Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Acı çörək

Acı çörək

Məktəbdən evə dönən Saleh tələsik buterbrod alıb həyətə endi. İştahla yeyir, gözəl may gününün insanı rahatlayıcı, dinc, şən akkordlarına köklənirdi.

Birdən yuxarı məhəllədə oynayan uşaqların şən səs-küylərini eşitdi. Ət qarışıq çörəkdən bir neçə dişlək alıb onu divarın dibinə qoydu. Getmək istədi. Amma duyduğu yumşaq, tanış səs onu dayanmağa məcbur etdi.

Dönüb baxdığında gözündə eynək, əlində əsa olan məhəllənin yaşlı ağsaqqalı, Qədir baba dedikləri qocanı görüncə özünü itirdi.

- Nə edirsən?

- Mənim... mən... - Ah! Nə oldu dilinə yenə, bir neçə saniyə anlamadı. Həyəcanlanınca həmişə özünü itirir, dili dolaşırdı. İxtiyar maraqla baxırdı:

- Bala, neçə yaşındasan?

- On bir yaşındayam. Mən sizi tanıyıram, Qədir baba.

Qoca heç bir söz söyləmədən əyilib divarın dibindəki çörəyi yavaşca qaldırdı. Əsasına söykənərək qamətini doğrultdu. Çörəyi öpüb gözləri üstə toxundurdu və təmiz, ağ dəsmal çıxarıb bükdü .

- Oğlum, insan oğlu Allahın nemətinə belə hörmətsizlik edərmi? Çörəyi ayaqlar altına atmanın günah olduğunu sənə söyləməmişlərmi? Əgər çörəyə hörmətsizlik etsən, o da səni hörmətdən salar - deyərək gileyli halda gözaltı Salehə baxdı. - Görürəm ki, sözlərim səni çox da maraqlandırmır. Elə hey bir ayağını qaçaq qoymusan.

- Çünki uşaqlarla sözləşdik, getməliyəm - deyə Saleh yenə yuxarı məhəlləyə doğru boylandı.

- Tələsmə, oğlum, heç tələsmə. Gəl bir yer tapıb oturaq. Gör sənə nə söyləyəcəm.

Qoca ətrafa baxdı. O, yaxınlıqdakı iri, tənha, yaşı bəlkə də yüz il olan şabalıd ağacının altında oturaraq Salehi səslədi:

- Gəl, oğlum, gəl otur.

Saleh könülsüz qocaya yaxınlaşdı.

- Eh, bala - dərindən ah çəkib dedi. - Danışacağım əhvalat başıma gələn ən acı hadisələrdəndir. Kədərli də olsa, yaxşı dinlə.

Qoca susdu. İlləri bir-bir yadına salmaq istədi. Xatirələri yaddaşında bir də çözələdi. Dumanlı illərindən, xəyallarından müharibənin qucağında tozlu, köhnə paltarlarında böyütdüyü uşaqlığı boylandı, gülümsədi. Gözləri doldu ...

- Müharibənin ən dəhşətli illəriydi. Savaşın başlamasından çox keçmədi ki, bazarlar xalça, kilim, yorğan-döşək, paltarla doldu. Gəlinlər çörək üçün gəlinlik paltarlarını, nişan üzüyünü, bəzək əşyalarını satmağa məcbur olurdular. Anamı erkən itirmişdim. Bu, savaşdan əvvəl olmuşdu. Anamı demək olar ki, xatırlamıram. İki yaşından ata nənəm məni böyüdüb. Atamı da çox görmək nəsib olmadı. Onu müharibəyə yola salandan sonra evdə bir nənəm qaldı, bir də ki, mən...

Acı çörək

Bəzən günlərlə ac qalır, yemək üçün çörəyimiz belə olmurdu. Köpəyimiz də acından ulayırdı. Bu ulartı hər gün artdıqca daha çox qorxurdum. Nənəm deyirdi ki, itin ulamağı bəd, pis hadisəyə işarədir.

Aydının hardansa tapıb gətirdiyi jımıx, qurumuş çörəyi yeyirdik. Qəndə, çaya həsrət qalmışdıq. Heyva budağını qaynadıb içir, ya da kəklikotu dəmləyirdik .

-Aydın kimdir, baba? - deyə Saleh həyəcanla soruşdu.

- Bizimlə qonşu olan uşaqlıq yoldaşım, müharibənin, dəhşətli illərimin məhrəm dostu. Eyni ildə doğulmuşduq. Dostum da atasını erkən itirmişdi. Anası Bəyim xaladan özgə heç bir kimsəsi yox idi.

Yetimliyin acısını dada-dada böyüyür, çörək parçasını belə yarı bölürdük. Bəyim xala məni çox sevir, anamı xatırladırdı. Simasını belə xatırlamasam da sanırdım ki, anam Bəyim xalaya bənzəyirmiş. Yanaqları qırmızı, ağbəniz, gözləri badamı, saçları şabalıdı olan bu qadın həyatımda gördüyüm ən gözəl qadın idi. Ağ, yumşaq əlləri ilə saçlarımı oxşayıb, məni bağrına basarkən, elə bilirdim ki, əsla anamı itirməmişəm, o, heç ölmədi, yanımdadır. Onun şəfqətini, sevgisini heç görmədiyim anamın xəyalında yaratdığım simasına həkk etmişdim.

Qışı çətinliklə yola salıb ümidimizi yaza bağlayırdıq. Çünki o bizə istiliyi, yaşamağı vəd edirdi. Meşəyə gedib göbələk, çiyələk toplayırdıq...

Saleh heyrətlə qışqırdı:

-Bəs meşə qorxulu deyildimi, baba?!

Qoca gözlərini məchul bir nöqtəyə dikib itkin xatirələrini axtarırmış kimi söylədi:

-Ac adamın nədən qorxusu olacaq? Biz meşənin hər tərəfinə bələddik. Savaş başlamamışdı hələ… Atam Aydınla məni zirvəsindən qar əskik olmayan Böyük Qafqaz dağlarına, sıx meşələrə ova aparırdı.

Qocanın dodaqlarına qürurlu təbəssüm qondu :

-Atamın gülləsi boşa çıxmazdı. Yaxşı ovçu idi. Bəlkə o günahsız quşların, ahuların qarğışına düşdük? O yetim quşcuğazların ahı, naləsiydi ki, atasız qaldıq, yetim böyüdük? Bəlkə də...

- Sonra... Sonra nə oldu? - deyə Saleh səbirsizliklə soruşdu.

- Dəhşət... Dəhşət oldu. Bir dəfə qış elə ağır gəldi ki, heç bir zaman o qışı unuda bilmədim. O qışın soyuğu ömrüm boyu məni üşüdüb. Lap yayın cırhacır istisində belə...

Qoca susdu. Məhzun gözlərində o qış gününün yaşatdığı ağrının, acının sonsuzluğu canlandı. Xəyallarında yenə tozlu, çirkli paltarda titrəyən, müharibənin "hədiyyələrini" əndişəylə qarşılayan kiçik, zəif uşaq qışqırır, yoldaşını haraylayırdı: "Aydın! Aydın... Aa..."

-Baba, nə oldu?

Səsdən diksinən qoca gözlərini illərin arxasından əllərini uzadaraq çağıran balaca oğlanın xəyalından ayırdı. Bu gerçək qarışıq illüziyalar ona rahatlıq vermir, həmişə ruhunu izləyirdi.

- Artıq bir neçə gündür ac yaşayırdıq. Nənəmin döymədiyi qapı qalmamışdı. Əslində hər kəs elə bizim vəziyyətdə idi. Elə bilirsən bizim qapımızı döymürdülər? Döyürdülər. Çünki ümid edirdilər, yalnız ümid. Ümid edirdilər ki, ağlayan uşaqlarını sakitləşdirə bilmək üçün çörək tapacaqlar. Məgər səhərdən axşama qədər çalışaraq işləyəndən sonra çörək tapmasalar da, ata, qardaş yolu gözləyən bu insanları yaşadan ümid deyildimi? Boğuq hıçqırtıların, aclığın, səfalətin xoş günlərlə əvəz olacağına, döyüş adlı şərin öləcəyinə inanırdıq. Hər kəs kimi biz də gözləyirdik. Gözləyirdik ki, atalarımız dönəcək. Biz də doyunca yeyəcəyik. Ova gedəcəyik. Amma yox!.. Atama yalvaracaqdım ki, daha quşlara, heyvanlara əl qaldırmasın. Çünki onların günahlarının cəzasını ödəməyə artıq gücümüz yoxdu. Biz isə gözləyirdik... Lakin gözləmək ən acı ümiddir! Sonu olmayan iztirab dolu ümid! ...

Acı çörək

Tərslikdən o qış Bəyim xala sətəlcəm oldu... O qorxunc gün çox soyuq qış günlərindən biriydi. Nənəm Bəyim xalanın başı üzərindən çəkilmirdi.

Aydınla mən qərar verdik ki, meşəyə gedib yeməyə bir şey tapar, quru budaq yığıb istisinə qızınarıq.

Soyuq adamı qılınclayır, onsuz da yalın olan bədənimizi bizləyir, külək ac canavar kimi hey ulayırdı. Aydın bədəncə zəif olduğundan aclığa dözə bilməyib tez-tez huşunu itirirdi.

Qar altında qalmış göbələk tapıb yedik. Ağac budaqları toplamaq üçün bir-birimizdən ayrıldıq. Mən bir az quru budaq yığmışdım ki, birdən tükürpədici səs eşitdim. Aydının səsi idi. Beynimdə ildırımlar çaxdı. Səs gələn tərəfə qaçdım. O, yerə yıxılmışdı. Əlini gözünün üstünə qoyub qışqırırdı. Güc-bəla ilə onu ayağa qaldırıb aparmağa çalışdıım. Getməyə belə gücü olmadı...

Ortaya ağır, qəhərli səssizlik çökdü. Salehin yenə həyəcan dolu sualı bu kədərli səssizliyi pozdu:

-Təəssüf!

- Eh ... - deyə qoca dərindən köks ötürdü. – Sən demə, bədbəxtin gözünə şax batıbmış. Kəndimizin təbibi Kərim ona çarə edə bilmədi. Rayon mərkəzinə getməksə mümkün deyildi. Yolları qalın qar örtüyü bürüdüyündən yalnız piyada, heç bir atla da getmək olmazdı.

Kəndə səs-küy düşdü. Bəyim xalanı sakitləşdirmək mümkün olmurdu. Ağlamaqdan yazıq, xəstə qadının göz yaşları qurumuşdu. Ağrının şiddətindən, aclıqdan gecə-gündüz qışqıran, inləyib ağlayan Aydına necə kömək edə bilərdik?

O hər gün çörək istəyirdi. Əlimizdən bir şey gəlmir, ona göz yaşları, ümidsiz baxışlarımızla cavab verirdik. Qışın o qar fırtınasında çörəyi haradan tapa bilərdik?

Yazıq dostum "Çörə " deyə-deyə ruhunu ölümə təslim etdi. Onun ölümü məni çox sarsıtdı. Həm də Bəyim xalanın gözləri önündə… Ana üçün ən sonsuz acı öz balasının aclıqdan ölümünü görməkdir. İndi də özümü günahkar hiss edirəm.

-O hansı günahdır, baba?

-Aydın ölərkən solğun, parçalanmış dodaqlarını zorla tərpədərək məndən bir loxma çörək istədi. Daha dözə bilmədim. Göz yaşları içində rast gəldiyim ilk qapıları var gücümlə vurdum. Dəli kimi ağlayır, soyuğu belə hiss etmirdim. Yıxıla-dura qara qərq olsam da, əliboş dönmək istəmirdim.

Yalnız Fatma xala göz yaşlarıma acıdı. Köhnə təknəsində nəvəsi üçün saxladığı çörək loxmasını könülsüz halda mənə uzatdı. Quru, kiflənmiş, göyərmiş olsa da, bir loxma çörək mənə dünya boyda sevinc vermişdi. Axı mən çörək tapmışdım. Qürurla çörəyi ovcumda bərk-bərk sıxıb dostumun yanına qaçdım.

Mən həyətə girəndə nənəmin ağısını eşitdim. Artıq gec idi. Qonşular ağlayırdı. Lakin nədənsə qadınların gözlərində yaş görə bilmirdim, sanki inildəyirdilər. Müharibə onların ruhunu əlindən alaraq, göz yaşlarını oğurlamış, qurutmuşdu .

Bəyim xala sevimli oğlunun ölümünə dözə bilmədi. Onun ağlını itirməsi məni dəhşətli dərəcədə sarsıtdı. Heç kim ona təsəlli verə bilmirdi. Oğul dərdi yazıq qadına xəstəliyini də unutdurmuşdu. Qışın o soyuq günlərində başıaçıq, ayaqyalın halda Aydının gəzdiyi hər yeri dolanırdı.

Axşamları qonşular onu qapıya söykənmiş halda görürdü. Mən daha anamı Bəyim xalaya bənzətmirdim. Qəflətən qəhqəhə çəkərək gülməsindən çox qorxmuşdum. Özümə elə acığım tuturdu ki... Kaş ki, çörəyi zamanında çatdıra biləydim.

Hər gün yoldaşımın məzarına gedirdim. Onunla sanki eşidirmiş kimi danışır, göz yaşlarımla özümü ovundurmağa çalışırdım.

Bir gün yenə onun məzarına ziyarətə getdim. Gördüyüm mənzərədən dəhşətə gəldim.

Aydının məzarı üstündə son nəfəsdəykən ona gətirdiyim çörək loxması vardı. İnana bilmədim. Bəyim xala isə saçları dağınıq, dodaqları, gözləri açıq halda qəbrə söykənərək əsla oyanmacağı əbədi yuxuya getmişdi. Nifrətlə çörək loxmasına baxdım.

O zamandan bəri çeynədiyim, yediyim hər loxma çörək mənə acı gəlir, sanki boğuluram. Bəlkə mənim qədər o loxmalar da "günahkardır"?!...

Qoca susdu. Saleh isə müqəssir kimi başını sinəsinə əymişdi.

Yalnız arabir külək əsir və əsən bu külək tənha şabalıd ağacının budaqlarını yelləyirdi. Yarpaqlarsa bu titrəyişdən riqqətə gəlirmiş kimi qayğısızcasına rəqs edirdilər.

Səslərin sayı: 6
37
4578
loading...
Şərhlər
Offline
sara bagirova
indi elimizde olanlarin qedrini daha da yaxsi bilmak ucun cox ibretamiz hekayedir.cox tskkrlr
8 noyabr 2013 12:53
Offline
lala
Maraqla oxudun.Allah hec bir bendesini bele cetinliye salmasin.inshallah

Maraqla oxudun.Allah hec bir bendesini bele cetinliye salmasin.inshallah
26 sentyabr 2013 20:25
Offline
Xedice 033
Maraqla oxudum allah bizleri bir parca corekle imtaha cekmesin
16 sentyabr 2013 13:00
Offline
Bahar Yashar
COX TESIRLIDI TESEKKURLER. DUSUNDURUCU MOVZUDUR
15 sentyabr 2013 16:56
Offline
איסון ממדוב.
COX MENALI HEKAYEDI ALLA RAZI OLSUN
15 sentyabr 2013 15:45
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Seadet Sexavet
?llәrinizә urәyinizә qüvvәt.Göz yaşıyla oxudum.Allah hәr kәsә bir tikә çörәyi çox görmәsin......
15 sentyabr 2013 15:02
Offline
Qəribə
Her kelmesini diqqetle oxudum cox maraqli idi ellerinize sagliq give_ros
15 sentyabr 2013 01:48
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Çox təsirli,ibrət götürüləcək hekayədir..Maraqla oxudum.Çox sağ olun.
15 sentyabr 2013 00:16
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
..............
Her kelmesini diqqetle oxudum cox maraqli idi ellerinize sagliq hi ,Allah hec kimi corekle imtahana cekmesin Insallah
15 sentyabr 2013 00:06
Offline
gulnaz semedova
allah yoxsulluqla hec kimi imtahan etmesin
14 sentyabr 2013 23:51
Offline
hayat yolu
maraqlidir..
14 sentyabr 2013 23:05
Offline
♥Çalıkuşu ♥
Ulker.Agamali,Amin..
Allah tala heç kimi çörəklə sınağa çəkməsin.
14 sentyabr 2013 22:30
Offline
BIBIXANIM
sag ol bacim icden seni air_kiss baccim sag ol
14 sentyabr 2013 22:23
Offline
AliŞah
PERVANE XANIM YAZAN ELINIZ VAR OLSUN.COX KOVRELDIM,BEZEN OLUR YEDIYIMIZ NEMETIN QEDRINI BILMIRIK.IBRET GOTURMEK LAZIMDIR.TSK EDIREM SIZE
14 sentyabr 2013 22:11
Offline
Ulker.Agamali
asagi siniflerde bir qoca anadili muellimim var idi Bibiqulu muellim,o da muharibe illerinden danisanda hemise kovrelirdi,deyirdi usaq idik,ciriq araqqabilarla kenden rarona mektebe gelirdik,gozumuz pencerelerin kenarlarinda olurdu ki,quslar ucun qoyulan corekleri isladib yeyek,ustu kif baglamis coreklerin ustunun qarasin temizleyib yemisek.....Allah bizi muharibelerin aci neticelerinden qorusun cray
14 sentyabr 2013 22:08
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Nigar
Allahim bizleri hec kime mohtac etmesin amin cox sagolun yaziya gore
14 sentyabr 2013 21:08
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Zumrud Nurullayeva
diqqetle oxudum,coox maraqli idi,ALLAH hec kimseni acliqla sinaq etmesin.menim Retmetlik babamda oz atasini o illerde itirib,qaldi qocalarin maraqli sohbetlerine,eele menim babamda hemiwe maraqli sohbetler etirdi (ALLAH onu rehmet elesin)en cooxda muharibe illerinden,coox dehwetli olub :( twkler,bele maraqli ne qeder olsa doymadan oxuyaram
14 sentyabr 2013 21:04
Offline
Şəri Babayeva
Cox tesirlidi,yazan elleriniz var olsun,cox sagolun...
14 sentyabr 2013 20:57
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Sevinc M
Maraqli movzu idi Allahim hec kesi sinaga cekmesin AMIN...
14 sentyabr 2013 20:08
Offline
Gulum
Pervane xanim tewekkurler hekayeye gore give_ros Allah hec kesi corekle sinaga cekmesin bu cure hadiseleri atam hemiwe mene daniwir hekaye sanki atamin uwaqliq illerinden xeber verir. Wukurler olsun bu gunumuze heqiqeten gerek her bir weyin qedrini bilek,
14 sentyabr 2013 19:46
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış