Milli.Az Türkel TV-yə istinadən bildirir ki, zaman-zaman öz məkrli siyasətindən əl çəkməyən Ermənistanın növbəti addımı Gürcüstanda yaşayan azərbaycanlıların girov götürülməsi faktıdır. Bir neçə gün əvvəl girov götürülən üç nəfər soydaşmız Gürcüstan hökumətinin ciddi cəhdlərindən sonra, nəhayət, geri qaytarıldı.
Məsələ ilə əlaqədar TTV XƏBƏR-in qonşu ölkədə azəbaycanlıların kompakt yaşadığı ərazidə apardığı çəkiliş zamanı bir çox məqamlar diqqətmizdən və kameraların obyektivindən yayınmadı. Azərbaycanlıların yaşadığı beş kənd - Sadaxlı, Burma, Təzəkənd, Xuldərə, Mollaoğlu Ermənistanla sərhəddə yerləşdiyindən və insidentin məhz bu ərazidə baş tutması səbəbindən sərhəddə kiçik təhqiqat apardıq. Hadisənin başvermə səbəbini araşdıraraq, hətta Ermənistan ərazisinə də keçdik.
Nə bizi saxlayan tapıldı, nə də ki girov götürən. Sərhədin mövcudluğunu bildirən dirək və məftillərə də rast gəlmədik. Ərazinin artıq Ermənistana məxsus olduğunu bildirən yeganə şey – sərhəd gömrük məntəqəsi binasının üzərindəki Ermənistan bayrağı idi. Maraqlıdır ki, bizim düşmən ölkənin ərazisinə keçib orada çəkiliş aparmağımız da insidentsiz sovuşdu.
Yaxın məsafədən hərəkət edən düşmən qatarının səsi də az qalırdı ki, qulaq batırsın.
Fürsətdən istifadə edib soydaşlarımızın girov götürüldüyü haqda məlumatı da elə həmin yerdən, yəni Ermənistan ərazisindən verdik.
Beləliklə, əsir götürülən Azərbaycan əsilli Gürcüstan vətəndaşları bir neçə saat Ermənistan sərhəd qoşunlarına məxsus hərbi hissədə saxlanılır. Yaranmış vəziyyətlə əlaqədar kənd sakinləri dərhal Gürcüstan sərhəd xidmətinə məlumat verir. Gürcüstan hərbçilərinin apardığı danışıqlardan sonra girovları geri qaytarmaq mümkün olur.
Kənd sakinləri bu kimi halların mütəmadi olaraq baş verməsindən narahat olduqlarını bildirdi. Onların sözlərinə görə, belə halların qarşısı alınmazsa, daha böyük itki və fəsadların olacağı istisna edilmir.
Sözügedən problemin kökündə duran yalnız bir səbəb var. O da Gürcüstan-Ermənistan sərhəddinin bu hissəsində sərhəd xəttinin olmamasıdır. İki dövlət arasında hələ də öz həllini tapmayan müəyyən olunmuş sərhəd məsələsinə aydınlıq gətirən Sadaxlı kənd Məclisinin sədri Hüseyn Əskərov tezliklə bu istiqamətdə müəyyən addımların atılacağını söylədi.
Marneuli rayon məclisinin sədri İsfəndiyar Kərimov da səbəb kimi iki ölkə arasında sərhəd xəttinin olmamasını deyir. O bildirdi ki, sərhəd nişanı olmaması sərhəddin bilmədən tez-tez pozulmasına gətirib çıxarır.
Beləliklə, hələ də Gürcüsatan-Ermənistan arasında müəyyən olunmuş sərhəd xəttinin olmaması burada yaşayan azərbaycanlılar üçün də problem olaraq qalır. Xatırladaq ki, bir qədər əvvəl Sadaxlı icra nümayəndəliyinin inzibati ərazisinə daxil olan Burma kənd sakini Allahverdi Pələngov da sərhəd pozucusu kimi saxlanılıb. Lakin hələlik onun geri qaytarılması mümkün olmayıb.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Galaxy S5 smartfonu istehsal ediləcək
30 yaşdan sonra ailə qurmaq
HAVA necə olacaq?- 14 MART
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sulu qara hazır olun
Dünyadan maraqlı faktlar (II hissə)
Kim deyir, gecələr yatmaq üçündür?
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Şeir əzbərləmək üçün üsullar
Sürücülər bu xəbərə mütləq baxsınlar
YouTube yeni şirkət alır
Gözlənilən kimi çıxmayan məhsullar
Qarın ağrısı səbəbləri və müalicə üsulları
Ronaldo hər gün mənfi 200 dərəcəli otağa girir
Gənc qadınlara məsləhət
Evdə mayonezi necə hazırlamalı? (resept)
Bu hallarda körpəni həkimə aparın
"Quş qripi" qayıdır
Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır
3 günlük sindirella pəhrizi
JLo-nun istirahəti davam edir-FOTO
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Suriya Türkiyəni vurdu: yaralılar var
Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə
Obezofobiya
Müsəlmanlar üçün xüsusi telefon
İlk gümüş dollar rekord qiymətə satıldı
Ən yaradıcı insanlar - REYTİNQ
Quru dəri üçün avokado maskası
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Maliyyə direktorları nəyə etibar edir?
Alma və pendir piroqu (foto resept)
Uşaqların sevmədiyi oyuncaqlar
Hidrogenlə işləyən ilk gəmi dünya turuna çıxıb
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Aslı Enver yeni filmə çəkilir-FOTO
12 mərtəbəli bina ölçüsündə UNO tapıldı
Bədənizin ehtiyacı olan qidalar
Alpinistlər buz bağlamış şəlaləyə dırmşdılar
Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Sabah saat 22:11 radələrində qış girəcək
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Beren Saat çimərlik FOTosu paylaşdı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO
Bakıda çovğun olacaq!
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?
- ŞƏRHLƏR