Bakının Səbail rayonu 6 saylı tam orta məktəbində daxili işlər nazirinin müvafiq əmrinə əsasən respublikada keçirilən "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüş keçirilib.
Trend xəbər verir ki, 150-yə yaxın yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması olub.Görüşdə məktəbin müəllim və şagird heyəti, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar üzrə inspektoru, polis mayoru Kəmalə Ələkbərova, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, Səbail Rayon Polis İdarəsinin Yetkinlik yasına catmayanlarla profilaktiki isin təşkili bölməsinin rəisi, polis mayoru Etibar Əsgərov, həmin idarənin yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru, polis mayoru Gülzar Əliyeva və digər polis əməkdaşları, Gənclər və İdman Nazirliyinin, eləcə də gənclər təşkilatlarının nümayəndələri, "İşıqlı həyat" layihəsinin koordinatoru Tuqay Kərimov, eləcə də digər yerli və xarici qonaqlar iştirak ediblər.
Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb. Bununla yanaşı, şagirdlərə tütün məmulatları və spirtli içkilərdən istifadə və s. kimi zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib.
Həmçinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov şagirdləri maraqlandıran müxtəlif suallara aydınlıq gətirib.
Tədbirin sonunda hər bir iştirakçıya Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıqqaytarıcı aksessuarlar hədiyyə edilib.Qeyd edək ki, "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində bu kimi tədbirlərin orta məktəblərdə oktyabrın 10-dək davam etdirilməsi nəzərdə tutulur.
Mənbə: Trend.az
XƏBƏR LENTİ
Bu dəfə səsi ilə heyran etdi - VİDEO
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Cəbhə xəttində təxribat
Türkiyəli məşhurların bayram paylaşımları
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Rus dili - РњРј
Qız uşaqları üçün geyimlər
Yeni formalar gəlir
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Mobil qurğularda zərər artacaq
Axtarışda olan şəxs dövlət yaratdı
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Günün qoroskopu: kredit götürməyin!
Fahriyeylə Burakın oğlunun ilk FOTOsuna 2 milyon verirlər
İbrətamiz dərslər
HAVA necə olacaq?
Qəhvənin faydaları və zərərləri
"Bizim Tarla" - Kürü məhsulları
TQDK düzgün cavabları açıqladı
Uşaqların sosial-psixoloji inkişafı-18
19 yaşlı gəncin istedadı
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
İspaniya hökumətindən geri addım: Çimərliklər yenidən bağlanır
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
Bu gündən məktəblilərin payız tətili başladı
Sandra Ballak itlərə 100 min dollar bağışladı-SƏBƏB
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Qüsurlu uşaqlarda psixoloji travmanın qarşısını necə almaq olar?
2014-cü ilin dəbli çimərlik çantaları
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
ŞOK iddia: "Qızıl top"un qalibi artıq seçilib
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Hava haqqında
Avtomobil idxalı azalıb
Küləkli günlər nə vaxtadək davam edəcək?
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
Həzmi çətinləşdirən 4 qida
Ana və qızları
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər
Leyla Əliyeva bacısını belə təbrik etdi-FOTO
Ət piroqu(foto resept)
Ağciyər və ürəyi xəstə olanların nəzərinə
Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb
Nokia-larda Android olmayacaq
Sağlamlıq məsləhətləri
Ən sürətli internet haradadır?
- ŞƏRHLƏR