Bərk xəzri əsirdi. Səsi aləmi başına götürmüşdü. Küçələrdə gücü çatan nə vardısa qarşısına alıb aparırdı. Axşamüstünün bu xəzrisində Günel də qaçırdı. Deyəsən ayağı yalın idi. Darvazadan necə çıxmışdısa bir gözü arxada qaçırdı. Əynində qırmızı ev xalatı idi. Sanki indi kiminsə onun arxasınca gələcəyindən və onu yolun yarısında tutub geri qaytaracağından qorxurdu. Külək saçlarını dağıdıb, üzünə -gözünə vururdu.Bir qədər qaçmışdı, amma gözü arxada idi. Günel küləyin istiqamətində qaçmırdı, əks istiqamətdə qaçırdı, külək də bir tərəfdən qaçmasına mane olurdu, sanki, onu geri qaytarmağa çalışırdı. Günel bir də arxaya çevrilib baxdıqda qızının darvazadan çıxaraq ona tərəf ağlayaraq qaçdığını gördü. Günel durmadan qaçaraq, "tez gəl "-deyə uşağı çağırırdı. Uşaq ananın arxasınca qaçırdı. Darvazadan yenə də bir uşaq ağlaya-ağlaya çıxdı və o da anasının arxasınca qaçmağa başladı. Uşaqlar analarının arxasınca qışqırır, ağlayır, ona çatmağa çalışırdılar, külək də bir tərəfdən aman vermirdi. Uşaqlar sanki qaça bilmirdilər, amma üzü küləyə bir qədər getmişdilər ki, darvazadan daha biri, bu dəfə yekəpər bir kişi çıxaraq uşaqların arxasınca qaçmağa başladı. Ana ürəyi dözmədi, geriyə qayıtdı, tələsik ona yaxın olan böyük uşağı qucağına aldı, kiçik uşağı da götürmək istəyirdi , amma mümkün olmadı, yekəpər artıq kiçik uşağa çatmışdı, uşaqlar ikisi də ağlayırdı, Günel daha kiçik uşağı götürə bilmədi, bircə qıznı qucağına ala bildi və qaçmağa başladı.
"Qayıt! - deyə yekəpər qışqırırdı- yoxsa uşağı verməyəcəyəm". Ananın isə qızına gücü çatmadığından uşağı yerə qoyub əlindən tutdu və durmadan qızı ilə bərabər qaçmağa başladılar. Uşaq qaça bilmirdi, ana sanki uşağı arxasınca sürüyürdaü. Geri qayıda bilməzdi, qayıtsa yəqin ki, yekəpər onu döyəcəkdi. Kiçik uşaq ağlayır, anasını istəyirdi. Ana isə daha geri baxmırdı, qaçırdı, ayağı tutduqca qaçırdı. Yekəpər də bir xeyli onların arxasınca qaçdı, amma Günelə çata bilməyəcəyini düşünüb kiçik uşaqla birgə geri qayıtdı.
Günel birtəhər özünü atası evinə çatdırdı. Üzü küləyə qaçdığından bərk təngnəfəs olmuşdu. İçəri girər-girməz elə qapıdaca anasının sual dolu nəzərləri ona dikildi. Ana sanki deyirdi: "Yenə nə olub?". Günel uşağın əlini buraxıb içəri otağa keçdi, özünü çarpayıya yıxaraq gücü çatdıqca hönkürməyə başladı. Küləklə çarpışdığından, yoxsa , ərinin onu yolun ortasında yaxalayacağından belə bərk qorxub ağlayırdı, ya zərif çiyinlərnin bu tale yükünü daşıya bilmədiyindən ağlayırdı, bircə onu bilmirdi, amma ağlayırdı.
Artıq anası da yanında idi. Başının üstündə oturub qabarlı əllərini Günelin saçlarında gəzdirirdi:
-Ağlama qızım, ağlama...
Ana qızına həyat yoldaşı seçimində yanılmışdı. Bir zamanlar qızı barəsində qurduğu o gözəl xəyalları deyəsən bir-bir puça çıxırdı.
- Ana, yoxsa talelərimiz təkrar olur. Bu nədir, ana, sənin yaşadıqlarını mən də deyəsən yenidən çəkirəm. Mən bu yükü daşıya bilmərəm , ana. Sənin qatlaşdığın əziyyətlərə mən qatlaşa bilmərəm, ana. Amma ona da dözə bilmirəm artıq. Nə üzə bilmirəm, nə dözə bilmirəm- deyərək içini çəkdi. Ana Güneli dinləyir, amma heç nə deyə bilmirdi. O , nəvəsinə yeməyə bir şey hazırlamaq üçün mətbəxə keçdi.
Hava qaralmışdı, amma külək hələ də kəsməmişdi. Günel çarpayıdan qalxmaq istəmirdi, elə buradaca yatıb, yuxusuyla bu dünyaya əlvida demək istəyirdi. Bu zaman qızı da anasının yanına gəldi . Uşaq deyəsən yatmaq istəyirdi, anasının qucağına girdi. Günel qızını bərk-bərk qucaqladı, gözlərində həyat eşqi yenidən yanmağa başladı və yenə kövrəldi, gözləri doldu. Günelin anası ondan xəbərsiz yenə başının üstündə durmuşdu, qızı ilə nəvəsinə baxırdı.
Günel hiss etdi, hiss etdi ki, anası başının üstündə durub:
-Ana, yanımızda uzan.
Ana qızının çarpayısında oturdu
-Ana, bizə layla oxu, mən uşaq ikən oxuduğun laylanı.
Ana dolmuşdu ,qəhər onu boğurdu, amma oxumaya bilməzdi ,ürəyi dolu idi və ana iki əziz övladına lay-lay oxumağa başladı.Eləcə qızının telinə sığal çəkə-çəkə həzin səslə oxuyurdu. Uşaq bu şirin avazın təsirindən yuxuya getmişdi, ana və qızı isə yata bilmirdi. Günel özünü yatmış kimi göstərirdi, amma yata bimirdi.Sadəcə gözlərini yummuşdu.
Ana fikirləşirdi, ərim ya oğlum olsaydı, bəlkə qızımın başına bu işlər gəlməzdi. Günel də gözləri yumulu eyni şeyləri fikirləşirdi, atam ya qardaşım olsaydı bəlkə ərim onlardan çəkinərdi. Hər ikisi eyni şeyləri düşünürdü, bir-birindən xəbərsiz.
Artıq səhər açılırdı. Günel oyananda anasını başının üstündə görmədi.
Yerindən qalxdı, üstünü-başını səliqəyə saldı, əl-üzünü yuyub, saçına daraq çəkdi. Gəlib hələ də yatmış qızına baxmağa başladı, oyatmaq istəyirdi və sakitcə qızını çağırmağa başladı, bu zaman anası içəri girdi:
-Ay qızım, niyə oyadırsan, qoy yatıb.
-Yox ana, oyatmalıyam, gedirəm.
-Hara, qızım?
-Evimə gedirəm ,ana.
- Axı...
-Yox, ana, oğlumsuz dözə bilmirəm. Uşaq atasının yanında qaldı, bu gecə necə yatdı, necə yedi bilmədim. Bir az xəstə idi, bəlkə də gecə üstüaçıq qalıb, yenidən soyuqlayar, dözə bilmərəm, ana, oğlumsuz dözə bilmərəm...
Qızını oyatdı, çarpayıdan düşürdü, səliqə ilə saçlarını darayıb sonra da hördü. Və əlindən tutub həyətə çıxdılar, Günel qapıdan ayağına bir şey geyib, ata həyətindən çıxaraq öz evinə sarı üz tutdu. Dünəndən əsən külək hələ də kəsmək bilmirdi.Dünən Güneli geriyə qovan külək, indi onu evinə aparırdı. Bu dəfə Günelə rahat idi, axı külək onu öz istiqamətində aparırdı, evinə doğru. Yol boyu nələr düşündü, nələr. Güneli qorxudan taleyin amansız küləkləri idi.
Artıq evinə çatmışdı. Evinin qapısını açıb içəri girdi. Qaynanasının sual və məzəmmət dolu baxışları ona dikilmişdi. Yekəpər stolun arxasında oturub, səhər-səhər nə isə yeyirdi, tikələri ağzında marçıldada-marçıldada udurdu, birinci tikəni udmamış digərini ağzına dürtürdü. Heç geri də çevrilmədi.
-Gəldin? Niyə gəldin? Bilirdim gələcəksən. Gəlməyib neyləyəcəkdin ki?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda anomal hava şəraiti ilə bağlı RƏSMİ AÇIQLAMA
BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək
Qadınların kişilərdən üstün cəhəti ortaya çıxdı, amma...
Sürətli oxu - 6
Məşhur Maqnat 150 milyonluq ev aldı
Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA
Milli mətbəximiz
Neftdə böyük bahalaşma
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb
Ermənilər yenə aktivləşdi
Bir az da əylənək
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Süfrə nizamı necə olmalıdır?
Xərçəngin qənimi
Günün ulduz falı
Dişləriniz nəyi sevir, nəyi sevmir?
İncilə əl basmaq yasaqlanır?
Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı
Cavidin "İblis" pyesi İstanbulda
Türkiyə İŞİD qərarını verdi
Xanımlar üçün xüsusi qidalanma
Azərbaycan dili - XII dərs
Günün ulduz falı
Azərbaycanda şagirdlərin sağlamlığı yoxlanılır
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
Hande Erçelin bacısı ərə getdi-FOTO
Ölkədə torpaq sürüşmələri aktivləşəcək
Daha bir serialın yayımı dayandırıldı
Lənkəran ləvəngisi və aşı (foto resept)
Xoşbəxtlik vaxtsız ölüm riskini azaldaraq ömrü uzadır
Şeyma Subaşı hamilədir? - FOTO
Zirehli texnikalarımızın döyüşə hazır vəziyyətə gətirilməsi ilə AÇIQLAMA
Bakıda yerin altına neçə nəfər düşür?
Gələn ay Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlandı
Kitabsevərdən maraqlı şəkillər
Bir qəhvənin 40 illik xətri var!
Müəllim olmaq istəyənlərə müjdə - Daha 4 min vakansiya
Tanınmış aktrisamız vəfat etdi
190 manatın verilməsində MÜHÜM YENİLİK: gələn ay... - RƏSMİ
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Yay fəslində dönər təhlükəlidir!-XƏBƏRDARLIQ
Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır
Yığılıb-sökülən kompüter hazırlanıb
Ozge Ulusoy estetik əməliyyatdan danışdı-FOTO
Öldüyü deyilən Kim Çen In ictimaiyyət qarşısına çıxdı - FOTO
Azərbaycanda bir sıra işçilərin əməkhaqları artırıldı
Həyatda özgəsinin,qəlbimdə sənin oldum
"Qarabağ"ın bütün rəqibləri müəyyənləşdi
- ŞƏRHLƏR