Parlamentin iclasında çıxışa yazılmışdım. Mobil telefonuma zəng gəldi və cavab verə bilmədim. Bir necə saniyə sonra bir “sms” gəldi. – Yazan “Təmiz Dünya” Təşkilatının sədri Mehriban xanım idi. 10 dəqiqə sonra – yəni çıxışımı bitirib zəng etdim. Çətin duruma düşmüş, ailə başçısı olmayan, körpə balaları ilə işsiz, evsiz qalan... sosial yardım belə ala bilməyən, uşağı xəstə, çarəsiz bir qadın ilə bağlı danışdı və Sevinc adlı bu ananın çarəsizliyindən istifadə edəcək kəmfürsətlərin... (üzr istəyirəm) onu bəlkə əxlaqsız yola sürükləməyə çalışacaqlarını da ehtiyatla dilə gətirdi. “10 dəqiqəyə gəlirəm” dedim və “Təmiz Dünya”nın İçəri Şəhərdəki balaca qərargahında Sevinc xanımla görüşə tələsdim... Qarşımda gənc bir xanım, bir ana var idi. O, pis yola düşmək istəmirdi, sadəcə, işləyib övladlarını saxlamaq, müalicə etmək üçün bir iş, dövlətin yoxsul ailələr üçün ayırdığı sosial yardımı ala bilmək və övladları ilə yaşaya biləcəyi balaca bir otağının olmasını istəyir və yardım gözləyirdi. Bəzi təşkilatlarla danışıb ona bir iş düzəldə bildik, sosial yardımla bağlı müvafiq dövlət qurumunun Sevinc xanımın yaşadığı rayondakı nümayəndəsi ilə danışıb sosial yardım mövzusunu çözdük. Onun üçün rayonda təmin edə bildiyimiz 3 sot torpaq sahəsində balaca bir ev tikə bilməsi üçün bəzi dostlara da müraciət edəcəyimizi ( Ramazan ayında ona kömək etmək istəyənlərin az olmayacağını) dedim.
Əsl anlatmaq istədiyim bu deyil. Anlatmaq istədiyim rayonlarda, kəndlərdə rəsmi qurumların, icra nümayəndələrinin, bələdiyyələrin, nazirliklərin nümayəndələrinin bu cür çarəsiz insanlara (qadınlara! analara!) daha həssas davranmağa, onların problemlərini yerlərdə həll etməyə səsləməkdir. Düşünün ki, o qadın sığınacaq mərkəzinə deyil, insan alverçilərinin, çarəsiz qadınların düşdüyü durumdan, onların gücsüzlüyündən istifadə edənlərin toruna düşsə, nə olardı? Bir qadının həyatı puç olacaqdı.
...Bir ailənin, böyüyən uşaqların taleyini bir göz önünə gətirin. Ona görə hər zaman istər parlamentdəki çıxışlarımda, istərsə də başqa yerlərdə söylədiyim fikri bir daha söyləyirəm: Biz belə çarəsiz anaları taleyin ümidinə buraxmamalıyıq və yerli qurumlar, təşkilatlar belə qadınlar, analar üçün başqalarından daha da artıq həssaslıq göstərməli, onların problemlərinin həllinə çalışmalıdır.
İkinci toxunacağım məqam qadın sığınacaq mərkəzləri ilə bağlıdır. İlk günlərdən onların tərəfdarı kimi çıxış etdim. Bir çoxları əleyhinə çıxanda bütün gücümlə müdafiə etməyə çalışdım. Yaxşı ki, varlar və onların daha da güclənməsi üçün hamımız əlimizdən gələni etməliyik. Əgər qadın sığınacaqları olmasaydı, Sevinc hara sığınacaqdı, pis xislətli insanların toruna düşməkdən xilas ola biləcəkdimi? Amma onlar nəinki ona sığınacaq veriblər həm də onun problemlərinin həlli istiqamətində mən də daxil olmaqla müəyyən şəxslərə, instansiyalara müraciətlər edib və sonda birlikdə Sevincin problemlərinin həllinə nail ola biliblər.
Ən əsası Sevincdən yazmaq istəyirəm. Ona böyük həvəslə yardım etmək istədim və şükür Tanrıya, edə bildim. Çünki həyatın bütün zərbələrinə, çətinliklərinə, çarəsizliyinə baxmayaraq, həyatda əyri yol deyil, doğru yolda yürümək mübarizəsini, inadını və inamını itirməmək bir DƏYƏRdir! Zəhmətlə çalışıb, əxlaqla, namusla və balalarının gözünün içinə dik baxaraq yaşamaq yolunu tutmaq etiraf olunası mərdanəlikdir. Çətinliklərə baxmayaraq asan yolu deyil, məhz doğru olanı seçmək sayğıya, qayğıya layiqdir! Onu – Sevinci təbrik edirəm və bir çoxlarının ondan örnək götürməsini çox istəyərdim, çox...
Bir az öncə telefonla danışdım Sevinc ilə. Sosial yardımla bağlı sənədləşməsi tamamlanıb, hətta bir-iki günə işə çıxacaq. Qalır 3 sotluq torpağında bir otaqlı da olsa ev tikintisinə kömək etmək. İndi Ramazan ayıdır. İmkanlı insanların kasıblara əl tutması savabdır. İnanıram ki, 2-3 imkanlı soydaşımız tapılacaq ki, Sevinc və uşaqlarını sevindirməklə yanaşı, onları sıxıntıdan həmişəlik qurtarmağa yardım edəcək (inşallah). Bu böyük savabı qazanmağı kim istəməz?!
Çarəsiz analara yardım ən böyük savabdır. Tanıdığımız, bildiyimiz çarəsiz, yoxsul analara yardım etmək hər zaman, özəlliklə müqəddəs Ramazan ayında ən böyük savablardandır. Bunu unutmayaq!
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR