Buğa - olanları təhlil etmək və araşdırmaq üçün yaxşı gündür.
Mühüm, məsuliyyətli qərarlar qəbul etmək olar. Bəzi situasiyalar aydınlaşacaq, problemlərin intuitiv həlli məlum olacaq. Ətrafdakı insanlarla münasibətlər yetərincə harmonik olacaq.
Günün ikinci yarısında kimsəyə nəsə borclu olmamağınızla bağlı hisslər olmalıdır. Danışıqlar aparın, informasiya toplayın, hesablamalar aparın, səfərə hazırlaşın.Axşam saatlarını şəxsi işlərə və istirahətə həsr edin. Bununla yanaşı, yaxın saydığınız insanların təvəqqe və xahişlərini yerinə yetirin.
Əkizlər - yaşamınızda yeni istiqamət və mövzu var. Qarşınıza konkret məqsədlər və hədəflər qoyun, qüvvələri bölüşdürün, qətiyyətli olun. Maddi məsələlər aktual olacaq. Yaxın müddətlə bağlı maddi durumunuzu təhlil edin, itkilərə yol verməmək və stabilliyi qorumağın variantlarını düşünün.Böyük qüvvə və enerji sərfi tələb edən işə günün ikinci yarısında başlaya bilərsiniz. Yaxınlarınız yanınızdadırsa, onları sevindirin. Hədiyyə alın, yaxud onlarla birlikdə vaxt keçirin. Axşam saatlarında aktiv istirahətdənsə, sakit dincəlişi üstün tutun.
Xərçəng - özünüzü təsdiqləməyə çalışın. Yaşamınızda nəyisə əhəmiyyətli şəkildə dəyişmək imkanı yaranır. Yeniliyin əlavə problemlərə səbəb olacağını bilsəniz belə, geri çəkilməyin. Səbrli, təmkinli olun. Nəticələr sizi razı salacaq.
Günün ikinci yarısında baş verə biləcək hadisələrə diqqətlə yanaşın. İnformasiya, təklif, yeni ideya ola bilər. İşlərinizi yaxın gələcəyə planlaşdırın, danışıqlar aparın. Yaxınlarınız sizin diqqət və qayğınızı gözləyir. Hadisələrin axarını ənənəvi məcrada saxlamağa çalışın, olaylara süni təkan verməyin.
Şir - münasibətlərdəki yarımçıq mövzular, deyilməyən məqamlar, yerinə yetirilməmiş öhdəliklərin indi vədlərin reallaşdırılması məcburiyyət formasında geri qayıdacağına hazır olun.Uzun müddətdən bəri başlamağa cəsarət etmədiyiniz işi gerçəkləşdirmək üçün əlverişli vaxtdır.Təmir və ya inşaat işlərində həll ediləsi məsələlər çoxdur. Başladığınız işi və ya layihəni təkmilləşdirmək istəyirsinizsə, alınan informasiyaya yenidən baxın.Şəxsi münasibətlər ümumi plan, layihə, niyyətin müzakirəsini, təfərrüatlı təhlili tələb edir.İzafi təzyiqə əl atmadan təşəbbüslə çıxış edin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.
Qız - baş verənləri nəzərdən keçirin, formalaşmaqda olan təmayülləri təhlil edin. Başlamaq niyyətində olduğunuz işlə bağlı hazırlıq tədbirlərini sıralayın. Hisslər və emosiyaların zahiri təzahür forması daxili tələbata cavab verməyə bilər.
Həmsöhbətinizə maraqlı olmayan məsələlərlə bağlı kəskin iradlarla çıxış etməyin.Yaşam potensialı azalıb. Günün ikinci yarısında enerjinizi aktual məsələlərin həllinə sərf edin. İkinci dərəcəli olayları təxirə salın. Səhhətinizin qeydinə qalın. Özünüzü çox yormayın.
Tərəzi - hadisələrin məcrasına müdaxilə etməyin. Təşəbbüslə çıxış etmək əvəzinə müşahidə edin. Ciddi seçimlə bağlı situasiya yarana bilər. Dəyişiklikləri nəzərə alın, yenilikləri hiss edin. Rasionalcasına, tələsmədən davranın.
Günün ikinci yarısında fəal olun, durumu ciddiləşdirmədən irəliləyin. Qulaq asın, oxuyun, yazışın, amma kimsəyə nə isə vəd etməyin.Evdə və yaxınlarınızla münasibətlərdə dəyişikliklər ola bilər.Qida rasionunuza yenidən baxın. İzafi çəkidən qurtulmağa çalışın.
Əqrəb - perspektivlərinizi genişləndirmək üçün hansı addım atmağın və ya qərar verməyin daha sərfəli olduğunu aydınlaşdırın. Yaşam və işlərə yaradıcı yanaşın, yeni istiqamətdə özünüzü sınayın. Çalışdığınız informasiya, iş yoldaşları və tərəfdaş ilə münasibətlərdə yeniliklər olacaq. Təhlil və yenidən baxılmasını tələb edən əlaqələr var.Səfər və səyahət barədə düşünmək, məlumat toplamaq üçün əlverişli zamandır. Bilik, təcrübə, zəruri bilgilərlə bağlı məsələləri həll edin.Günün ikinci yarısındakı olaylar ayın sonunadək baş verəcək hadisənin təmayülünü formalaşdırır. Nə istədiyinizi konkretləşdirin.
Oxatan - bu gün özünüzü yeni rola hazırlayın. Görməli olduğunuz iş istədiyiniz məşğuliyyət olmaya bilər. Planlarınızdan birini reallaşdırmağa kiminsə təsiri və ya nüfuzu mane ola bilər. Fəqət aktiv narazılıq izharının mənası yoxdur.
Tələsmədən çalışaraq mühüm məsələni həll edin.Status-kvonu, heç bir xeyir verməyən iş və layihələrə sədaqəti qoruyaraq irəliyə doğru hərəkətinizi ləngidə bilərsiniz. Qeyri-müəyyənlik vəziyyəti yaranacaq. İşlərinizdə təkamülə nail olmaq istəyirsinizsə, yarımçıq işləri başa vurun.
Oğlaq - planlar qurun, onları şərik və ya tərəfdaşla müzakirə edin. Yaşamınıza yeni enerji cəlb edin. Tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə xüsusi fikir verin. Sizi təmin etməyən və narazı salan qarşılıqlı fəaliyyət formalarından qurtulun, onlardan əl çəkin. Yeni tanışlıqlara can atmaq əvəzinə mövcud əlaqələri inkişaf etdirin.Zərərli vərdişdən, zəhlətökən insandan qurtulun. Yaşam arealını qaydaya salın.Axşam saatları aktiv istirahət, dəvət aldığınız tədbirə qatılmaq üçün əlverişlidir.
Dolça - prioritet və məqsədləri müəyyənləşdirin. Ehtiyac olmadan tələskənliyə yol verməyin. Səhər saatlarında əsas işi görməyə başlayın.Yeni informasiya və əlavə iş çox olacaq. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın, ümumi maraqlarınız olan insanlarla danışıqlar aparın. Nəticələri çox gözləməli olsanız, narahat olmayın, kəmhövsələlik etməyin. Cari situasiyanın sizdən nə tələb etdiyini anlayın. Həmkarlarla münasibətlərdə gərginlik hiss etsəniz, durumu stabilləşdirməyin yolunu tapın.Nizama salınası sahədə aktiv çalışın. Bu minvalla daxili səbatlılığa nail ola bilərsiniz. Şəxsi münasibətlərdə problem yaranmayacaq.
Balıqlar - əhval-ruhiyyənin dəyişməsi, yenilənmə, işlərdə yeni məğzin aranması zamanıdır. Emosiyalar işlərin gedişatını müəyyənəlşdirməsin. Yeni informasiya axtarışı və ümumi perspektivləriniz olan insanlarla əlaqələrdə hisslərin əsiri olmayın. Maraqlı xəbər və ya açıqlama eşidə bilərsiniz. Energetik baxımdan tükənmiş əlaqə və ya nəsnədən qurtulmaq aktivliyinizə müsbət təsir edə bilər. Şəxsi həyatda hisslər, emosiyalar və təxəyyül çılğınlığı yaşanacaq. Bu, münasibətlərin xeyrinədir. Ailə üzvləri ilə diqqətli, qayğıkeş olun. Axşam saatlarında normal istirahət edin.
XƏBƏR LENTİ
İntiharların 15 ümumi səbəbləri (2)
Sabahın HAVASI
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Can Yamanla Demet AYRILDI
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Gürcüstandakı həmvətənlərimiz prezident seçkilərində səs verə biləcəklər
HAVA necə olacaq? 21 İyun
Ən çox sevdiyim hobbi
Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb
Bakıda yeni böyük ajiotaj
Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTO
Qəribə və nadir heyvanlar (4)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Paytaxtda güclü külək olacaq
Bakıda yeni metro stansiyası
305 kq arıqladı və ...
Hande və Murad bir-birini sildi
Hamilə qadınlardan gözlənilməz hərəkət
Yas mərasimində qovurma bişirsək, yaxşı olar, yoxsa aş?
Gecə geyimləri
Günün ulduz falı - 08.10.2013
Şəkil çərçivəsi düzəldək
Havalar soyuyur, yağış yağacaq
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
Payız dekorasiyası
Avqustda ilan sancmaları artıb
Şahzadə Beatrisin arzusu ürəyində qaldı-SƏBƏB
Günün Ramazan təqvimi (3 iyul)
Üz dərisinə qulluq
Qısa qol köynəklər
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Günün ulduz falı
Murad Bozdan TOY AÇIQLAMASI-FOTO
Azərbaycanda sərt karantin günlərində kimlərin işləyəcəyi məlum oldu
Pensiyalar artacaq
Ağ dəriyə qovuşmaq artıq asandır
YAP-dan manat açıqlaması
Avtobuslarla bağlı yeni qadağa
Prezidentin köməkçisi erməni lobbisinin işğalçılığa “töhfələrini” ifşa etdi
"Şirin fantaziya" tortu (foto-resept)
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Birotaqlı mənzildə 130 pişik saxlayırmış
Uşaq ensiklopediyası(16)
Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular
Messi: "Əvvəlki səhvləri etməyəcəm"
İlham Əliyev “Milan Expo 2015” sərgisində
Günün qoroskopu: Pozitiv gündür!
Xanımlarımızın kompleksləri
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
- ŞƏRHLƏR