Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadin.Netlilərin başına gələn maraqlı hadisələr (1)

Əziz Qadin.Netlilər, bu həyatda hər birimizin başına maraqlı hadisələr gəlir və mən də bunu düşünərəkdən Qadin.Net əhlinə belə bir sual ünvanladım. Başınıza gələn maraqlı hadisələrdən biri... Verilən cavabları indi sizlərlə bölüşəcəm:
Hacət-i Vuslat
Məni xəbərinə dəvət etdiyin üçün sənə təşəkkür edirəm. Bilmirəm başıma gələn bu hadisə nə qədər maraqlı olacaq, maraqlıdan çox Rəbbimin möcüzəsidir, lütfüdur mənim üçün...
İkinci qızım bir neçə aylıq idi, o qış çox sərt keçirdi. Adətən qış qapını döyməmiş qaz-işıq problemləri başlayırdı. Məcburən yoldaşım uşaqlarla məni atamgilə apardı ki, bir-neçə gün körpələrin canı qızınsın. Özü qalmadı, çəkinirdi. Nə isə, atamgildəki o gecəni narahat yatdım, yuxuda gördüm ki, öz evimizdəyəm, divanda yatmış yoldaşımın yaxasından tutub sərt hərəkətlə ayağa qaldırıram və ayıldım. Çox narahat oldum, saat 2-ni keçmişdi deyə zəng də vura bilmədim. Səhər açıldı, ilk işim yoldaşıma zəng vurmaq oldu. Eşitdiklərimdən şok oldum: sən demə yoldaşımı gecə fəlakətdən Allah saxlayıb. Yoldaşım gecə işdən gələndə hələ də işıq olmayıb, təbii ki, göz önündə qoyduğum şamdanı da tapmır. Bir boşqab götürüb (onu da necə tapırsa) şamı içində yandırıb qoyur ən münasib yerə: televizorun üstünə. Yorğun olduğu üçün divandaca yuxuya gedir. Özü də onu yuxudan oyatmaq oyadan üçün əsl işgəncədir, gec ayılır. Deyir, birdən elə bil kimsə məni tutub qaldırdı ayağa, özümdən asılı olmayaraq yerimdən qalxanda gördüm ki, televizorun üstündən alov qalxıb. Hadisənin elə mənim yuxunu gördüyüm saatda baş verdiyini biləndə, "Allah "Ol!" deyincə olar!" ayəsini xatırladım... Evə gələndə yarıya kimi ərimiş televizoru, yerdə bir az yanmış döşəməni görəndə başıma gələ biləcəklərin dəhşətini bir daha yaşadım. Amma Rəbbim təvəkkülümüzü azaltmasın, Allah saxlayana heç nə olmur onsuz da.

Elnur Məmmədov 

Dəlinin də dediyində hikmət var.

Dəli olan bu hikməti anlayar.

Bəlkə biz dəliyik, onlar ağıllı?

Sadəcə sayanda onlar azdılar.
                                                            (Elnur Məmmədov)

Bir gün ruhi xəstaxanaya yardım aparmışdım. Üçüncü mərtəbədən bir xəstə qız: "Manatı daşa bük, at" ..." Mən dəli deyiləm. Ailədə uşaq çox olduğundan məni bura atdılar." Bu hadisəni indi də unuda bilmirəm.

Bu yaşıma çatıb, ən çox təsirləndiyim gerçək hadisədir. Bir ömür cəmiyyətimizə və özümə belə halları bağışlaya bilməyəcəm!

Merve Caniyeva 

Hər kəsə salam. Mənim başıma ən maraqlı hadisə bu il Od çərşənbəsində gəlmişdi. Biz hər il öz məhəlləmizdə iri bir tonqal qalayıb, onun üstündən atlanırıq. Əslində mən oddan çox qorxuram. Oddan atlanmaq da istəmirdim, ancaq anamgilin və qonşuların təkidiylə atlanmaq məcburiyyətində qaldım. Odun üstündən atlanarkən tüstü necə oldusa gözümü yandırdı, səs-küyün içindən ancaq bunu eşidə bildim ki, mənə deyirlər: "Ay qız paltarın od tutub yanır". Mənim üçün bu bayram həm təhlükəli, həm də həyatımda ən maraqlı hadisə kimi qaldı. Hərdən evdə bu barədə danışanda, söz düşəndə çox gülürük. Bu da mənim ən maraqlı başıma gələn hadisə.

Zumrud Nurullayeva 

Salam. Mən uşaqlıqdan başı bəlalı olmuşam. Ən son qorxulu hadisələrimdən 2-ni  yazacam. Oğlum 2 yaş yarımlıq idi, parka aparmışdım. Bir də gördüm uşaq yoxdur. Həmin 10 dəqiqədə nələr yaşadım bir Allah bildi. 2-ci qorxulu anım keçən il Qurban bayramı günü olub, 1 ay oruc tutduğum üçün məni bayram süfrəsinə dəvət etdilər. Nə isə getdik, axşam öz oğlum ilə evdəki uşaqlarla gedirdim parka, oynadılar, evə gələn zaman gördüm uşaqlar maşın yoluna qaçır. İstədim mən də qaçım, başım necə gicəlləndisə alnım keçdi yelləncəyə. Ayılanda gördüm bütün sifətim, köynəyim qandır. Bunu unuda bilmirəm, çünki indiki yaşımacan öz üstümdə bu dərəcədə qan görməmişdim. Aytən bacım, xəbərinə məni dəvət etdiyin üçün çox sağ ol, canım.

Ibrahimova Gulya 

Salam, bacı, yeni xəbərin də uğurlu olsun. Başıma o qədər əhvalat gəlib ki, amma ən çox unuda bilmədiyim hadisə mənim 12, bacımın isə 14 yaşı olanda başımıza gələn hadisədir. Deməli anamla atam aeroporta getmişdi. Bizdə bina evi olduğu üçün anam qoymurdu heç bir oyun oynamağa, heç həyətə düşməyə də icazə vermirdi. Yoxluqları, həm də ki aeroport uzağda olduğu üçün fürsətdən istifadə etdik və topla voleybol oynamağa başladıq. Bir az oynadıqdan sonra top pəncərəyə dəydi və şüşəni qırdı. O an çox qorxmuşduq (biz də hirslənməsinlər deyə anamla atam evə gələndə yalandan ev tozsoranlayırdıq və birdən borunun yuxarı hissəsi pəncərəyə bərk dəyib, sındırdı dedik)

PrINcESsA Samir 

Canım, ilk öncə sənə  təşəkkür edirəm mənə də xəbərində yer verdiyin üçün. Maraqlı hadisə deyəndəki yadda qalan hadisələrim çox olub. Ən çoxda mənim üçün məktəb illəri daha çox maraqlı keçib. Sinif yoldaşlarım, müəllimələrim onlarla keçirtdiyim hər bir gün maraqlı idi. Belədə ağlıma heç nə gəlmir Aytənim, amma yenədə sənə təşəkkürlər.

S.S.90...S A M I R

İlk öncə mənə də xəbərində yer verdiyin üçün, Aytən xanım, təşəkkür edirəm. give_rosGələk mövzumuza. Vallah nadincliyimin ucbatından başıma gələn hadisə qalmayıb. Yadımdadır, evimiz təzə tikilirdi, xalamgildə bizdə idi. Biz də uşaqlarla gizlənqaç oynayırdıq. Mən də etməyib tənbəllik, təzə tikilən evdə gizlənməyə qaçdım. Oranın da döşəməsi vurulmamışdır, ustalar yerə taxta düzüb işləyirdilər. Gecə olduğundan mən aralardakı məsafələri görmədim və elə bu vaxt da ikinci mərtəbədən yerə gəldim. Təsəvvür edin təmir gedən ev, hər tərəf taxta, dəmir qalıqları. Və bundan sonrası... Pahooo, aləm dəydi bir-birinə. Bircə anamın qışqırtısını eşitdim, gəlib məni götürdülər. Xalam da bir tərəfdən mənə kərə yağı içirtmək istəyir (guya deyirlər ki, yıxılan adama kərə yağı içirdirlər) Nə baş ağrıdım, o yağdan bir damcı da içmədim. Amma onu da deyim ki, yıxılmağıma baxmayaraq mənə heç nə olmadı. (pis adama heç nə olmaz) Anam da maşallah olsun o barədə yaxşıdır, həmin dəqiqə bir qurban dedi. Sonra o qurbanı kəsdirib, ayaqyalın payladı.

Ləman_
Çox sağ ol, gözəlim, xəbərində mənə də yer ayırdığın üçün. Maraqlı hadisələr çox olub, amma yadımda qalmayıb, yaddaşsız olmuşam recourse Səhv etmirəmsə 9-cu sinifdə oxyurdum, tənəffüs idi, fizika dərsi olacaqdı, fizika müəllimmiz çox ciddi kişi idi, ondan qorxurduq. Sinfimizdə də dibçəklər var idi. Məndə dibçəyin birin götürmüşəm əlimə, diz çökmüşəm sinif yoldaşmın (qızın) qarşısında gülmək üçün, buna Kayahanın "Əllərimdə çiçəklər" mahnısını oxuyuram. Müəllim girib sinfə, hamı mənə göz-qaş edir, mən də başa düşmürəm. Elə oxuyuram, axır müəllim dedi "Nigar özü də gülürdü", mən də pərt oldum, tez keçib yerimdə əyləşdim. Bütün sinif gülürdü. Bu maraqlı hadisə heç yadımdan çıxmır. Deməli, 1 gün kartof şirniyyatının reseptini qrup yoldaşıma vermişəm ki, hazırlasın, o da qəşəng gedib hazırlayıb. Hazırladıqdan sonra qoyub sobaya ki, bişsin.lol Əslində sobaya qoymaq olmaz. Onun qaynanası deyib, bu nədir ay bala əriyib gedir? O da zəng edib deyir, ay qız, bu nə resptdir vermisən mənə? Dedim nə olub ki, dedi qoydum sobaya əriyib. Mən də dedim, mən sənə dedim sobaya qoy? Dedi yox. Elə bildim ki, sonra sobaya qoyub bişirməliyəm. Bu mənim yadımda qalan maraqlı hadisələrdən biridir
 Dəniz84
Biz hər yay istirahətimizi dəniz kənarında edirik. Bir gün dənizdəyik, dəniz də dalğalıdır. Nə isə mən, yoldaşım, uşaqlar, qaynanam dənizdəyik. Qaynanam da dalğalardan qorxur. Birdən iri dalğa gəldi qaynanam boğuldu, bu qorxu ilə atıldı mənim boynuma. Sağ olsun arvad da maşAllah 95 kilo.lol Hərçənd ki, suda çəki itir. Yəni onun ağırlığını hiss etmirdim. İndi mən qalmışam suyun altında. Üzməyi yaxşı bacarıram. Ancaq qaynanamın bu hərəkətini görəndə suda məni gülmək tutmuşdu. Ona görə hərəkət edə bilmirdim. Dalğanın biri gedirdi nəfəs alırdım, 2-ci gələndə yenə qalırdım suyun altında. Axır özümü topladım və çıxdıq. Qaynanam yoldaşıma deyir ki, :Gəlin həyatımı qurtardı, ona borcluyam: Yoldaşımsa cavabında: "Ağlı yoxdur da adam da qaynanasını xilas edər?" Mən də: "Hə,  heç bunu düşünməmişdim" dedimlol Onda çox gülmüşdük. Başıma gələn maraqlı və gülməli hadisə yadıma düşən bu oldu. Təşəkkür edirəm məni xəbərinə dəvət etdiyin üçün.

Narin Yılmaz

Əvəllcə xəbərində mənə yər verdiyin üçün sənə çox təşəkkürlər canım. Başıma gələn ən maraqlı hadisə məktəb vaxtı olub. 7-ci sinifdə oxuyurdum, çox dəcəl sinfimiz var idi. Bir gün oğlanlarımız sözləşib sinif rəhbərimizin başına oyun gətirmək qərarına gəliblər və bizə bu barədə heç nə deməyiblər. Mən də həmişə müəllimin yerində oturmağı xoşlayırdım, zəng vurulan kimi qaçıb orda otururdum. Bizim bu yarım ağıllılar sən demə stulun üstünə super kley töküblər. Mən də getdim düz o kleyin üstündə oturdum. Bir də gördüm bütün məktəb yığılıb bizim sinfin qabağına, mənə gülür. Mən də heç nə anlamıram. İstədim duram bunlara qəşəng söz deyəm, dur görüm necə durursan, yapışmışam stula qopmuram.  Yaxşı ki, həmin gün idman dərsimiz var idi, şalvar aparmışdım. Oğlanları sinifdən  çıxardıq, mən paltarımı dəyişdim. Müəlliməmiz də qəşəng oğlanları danladı, mənim də ürəyimdən tikan çıxdı. Hə, beləcə sonra da mənə 8 marta ətək hədiyyə elədilər, barışdım. Həmin vaxt çox hirslənmişdim, amma indi çox darıxıram həmin günlər üçün. Kaş o günlər olaydı, kövrəldim lap. Məndən bu qədər . 

Dj Bibixanım

Dekabrın 20-si axşam idi. Yoldaşım qonşu kəndə gecə gec idi deyə maşınla gedirdi, qohumlarını aparırdı, mən də maşına mindim. Onları qoyub geri qayıdacağdıq. Ani bir zamanda maşın baş aşağı 4 dəfə asfaltda fırlandı. O an yoldaşım boynumu qucaqladı ki, boynum qırılmasın. İçəridən çıxmaq olmurdu.  Maşının ön şüşəsindən kənara çıxdıq və həmin an maşının təkərləri havada hərəkət edirdi.  Nəsə, evə xəbər verdik. Anamgil, qohumlar gəldilər. Bizə heç nə olmamışdı. Məni başqa maşında oturtmuşdular. Anamgil bilmirdilər ki, maşından axan yağ dağılıb yerə. Gecə ayırd etmək olmur axı, həyəcandan bunlar da ele bilirlər ki, bu axıntı mənim qanımdı.  Maşından əsər, əlamət qalmamışdır. Əmim və anam hərəsi bir tərəfdə mənim ücün ağlayır. Yoldaşım haçandan-haçana özünə gəlib deyib, o başqa maşındadır. Səhər açılan kimi anam qurban kəsdi. Həmin gün İmamın 5-i idi, 2010-cu il.  Nə qədər kədərli olsa da mənim başıma gələn ən maraqlı hadisə idi.

Səslərin sayı: 16
111
4110
loading...
Şərhlər
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Deniz84,size ne qeder güldum))))Esas da o 95 kilo meselesinde emelli sesli guldum))))
12 iyun 2014 22:00
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Dr Agayeva
Aytencim sen bu meqalenin adin qoyardin bawlarina gelen felaketler...Ay aman Allah qoruyub haminizi ...Deniz eline nece wans duwub eee,omrunun axirina kimi sene kem gozle baxdimi rast denen seni men xilas elemiwem biggrin ..
15 oktyabr 2013 15:59
Offline
Zumrud Nurullayeva
Zumrud Nurullayeva -
Allah saxlasın balalarınızı.

AMIN baci,ALLAH butun balalari saxlasin.
Zumrud Nurullayeva
Allah bir daha bele seylernen sinaga cekmesin sizi Insallah

AMIN bacicanHacət-i Vuslat, he baci deme-deme
14 oktyabr 2013 13:22
Offline
Narin...
Gulshen_q,
Hec ne olmaz baci onsuzda hami bildi kime demisiz smile
14 oktyabr 2013 00:01
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Gulshen_q
Narin Yilmaz,
Dəniz84,
Deyəsən şərhdə sitat gətirməyi unutmuşam ee. laughing
13 oktyabr 2013 23:58
Offline
Aysel İ.
Elə biz də oxuyanda çox güldük.Allah sizi güldürsün.

Mən özüm gülməli hadisəni yazdım ki, oxuyanların üzündə təbəssüm olsun.Allah həmişə güldürsün.
13 oktyabr 2013 23:40
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Narin...
7-ci sinfin fərasətinə bax haa, maşaallah.

He vallah ay baci cox decel idiler dash muellimlerin demediyi soz qalmamisdi yene de ozlerine yigilmirdilar blush
13 oktyabr 2013 23:30
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Gulshen_q
Bütün əhvalatlar maraqlı idi.Bəzisi düşündürdü, bəzisi kədərləndirdi, bəzisi də güldürdü.Yəqin ki, davamı olar bu xəbərin də.Uğurlar. laughing
Xalam da bir tərəfdən mənə kərə yağı içirtmək istəyir (guya deyirlər ki, yıxılan adama kərə yağı içirdirlər) Nə baş ağrıdım, o yağdan bir damcı da içmədim. Amma onu da deyim ki, yıxılmağıma baxmayaraq mənə heç nə olmadı. (pis adama heç nə olmaz) Anam da maşallah olsun o barədə yaxşıdır, həmin dəqiqə bir qurban dedi. Sonra o qurbanı kəsdirib, ayaqyalın payladı.

Qarabağdan olmanız burda da hiss olundu. laughing Maraqlı adətləri var.
Birdən iri dalğa gəldi qaynanam boğuldu, bu qorxu ilə atıldı mənim boynuma. Sağ olsun arvad da maşAllah 95 kilo.lol Hərçənd ki, suda çəki itir. Yəni onun ağırlığını hiss etmirdim. İndi mən qalmışam suyun altında. Üzməyi yaxşı bacarıram. Ancaq qaynanamın bu hərəkətini görəndə suda məni gülmək tutmuşdu. Ona görə hərəkət edə bilmirdim. Dalğanın biri gedirdi nəfəs alırdım, 2-ci gələndə yenə qalırdım suyun altında. Axır özümü topladım və çıxdıq. Qaynanam yoldaşıma deyir ki, :Gəlin həyatımı qurtardı, ona borcluyam: Yoldaşımsa cavabında: "Ağlı yoxdur da adam da qaynanasını xilas edər?" Mən də: "Hə, heç bunu düşünməmişdim" dedimlol Onda çox gülmüşdük.

Elə biz də oxuyanda çox güldük.Allah sizi güldürsün.
7-ci sinifdə oxuyurdum, çox dəcəl sinfimiz var idi. Bir gün oğlanlarımız sözləşib sinif rəhbərimizin başına oyun gətirmək qərarına gəliblər və bizə bu barədə heç nə deməyiblər. Mən də həmişə müəllimin yerində oturmağı xoşlayırdım, zəng vurulan kimi qaçıb orda otururdum. Bizim bu yarım ağıllılar sən demə stulun üstünə super kley töküblər. Mən də getdim düz o kleyin üstündə oturdum. Bir də gördüm bütün məktəb yığılıb bizim sinfin qabağına, mənə gülür. Mən də heç nə anlamıram. İstədim duram bunlara qəşəng söz deyəm, dur görüm necə durursan, yapışmışam stula qopmuram. Yaxşı ki, həmin gün idman dərsimiz var idi, şalvar aparmışdım. Oğlanları sinifdən çıxardıq, mən paltarımı dəyişdim. Müəlliməmiz də qəşəng oğlanları danladı, mənim də ürəyimdən tikan çıxdı. Hə, beləcə sonra da mənə 8 marta ətək hədiyyə elədilər, barışdım.

7-ci sinfin fərasətinə bax haa, maşaallah. laughing
13 oktyabr 2013 23:18
Offline
Feride Humbetova
Dəniz84-ün hekayəsi maraqlı idi.
13 oktyabr 2013 01:33
Offline
Aysel İ.
Ay baci Allah senin kimi bir gelinden menim de mamamin qabagina cixarsaydi ele gozel olardiki senin kimi gelin yoxdu idi

Sağ ol canım. Allah köməy olsun hər birimizə.
13 oktyabr 2013 01:16
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Narin...
Yaxşı insanı hər zaman xilas eləməyə dəyər))))) Pis olsaydı buraxardım,

Ay baci Allah senin kimi bir gelinden menim de mamamin qabagina cixarsaydi ele gozel olardiki senin kimi gelin yoxdu idi dash
13 oktyabr 2013 00:58
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Aysel İ.
ay nece guldum sizin bawiniza gelen hadiseye

Güldüyünüzə çox sevindim))) biggrin

Dəniz84,ALLAH SENI GULDURSUN.ADAMDA QAYNANAI XILAS EDER????

Yaxşı insanı hər zaman xilas eləməyə dəyər))))) Pis olsaydı buraxardım, biggrin
13 oktyabr 2013 00:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Hamınızki maraqlı idi..Xoş oldu oxumaq. i_am_so_
13 oktyabr 2013 00:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
AYGUN_1981.
Dəniz84,ALLAH SENI GULDURSUN.ADAMDA QAYNANAI XILAS EDER???? biggrin
Dj Bibixanım.-KECMISH OLSUN.
12 oktyabr 2013 22:20
Offline
Parvina İbrahimova
Hamısını tək tək oxudum.Xəbərin öü də içindəki hadisələr də həqiqətən maraqlı idilər.Xususi userlər var idi ki həyatları mənimçün maraqlı idi.buna görə də ayrıca təşəkkür edirəm.Davamı olsun. blush içində mən də olum winked
12 oktyabr 2013 19:02
Offline
Monica_Bellucci
En cox Leman_ xanima guldum))))))))))Tesevvur edirem ne hala dusduyunuzu.
12 oktyabr 2013 17:35
Offline
balaca-zelzele
Ezizlerim haminizin maraqli hadiselerinizi oxudum mocking ...tesekkurler

Aytenim bacim gesey alinib xeberin baci.. give_ros kiss
12 oktyabr 2013 16:40
Offline
SON
Dəniz84,
Ay nece guldum sizin bawiniza gelen hadiseye biggrin
12 oktyabr 2013 12:48
Offline
nura
Cox gozel hadiselerdir.tesekkurler.
12 oktyabr 2013 12:31
Offline
Nigar
lemanla denizin hadisesine cox guldum allah sizi guldursun

Maraqlidi ama Denizle Lemana cox guldum

Allah her zaman guldursun amin
Leman baci duz dedin ramazan yazmaliydim))) baci wan meselesin yazanda heyacanliydim

ebi yox bacim olan iwdir
give_ros
12 oktyabr 2013 11:40
imza: Allahın cümləmizə yar olsun amin
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!