Bakıda hava 23°
USD AZN
EUR AZN
09:19Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 09:18Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi xoş gördük!
41062

Sevgiyə baxışımızı görək!

Sevgiyə baxışımızı görək!

Sevgi!

Sevgi sözü ilə cümləyə başlamaq belə sevgiyə haqsızlıq kimidir. Çünki o zaman sevgini sərhəd içinə almış oluruq. Onu da digər qavrayışlardan bir qavrayış saymış, o qəbildə ələ almış oluruq. Amma sevgi bir varlıqdır - canlı, həssas, doğru, gözəl, saf, pak, təmənnasız nə varsa, onda olan bir varlıq. 

Sevgi digər varlıqlar kimi nə ölür, nə də sərhədləri var. Sevgi ölmədiyi kimi bitən də deyildir. Ancaq qırılır, yaralanır və ondan istifadə edəni qürurla tərk edir. Sevginin olmaması işığın azalması, qaranlıqların yaranması kimidir. Necə ki, işığın azalması yox olması deyildir, sevgisiz şəraitlərin varlığı da sevginin olmaması, ya da bitməsi deyil.                       

Axı biz hamımız sevgidən yarandıq, sevgidən yoğrulub bədənimiz. Axı hamımız bir damla mayedən yarandıq.  Sevgini izah edəcək sətirlər ola bilərmi, bilmirəm. Gerçək budur ki, sətirlərin anlada bilməyəcəyini dərk edərək sadəcə bəhs edirəm...

Sevgi ancaq bir omur boyu doğruluqdan ayılmadan axtaranların tapa biləcəyi qədər dəyərli, gözlə görünməyəcək qədər böyük, bir gülümsəmə qədər sadə, urəyimiz kimi içimizdə və bizə yaxın və ancaq bizimlə var ola biləndir.

Gözəl-çirkin, var-yox, az-çox, erkən-gec, nizamlı-nizamsız, olar-olmaz, vaxtlı-vaxtsız, mümkün - qeyri-mümkün və s . Mötərizə içindəki cümləni oxuyarkən içimizdən gələn "ah" səsini duyar kimiyəm. Hesab edirəm ki, bu sətirləri paylaşan çoxumuzun belə bir istəyi var. Sevgi ilə yoğrularaq yaradılan bizlər sevginin dadını, sərbəstliyini, sərhədsizliyini də bilirik... Mövlananın ''Nə olursa-ol, gəl" müraciətindəki bəşərilik kimi. Bu səbəbdəndir ki, biz sevgi axtarırıq. Sevgini axtararkən bəzilərimiz sevilməyi, bəzilərimiz sevməyi, bəzimiz isə sadəcə sevgini axtarırıq.

Sevgiyə baxışımızı görək!

Axtarırıq: bizi biz olduğumuz üçün sevən birini, bizi çatışmazlıqlarımızı, səhvlərimizi, çirkinliyimizi də sevən birini... Bizi qarşılıqsız sevən birini.. Biz sevgini deyil, sevgiyə hakim olan və sevgi kimi bizə də hakim olacaq birini axtarırıq. Və təəssüf hissi ilə vurğulamalıyıq ki, doğulanın ən ümumi ibtidai qaydası olan "Möhtac olan hökmdar ola bilməz" məntiqinə əsasən sevgiyə möhtac bir insanın sevginin sahibi olaraq qarşımıza çıxması və bizə bu gözlədiklərimizi verməsini gözləyiriksə, bu, mümkün olmayacaq vəziyyətdir. 

Axtarırıq! Sadəcə sevgini yaşaya biləcəyimiz birini...

Etiketsiz, sərhədsiz, adsız... Sadəcə sevgini dada biləcəyimiz birini...

Əvvəlini, sonunu belə düşünmədən, sadəcə sevə biləcəyimiz birini....

Malik olduğumuz tək varlığımızı, canımızı uğrunda belə düşünmədən fəda edə biləcəyimiz, sevgini tapa biləcəyimiz, sevə biləcəyimiz birini...

Sevgiyə baxışımızı görək!

Axtarırıq!

Sevgini... Sadəcə sevgini...

Bəzən bir usağın saflıqla axan göz yaşında...

Bəzən damdakı göyərçinlərin gəlib çirkləndirdiyi pəncərimizdə...

Bəzən uşaqlıq rəsmlərimizdə...

Bəzən inandığımız müqəddəs məkanda dua edərkən sıgındığımız və inandığımız Yaradıcıda..

Bəzən iş yerindəki etik davranışlarımızda...

Bəzən dağ başında çiçək dərəndə... 

Bəzən...

Bəzən...

Bəzən...

Bu axtarışlar müqəddəsdir! Axtaraq.... Axtarmağa davam edək....

Sevgi ancaq bir ömür boyu doğruluqdan ayrılmadan axtaranların tapa biləcəyi qədər dəyərli, gözlə görünməyəcək qədər böyük, bir gülümsəmə qədər sadə, ürəyimiz kimi içimizdə və bizə yaxın və ancaq bizimlə var ola biləndir...

Bir söz var:

Onu axtarmaqla tapa bilməzsən!

Ancaq tapanlar, yenə axtaranlardır...

O da bizim onu tapmağımızı ən azından bir o qədər istəyir və bizi həsrətlə Ona çataq deyə gözləyir!

Sevgi, sevgi, yenə də sevgi. Ancaq  sevgi bütün dünyanı xilas edəcək!

Uşaq təlim-tərbiyəçisi Şahnaz Aras

Səslərin sayı: 8
78
6642
loading...
Şərhlər
Offline
Xanim_Xatun
En boyuk sevgim Allahadı..
27 yanvar 2015 16:23
Offline
Wirinka Psikopatka
Sevgiye inanmagi mene sevdiyim insan oyretdi.menede basqa qizlarada sevirem deyir.ALLAH SEVENLERI XOSBEXT ELSIN AMIN
6 fevral 2014 14:56
Offline
V_E
Menim fimrimce esl sevgi hormet inam qarsindakini deyerlendirmeyi bacarmaqdir yoxdursa bunlar lam asiq de olsam inanmasam men hemin insanin yaninda olmaram menim ucun bu amiller wertdir tukenmeyen esrarengiz sevgi bir tek Allahimizadir en dogrunu xeyirlisini o bilir o da nesib etsim insallah Amin insallah

Sevgide sevilmek gozel sevmek yox cunki sevildiyini hiss edince sende seversen Bu his mehs bundan yaranmamiwmi
22 yanvar 2014 09:28
Offline
Nergiz
SEVIB AGLAMAQDANSA,SEVMEYIB GULMEK EN YAXWISIDIR.
7 noyabr 2013 19:33
Offline
♥AyTaDj HəSəNzAdə♥
ax sevgi kimini sevindiriseen,kimini uzursen,kimini guldururseeen,kimini agladirsan,kiminki qarsiliqli olur,kiminki qarsiliqsiz,kimine ezab verir,kimini xosbext...eeeeh
♥♥ SAHIME ♥♥,
duz deyirsen...
30 oktyabr 2013 00:59
Offline
FİDAN HÜSEYNOVA
tebii ki sevgi ama indiki zemanede cox azdir nadir tapilir vefali temiz sevgi. olsa da daha cox xanimlarda olur. kisiler daha vefasiz ve xeyanete meyillidirler. xanimlar daha sadiq vefali olur. beli duzdur oyresmek deyilen bir sey var ki coxlari onu sevgiyle sehv salir. ama onu deyim ki oyresmek daha cetindi sevgiden cox ezab verir. turklerin bir mahnisi var "alismak sevmekten daha zor geliyor" cox dogrudur. ve super mahnidir insanin qelbini oxsuyur kovreldir
http://www.youtube.com/watch?v=qtXxv9dHq6g
30 oktyabr 2013 00:54
Offline
PƏRVANƏ ƏLİYEVA......
Sevgiye inaniran. give_ros Sevgi var olub olasaqda give_ros Sevib sevilmey cox gozel bir hissdi.Cunki bu gozel hissleri artiq illerdi yashiyiriq ushaqlarimin atasi ile.Allah her kese gozel saf esil sevgi nesib etsin.Allah sevenleri qovushdursun.Birde eyer ureynen sevirsense o sevgi hec vaxt bitmir ,tukenmir ve ebedi olaraq qalir.Ezizlerim her birinize sevib sevilmeyi arzulayiram kiss
Xeberin cox gozeldi canim.cox saqol. give_ros
10 oktyabr 2013 23:38
Offline
mehriban ceferova
men sevgiye inanmiram ve yoxduda sadece oyrewmek var vsyo
10 oktyabr 2013 23:30
Offline
((()))
sevgiden nifrete bir addim varmiw bunu sen oyretdin inan ki mene
3 oktyabr 2013 20:56
Offline
wwwww
deyesen men awik oldum)bu hissi yaza bilmerem,lakin ele bir hissdirki....bilmirem,ilk defe bele oldu love
3 oktyabr 2013 17:53
Offline
PERI NEBIYEVA
sevgi deyilen birwey yoxdu
29 sentyabr 2013 21:40
Offline
Все будет хорошо
sevgi vardir ki,bir uzu xow o biri bir qorxulu yar
sevgilerde qariwiq bilmeceler kolgesi var :)) inaniram sevgiye esil sevgi var cox az da olsa var
27 sentyabr 2013 22:39
Offline
gulnaz semedova
MENIM SEVGIYE MUNASIBETIM COX GOZEL, teki dogru yerde dogru insani sevesen, her bir insanin bir taleyi var. teki hami oz yarini tapsin heyatda,en esasi allah sevgisidir, allah bunu ne bizden, ne evladlarinizdan esirgemesin
27 sentyabr 2013 22:36
Offline
Demetria
Sevgi, sevgi, yenə də sevgi. Ancaq sevgi bütün dünyanı xilas edəcək!
17 sentyabr 2013 20:41
Offline
Ulka Gulaliyeva
ALLAH sevenleri qovuwdursun, sevgiden neqeder yazsaqda bitmez, sevgiye inanmaynlari ise lebetde qinayiram. Hz.Movlananim bir gozel kelami var deyir << sevgi yuku dawimayan urek ya deliye aiddi yada oluye>> peygemberlerimiz bele sevib sevilib, esas oduki ALLAH hamiya qarwiliqli sevgi nesib elesin. AMIN.
16 sentyabr 2013 21:57
Offline
Rzayeva Guler
Sevgiye inaniram cunki ozumde 4 ildi mohkem sevgi yasayiriq yoldasimla
11 sentyabr 2013 11:45
Offline
Leyla Azimova
Teze teze bawdiyiram sevmeye)))
6 sentyabr 2013 21:11
Offline
Nuray Hesenzade
sevgi bos seydi ianmiyin pesman olarsiz
5 sentyabr 2013 08:58
Offline
lala
sevgi var men inaniram sevgiye.sevmek hem gozel hem de cox agrilidir sad
3 sentyabr 2013 15:26
Offline
♥♥ SAHIME ♥♥
INDI SEVGI OLSA DA HEC BIR OGLANA ETIBAR YOXDU
3 sentyabr 2013 00:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!