Təhsil Nazirliyi tərəfindən özəl və dövlət ali təhsil müəssisələrinə nəzarət mexanizmi eynidir. Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinə əsas nəzarət mexanizmi isə akkreditasiyadır. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Növbəti tədris ilində də dövlət ali təhsil müəssisələri ilə yanaşı, bir neçə özəl ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsi nəzərdə tutulub. Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, ali təhsil müəssisələrində və ümumiyyətlə təhsil sistemində tədris prosesinin yaxşılaşdırılması, neqativ halların aradan qaldırılması ilə bağlı «Qaynar xətt» xidməti yaradılıb. Bu xidmət tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə müraciətlər qəbul olunur. Hər hansı bir zərurət yaranarsa, müvafiq ali təhsil müəssisələrində monitorinqlər aparılır.
Təhsil Nazirliyinin məlumatına görə, gələcəkdə hər hansı ali təhsil müəssisəsində müasir tələblərə cavab verən maddə-texniki baza, kadr potensialı, tədris-metodiki təminat və s. yaradılarsa, ən əsası məzunların işlə təmin olunması yüksək səviyyədə olarsa, həmin ali məktəbin əsaslandırılmış təklifi əsasında müəyyən ixtisaslar üzrə qəbul planının artırılması məsələsinə baxıla bilər.
Təhsil Nazirliyi belə hesab edir ki, özəl ali təhsil müəssisələrində tədrisin keyfiyyəti müvafiq ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrindən aşağı olmamalıdır. Əks təqdirdə belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur.
Artıq bir çox özəl ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə təhsilin keyfiyyəti dövlət ali təhsil müəssisələrindən yüksəkdir. Özəl ali təhsil müəssisələrindən bir neçəsi dövlət sifarişi ilə tələbə qəbulunda iştirak edir, hətta bəzi ixtisaslar üzrə özəl ali təhsil müəssisələrinə dövlət sifarişi ilə qəbul olunanların sayı dövlət təhsil müəssisələrinə qəbul olunanlardan çoxdur.
Mənbə: Lent.az
XƏBƏR LENTİ
"Kanal S" mövsümün açılışını etdi
Ay dəlikləri
"Savaşçı" serialında Xocalı şəhidləri anıldı - FOTO
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - TƏFƏRRÜAT
Virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO
Reklamlar uşaqlarınızı obsessiv edir
Marsın rəngi boz imiş
Meyvələr və onların müalicəvi xüsusiyyətləri
Bu gündən Azərbaycana turist axını başlayır
Molla Nəsrəddin lətifələri (davamı)
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Təyyarədə ilan şoku
Avropa Oyunlarının dağ velosipedi üzrə qaliblər bilindi
4 uşaqlı ana bədən quruluşu ilə heyrətləndirdi-FOTO
"Facebook"da foto paylaşmaq mümkün olmayacaq
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Qarabağda müharibə faciəyə səbəb ola bilər
“Balu”nun şirniyyatlarını almayın - FOTO
Dəbli xanımlar üçün ziyafət donları
Bayram tətilində idman edənlər üçün tövsiyələr
Azərbaycanda dövlət və əhali uşaq bağçalarını birgə maliyyələşdirəcək
"Sigara böreyi" (foto-resept)
Ət niyə ucuzlaşır?
Xaçapuri (foto resept)
Azərbaycanda planşet istehsalına başlanacaq
Mona Lisa
Azərbaycanda ən populyar internet provayderi bilindi
“Titanik” filmini təqlid edən cütlüyün sonu faciə ilə bitdi
Hamilə xanımlar üçün
Körpənin duyğuları nə vaxt inkişaf edər
Ayrıldıqdan sonra 45 kilo arıqladı
Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Dənizdə çimənləri polis aparır
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Xoşbəxtəm çünki...(5)
Uşaqlarda aqresiya yaradan qidalar
Azərbaycanda kino nümayişində reklam YASAQLANDI
Evdə frappe (foto resept)
Balıq bazarında - QİYMƏTLƏR
Mərkəzi Bankdan manat AÇIQLAMASI
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Evdar xanımlar üçün kiçik məsləhətlər
Bürclərə görə 2019-cu ilin ən şanslı cütlükləri
İnsan bədənində yeni orqan kəşf edildi
Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq
Sosial media məsum deyil
Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO
Kənan İmirzalıoğlu tanınmaz hala düşdü - Foto
- ŞƏRHLƏR