Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı şəhəri ərazisində yerləşən bütün təhsil müəssisələri polisin tam nəzarətinə götürüləcək. Xüsusilə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək:
"Xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-dan etibarən Bakı şəhərindəki orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə baxış keçirilərək çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı üzrə bütün tədbirlər həyata keçiriləcək".
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü sürücülərə və avtomobil sahiblərinə müraciət ünvanlayıb: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməsini tövsiyə edir. Məktəblərin ətrafında dayandırılmış nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır. Ona görə də avtomobili olanlar avtomobili olmayanlar barəsində də düşünsələr, yaxşı olar".
Bölmə rəisi onu da əlavə edib ki, Bilik Gününədək qarşısında piyada keçidi olmayan məktəblərin qarşısında şagirdlərinin yolu rahat və təhlükəsiz keçmələri üçün piyada zolağı çəkiləcək. Hazırda həmin məktəblərin siyahısı müəyyənləşdirilir.
Bundan əlavə, yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən əlavə hansısa göstərişlər olarsa, onlar da yerinə yetiriləcək.
Mənbə:Milli.az
XƏBƏR LENTİ
Kim tapar?
Qidanı dərmana görə seçin!
Ərdoğan: "Əgər mən Türkiyə prezidenti olsam..."
Bu gün Mehriban Əliyevanın Ad Günüdür!
Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi
Nüsrət bu dəfə işçisinə verdiyi maaşla gündəm oldu
Serenay “Yasak elma”da rol alacaq?
Qabyuyana qoymamalı olduğunuz qablar
Bu insanlar Koronavirusa daha az yoluxur
Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?
"Naznaz" peraşkisi (foto resept)
Valideyn olmaq asan deyil
Arıqlamaq üçün saqqız çeynəyin
Toxumaq dərsləri -3
"Sefirin kızı"ndan yeni qərar
Bu şəxslərə çiyələk yemək olmaz
Sərdar dünən boşandığı xanımını həkimə apardı
Hamiləlikdə qəbizlik
Azərbaycanlı heykəltəraş İstanbulda 36 büst qoyacaq
Kraliçanın əri görünüşü ilə hər kəsi qorxudur-FOTO
Meyvəli kokteyl (foto resept)
Son günlər intensiv zəlzələlərin baş verməsi ilə bağlı açıqlama
Meyvəli tuile
Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə
Günün qoroskopu - 04.11.2013
"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda
Vanna otağını böyük göstərməyin 8 yolu!
Həkimlər xəbərdarlıq edir
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
İdmandan əvvəl içilən qəhvə
Tarixi şəxsiyyətlər haqqında kitab hazırlanır
Dəbdə sarının gözəlliyi
Körpələrdə sarılığın olması və müalicəsi
Smartfon kosmosa göndəriləcək
Bakı məktəblərində işləmək istəyənlər üçün imtahan vaxtları açıqlandı
“WhatsApp”dan iki maraqlı yenilik
Azərbaycanda yeni zavod tikiləcək
Dərmanlara görə 50 minlik cərimə
Zövqə uyğun ayaqqabılar
Cəhənnəm adası: bura lənətlənmiş insanların məkanı idi
Avropa benzinə əlvida deyir
Günün ulduz falı
İlham Əliyevlə Sarkisyan dekabrın 1-də görüşəcək
Kıraç azərbaycanlı müğənnini məhkəməyə verdi
Həkimlərə qadağa!
Prezident xanımı və qızları ilə sərgidə - FOTO
Yağlı boya tabloları
Sumqayıtda qəribə yenilik
Meqan Markl ABŞ prezidenti olmağa hazırlaşır
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
- ŞƏRHLƏR