Bakıda hava 29°
USD 1.7008 AZN
EUR 1.9972 AZN
10:42Xəyalə Murad Gününüz aydın, işiniz avand olsun,Əziz Qadin.Netlilər!
37576

Hamiləlikdə yuxu və yuxusuzluq

Hamiləlikdə yuxu və yuxusuzluq

Hamilələrin ən əhəmiyyətli ehtiyaclarından biri də yuxudur. Hamiləlikdə rahat və sağlam bir yuxu çox əhəmiyyətlidir. Hamiləlikdə yaşanan yuxu problemləri isə ana namizədlərinin ən böyük çətinliklərindən biridir.
Hamiləliyin ilk həftələrində ana olma düşüncəsi və həyəcanı qadınların çoxunda yuxusuzluğa gətirib çıxarır. Aradan bir müddət  keçdikdən sonra isə yuxu hamilə qadın üçün imtina edilməz bir istək halına çevrilir. Hələ hamiləlikdə ürək bulanması və qusmalar varsa, yuxu əsnasında bu şikayətlər çox diqqətə çarpan olmadığından adam davamlı olaraq yatmaq istəyir. İlk 6 ay bu şəkildə gəlib keçir.

 Bu sırada bədəniniz hər zamankından daha çox çalışdığı üçün istirahət daha çox ehtiyac duymaqdadır. Hamiləlik irəlilədikcə bu dəfə yuxu problemləri baş qaldıra bilər. Çox vaxt dərin və rahat bir yuxuya həsrət olduğunuzu hiss edə bilərsiniz.

Hamilə vaxtı yuxuya getmək niyə çətin olur?

Bunun bir çox səbəbi vardır. Ancaq ilk və ən əhəmiyyətli səbəb körpənin böyüməsidir. Körpə və rəhm böyüdükcə rahat bir yuxu mövqeyi tapmaqda çətinlik olur. Digər tərəfdən bədən kütləsi artdıqca yatarkən mövqe dəyişdirmək çətinləşir.

 Bunun yanında hamiləlikdə normal görülən bəzi dəyişikliklər də yuxunu bölərək ya da yuxu nizamını dəyişdirərək yuxu problemlərinə səbəb ola bilir.

Hamiləlikdə rahat yuxu mövqeyi hansıdır?

Əsasən də son dövrlərdə dizləri bədənə doğru çəkərək yana dönüb yatmaq olduqca rahat bir mövqedir. Bu mövqe çirkli qanı bədənin alt qismindən ürəyə daşıyan damar üzərindəki təzyiqi azaldaraq ürəyə düşən yükün də azalmasına səbəb olur.
Xüsusilə sola tərəf yatanda bu təsir daha diqqətə çarpan hala gəlir. Digər tərəfdən sola dönəndə rəhm də sola dönür deyə qaraciyər üzərindəki təzyiq də azalır və daha rahat hiss edilir.

Hamiləlikdə yuxu və yuxusuzluq

Xüsusilə son dövrlərdə arxa üstə yatmaq çox narahatlıq verir və onsuz da bu mövqeyə asan keçilmir. Əgər fərqində olmadan kürək üstə yatısanız, eşidiləcək narahatlıq sizi oyandıracaq.
Hamiləlik dövrü üçün xüsusi olaraq hazırlanmış yastıqları istifadə etsəniz rahat yuxu yatmağa nail olacaqsınız. Bəzi qadınlar yastığı qarınlarının  altına, ya da qıçlarının arasına qoyduqlarında çox rahat yatdıqlarını ifadə edirlər.

Hamiləlik dövründə rahat bir yuxu üçün nə etməli?

Kola, qəhvə və çay kimi kofeinli içkilərdən uzaq durmağa çalışın. Xüsusilə günortadan sonra və axşam bu cür içkiləri qəbul etməsəniz yaxşı olar.

Yatmazdan 2-3 saat əvvəl maye qəbulunu azaldın. Ancaq gün ərzində kifayət qədər maye qəbul edin. Yatmazdan əvvəl ağır yeməklər yeməyin.

Yuxu saatlarınızı təyin edin. Yatağa adət olduğunuz saatdan daha gec getməyin.

Nizamlı olaraq məşq edin. Ancaq yatmağa az bir zaman qalmış etməsəniz yaxşı olar.

Yastıqları hər yerdə istifadə edin. Yastıqlar necə və harada rahatlıq verir orda, istər dizlərinin arasına, istər belinizə, istəsəniz də başınızın altına qoyun.

Yatağa getmədən əvvəl rahatlaşdırıcı  bir şeylər edin. İlıq bir duş, ya da bir stəkan süd içmək kimi...

Əgər gecə oyansanız ya da yuxuya gedə bilməsəniz, özünüzü məcbur etməyin. Qalxıb ev içində bir az gəzin və ya kitab oxumaq kimi yuxunuzu dağıtmayacaq bir şeylər edin, musiqi dinləyin, televizora baxın, internetə daxil olun. Xoşunuza gələn və sizi rahatlaşdıran bir şey edin.

Səslərin sayı: 4
23
18846
Loading...
Şərhlər
Offline
rehimova gulnara
Hamiya salam men yata bilmiremmm.yatmaq isdeyirem alinmir,
11 dekabr 2014 05:46
Offline
איסון ממדוב.
Ele qeseng yatirdimki mocking Kolayla raziyam men evveller axsam kola icseydim hemin gun yuxum erse cekilerdi hami yatib durardi men hele yerimde fir fira kimi firlanardim biggrin Indiyse allah saxlamis 2 cirtdanim meni ele yorurki gune 1 kletqa kolada icsem saat 10 bu haldayammorning sarcasti
16 fevral 2014 15:48
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
gulnar qehramanli
Tesekur edirem,men bu axir 2 heftedki geceler cetinlik cekirem yatmaga,yuxuya getmek isteyende de oglum baslayir tepiklemeye,oyana buyana terpenir.Deyirlerki ana gece normal yatmasa korpe dunyaya gelenden sonra yuxusunu deyisik sala biler,yani gunduz yatar gece oyaq qalar,men gunduzler 2, 3 saat yatiram,???Allah hamimiza komek olsun.Olmayanlara nesib olsun..... smile
19 dekabr 2013 15:05
Offline
fatime eliyeva
Bu saata kimi hele de yuxum yoxdu:( gündüzleri de yatmiram ki gece yuxum olmaz birden. Amma yene de yata bilmirem
28 oktyabr 2013 03:15
Offline
ToRmEnTo
Men seher gec dururam,gece de yata bilmirem.amma axsam saat 8-9 arasi gozum yumulurdu,bir saat yatdim,yuxumu aldim.indi qalmisam oyaq yata bilmirem(((
28 oktyabr 2013 01:54
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Zehra Bedirxanli
Şərhləriniz üçün çox sağ olun.
4 oktyabr 2013 12:55
imza: QADİN.NET
Offline
lala
xebere gore tesekkurler.irelide neler gozleyir lap qorxdum ee cray dash
2 oktyabr 2013 15:55
Offline
Runya
mendede hamile vaxti yatmaq prablem idi cox narahat.idim hecvur yata bilmirdim rn esasida axir aylarda
2 oktyabr 2013 14:07
Offline
Happiness-lady
TWK BACIM GOZEL XEBER ALINIB ALLAH BUTUN QADINLARA BU HISSI YASADSIN DUNYANIN EN GOZEL HISSIDIR ANA OLMAGA GORE BUTUN CETINLIKLERE DOZMEYE DEYER ALLAH HAMIYA NESIB ETSIN girl_ang give_ros
2 oktyabr 2013 12:46
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Zehra Bedirxanli
Şərhləriniz üçün təşəkkürlər. give_ros
2 oktyabr 2013 12:41
imza: QADİN.NET
Offline
Ibrahimova Gulya♥S♥
Baci maraqli xeberincun twkler atdim secilmiwler girl_ten
2 oktyabr 2013 12:06
Offline
Ramile
COX GOZEL XEBERDİR TESEKKURLER. MENİM HAMİLE QALMAGİMDAN HAMİ QORXUR O QEDER SİKAYET EDİB MİZİLDANİRAM Kİ)))))))))))
2 oktyabr 2013 09:05
Offline
gulnaz semedova
maragli ve faydali meslehetlerdi give_ros
2 oktyabr 2013 08:43
Offline
Farida_Asadova
MƏN ŞÜKÜR ALLLAHA YAXŞI YATA BİLMİSEM.
2 oktyabr 2013 08:40
Offline
Aysel İ.
Hamiləliyin ilk dövrlərində elə yatmaq istəyirsən. Ancaq sonralar 7 ayından sonra yatmaq çətinləşir. Son günlərsə heç yata bilmirsən. smile Dəyərli məlumatlara görə təşəkkür düz vurğulamısız. give_ros
uuuuuuuuuuuuy menim yuxusuz gecelerim,zulum-zulum zulum aglayirdim

Yadımdadı bir dəfə gecə saat 3-4 arası mən elə bu səbəbdən yata bilmirdim və gəlib kompu açdım qadın. netə gəldim. Gördüm Sən də burdasan. Və sms online-da belə yazmısan "Ay totuş yat imkan ver mən də yatım" biggrin
2 oktyabr 2013 08:33
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
nura84
ana olmaga hazirlasanlarcun ela xeberdi. men de cox yatmisam hamile vaxti boredom
2 oktyabr 2013 08:29
Offline
AFET
ele çetin hecelerdiki ogeceler mende uşağlarımın iksindede yatmamışam evvelki aylar tşk xeber üçün
2 oktyabr 2013 06:51
Offline
NELLI
8-9-CU AYLARDA NEYLESEM DE NARAHAT YATIRDIM.SUKURLER OLSUN TANRININ O GUNUNE DE,BU GUNUNE DE
2 oktyabr 2013 02:26
Offline
Elnure Allahverdiyeva
allah hamiya qismet elesin.
2 oktyabr 2013 00:56
Offline
V_E
AMA menim fikrimce herwey qederinde gozel olmalidir Cox yatmaq heteketsizlik de ziyandir hem uzr iateyirem doguwda hemde uwaqin nefes problemleri ve daha NE kimi problemlerle rastlawirsan rahat hereketli qederinde yatmaq ve hava qebul etmek lazimdir hemde idman da edilmelidir bunlar mutleqdir.Yuxu probleminin menbeyi wan azdigindan ireli gelir... Yrnr de tewekkur xebere gore...
2 oktyabr 2013 00:45
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!