Dünyada milyardlarla insan yaşayır. Bu o deməkdir ki, milyardlarda da problem var. Mənim fikrimcə, bu problemlərin hamısının həlli birdir və eynidir: Allaha yönəlmək, onu sevmək, hər şeyi ondan istəmək, problemləri həll etməyi ona etibar etmək, problemin içində başını itirməkdənsə, problemdən kənara çıxıb onu Allaha həvalə etmək.
Bu məqaləmdə hər kəsin ehtiyac duyduğu bir mövzudan danışmaq istəyirəm. Məlumdur ki, çatışmazlıqları olan bir dünyada yaşayırıq. Nə qədər zəngin, sağlam, gözəl, ağıllı, çox müvəffəqiyyət qazanan olsaq da, hər birimizin zaman-zaman ona sıxıntı verən, beynini, zehnini məşğul edən müxtəlif problemləri olur. İnanırıq ki, bu problemləri həll etmək, istəklərimizi həyata keçirmək və sıxıntılarımızı sona çatdırmaq üçün mütləq müəyyən şərtlər olmalıdır. Düşünürük ki, bu şərtlər mövcud olanda biz problemlərdən qurtulacaq, bizi sıxan məsələdə rahatlığa qovuşacağıq.
Məlumdur ki, yaşadığımız bütün hadisələr müəyyən səbəblər çərçivəsində baş verir. Məsələn, kariyera qurmaq, peşəkar işgüzar şəxs olmaq istəyən bir insan çox çalışmalıdır. Çünki, onun nailiyyət əldə etməsi, onun məqsədi üçün cəhd etməsindən, özünü bu sahədə inkişaf etdirməsindən, yaxşı təhsil almasından, çoxlu təcrübə qazanmasından asılıdır.Ya da ki, ağır xəstəlik keçirən bir insanın oturub “Ya Səbir” deyib gözləməsi, başqa heç nə etməməsi çox məntiqsiz olar. Bu şəxs əlbəttə ki, xəstəlikdən qurtulmaq üçün maksimum imkanlarından istifadə edərək cəhd etməlidir; həkimə getməli, müalicə olunmalıdır. Ümumiyyətlə insan bir problemlə qarşılaşanda mütləq Allahın ona verdiyi ağılı, gücü, enerjini, təcrübəni istifadə edərək lazım olan bütün tədbirləri almalıdır. Lakin alacağı bu tədbirlərlə yanaşı, insan onun üçün çox vacib olan bir həqiqəti də unutmamalıdır. Bəli, problemlərimizi həll etmək üçün tədbir almağımız çox əhəmiyyətlidir. Bu Allahın insana göstərdiyi yoldur. Lakin Allahın yaratması qətiyyən bu tədbirlərdən asılı deyil. Allah istədiyi vaxt, istədi insan üçün istədiyi nəticəni yaradar. Ona görə də insan yaranan problemlərin axışında özünü itirməməli, nəticənin istədiyi kimi olub olmayacağına görə təlaşlanmamalıdır. Nəticəni yaradan Allahdır. Əslində, elə problemləri həll edən, istəkləri həyata keçirən, sıxıntını yox edən də Allahdır. Çünki, hamımız Allahdan asılıyıq. Kim inkar edə bilər bunu? Kim deyə bilər ki, “Yox, mən Allahdan asılı deyiləm, mən müstəqiləm”. Elə bilirəm heç kim belə çirkin cəsarət göstərə bilməz. Bütün varlıqlar, istər canlı, istər cansız, hamısı Allahdan asılıdır. Bir insan bu həqiqəti bildiyi və bu həqiqətə inanaraq yaşadığı təqdirdə, problemlərin nə olmasından asılı olmayaraq, həllin yalnız bir nöqtədə kəsişdiyini görəcək. Allaha təslim olmaq, ona etibar etmək, inanmaq, ondan kömək istəmək, ən gözəl nəticəni yaradacağını bilmək bütün problemlərin yeganə həllidir.
Əlbəttə ki, insan problemləri həll etmək üçün özü cəhd etməli, tədbirlər almalı, lakin bunların dua mahiyyətində olduğunu və nəticəni Allahın yaradacağını, ən gözəl çıxış yolunun Allaha yönəlmək olduğunu unutmamalıdır.
XƏBƏR LENTİ
Qeyri-adi interyerlər
Körpələr üçün düyülü yemək
Bon Prixdən qadın kostyumları
Zəncəfilin faydaları
Yenə Həccə gedək, yoxsa xeyriyyəçilik edək?
İt çəkməyi öyrənək
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Ermənistanda böyük qiyam başlayır
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Gəlinlik saç düzümləri
V, VIII və X sinif şagirdləri hansı hallarda sinifdə qalacaqlar?
Dərbənd qalasının bir hissəsi dağılıb
Bakıda Novruz yarmarkaları
Çay nədir, say nədir...
Azərbaycanın lavaş zəfəri
Gözəllik inciləri
Qabaq qovurması (foto resept)
Ən təhlükəli qida hansıdır?
Dondurulmuş pomidor püresi (foto resept)
Ajda Pekkanın 8 milyonluq evi muzey oldu-FOTO
Bu peşənin sahibləri qripə yoluxmur
Lobya salatı (foto resept)
Ev dekorasiyanızı özünüz yaradın
Monika Belluççi məşhur markanın dəfiləsində - VİDEO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
İki nəfər 90 milyon avro uddu-FOTO
Azərbaycan dili - I dərs
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb
Hardan bilək ki, dostumuz zərərli insandır?
Kartof Frii (foto resept)
"Aydınlanma səyahəti" kitabından seçmələr (1)
Bakıdakı uşaq bağçalarında daha bir yenilik
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Məşhur aparıcı nikaha cənazə maşınında gəldi-FOTO
Aida M-ova ilə müsahibə
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Hazal Kayanın yeni tərzi-FOTO
“Məzun günü” mayın 27-də olacaq
Kokoslu-albalılı keks (foto resept)
Əgər prezident olsaydım...
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
46 yaşında yenidən tələbə adını qazandı
Yeni ildə "Küpəgirənin hiyləsi" göstəriləcək
“Android” istifadəçilərinin DİQQƏTİNƏ
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Beş ayda 11 mindən çox insan iş tapıb
Atakamanın nəhəng əli
Lady Qaqa
- ŞƏRHLƏR