Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Dağların

 

Dağların

 

Dağların

Bilirsənmi, nədir məni ağladan?

Dözəmmirəm həsrətinə dağların.

Uzaqdan-uzağa şərik oluram,

Kədərinə, möhnətinə dağların.

 

Həsrət məni için-için göynədər,

Bundan böyük nə dərd olar, nə kədər.

O torpaqda şəhid olub neçə ər, 

Güvənərək qüdrətinə dağların.

 

Sarı yerdə at oynadır yad ellər,

Xan Keytinin gülün dərir yad əllər.

Bu torpağın tarixinə yad illər, 

Yazılıbmış qismətinə dağların.

 

Gözü yolda, sinəsində neçə dağ,

Neçə ildir dustaq qalıb Dəlidağ.

Məhəmmədçün qəribsəyib buz bulaq,

Tələsirəm ülfətinə dağların.

 

Mən

Daha olum öz ağlımın sahibi, 

Bəsdir oldum hislərimin qulu mən.

Uşaq kimi nağıllara inanıb, 

Görən hara gedirəm bu yolu mən.

 

Bu dünyada qazandığım qəm olub,

Bəxtə düşən xoşbəxtliyim kəm olub,

Üzüm gülüb, gözlərimsə nəm olub,

Yaşamışam qəlbi qəmlə dolu mən.

 

Sən bir ulduz, mən dövrəndə haləyəm,

Sənsiz ovunmayan aham, naləyəm,

Məhəmmədəm, bağrı xallı laləyəm,

Demə səhv salmışam sağı, solu mən.

Məhəmməd Ələkbərli              

Səslərin sayı: 4
33
2367
loading...
Şərhlər
Offline
DENIZ
çox saqolun şer üçün
24 sentyabr 2013 01:15
Offline
♥Selena♥
P.S. Eger qafiyeleri pozuq, menasiz seirler, aglamaliniski sevgi seirleri olsaydi indi bu xeber 200 u kecmisdi, teessuf.. axi daglarin hesretini cekerek dunyadan kocen sair kime lazimdiki?

Bəli, təəssüflər olun. İndi sevgi, ayrılıq şeirlərini daha çox sevirlər.
Allah şairə rəhmət etsin. Vətinini çox sevib, şeirinin hər bəndində hiss olunur bu.
23 sentyabr 2013 21:20
Offline
PƏRVANƏ ƏLİYEVA......
Seli gozelim cox gozel sheirlerdi.Teshakkur edirem. give_ros Cox beyendim.Bele gozel sheirleri saatlarla yorulmadan oxuyaram. give_ros
23 sentyabr 2013 16:29
Offline
Elnur Məmmədov
GÖZƏL ŞERDLƏRDİR...QƏLBİN DÖYÜNTÜSÜNÜ MİSRALA ÇEVİRƏN,SÖZLƏ NƏĞMƏ İLƏ İNSANLARA ÇATDIRAN-ŞAİRLƏR VAR OLSUN!
23 sentyabr 2013 16:23
Offline
Seli
SELENA,
ARZU,
lala,
Ləman_,
Ruhəngiz,
Zehra Bedirxanli,
dombish.,
DJ  BIBIXANIM  ,
AY İŞIĞI,
Sizlerde cox sag olun ezizlerim, heyatdan vaxtsiz kocen sairimizi yad etdiyinizcun give_ros

P.S. Eger qafiyeleri pozuq, menasiz seirler, aglamaliniski sevgi seirleri olsaydi indi bu xeber 200 u kecmisdi, teessuf.. axi daglarin hesretini cekerek dunyadan kocen sair kime lazimdiki?
23 sentyabr 2013 14:20
Offline
AY İŞIĞI
Beyendim gozel serdi
23 sentyabr 2013 12:55
Offline
BIBIXANIM
yazan elleriniz derd gormesin
23 sentyabr 2013 10:56
Offline
dombish.
Gozel sheirlerdir yazan eller var olsun
23 sentyabr 2013 09:43
Offline
Zehra Bedirxanli
Belə gözəl şeiri bizimlə bölüşdüyünüz üçün təşəkkürlər.
23 sentyabr 2013 08:51
imza: QADİN.NET
Offline
Ruhəngiz
Təşəkkürlər bacı,ikinci şeiri daha çox bəyəndim.
22 sentyabr 2013 23:17
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Nigar
selim cox sagol gozel werdi
22 sentyabr 2013 21:35
imza: Allahın cümləmizə yar olsun amin
Offline
lala
Gozel sheirdir.
22 sentyabr 2013 21:35
Offline
Arzu
Bu dünyada qazandığım qəm olub,

Bəxtə düşən xoşbəxtliyim kəm olub,

Üzüm gülüb, gözlərimsə nəm olub,

Yaşamışam qəlbi qəmlə dolu mən
.


Seli canim bu gozelikleri bizlerle bolusduyun ucun saq ol give_hea air_kiss
22 sentyabr 2013 20:53
Offline
Fidan
Yaxşı şeirdi,Paylaşdığınçün çox sağol Seli girl_ten
22 sentyabr 2013 20:43
Offline
♥Selena♥
Bilirsənmi, nədir məni ağladan?
Dözəmmirəm həsrətinə dağların.
Uzaqdan-uzağa şərik oluram,
Kədərinə, möhnətinə dağların.

O dağlar da indi darıxır bizlər üçün(( Təkcə dağlar deyil, torpaq da, daşlar da, bulaqlar da, ağaclar da...

Çox sağ ol, gözəl şeirlər idi.
22 sentyabr 2013 20:43
Offline
Seli
murad zeynalov,
Narin Yilmaz,
totuwun mamasi,
Ulker.Agamali,
nika,
♥Aylin♥,
Dəniz84,
APENAS,
Happiness lady,
Merve Caniyeva,
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥,
balaca-zelzele,
♡Light in the dark♡,
Seadet Sexavet,
gulnaz semedova,
anuta,
Cox sag olun, bu sairin cox gozel seirleri var, teessufki elimde olan ancaq bunlardi. Veten hesretiyle yanan sairimize Allah rehmet elesin
22 sentyabr 2013 20:27
Offline
anuta
men serini cox beyendim
22 sentyabr 2013 20:00
Offline
gulnaz semedova
cox gozel serler give_ros
22 sentyabr 2013 19:13
Offline
Seadet Sexavet
Seli cox gözәl şeerdir.Cox әfsus ki o daglara coxları hәsrәt qalıb.Allah qovuşdursun.
22 sentyabr 2013 18:51
Offline
♡Light in the dark♡
Tesekkürler,seirlere göre.
22 sentyabr 2013 18:09
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış