Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0949 AZN
21 fevral 17:22Surayye Qizlar men geldimmm
38076

Əkizlərimin dünyaya gəlişi

Əkizlərimin dünyaya gəlişi

Əziz Qadin.Netlilər! Hər bir qadın kimi mən də hamilə qalmaq, ana olmaq arzusunda idim. Bu arzuma da çatdım. Ana olmağın, bətnində övladını hiss etməyin necə bir duyğu olduğunu sözlə ifadə etmək çətindir.

Evliliyimdən iki-üç ay keçmişdi. Evdə axşam üçün yemək hazırlayırdım. Hava çox isti idi. Birdən ürəyim bulandı. Tez hamama qaçdım. Özümü yaxşı hiss etmirdim. Fikirləşdim ki, yəqin istidəndir. Bir az oturub dincəldim, sonra işimə davam etdim. Axşam yemək yeyəndə yenə ürəyim bulandı. Yoldaşım tez narahat olan insandır. Dedi: "Bəlkə həkimə gedək?" Mən etiraz etdim. Bir-iki gün bu hal təkrar olundu. Mən artıq narahat olub tanış bir həkimə zəng etdim. Dedi: "Ola bilsin hamiləsən, test elə, bir xətt çıxsa gələrsən, müayinə edərəm". Hamilə olmaq ehtimalı heç ağlıma gəlməmişdi. Yaxındakı aptektən hamiləlik testi aldım. Test elədim və cavab: 2 xətt! Hamilə idim. Ana olacaqdım... Bu, möcüzə idi...

Axşam yemək yeyəndə bunu yoldaşıma dedim. O da çox sevindi. Daha sonra anama dedim. Anam o qədər sevindi ki, sevincdən şəkəri düşdü, ürəyi getdi. Sonralar qohumlar, yaxınlar öyrəndi. Hamı da eyni sözü deyirdi: "Sən artıq ikicanlısan. Özünə daha çox diqqət yetir!"

Yoldaşım qoymurdu ki, əlimi ağdan-qaraya vurum. Qaynanam da gəlib bizdə qalırdı deyə evdə elə bil "kraliça" idim. Nə desəm, "Baş üstə!" deyirdilər. Anam da işdən çıxandan sonra bizə gəlirdi.

Müəyyən səbəblərdən USM etdirə bilməmişdik. Artıq qarnım bilinirdi. Amma biz hələ nə uşağın cinsiyyəti, nə də sağlamlığı haqqında heç nə bilmirdik. Amma ginekoloqum ilə məsləhətləşirdim. Bir gün yoldaşım işindən icazə aldı, məni də evdən götürdü və USM müayinəsinə getdik. Nə öyrənsək yaxşıdır? İkicanlı deyil, üçcanlı imişəm. Əkizlərimiz olacaqdı. Özü də bir oğlan, bir qız! Düzünü desəm, mən də həmişə istəmişəm ki, əkizlərim olsun. Çünki əkizlərdən çox xoşum gəlir. Bir almanın yarısı kimidirlər. Evdəkilər öyrənəndə çox sevindilər. Ən çox da nənə-babalar, çünki 2 nəvə birdən olacaqdı.

Sonuncu USM müayinəsi zamanı həkim doğuşu iyunun 10-na təyin etdi. Amma sancılarım iyunun 12-də başladı. Xəstəxana evimizə yaxın olduğundan yoldaşım məni tez xəstəxanaya yetişdirdi. Fikir verdim ki, yoldaşımın əli-ayağı əsir. Məndən çox həyəcanlanırdı. Anam da orada idi. Mənə doğuşa girməzdən əvvəl "Qorxma, qızım, hər şey çox yaxşı olacaq" dedi. Yoldaşım da alnımdan öpüb məni yola saldı. 15:01-də doğuş stoluna çıxdım. 12 iyul 2006-cı il saat 15:22-də qızım, 15:24-də isə oğlum dünyaya gəldi. İkisini də qucağıma verdilər. Çox şirin idilər.

Adlarını da Zəhra və Hüseyin qoyduq.

Allah hamıya qismət eləsin.

Səslərin sayı: 19
157
15057
loading...
Şərhlər
Offline
v.faya
eger yalandisa silinde mende duygulana duygulana oxuyuram,serhleri oxumasam bilmeyecekdim,ozumu axmaq kim hiss etdim
5 noyabr 2015 07:51
Offline
Xanim_Xatun
Allah saxlasın butun balaları.
17 mart 2015 23:25
Offline
איסון ממדוב.
Allah saxlasin balalarinizi
11 fevral 2015 23:53
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
S.S.E.
indi deyirsiz yalsn yazilib ???
12 yanvar 2015 13:12
Offline
Wirin Qiz
Allah her kese qismet elesin
8 yanvar 2015 23:33
Offline
Xanim_Xatun
Allah saxlasin menimde qizimin adi Zehradi .indide ekiz oglanlarim olacaq ancaq hekim kesr deyib insallah ayin 8 i qucagima onlarida alacam.

İnsaallah sag salamat olsunlar...
3 yanvar 2015 16:51
Offline
H.M
Deyesen burda nese anlawilmamazliq olub, xeyirlisi inwallah.
3 yanvar 2015 01:43
Offline
zehra
Ele oxuyandaki usaqlarin dogumlsrinin arasinda 2deq ferq var ele bildimki nese var burda fellow
2 yanvar 2015 17:25
Offline
Nurane Kerimova
qizdaki ferasete baxaaa... kas ele bir qadaga qoyula ki, sayta qeydiyyatdan kecenler sexsiyyet vesiqesinin nomresi ile kece, bununla da yasi 18den asagi olan vee en esas cinsi kisi olanlar buralardan uzaqlasar. adamda inami oldurure bele seyler.
2 yanvar 2015 17:10
Offline
Aysel İ.
Men hec inanmadim..

Mən də. belay
8 dekabr 2014 22:05
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
ZEHRAM
Allah saxlasin menimde qizimin adi Zehradi .indide ekiz oglanlarim olacaq ancaq hekim kesr deyib insallah ayin 8 i qucagima onlarida alacam.
3 dekabr 2014 19:54
Offline
ملاك
cox gozel heyat hekayesidir, Allah xeyirli ovlad etsin insallah,Allah olmayanlara da xeyirli ve saglam ovlad nesib elesin...Amin
27 noyabr 2014 11:10
Offline
AFƏR
Allah saxlasın övladlarınızı,xeyirlərini görun inşallah
17 noyabr 2014 22:26
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah butun balalari saxlasin..Aminnnn

Allah butun balalari saxlasin..Aminnnn
11 noyabr 2014 21:47
Offline
Xanim_Xatun
Gözlərm doldu.Allah butun balaları saxlasın.icində də sizin mələkləri...
11 noyabr 2014 21:25
Offline
°ღ Zayka •.°ღ
Duzdu menimde ekiz usaqlardan xosum gelir amma bir qizim var onunda adi Zehradi ,Allah sizinde balalarinizi saxlasin maraqli danisdiz ehval ruhuyem acildi
26 oktyabr 2014 19:37
Offline
♥Mira♥
Cox maraqli idi Allah Saxlasin
21 sentyabr 2014 14:17
Offline
LALE ASLANOVA
ALLAH HER IKISINI SAXLASIN ALLAH SIZI AYIRMASIN ALLAH HAMIYA QISMEY ELESIN MENDE ISTEYIREM KI EVLENENDE EKIZ BALALARIM OLSUN COX SIRINDILER
17 iyul 2014 00:18
Offline
Arzu
Allah saxlasin her ikisini...seher seher oz hekayenizle mende nece xos teessurat yaratdiniz bilmezsiniz.mende de son gunlerdi heqiqeten musbet emosiyaya ehtiyacim var wink

tebii bunu yazanin 11 yasli usaq olmasi dehsetdi.ozu ucun ise bu istedaddi. gelecekde deye bildiyi yalanlara gore cemiyyetimizde cox boyuk movqe tuta biler.eger er haqqinda fikirlesmese.amma daxilinde hemise tek qalacaq cunki semimi olmagi bacarmiyacaq.. ve valideynlere demek isteyirem ki bu usaq butun yazdiqlarin xeyalen uydurmur. bizim baxdigimiz seriallardan dizilerden mubahiseli verilislerden oyrenir.gunumuz daha rahat kecsin deye vaxtimizi usagimiza deyilde seda sayana dizilere ozued hec bizim mentalitete uygun gelmeyen turklere baxiriq.usaqlarimizda bizden ornek goturur.bilmeliyik ki usaqlar sozle deyil emelle terbiye olunurler.usaqlarimizin saf boyumesi ucun onlari qoruyaq.safliq gozellikdir ve mence qelbi saf olan kes xosbextdir girl_ang
4 iyun 2014 10:15
Offline
Terane Allahverdiyeva
Baxtavar senin yerine olmaq istedim.ay allah bu ne zulumdu biz er arvad cekirik.özumu öldurecem.döze bilmirem daha.
20 may 2014 08:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • Heyran olacağınız rəsmlər

    Hər biri gözəldir. Sadəcə nə ilə çəkdiyi bəlli olmur. Qəzetdir, ya kitab vərəqləri üstünə
  • 17:45 - Müəllif: Surayye
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Siz de Xeyale xanim da duz deyirsiz. Nene yeqin usagi bu qeder ezizleyib deye saglam usagi da xeste gorur
  • 17:42 - Müəllif: Surayye
    Yeni trend: Saç sırğaları (1)

    Yeni trend: Saç sırğaları

    Günde bir sey cixardirlar. Neye lazimdi axi
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Xanim sizin problemin helli burdadi http://qadin.net/index.php?newsid=84394
  • 17:37 - Müəllif: Surayye
    Bulimiya nədir? (3)

    Bulimiya nədir?

    Etirafdaki qizin problemidi baxxx
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Hər kəs tərəfindən eyni səviyyədə qəbul edilə bilmərik. Mütləq kimsə varlığımızdan xoşlanmayacaq. Ancaq əsəbləşməyinizlə mübarizə aparın. Qida yox, siz özünüz-özünüzü sakitləşdirirsiniz. Qida qəbul etsəniz də, etməsəniz də əsəbiniz yatacaq, beyniniz soyuyacaq. Əsəbləşəndə daxili səsinizi dinləyin. Əsəbləşməklə heç nəyi həll edə bilməyəcəyinizi bilin. Həlli olmayan problem yoxdur.
  • 17:30 - Müəllif: Xəyalə Murad
    Göz daşı nədir? (1)

    Göz daşı nədir?

    Göz həssas olur. Həkimsiz nəsə etmək düzgün olmaz. Məlumatlandırıcı xəbər üçün təşəkkür edirəm, Luna
  • "Kor Bayquş" Sadiq Hidayət

    Türkcə mütaliə etmədiyimdən gərək ya tərcüməsini gözləyim, ya da rusca nəşrini
  • 17:27 - Müəllif: Xəyalə Murad
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Hər şeyin çoxu zərər verir. Hətta sevginin də. Hər zaman sözünü gərək təklikdə deyəsən, izah edəsən. Yeniyetmə çağında uşaqlar həssas olurlar. Qəlbləri həddindən artıq tez qırılır.
  • Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

    Hansi agilla edir bunu
Maraqlıdır