İslam dini iki əsas bölmədən ibarətdir: İnanclar bölümü və hökümlər bölümü.
İslam dini insanların inanc bölümündə başqalarını təqlid etməsini caiz saymır, başqa sözlə ifadə etmiş olsaq, hər kəsin nə üçün Allaha inandığını, nə üçün Allahın tək olmasını, bu dünyadan sonrakı dünyaya köç etmiş olacağını və nə səbəbə islamı mənimsəmiş olmasını dəlil, sübutlarla bilməsini məqsədəuyğun sayır.
İslam quru bir dindarlığı qəbul etmir. İslamın əsaslarına riayət etmədən öncə insanları islamın özünü – yəni mahiyyətini anlamağa çağırır. Bir inancı mənimsəməmişiksə, ona mübtəla olmağımız nə qədər məqbul sayıla bilər? Dindarlığın təməli inancdır, inanc olmazsa, dindarlıq sadəcə üzdə bir təqliddən ibarətdir.
Günlərin bir günü yaşlı bir qadın bir tərəfdən cəhrədə yun əyirir, digər tərəfdən isə Allahı zikr edirdi. Bu zaman Peyğəmbər (sallaLLAHU aleyhi vas salam -Allahın salavatı və salamı olsun s.a.v.) və bir neçə səhabələri qadının yanından keçirlər, Peyğəmbərimiz (s.a.v.) ayaq saxlayıb qadından hansı dəlilə əsasən Allaha inandığını soruşur. Qadın isə öz növbəsində qarşısındakı cəhrəni göstərərək, belə deyir: bu gördüyünüz cəhrə mənim əlimin gücü ilə fırlanırsa, bu aləmin çərxi də Böyük bir Əlin qüvvəsiylə fırlanır. Bu sözlərdən sonra Peyğəmbərimiz (s.a.v.) səhabələrinə tərəf dönərək belə deyir: “Sizə yaşlı qadınların inancını tövsiyə edirəm. Yəni, hər insan ən azı bu yaşlı qadın qədər bir dünyagörüşünə sahib olmalıdır”.
Dinin ikinci bölümünə gəlincə, gündəlik həyatimizda tez-tez qarşılaşdığımız əmrləri və qadağaları lazımınca bilməyimizdir. Buna misal olaraq, qıldığımız namazın, tutduğumuz orucun hökmlərini, həyat yoldaşımızın üzərimizdəki haqlarını və buna bənzər dini vaciblərimizi bilməyimizdir.
Elm və bilik bir üstünlükdür, bir fəzilətdir, dolayısıyla Peyğəmbərimizin (s.a.v.) həyatına baxdığımız zaman O həzrətin insanları daim elm öyrənməyə sövq etməsini görürük. Xüsusilə də öyrəniləcək elmin ilahi elm üslubundan olması və insanları yaxşı tərəfə yönəltməsi baxımından daha çox öyrənilməsi vacib olan elm olduğunu tövsiyə etməsinin şahidi oluruq.
Üstündə duracağımız önəmli məsələlərdən birisi Qurani-Kərimdə açıqlanan mənəvi məqamlarda cinsiyyət fərqliliyinin olmamasıdır. Yəni, Qurani-Kərimin bizlərə çatdırmış olduğu məsələ məhz insanların qadın və ya kişi olmasından asılı olmayaraq ancaq təmiz qəlblə Ondakı gizli məqamlara çata biləcəyini söyləməsidir. Hz. Məhəmməd (s.a.v.)-in həyatına baxdığımız zaman, heç bir vaxt qadınların elm öyrənməsinə qarşı çıxmadığını görə bilərik, hətta, qadınlar üçün özəl vaxt ayırdığını və onlara Allahın əmrlərini məhz özünün çatdırdığını görə bilərik. Digər bir tərəfdən isə, qadınları bəzən “elmli qadın”lara yönləndirdiyinin şahidi oluruq və bu şəkildə elmin sistemini qurduğunu görürük. Bundan başqa, ərəblər içərisində ən savadlı və elmli qadın olan Hz. Xədicənin (radiyaLLAHU anha - Allah ondan razi olsun r.a.) məhz Rəsulun zövcəsi olması da təsadüfi deyildir.
Evdar bir xanımın cahil və savadsız olması cəmiyyətimiz üçün nə qədər təhlükə daşıdığının fərqində belə deyilik. Belə ki, düşünün uşağımızı elmsiz, cahil bir qadının tərbiyəsinə əmanət edirik, sizcə, bu uşaq nə qədər uğurlu bir gələcəyə sahib ola bilər?! Bu uşağın gələcəkdə cəmiyyətin müstəqil bir fərdi kimi, sözsüz ki, ilkin tərbiyəsi müstəsna əhəmiyyətə malikdir. Cəmiyyətin sağlam düşüncəyə malik fərdinin yetişməsində ağıl və elm sahibi olan analarımızın əvəzedilməz rolu vardır. Hər nə qədər, qadınların ailədə dörd divar əhatəsində lüzumsuz işlərlə məşğul olduqlarını düşünsək, məhz elə onların cəmiyyətin “onurğa sütunu”nu təşkil etdiklərini danmamalıyıq. Fəsadla dolu dünyamızda zülmün ədaləti əvəz etməsi, dəyərsizliyin qiymətləndirilməsi də elə bu səbəbdəndir. Dini bu cür anlayan və dindarlıq bəhanəsi ilə qadını savadsız saxlamaq böyük qəbahətdir. İslam tarixini oxusaq, İslamda qadınların ictihada çatdıqlarının, təhsillə məşğul olub qiymətli əsərlər yazdıqlarının şahidi olarıq. Bəziləri Həzrəti Peyğəmbərimizin (s.a.v.) qızı Fatimədən (r.a.) olan hədisləri düzgün dərk etməyərək, «Qadının məscidi evdir», «Xoşbəxt qadın odur ki, nə naməhrəm onu görsün, nə o naməhrəmi» kimi mövzuların mahiyyətini anlamayaraq, İslam adı altında qadının savadlanmasına qarşı çıxır, qadını cəmiyyətdən, ictimai işlərdən, dərs ocaqlarından məhrum edir. Halbuki, İslam düşünən insanlara belə bir şüar vermişdir: «Elm hər bir müsəlman kişi və qadına vacibdir», “Beşikdən qəbrədək elm öyrənin”.
XƏBƏR LENTİ
Pelin Karahan oğlunun 1yaşından fotolar paylaşdı
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Tam Günəş tutulması başladı - CANLI YAYIM
Məşhur brendin reklamında Azərbaycan mahnısı - VİDEO
Ukrayna nüvə enerjisinə keçir
Aprel ayının qalibləri!
Elektron qolbaq daşıyanların sayı artırıldı
"Facebook"dan bəd xəbər
Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO
Azərbaycanda 36 üçəm doğulub
Notr-Dam kilsəsi haqqında serial çəkiləcək
"Ustad" dərgisinin 21-ci sayı nəşr olundu-FOTO
Bakıda saxta məhsullar aşkarlandı
İsti havada məşqlərə diqqət
Günün ulduz falı
Gözəllik uğrunda çəkilən əziyyət
Dəbli kişi gödəkçələri
Hansı hallarda təqiyyə etmək olmaz?
İtlər və pişiklər fərqli dünyadandır
UNICEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Yaqut Qarayeva: “Virus ailə-ailə yayılır”
Bu ərzaqları gecə yemək sizi kökəltməyəcək
Balaca balalarınıza özəl gəlinliklər(2)
Azərbaycanda havalar isinir
Kəs və yapışdır-22
Azərbaycanda ilk dəfə draytulinq üzrə respublika çempionatı keçirilib
Ata həsrəti
Quş yuvası şirniyyatı (foto resept)
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
Canlı yayımdakı etiraf hər kəsi şoka saldı: Ərim məni mənimlə aldatdı
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycanda Avropanın ən qədim katakombası tapıldı - FOTOLAR
Başın ağrılı bəlası
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Beyonsun paltarı "like" atəşinə tutuldu - FOTO
Bu günün hava proqnozu - 06.11.2013
Yeni dərs ili ilə bağlı təlimatlar verildi
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Pulsuz maska paylanacaq
Toyda gəlinin paltarına uzanan it
Pike və Şakiranın evi qarət olundu
Əlfəcinlərim-1
Doğum günün mübarək, Facebook!
Hadise efirdə ağladı-FOTO
Folqa kağızından interyer
Gəl, açıq danışaq
Ermənistanın sonu yaxınlaşır
Hava haqqında
Dənizlərdə BÖYÜK TƏHLÜKƏ - NASA görüntünü YAYDI