Yusif Rzayev yazır
Dünən gözəl gün idi, həyəcanlı gün idi, duyğulu gün idi...
Dünən hər kəs “Qarabağ” sözünə köklənmişdi – meydanda “Qarabağ” adına əzmlə mücadilə eləyən futbolçular da, kənarda durub bu mücadiləyə qoşulmaq üçün növbə gözləyən ehtiyat oyunçular da, bu oyunun, bu günün, bu məsuliyyətin yükünə hamıdan çox sahiblənən məşqçi Qurban Qurbanov da, stadionda 90 dəqiqə yorulmadan “Qa-ra-bağ!, Qa-ra-bağ!” deyə-deyə coşub-daşan minlərlə azarkeş də...
Dünənki günü gözəlləşdirən, şübhəsiz, komanda oldu, dünənki həyəcanı şirinləşdirən meydanda mücadilə aparan oyunçular oldu, dünənki günü duyğulandıran bu komandanın, bu oyunçuların başında duran, belə bir məsuliyyəti üstünə götürməyi haqq etdiyini bir daha ortaya qoyan Qurban Qurbanov oldu. Buna görə bu adamlara nə qədər təşəkkür eləsən azdı...
Amma məni dünən başqa bir məqam daha çox təsirləndirdi. Minlərlə gənc, minlərlə yeniyetmə 90 dəqiqə yorulmadan “Qa-ra-bağ!, Qa-ra-bağ!” nidasıyla kükrədi. Bu gün gəncləri, yeniyetmələri çox qınayır yaşlı nəsil, “biz də cavan olmuşuq, bizim vaxtlarımızda belə deyildi” düşüncəsiylə addımbaşı onların, türklər demiş, canına okuyorlar... Dünənki gün göstərdi ki, yanılırıq – bu gənclər, bu yeniyetmələr haqda bədgüman olmaqda yanılırıq. Dünən “Qarabağ” sözü, Qarabağın adı bu uşaqları – minlərlə gənci, minlərlə yeniyetməni bir yerə səfərbər edib 90 dəqiqə coşdurdu. Deməli, hər şey mümkündü – onların aşıb-daşan, qaynayan enerjisini yönəltmək, faydalı, lazımlı tərəfə istiqamətləndirmək mümkündü...
Yetər ki, onları inandıra biləsən!
Yetər ki, onların içindəki o saf nöqtələri tərpədə biləsən!
Yetər ki, hamı, hər kəs öz yerində olsun!
Yetər ki, yerində olan hamının və hər kəsin öz işini canı-dildən, vicdanla görməyə imkanı olsun!...
Dünən “Qarabağ” komandasının, komandanın baş məşqçisi Qurban Qurbanovun timsalında bu örnəyi gördük...
O uşaqlar – o gənclər, o yeniyetmələr dünən “Qarabağ”a inandılar, komandaya inandılar və nəyə qadir olduqlarını ortaya qoydular...
Sıra bizdədi – hamımızdadı...
“Yaxşi ki, var gül balalar!..”
Mənbə:Lent.az
XƏBƏR LENTİ
Daha çox pul qazandırdığı düşünülən 10 iş
Qadın olmaq çətindir
Tədris ilinin müddəti barədə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşlarla görüşüb
Rəngarəng çanta modelləri
Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb
Məşhur tərzi: Billie Eilish
Elektron qurğuların yuxuya təsiri
Azərbaycanda daha 6 nəfər koronavirusdan vəfat etdi – 338 yeni yoluxma+FOTO
Günəşdə partlayış baş verdi
Banklara xəbərdarlıq etdi
Analar və qızlar üçün geyimlər (3)
Uşağınız aşiq olub?
Miranda Kerr ikinci dəfə ana oldu-FOTO
Ətin xarab olduğunu göstərən əsas əlamətlər
Sevginiz sağlamdırmı?
Koronavirusla bağlı son STATİSTİKA
Riçard Gir yenidən evlənir - FOTO
FAYDALI MASKALAR
“Tehranda fəlakətli partlayış...” – Əhaliyə xəbərdarlıq edildi
Almalı ispanaq salatı (foto-resept)
Nazirlik xəbərdarlıq etdi
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
Zövqlü çanta nümunələri
Yaxınlarının məzarını ziyarətə getdilər, gördükləri mənzərə dəhşətə gətirdi - VİDEO
Azərbaycanlı boksçu erməninin "çənəsini oynatdı"
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
"Yanukoviç bir də gücə əl atsa, çox sərt cavab alacaq"
Zakir Həsənovdan hərbçilərə təbrik
Ev qəzaları
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Hande Erçelin anası öldü
"Sevgidə şikəstlik" halı nədir?
Çağla Şikelin sevgilisi kimdir?-FOTO
Yapon xalqı beş ən gözəl rusiyalı qadını seçdilər
"Kefli" armud (foto resept)
Brus Villis 12 milyonluq evini 7 milyona satdı-FOTO
HAVA necə olacaq?- 31 Mart
Silikon sinə qadını ölümdən xilas etdi
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Sumağın faydaları
Uşağa eyni vaxtda altı orqan köçürülüb
Gül bayramı
Diqqət: Xəzərdəki xəstəlikdən qorunun
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
Adriana Liam yeni paylaşımı ilə diqqət çəkib-FOTO
Zövq oxşayan ayaqqabılar
Bunları mütləq görməlisiniz
Göyçay çayı məcrasını dəyişdi - TƏHLÜKƏ
Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı...