gərək bütün qadın.Net əhlinin adını yazam bura. İndi yadıma düşənləri və özümə yaxın bildiklərimin adını yazıram. Lovable_Madam, bu qızı çox sevirəm. SəRRaS, bir dənəmdir. Nuriyyə gözəl xanımdır, tanıdıqca daha çox sevirəm. Ləmanım, saytımızın şiriniyyatçısıdır, bişirdiyi şirnilər kimi şipşirindir. S.S.90...SAMİR saytımızın bircə qardaşıdır. Bu gəncin mədəniyyətinə heyranam. Yağmur damlası, gözəl bacım da mənim kimi poeziya vurğunudur, ondan ötrü çox darıxıram. Gülşən 29, yazarımız Gülşən xanım, Selena, Selvi, Fidanlarımız var, Lalə Hacət, Sonay Quluzadə bunlar hamısı saytımızın mənim üçün sevilən simalarıdırkissMən 1 ildir ki, bu saytdayam, heç kimlə ədavətim olmadığı üçün saytımızın hər bir üzvü mənim üçün əzizdir. Sən-Elenam, səni çox sevirəm. Ancaq profilində simanı görmürəm. Arxanı çevirmisən. Yəqin ki, gülləri alıb bir az utanmısan ona görədir. Köşə yazarlarımız saytımızın sevimli simalarıdır. Mən saytın rəhbərlərinə təşəkkür edirəm ki, bu cür gözəl sayt yaradıblar. Və mən bu qədər gözəl insanlarla tanış olmuşam. Bu qədər, canım.

Qadın.Netin sevimli simaları (3-cü hissə)

 Nuriyye

Mən Qadin.Net saytında özümə çoxlu və səmimi dostlar qazandım. Mən burda ilk xoş gəlmisiniz sözünü Fatma xanımdan eşitdim, mənə qol saatı hədiyyə etdiblumSevincimin həddi-hüdudu yox idi. Allah həmişə sizi sevindirsin, Fatma xanım. Sonra M. A. Çetini tanıdım. Çox səmimi, mehriban bir qızdır, az bir vaxtda onu çox sevdim. Hər an səni gözləyirəm, Mədinə. Sonra Fatimə Çəfəri mənə o qədər şirin gəlir ki.... xalilova munavvar, Guneş mənim ən yaxın dostlarım oldu. V.E ilə ən çox telefon əlaqəmiz oldu. Çinarə, Aygün ən çox mesajlaşdıqlarım oldu.
LoVe StoRy - həm də uzaqdan da olsa qohum çıxdıq. Yaddaşlara müsbət bir insan kimi həkk olan Ləman, ən balaca dostum Ləman Hüseynova hər səhər burda məni salamlayıb, əhvalımı soruşurdu. Indi məktəblə əlaqədar sayta gəlmir, amma hər gün telefonla mesajalaşırıq, çox şirindirloveLovable_MadaM ən çox sevdiyim dostlarımdan biridir. Axır günlər qəlbimdə Fidan özünə məxsus yer tutub. G...Y ilə çox yaxın dostuq, görüşmək istədik, amma alınmadı. İnşAllah gələn il qismət olsa görüşəcəyik. Hacət-i Vuslat çox sevdiyim bacımdır. Dəniz84–lə ailəvi görüşdük, həm də çox sevdim. Və nahayət Sonay Quluzadəni özümə dost yox, bacı bilirəm. 2 bacım var idi, 3–cü bacımı da tapdım. Kimisə unutdumsa əvvəlcədən üzr istəyirəm, tam səmimi deyirəm- burda mənim sevmədiyim bir insan yoxdur, elə hamını özümə dost bilirəm. Bu şəraiti bizə yaradanlara təşəkkür edirəmgive_ros

Ramile Memmedova

Bura ilk dəfə 2012-ci ilin dekabr ayında gəldim, amma o zamanlar çox da aktiv istifadəçi deyildim. Fasilə verdim, sonra hardasa 1 ay əvvəl davamlı gəlməyə başladım və elə ilk olaraq Narin Yılmazla dost oldum. Çox sevdim onu, çox gözəl xasiyyəti varair_kissDemək olar ki, hər gün yazışırıq. Ondan başqa da yazışdığım dostlarım var burda, məsələn: Yegiş, Bibixanım, Fidan, canim Arzu, Ulduz və bir çox qızlar var ki, onlarla da tez-tez yazışırıq, adlarını çəkmədiklərim inciməsinlər, fikrimdən çıxa bilər. Amma Narın bir dənəmdir. Onun toyunda iştirak etmək istəyirəm, inşAllah qismət olargirl_ang

Qadın.Netin sevimli simaları (3-cü hissə)

 balaca-zelzele

İlk günlər bura gələndə qızlara yazmağa utanırdım. Amma vaxt keçdikcə Qadın.Netdə səmimi qadınlarımızın olduğunu görürdüm. İndi artıq çoxu ilə dostluq edirəm. Ən yaxın dostlarıma gəldikdə isə, bunlar Cimbom, Humay, Ulduz, Ruhəngiz, Sweet dreams, Aytən, Yağmur Ağayeva. Bu qədər. Əgər kimlərsə yadımdan çıxıb yazmamışamsa, üzürlü hesab eləsin. Hamınızı çox istəyirəmgive_heaTanışlıqlarımız tam yadımda deyil. Amma belə ki, dostluq göndərib tanış olmuşuq. Çox sevinirəm ki, sizin kimi insanları tanıdım.

Ardı var...

Səslərin sayı: 13
58
6035
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
♥♥♥ Elena♥♥♥,
Bacım mən iştirak etmək istəyirəm belə xəbərlərdə yes
27 fevral 2014 22:51
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
AY MEN BU XEBERLERİ NIYE OXUMAMİWAM,İNDİ FİKİR VERDİM ARTİQ DORDUNCU HİSSESİDE CİXİB COX GOZEL XEBERLERDİ TEWEKKUR EDİREM MENEDE YER AYIRDIGINIZ UCUN) kiss
15 noyabr 2013 00:01
Offline
Keto Seren
Yağmur Ağayeva kimdir
14 noyabr 2013 12:39
Offline
♥♥♥ Elena♥♥♥
qizlar ox sag olun.bunan sonra son hisse qalib.istirak etmek isteyen varsa buyursun yazsin.
4 noyabr 2013 17:28
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Offline
Elif♡
heç səni istəməək olar əlbətdə çox istəyirəm özüdə laaaaaap çox

Coox sagol gozel qelbli bacim. Tesekkur edirem. Men de sizi cox isteyirem give_hea
3 noyabr 2013 19:10
imza: Her insan ölecek yaşdadır.....
Offline
Fatma xanım
u onsuzki

ağlama gələn dəfə deyərik çəkərlər biggrin

IM MENI DE COX ISTEYIRSIZ??

heç səni istəməək olar əlbətdə çox istəyirəm özüdə laaaaaap çox

etsez cox sevinerem

burdasan sa deməli dostumuzsan
3 noyabr 2013 18:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
PƏRVANƏ ƏLİYEVA......
Xeberin cox maraqli alinib canim.Burda yazdiqiqim xanimlardan elavede menim bu saytda sevimli simalarim,hormet etdiyim,cox istediyim xanimlar var.Xeberin davamli olsun canim. give_ros
3 noyabr 2013 18:39
Offline
♥Çalıkuşu ♥
Sirli_dunyam,
hec bizimde adimizi ceken yoxdu onsuzki cray
3 noyabr 2013 18:35
Offline
Samir Aliyev
Maraqla oxudummmm her birinizin yazdiqlarini maraqli idi tesekurler
3 noyabr 2013 16:11
Offline
Ibrahimova Gulya♥S♥
Hemiwrki kimi yenede maraqla oxudum eziz qadin.netliler
1 noyabr 2013 13:35
Offline
Elif♡
UFFFFFFF UFFFFFFFFFF MEN NIYE GEC BILMISEM QADIN.NETIN OLDUGUNU

EYNIYLE CANIM MEN DE SENIN KIMI GEC GELDIM BURA. cray MENIM DE SEVIMLI SIMALARIM COXALIR.GORESEN MEN DE KIMINSE SEVIMLI SIMASIYAM unknown ?? FATMA XANIM MENI DE COX ISTEYIRSIZ?? love
Elena xanim mariqli xeber alinib.tesekkurler give_ros
1 noyabr 2013 09:51
imza: Her insan ölecek yaşdadır.....
Offline
GülnaR
daim belə sevimli olun bir-birinizə give_ros
1 noyabr 2013 09:23
Offline
Sonay Quluzade
Seli, qız səni gözləməkdən gözümün kökü saraldı, hardasan sən mənə söz vermişdin axı cray, mən də sənə.
Dəniz84, yəqin torpağından, suyundandır, mən də səni çox istəyirəm, vaxtım azdı, yoxsa sabaha Allahın iznilə ordayam, görüşərdik love Eybi olmaz qalsın sonraya.
Nuriyye, doğrudanmı? Bilirdim ki, mən çox istəyirsən, amma bu qədərini bilmirdim. Nuriyyə, bir dənəmsən mənim. Səsini eşitmək, üzünü görmək istədim, hər ehtimala sən bir hazırlıqlı ol, evinizi tanıyıram, bir də gördün yığışıb gəldik, vam k mocking.
Maraqlı xəbərdir, davamı gəlsin.
1 noyabr 2013 08:39
Offline
♥♥♥ Elena♥♥♥
canlarim cox sag olun.
1 noyabr 2013 08:36
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Offline
nura84
masallah goz deymesin qizlarimiza. Burda hami cox mehribandi. girl_ang
1 noyabr 2013 08:28
Offline
AFET
çox maraqla oxudum bu xeberin 2 si çıxanda men üsyan elemişdim profil şekli, qoya bilmirem, heçneden istifade , ede bilmirem çox sağolsun Melek babazade bacım mene çox kömeyliy eledi.indi her şey öz qaydasındadır tez - tez yazışırıq özüme çox yaxın dost kimi görürem Melek bacımı, çox sağolun hemişe bele xeberler davamlı olsun .
1 noyabr 2013 08:06
Offline
Parvina İbrahimova
Axarıncı olsun bacım.Həmişəki kimi əlbəttə ki maraqlıdır)))
1 noyabr 2013 01:37
Offline
Qəribə
Cox gözәl xәbәrdi give_ros
1 noyabr 2013 00:37
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
ay bacilar qeydiyatli qeydiyatsiz men bu saytdan ayrilammiram.ne zaman imkan tapan kmi burdayam.ama hec dostum yoxdu.meni de dost etsez cox sevinerem

Aynur xanım, siz burda varsınızsa deməli bizim dostumuz bizm bacımızsınız.
1 noyabr 2013 00:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Flowers
Elena, çox sağ ol xəbərinə görə, userlərə minnətdaram iştirak etdikləri üçün, maraqlı cavablar var give_ros Adımı yazan qızlar - Allah razı olsun sizdən! Amin! girl_ang
31 oktyabr 2013 23:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )