Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadin.Netlilərin tərcümeyi-halı (1)

Qadin.Netlilərin tərcümeyi-halı (1)


H4cət-i Vusl4t

Mən, Əsgərova Lalə İntizam qızı, 1981-ci ildə may ayının 18-də Bakı şəhəri Xəzər rayonunda anadan olmuşam. Ailədə 4 nəfərik: kiçik bacım və valideynlərim. 1984-cü ildə bağçaya, 1987-ci ildə isə 1-ci sinfə getmişəm. 1998-ci ildə Xəzər Universitinin Tibbi biologiya fakültəsinə qəbul olmuşam. 2003-cü il dekabr ayının 21-də ailə həyatı qurmuşam. 2005-ci ilin yanvarın 21-də birinci qızım, 2006-cı ilin noyabrın 5-də ikinci qızım dünyaya gəlib. İşləmirəm, evdar xanımam.love

ToRmEnTo

Mən Hümbətova (köhnə soyadım Qəmbərova idi) Aysel Səid qızı, 01.10.1987-ci ildə Bakıda anadan olmuşam. 6 yaşında məktəbə getmişəm, 17 yaşında Qafqaz universitetinə daxil olmuşam, 25 yaşında ailə qurmuşam. Ailədə 4 nəfər idik, yoldaşım da gəldi, olduq 5. 1 qardaşım var, 27 yaşı var, hələ subaydı (evdə qalıb mocking). Qız tapa bilmirik. Yegişim, hələlik bu qədər, bundan sonrası Allah Kərim.

Qadin.Netlilərin tərcümeyi-halı (1)


Seli

Men Seli, 1984-cü ildə bir yaz günü ucqar dağ rayonlarının birinin kəndində 4 uşaqlı ziyalı bir ailədə anamın dediyinə görə günorta saat 12-də anadan olmuşam.yahoo Hərçənd ev şəraitində doğulmuşam, ancaq anam o ağrıyla saata necə baxıb onu da bilmirem.biggrin 5 yaşımda artıq sərbəst oxumağı bilirdim. Buna görə də birinci sinfi bitirdikdən sonra məni birbaşa üçüncü sinfə keçirmək istəyiblər, ancaq atam razılaşmayıb. Uşaqlıqda ən böyük xəyalım jurnalist olmaq idi. Xoşbəxt bir uşaqlıq yaşadığımız bir vaxtda Qarabağ hadisələri baş verdi və biz məcburən Bakı şəhərində yaşamalı olduq (O vaxt artıq 7 yaşım var idi). Sonra mən uşaqlığımın necə keçdiyini özüm də bilmədim. Bu illərdə bir çox çətinliklə üzləşsək də çox şükür ailəmiz bütövlüyünü heç vaxt itirmədi. Atam, anam, bacı-qardaşlarım həyatımın ayrılmaz parçalarıdı. Artıq öz sənətim var, öz ailəm var. Allaha çox şükür ki sakit hir həyat yaşayıram. Düzdür, bu yazım bəlkə də sırf tərcümeyi hal olmadı. Ancaq inanıram ki, ömür yolum təqvimlərlə dolu bir tərcümeyi haldan daha maraqlıdır. yes

PERVANE ELIYEVA .......

İlk öncə mənə öz gözəl xəbərində yer ayırdığın üçün sənə təşəkkürümü bildirirəm, canım mənim. kiss O ki qaldı tərcümeyi halıma, burda - bu gözəl saytımızda demək olar ki, çox xanımlarımız artıq məni yaxşı tanıyır. Tanımayanlar üçün də yenə yaza bilərəm. Adım Pərvanə, soyadım Əliyevadı. 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışam. Ailəmiz beş nəfərdən ibarətdi. Atam, anam, 2 qardaşım və mən. Nərimanov rayonunda orta məktəbi bitirmişəm. İki təhsilim var, həm tibb bacısı, həm də ibtidai sinif müəlliməsiyəm. Amma heç birinə aid olan sahədə işləmirəm. 19 yaşımda nişanlandım sevdiyim şəxslə. 21 yaşımda ailə qurdum. Artıq 16 il tamam oldu ki, ailəliyəm. Sevgimizin bəhrəsi olan 2 gül balam var. Çox xoshbəxtəm. Allah olmayanlara da qismət etsin. Mehriban, səmimi biriyəm. Mənə bir addım atana mən beş addım ataram. Məncə yetərincə tanıda bildim özümü. Sizlərin də hər birinizi yaxından tanımaq mənim üçün çox xoşdur.girl_smi

Qadin.Netlilərin tərcümeyi-halı (1)


Ruhəngiz

Canım Yeganəm, mənə də xəbərində yer ayırdığın üçün sənə təşəkkür edirəm. Mən Ruhəngiz 1974-cü ildə Bakı şəhərində anadan olmuşam. 1981-ci ildə Bakı şəhəri H.Cavid adına 132 nömrəli məktəbə daxil olub, 1991-ci ildə oranı bitirmişəm. 1 il Türkiyə institutlarında oxumaq üçün təşkil olunan kurslarda oxumuşam. Qəbul olmuşdum. Amma müəyyən səbəblərdən bu iş alınmadı. Elə həmin ildə Ə.Cavad adına Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə qəbul oldum. 1994-cü ildə adı çəkilən texnikumu bitirdim. Həmin ildən M.F.Axundov adına Dövlət Kitabxanasında kitabxanaçı-biblioqraf vəzifəsində çalışmışam. Öz peşəmdən o qədər də razı deyiləm. :( İndiki zəmanədə kitabxanaya gedən elə də çox deyil. Kitaba dəyər verən azdır. Çox təəssüf. Amma yenə də şükür Allahımıza. Hal-hazırda işləmirəm. İki övlad sahibiyəm. İlk övladım, oğul payım, Allahın köməkliyi ilə 1996-cı ildə dünyaya gəlib. Qızım isə 2001-ci ildə dünyaya gəlmişdir. Allah hamımıza xoşbəxt həyat nəsib etsin, Amin. girl_ang

SəRRaS

Adim Rasimə Allahverdiyevadır. 1990-cı il oktabrın 6-sı Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşam, 23 yaşım var. 1997-ci idəl 1-ci sinfə getmişəm, 2007-ci ildə məktəbi bitirmişəm, həmin il Odlar Yurdu Universititetinə qəbul olmuşam. Ailədə iki usağıq: qardaşım və mən. Qardaşımın 20 yaşı var. Azərbaycan Ali Hərbi Akademiyasında təhsil alır. Atam əslən Qərbi Azərbaycanlıdır, məktəb direktorudur. Anam Naxçıvanlıdır, evdar qadındır. Ailəliyəm, övladım yoxdur.

SELENA

Mən, Baxşiyeva Aliyə Aslan qızı, 1993-cü ildə anadan olmuşam. 2001-ci ildə məktəbə getmişəm. 2010-cu ildə sənədlərimi kollecə verdim və elə bu il də kolleci bitirirəm inşAllah (Modelyer-dizayner fakultəsində oxuyuram). Fakultəmi çox sevirəm, baxmayaraq ki, çoxları bəyənmir. Alınsa, davam edəcəyəm bu sahə üzrə. girl_ten
Ailədə 3 nəfərik. Qardaşım bank işini oxuyub, hal-hazırda əsgərlikdədir. Anam Moskvada təhsil alıb.
Bu qədər, hələlik bunları yaza bilərəm.

 Sonay Quluzade

Şəxsi işə tikilməyəcək tərcümeyi-hal olduğunu nəzərə alaraq, bir qədər fərqli, həm də öz səhifəmdə açıqlanan məlumatlara əsaslanaraq, müəyyən qədər məxfiliyimi qorumaq şərtilə mənim tərcümeyi-halımla tanış olun, əziz Qadin.Net-lilər.
Mən – N.G.A. 1981-ci il 26 sentyabrda Ağstafa rayonunda Qadin.Net-li gülərəsmər-in böyük dayısının intelligent ailəsində dünyaya göz açmışam.love Gələcəkdə istedadlı olacağımı hiss edən valideynlərim hərəsi öz anasının adını qoymaq istəyiblər, amma sonunda ortaq məxrəcə gələrək, hərə öz anasının adından bir hissə götürərək, mənə hibrid ad düzəldiblər.smile
1987-ci ildə orta məktəbə getmişəm, 1998-ci ildə həmin məktəbi bitirmişəm və həmin il IV ixtisas qrupu üzrə imtahandan kəsilmişəm. 1999-cu ildə I ixtisas qrupu üzrə imtahan verərək, Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə qəbul olunmuşam, 2003-cü ildə bakalavr pilləsini zar-zor bitirib (zarafat edirəm, 8 semestrin 5 semestrini əlaçı bitirmişəm, həm də onda əlaçı olmaq indiki kimi asan deyildi), həmin il Ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisası üzrə magistraturaya qəbul olmuşam, 2005-ci ildə Universitetlə vidalaşsam da oxumaqla vidalaşa bilmədim. 2004-cü ildən 2010-cu ilə kimi AMEA-nın Kibernetika İnstitutunda elmi işçi kimi işləmişəm, eyni zamanda BDU-də saat hesabı qaydada dərs demişəm. 2010-cu ildən indi sizə tərcümeyi-halımı yazana qədər N saylı Nazirlikdə məsləhətçi kimi işləyirəm  (Bəlkə xəbər dərc olunanda artıq işləməyəcəm, nə bilmək olar). Sığortaya dair 6 mərhələli kurs keçmişəm. Bir də hərdən mənim şərhimə sitata cavabı türkcə verənlər olur, onlara demək istəyirəm ki, mən rus və ingilis dillərini daha yaxşı bilirəm, nəinki türk dilini, hərdən elə sözə rast gəlirəm ki, bilmirəm ki, nə demək istəyir.
Atam mühəndis olub, hazırda təqaüdçüdür, anam və bacım Qadin.Net-li Nuriyyə-nin baldızının qaynanasının (bilmirəm ki, qohumluq dərəcəsini təsəvvür edə bildinizmilol) rəhbərlik etdiyi məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimidirlər. Qardaşım biznesmendir. 

Qadin.Netlilərin tərcümeyi-halı (1)


alisa1971

Tərcümeyi hal elə bir şeydir ki, onu hər kəs yazmaq istəməz. Amma sənin sözün yerə düşüncə düşmənin gözü çıxsın (yəni ermənilərin). Mən taleyin bəzən üzümə güldüyü, bəzən də gülmək istəmədiyi bir Şərq qadınıyam. 1971-ci ildə mən dünyaya gələndə tale üzümə gülmüşdü. Çünki atalı-analı xoşbəxt bir uşaq kimi doğulmuşdum, lakin bu xoşbəxtliyim çox çəkmədi. 1978-ci ilin avqust ayında atam (sistem işçisi idi) işdən evə dönərkən avtomobil qəzasında dünyasını dəyişdi. O zaman böyük bacımın 8, mənim 7, məndən kiçik bacımın 5, ən kiçik bacımın 4, anamın isə 24 yaşı vardı. Anam 24 yaşında təkbaşına 4 qız uşağını böyütmək məcburiyyətində qaldı. Mən nə 1-ci sinfə gedərkən sevinmişəm, nə də ki, 10-cu sinfi bitirərkən. Mən 1-ci sinfə gedən il, yəni 1978-ci ilin avqust ayında yuxarıda qeyd etdiyim kimi atam dünyasını dəyişdi. O gün bizə aldığı məktəbli forması da çox sonralar uzun zaman maşınında qalmışdı. Mən 10-cu sinfi bitirəndə isə, yəni 1988-ci ildə artıq Qarabağ müharibəsi başlamışdı. Həmin il BDU-nin biologiya fakultəsinə daxil oldum. Amma Bakıdakı vəziyyət, Sumqayıt hadisələri, qarmaqarışıqlıq mənə oxumağa imkan vermədi. Həm də arxamca gələcək birisi yox idi. Mən isə bir kənd qızı olaraq heç yeri tanımırdım. Məktəbi buraxmaq məcburiyyətində qaldım. 1988-ci ildən 1994-cü ilə kimi Azərbaycanda vəziyyət çox ağır idi. Anam 1993-cü ilin iyununda məni, həmin ilin sentyabrında bacımı, dekabrında isə ən kiçik bacımı gəlin köçürdü. Böyük bacım 1988-ci ildə ailə qurmuşdu. Anam ömrünü-gününü bizə həsr etdikcə zaman-zaman özünü unutdu. Və nəhayətdə xəstəliklər qarşısında aciz qaldı. İndi xəstəliyi ucbatından dörd divara məhkumdur. Bir oğlum var, məni başa düşən həyat yoldaşım var. Oğlum ali məktəbə daxil olan il ömrümün ən gözəl ili oldu. Çox sevindim, sevincimi sözlə ifadə edə bilmirəm. Çünki mənim təhsil almaq arzum ürəyimdə qalmışdı. Tam xoşbəxt olmasam da qismən xoşbəxt bir qadınam. Deyir, xoşbəxt o kəslərdir ki, səhər işinə, axşam isə evinə tələsir. Bilmirəm bu sözlər kişilərə aiddir, ya qadınlara, amma mən səhər işə, axşam isə isti yuvama tələsən bir qadınam. Şərqin bütün xanımlarını xoşbəxt görmək arzusu ilə Alisa.girl_ten

Səslərin sayı: 16
164
5686
loading...
Şərhlər
Offline
Nəzrin
Hamısını oxudum sizi tanımaq xoş oldu kaş hamınız burda olardız
25 oktyabr 2014 16:41
Offline
Sahile.
maraqli yazidi.tewekkur bacim.indi coxlarini yaxindan tanidiq herkese xowbext omur yolu arzulayiram
16 oktyabr 2013 22:50
Offline
edwel
alisa1971
ALLAH gormediyiviz xow gunleri balalarvzdan gostersin
9 oktyabr 2013 19:21
Offline
BIBIXANIM
sonda yazan bacim ele kovreldim allah size komey olsun
7 oktyabr 2013 11:07
Offline
Ayka Nəcəf
Ay Yegis xeberin super alinib oz aramizdi.Davamli olsun.
23 sentyabr 2013 19:05
Offline
GulenaY
Nuriyyə,
teshekkur yaaaa girl_ten

Gulshen_q,
can xosh gunun olsun biggrin
21 sentyabr 2013 18:33
Offline
Afaq Memmedli
cox sagolun beli buda bir heyat tarixceniz ne etmrey olar ama menim heyatim pis kecmeyib cox erlesoyun boyumuwem her weye ere qedince bitdi anamin arzusun ureyinde qoydum oxumadim ancaq bu acini ozum anaolunca derk etdim qizimi oxutdum ve buna qore cox sevinirem anama dedim hec olmasa nevene bax fexr ele indide deseydilerki yeniden dunyaya qelseydin ne ederdin ilk novbede oxuyardim ve senet sahibi olardim bu menim arzumdu teskinliyi qizimda tapdim
20 sentyabr 2013 22:20
Offline
kamile
menim yerlim ne yaman xeber hazirlayib 3 gundur birincilikden dusmur))cox sag ol xeber ucun hami kimi mene de maraqli oldu)
20 sentyabr 2013 22:10
Offline
sevda elcin
Gozel bacilarim coxunuzu saxda adlarinizla girl_ten taniyiram,Amma oz adlarinizi,heyatinizi,yasadiqlarinizi oyrendiyime cox sad oldum.Maraqli xeber olub ardini gozleyirem.tesekkurler.
20 sentyabr 2013 16:06
Offline
aytacmuradova
Cox sagolun
20 sentyabr 2013 00:50
Offline
Sunaida
Men qadin.netin demek olar ki en en kohne userlerindenem.son 2 ildir gec gec gelirem.demek olar ki yeni xanimlar coxdur burda.yene de maraqli oldu mene sizinle bele tanish olmaqgozel xeber idi.sizi her gun burda gorub tanimasamda tercumeyi haliniz maraqli oldu...xeberi hazirlayan xanima da ayrica tskrlr.butun xanimlarimiza qadin xosbextliyi arzulayiram:)
19 sentyabr 2013 23:09
Offline
איסון ממדוב.
gozel xeber alinib elleriniz aqrimasin
19 sentyabr 2013 20:15
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aminim
Yegiş sənə də təşəkkür ki,bizi qızlarımızla belə yaxından tanış edirsən.

COX SAG OLUN OXUYAN GÖZLƏRİNİZ YORULMASIN SİZLƏRİNDƏ
19 sentyabr 2013 20:05
imza: qadin.net
Offline
Günel Əsədova
Hər birinizin tərcümüeyi halı çox maraqlıdır,əzizlərim.Hamınıza xoşbəxtlik arzulayıram.Yegiş sənə də təşəkkür ki,bizi qızlarımızla belə yaxından tanış edirsən. give_ros
19 sentyabr 2013 19:09
Offline
Arzu
[quote=21408]



Sonay Quluzade
ARZUAy SONAY baji men sizin qohumluqu hec basa dusmedime ama sizin yazin oxuyanda bir qeh qehe cekdimki o sesime diksindimMən hələ ən sadə üsulla izah eləmişəm, indi Nuriyyənin izahına baxın: NuriyyeSonayın Qadin netli bibisinin qızı gulerəsmərin bacısı mənim baldızımın həyat yoldaşının qardaşının həyat yoldaşıdır. Görün bəlkə bunu başa düşdünüz .Mən Qadın.Net-ə baxanda gülməyim tutanda bax belə gülürəm ki, işdə-evdə deməsinnər ki, yazıx cavan yaşda ağlını itirdi, öz-özünə gülür .[/quote]
[quote=21408]


sukur bibin qizinin yazisindan bir az basa dusdum aman ALLAH goren qadin netlilerin en gunehi vardiki SOnayla Nuriyye bu yollaq bizleri cezalandirdi crazy lol
19 sentyabr 2013 17:49
Offline
Aminim
SELENA,
sag ol Aliş sizdə bütün gözəlliklərə layiqsiz
19 sentyabr 2013 16:50
imza: qadin.net
Offline
Nigar
sag ol Leman san etmədin ha o partlayışı

sagol yeqiwim ugurlarin bol olsun amin nece etmedim ki? ozum haqqda yazmadim?
Hə, düz deyirsən, Ləman. Göz dəyməzsin Yegiş bacımıza. Uğurlar sənə canım və təbriklər

he bacim mawAllah olsun
19 sentyabr 2013 16:50
imza: Allahın cümləmizə yar olsun amin
Offline
♥Selena♥
yeqiwim mawAllah xeberin partlayiw edibeyene gunun muellifisen tebrikler

Hə, düz deyirsən, Ləman. Göz dəyməzsin Yegiş bacımıza. Uğurlar sənə canım və təbriklər give_hea
19 sentyabr 2013 16:47
Offline
Aminim
yeqiwim mawAllah xeberin partlayiw edibeyene gunun muellifisen tebrikler

sag ol Leman san etmədin ha o partlayışı
19 sentyabr 2013 16:45
imza: qadin.net
Offline
Nigar
YEGiŞ,
yeqiwim mawAllah xeberin partlayiw edibebombyene gunun muellifisen tebrikler give_ros
19 sentyabr 2013 16:42
imza: Allahın cümləmizə yar olsun amin
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış