ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron Məlumatlar Bazasının (elektron xəritələr) yaradılması istiqamətində görülən işlər müvəffəqiyyətlə başa çatıb.
Birlikdən Trend-ə daxil olan məlumata görə, Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2013-cü illərdə "ArcGİS" proqram təminatında Bakı şəhərinin 11 rayonu və Abşeron rayonu üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin elektron xəritələri yaradılıb.
Rayonların orta və yüksək təzyiqli qaz şəbəkəsinə aid olan bütün qurğular və avadanlıqlar, qazpaylayıcı stansiyalar, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, separator və s. haqqında Qaz İstismar Sahələri tərəfindən təqdim edilmiş məlumatlar dəqiqləşdirilmiş və Elektron Məlumatlar Bazasında yerləşdirilmişdir.
Qeyd edək ki, Elektron Məlumatlar Bazası on-line rejimdə qaz şəbəkəsinə nəzarət etmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır. Elektron xəritələrin daim operativ şəkildə yenilənmək imkanları var. Köhnə xəritələrdən fərqli olaraq, müasir xəritələrdə əks olunan informasiyalar əsasında bir çox məsələlərin həllinə cavab tapmaq mümkündür.
Mənbə:Milli.az
XƏBƏR LENTİ
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
Jirinovski "Qarabağ planı"nı açıqladı
Ən uyğun vaxtı bilək
Körpələrin ayaqlarından niyə öpmək olmaz?
Dərinizdəki yağı 4 mərhələ ilə təmizləyin
Bərdədə leysan yağdı
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Tim Burton filmləri
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Facebook-da daha bir yenilik
İşarət dili ilə şeirlər deyir, hətta mahnılar oxuyur-VİDEO
Səmada misilsiz hadisə - “Günəş tacı” müşahidə olundu - VİDEO
Peçenye keks (foto resept)
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Qarın yağlarını əridən detoks
“Müslüm” filminin qalmaqalları səngimək bilmir
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər - VİDEO
Özümüzü NEQATİVdən qurtarmanın yolları
"Aşk-ı Memnu"nun aktyoru öldü
Küçələrdə reklam yerləşdirmək istəyənlər üçün ödəniş qaydaları dəyişdirilir
Hava haqqında - 14.09.2013
Şəraiti dəyərləndirməyi bacaran insanlar
İçimizdəki imza
Məşhur aktrisa gəlinlik geyindi-FOTO
Sevgi dolu anlar-3
Enerjimizi boş yerə xərclədiyimiz 3 hal
Yeni helikopter açıqlaması
Azərbaycanda Qafqaz Kuboku keçirilib
Quru dərilər üçün darçın
Lahmacun ev üsulu (foto resept)
Tənbəlliyin səbəbi xasiyyət deyil
Daha bir ayrılıq nişanəsi-FOTO
"Eurovision-2014": Azərbaycan finalda! - FOTOSESSİYA
Gözaltı qaraltıları üçün 5 üsul
Yaxşı ana olmağın sirləri
2020 yaz modasına istiqamət verən trendlər
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Sarı rəng sevənlərin xarakterik xüsusiyyətləri
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
İş axtaranlara müjdə
Yağlı dəriyə necə qulluq etməli?
Fərqli şam ağacı dekoru
İrəvanda cümə namazı qılmaq istəyirlər
Ronaldodan təsirli paylaşım -FOTO
Geri qayıdan dəb
Nemtsovu kim öldürdü?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı