Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Afrika heç kəsi və heç nəyi bağışlamır


Hamının gözü müttəhhimlər kürsüsündə oturmuş qadına zillənmişdi. Hakim ona indicə söz vermişdi. Qadın qalxdı. Onu adam öldürməkdə ittiham edirdilər. Doğurdan da o öldürmüşdü. Öz ərini, cənab Ceymsi öldürmüşdü. İndi onu mühakimə edirdilər. Qadın vəkildən imtina etdiyindən indi hakimlərə, ittihamçıya, müxbirlərə, açıq məhkəməyə toplaşmış həmvətənlərinə  və qohum-əqrəbasına cavab verməli idi.

Qadın sözə başladı: "Mən onu sevirdim. Ona 3 il bundan əvvəl rast gəlmişdim. O zaman mən zəncilərə məxsus kolleci qurtarandan sonra şəfqət bacıları hazırlayan əlavə kursu yenicə bitirmişdim. Çox iş axtarmalı olmadım. Dərhal " Ric Qospital"  adlanan xəstəxanaya qəbul olundum. Bu xəstəxana əvvəllər ingilislərə aid idi. İstiqlaliyyətdən sonra həmin xəstəxanada zəncilərin də eyni hüquqla müalicə olunacağını  eşidən əsas personal-ingilislər köçüb getmiş, qanalıları müalicədən imtina etmişdilər. Bir neçə pul qazanmaq istəyən həkimdən başqa .Onlardan biri də Ceyms idi. Mən elə bilirdim ki, Ceyms qaraları  müalicədən imtina edən  həmvətənləri ilə razılaşmadığı üçün Akkarada qalıb. Mən elə bilirdim ki, o hələ ölkəsində milli təbib kursları olmayan qanalılıra acıyıb.  O,  yüksək insanpərvərlik naminə Akkarada qalıb xidmət edir. Onun üçün irq ayrı-seçkiliyi yoxdur. O, mənim nəzərimdə əsl insan kimi yüksəmişdi.Mən onu xəyalımda ucaltmışdım.Onun ən kiçik arzusu, ən adi istəyi mənimçün bir əmr idi. Bunları elə ürəkdən edirdim ki,o bunu hiss etməyə bilmirdi. Ara sıra-adət etdiyi sadə bir sözü "təşəkkür edirəm"  dedikdə bütün yorğunluğumu unudurdum".                 Qadın bir anliq duruxdu. Zalda xəfif pıçıltı keçdi. Hakim göyümtül dırnaqlı qara barmaqlarını ağ sədəf zəngə basdı, sakitlik çökdü. Qadın özünü ələ alıb, sözünə davam etdi: "Xəstəxanada mənimlə bir növbədə gənc bir qanalı işləyirdi. Biz onunla eyni vaxtda kursu bitirmişdik. O, çox gülərüz sadə bir gəncdi. Hələ kursdan mənə laqeyid olmadığını duymuşdum. Mən də qəlbimdə ona qarşı nə isə xoş bir hissin baş qaldırdığını duymuşdum. Hər ikimiz tez-tez evlilikdən söz açmadan birgə planlar qururduq. Xəstəxanada işlədiyimiz ilk aylar belə keçdi. Lap kursdakı kimi. Amma artıq Ceyms barədı düşünməyə başladıqda gənc dostum ikinci, üçüncü plana keçdi. Artıq o qədər Ceymslə məşğul idim ki, bütüm vaxtım, düşüncə və duyğularım Ceyms idi. Gənc dostuma vaxtım qalmamışdı. Onlar hər ikisi məndə olan dəyişikliyi başa düşürdü. Ceyms gənc dostumdan xəbərsiz olduğundan  heç bir düşüncəyə yol vermədən hərəkət edir,tez-tez mənə oxumağa kitablar verirdi. Kitabların çoxu məhəbbətdən, insanlıqdan danışırdı.

Gənc dostum mənim nə isə dəhşətli fəlakətə sürükləndiyimi görürdü. Amma gücsüz idi mən ona heç bir vəd verməmişdim. Qəlblərimizi bir birinə bağlayan heç bir hərəkət etməmişdim. Dostum çox qətiyyətsiz adam idi. Qətiyyətsiz olsa da görünür məni çox sevirmiş. Kaş bir qədər cürətli olaydı...Yox, kömək edə bilməzdi. Mən bütün qızlıq qəlbimlə arzu və xəyallarıml Ceyms haqda qurmuşdum. Dostum bir dəfə hətta məni  bu çirkabdan xilas etmək üçün təşəbbüs də göstərdi. Bir axşam mənə yaxınlaşıb dedi:

- Aili ,icazə ver səni ötürüm.

Könülsüzcə razılaşdım. Bunun yaxşı nəticə verməyəcəyini, onun mənə nəsə deyəcəyini duymuşdum. Buna baxmayaraq qayğısız, laqeyid bir görkəm alıb dostumula yola çıxdıq. Biz piyada gedirdik. Küçələr qaranlıq idi. O, bütün yolu susur sanki nəyisə düşünürdü. Elə mən də düşünürdüm. Onun susqunluğuna fikir verəcək halda deyildim. Ürəyim elə bir sevinclə dolu idi ki,bu gün Ceymsdən 3 dəfə "təşəkkür" , bir dəfə də "okey" almışdım. 

Afrika heç kəsi və heç nəyi bağışlamır

Qaranlıqda  nəyəsə ilişib büdrədim.Dostum cəld qolumdan yapışıb, məni arxdan adladıb qismən genış yerə çıxartdı. Nədən başlayacağını bilmirmiş kimi duruxa duruxa dedi:

-Aili səndən bir söz soruşacaqdım...Sən səhv etmədiyinə əminsənmi?

Özümü bilməməzliyə qoymadım, gizlətmədim. Onsuz da bu söhbət gec-tez olmalı idi. Yaxşısı budur ki, bu gecə qurtaraq. Dedim :

-Düşünürəm...

O, qətiyyətimdən diksindi. Sanki bunu gözləmirdi:

-Nə etdiyini bilirsənmi?

-Bilirəm.

-Təəssüf etməyəcəksən ki? Sonra peşiman olmayacaqsan?

-Yox.

-Onlarla bizimki tutan deyil Aili.

-Zəmanə dəyişib. Həm də o elə adam deyil.

O, səsində açıq kədər duyulan ahəhglə son sözünü  dedi:

-Nə olar ki, təki xoşbəxt ol. Amma hər halda mən sənı kömək etmək, səhvini anlatmaq istədim...

-Təşəkkür edirəm.

Bu da mənim son sözüm idi. Mən bununla öz dostuma, onun simasında məni  irqimə, xalqıma, ailəmə bağlayan bütün ipləri söküb atdığımı duymadan qəti qərar verdim. Dostum sözsüs-sovsuz getdi.Nə öz məhəbbətindən danışdı nə də ki, Ceymsdən. Kaş o bir qədər qətiyyətli olaydi... Bu işdə mənə kömək edəydi.

Yox mənası yox idi. Heç nə mənə kömək edə bilməzdi. Mən öz  hökmümü özüm vermişdim. Gözümə dünyada Ceymsdən başqa heç nə və heç kim görünmürdü. Nə anamım göz yaşları, nə atamın tutqun qəzəbli baxışları, nə də nənəmın qarğışları, qohum-qonşunun tənəsi.

Fikrim, məhəbbətim, arzularım kimi zövqüm də dəyişmişdi. İndi mən qoyun yununu xatırladan saçlarımı bəyənmir, onu at quyruğu kimi düz və cod tüklü pariklə əvəz edirdim. Qəhvəyiyə çalan dodaqlarıml pomada ilə, dırnaqlarımı boya ilə qızardırdım. Müasir modalı paltarları seçir, dar qısa yubka və kofta geyinirdim. Hər şeyi dəyişmişdim. Bircə bu nifrət etdiyim, lakin çarə tapa bilmədiyim üçün utandığım qara dərimi dəyişə bilmirdim. Üzümü, boynumu nə qədər ağ, xoş rayihəli pudra ilə pudralayırdımsa da olmurdu. Ağ pudra qara sifətimdə köhnə divarın qopuq-qopuq əhəngi kimi damğa-damğa qalırdı. Pis silinmiş yazı taxtası!"

Qadın yenə də durdu . Dərindən köks ötürdü və davam etdi...

Ardı var...

Müəllif: Əzizə Cəfərzadə

Səslərin sayı: 7
47
2974
loading...
Şərhlər
Offline
Farida_Asadova
Minira Aslanzade,
♥Selena♥,Şərhlərinizçün təşşəkür edirəm qızlar
Selenacan, hekayənin aqibəti necə oldu?
28 mart 2014 16:38
Offline
Minira Aslanzade
Ardını oxuyacağam maraqlıdı
26 mart 2014 12:09
Offline
♥Selena♥
Maraqlı hekayədir. Mən də bu günlərdə bir hekayə yazmağa başlamışam, görüm necə alınacaq, birinci dəfə olduğu üçün çox heyacanlıyam. Əgər istədiyim kimi alınsa, Qadın.Net-də paylaşaramm))
Fəridə, çox sağ ol, gülüm give_ros Birinci hissə çox maraqlı idi, indi keçim ikinci hissəyə smile
8 fevral 2014 19:49
Offline
Farida_Asadova
 ,
Naile ,
Şərhləriniz üçün təşəkkür
10 yanvar 2014 19:46
Offline
Maraqlıdı.Davamı tez gəlsin canım
14 sentyabr 2013 07:10
Offline
Naile
Tebrikler. Maraqlidi
13 sentyabr 2013 22:45
Offline
Farida_Asadova
tebrik edirem canm ilk xeberindir

ilk yazinizi tebrik edirem

tebrik edirem seni ilk xeberin munasibetiyla

cox saq olun. insALLAH hekayemiz davam edecek
12 sentyabr 2013 12:00
Offline
Asi
tebrik edirem canm ilk xeberindir davamli olsun. smile
Hekaye cox maraqlidr. give_ros
11 sentyabr 2013 08:15
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
albina eliizade
bolusduyuncun tesekkurlerrr.ve ilk yazinizi tebrik edirem
10 sentyabr 2013 17:47
Offline
MELEYIM
baci tebrik edirem seni ilk xeberin munasibetiyla davamli olsun Inwallah.ardini gozleyirem
10 sentyabr 2013 16:54
Offline
Farida_Asadova
Maraqlidi davamli olsun

çox maraqla oxudum ardını səbirziklə tez bir zamanda gözləyirəm

Ardı tez gəlsin,

INSALLAH TEZ BIR ZAMANDA DAVAMINI OLACAQ
10 sentyabr 2013 13:07
Offline
N.....e
Fəridə xanım, maraqlı hekayədir. Ardı tez gəlsin, Təşəkkür!
10 sentyabr 2013 13:02
Offline
Xedice 033
Maraqlidi davamli olsun
10 sentyabr 2013 12:56
Offline
MAYA EL
çox maraqla oxudum ardını səbirziklə tez bir zamanda gözləyirəm
10 sentyabr 2013 12:09
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Aysel İ.
COX SAQ OL CANIM, NƏHAYƏT Kİ ŞEYTANIN QIÇINI SINDIRA BİLDİM

Yaxşı eləmisən davamlı olsun.
10 sentyabr 2013 11:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Farida_Asadova
.Maraqlı yazıdır.Bölüşdüyün üçün təşəkkürlər bacı.

beyendiyiniz ucun siz saq olun
xəbərlərinə paxıllıq edənlərin dişi ağrısın=)

saq ol Nezrin yaman dedin ha.......
ardi olacag?

Ardını gözləyəcəm.Maaqlıdı.

insALLAH ardi olcaq
10 sentyabr 2013 10:31
Offline
Ruhəngiz
Fəridə bacı,ilk xəbərinlə mən də səni təbrik edirəm.Maraqlı yazıdır.Bölüşdüyün üçün təşəkkürlər bacı.
10 sentyabr 2013 10:07
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ellada Babayeva
Ardını gözləyəcəm.Maaqlıdı.

Maraqlıdı..
10 sentyabr 2013 01:53
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Feride Mammedova
ardi olacag?
9 sentyabr 2013 23:51
Offline
Nəzrin
Maraqlıdır xoşum gəlir belə yazılar oxumaqdan ardı tez olsun istiyirəm təşəkkürlər Fəridə xəbərlərin uğurlu olsun buda uğurla alınıb xəbərlərinə paxıllıq edənlərin dişi ağrısın=)
9 sentyabr 2013 22:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )