Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Ramazan Bayramınız mübarək!

Ramazan Bayramınız mübarək!

Ramazan Bayramı(ərəbcədə عيد الفطر Ayd-ül Fitr)-İslam aləmində fərz olaraq oruc tutma ayı olan, Ramazan ayından sonra üç gün qeyd edilən bayramdır. Hicri təqvimi ay təqvimi olduğu üçün, bu bayram hər il əvvəlki ildən 10-12 gün tez  keçirilir. Təxminən 33 ildən bir Ramazan Bayramı eyni günə rast gəlir. İlk dəfə hicrətin ikinci ilində keçirilməyə başlandığı barədə məlumat verilir. Ramazan Bayramı Şəvval ayının ilk üç günündə keçirilir, Ramazan ayının son günü isə Ərəfə günü sayılır. Həmin gün, günbatan vaxtı qüsül etmək, o gecəni əhya saxlayıb (yəni oyaq qalıb) namaz qılıb, dua etmək, istiğfar edərək Allahdan bağışlanma diləmək, imkanı olanlar üçün İmam Hüseyn (ə)ı ziyarət etməyin böyük savabı vardır.

  Müsəlman aləmi üçün Ramazan Bayramının (eləcə də Qurban bayramının) böyük önəmi vardır. Belə ki, bu günlər birlik və bərabərlik duyğularının daha da gücləndiyi, yoxsulların ehtiyaclarının müəyyən hissəsi ödəndiyi günlər olduğu üçün sevinc qaynağıdır.
Ramazan Bayramınız mübarək!
Daha bir mənəvi dəyəri isə, bir ay boyu tutulan orucun sadəcə vücudların deyil, insanların qəlblərinin də təmizlənməsinə, çoxlarının daxili aləmlərindəki çatışmazlıqları görərək  nəfsi ilə mübarizəyə qalxmasına və bunların sayəsində də Yaradana daha da yaxınlaşmalarına səbəb olmasıdır. Ramazan ayının sonunda hər kəs özünü, Allahın lütf edərək bəndələrinə bəxş etdiyi bu aydan necə istifadə etdim deyə hesaba çəkməlidir. Əgər, Ramazanda mənəvi fayda görülməmişsə və Ramazan bitər- bitməz yenidən Allahın haram buyurduğu əməllərə qayıdırqsa- Allahın kiminsə ac qalmasına ehtiyacı yoxdur, çünki məqsəd mənəvi dirçəlişdir. Necə ki, Ramazan ayı boyunca gündən-günə daxilimizn saflaşmasını hiss edirik,ildən-ilə, gündən-günə də mükəmməlliyə doğru can atmalıyıq.Bacardığımız qədər Allahın əmrlərinə uymağı və haram buyurduqlarından qaçmalıyıq və bu bacarığımızı hər an böyütməyə çalışmalıyıq. Ramazan bayramı sanki bir ay boyunca nəfslə olan mücadilənin bayramıdır, nəfslər üzərində olan kiçik də olsa belə qələbələrin, birlikdə, sevinclə qeyd olunmasıdır. 
 Bəzi mənbələrə görə bayram namazından sonra, evdə daha dörd rükət namaz qılmaq müstəhəbdir. Daha sonra  yaxınların qəbri ziyarət edilir, xəstələrə və qohumlara baş çəkilir, imkansız ailələrə bayram nemətlərindən pay aparılaraq onların da bayram sevincinə daha  bir sevinc qatılır.
Ramazan Bayramınız mübarək!
 Ramazan bayramıını gözəlliklərindən biri də fitrədir. Fitrə- təməl ehtiyaclarını ödədikdən sonra bəlli bir mala sahib olan hər bir, dəli olamayan, yaşı həddi- büluğa çatmış müsəlmanın ramazan ayı sonunda yoxsullara fərz olaraq verdiyi sədəqəyə deyilir. Bu səbəbdən də, bayramdan bir gün öncə verilməsi daha məsləhətdir ki, imkansız ailələr də bayram bazarlığı ilə ailələrini sevindirə bilsinlər. Heç olmazsa günorta namazına kimi verilməlidir. Dinimizdə niyyətin önəmi burda da geçərlidir- sədəqənin, Allah rizası üçün fitrə niyyətinə verilməsi qəlbdən keçirilməsi yetərlidir. Fitrə verərkən, "Bu fitrədir" deməyə gərək yoxdur. Fitrə ədəblə, qarşıdakıının qəlbini sındırmadan , minnət qoyulmadan verilməlidir.
Kimlər üçün fitrə verilməlidir?
 Bayramdan öncə ailədə doğulan uşağın, bayram gecəsinin gün batan vaxtı ailənin çörəyini yeyən sayılan şəxslərin(başqa şəhərdə olsa belə), ailənin rizası ilə həmin axşam ailənin çörəyini yeyən qonağın fitrəsi də ev sahibinə vacib olar.
Fitrənin miqdarı nə qədər olmalıdır?
Fitrə, öz şəhərində normal gündəlik qidalardan sayılan(un, buğda. arpa, düyü, xurma və.s)  ərzaqlardan birindən təqribən üç kiloqram verilməlidir. Bu ərzaqların dəyəri qədər pul da verilə bilər.
Ramazan Bayramınız mübarək!

Bayram namazı
Fitir namazını həm camaatla, həm də fərdi qılmaq olar. Fitir namazını, günəşin yüksəlməsindən sonra iftar edib qılmaq müstəhəbdir.
Namazın qılınma qaydası
Fitir namazı iki rükətdir. Birinci rükətdə, "Fatihə"dən sonra 5 təkbir(Allahu Əkbər) deyilməli, hər  təkbirdən sonra 1 qunut tutulmalıdır. 5-ci qunutdan sonra isə 1 təkbir deyib ruku və səcdəni yerinə yetirib ayağa qalxmalı.
 İkinci rükətdə  "Fatidə"dən sonra 4 təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub 5-ci təkbirdən sonra ruku, sonra iki səcdəni yerinə yetirib namazı bitirmək lazımdır.
Allahın bizlərə lütf edərək bəxş etdiyi Ramazan ayından səmərəli istifadə edən hər müsəlmanın, gələn Ramazana kimi əldə etdiyi saflığını itirməyib, əksinə daha da saflaşmasını arzu edirəm. Mənəvi saflığı əldə edə bilməyənlərə isə, itirdikləri barədə dərindən düşünərək, Allahın məğfirət gücünə inanmalarını və növbəti Ramazanı gözləməyərək, Yaradana yaxınlaşmaq yolunda günü bu gündən addım atmağı arzu edirəm. Gəlin İslamın təslim dini olduğunu hər zaman xatırlayaq, Allaha təslim olmağı qəlbən diləyərək, Ramazan bayramında insani- kamil olma yolunda Rəbbimizə dualar edək. Hz.İbrahimin qırdığı bütləri unudaraq, kainatın son Peyğəmbərinin ümməti üçün narahat olduğu gizli şirkə, qəlblərimizə yerləşdirdiyimiz  yeni bütlərin hökmranlığına son qoyaq! Ramazan bayramında bağışlamalı olduqlarımızı xatırlayaraq bağışlayaq və daxilimizi  yükdən azad edək! Qəlbimizlə dilimizi  bir edərək insanlarla gülərüzlü, şirin sözlü olaq, İslamı sevdirək!Ən əsası isə- Allah rizası üçün yaşamağı öyrənək!
Ramazan bayramınız mübarək!
Səslərin sayı: 6
99
5254
loading...
Şərhlər
Offline
Iceberg
Mən də təbrik edirəm
26 iyun 2017 01:53
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Bayramınız mübarək! Allah hər birinizin oruc və dualarını qəbul etsin
25 iyun 2017 22:51
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
fidan
Her kesin Ramazan bayrami mubarek! Tutdugunuz oruc ve etdiyiniz dualariniz qebul olunsun
25 iyun 2017 19:35
Offline
Serras
Bacim menim indi gorurem xeberini...Rebbim tutdugumuz oruclari qildigimiz namazlari qebul etsin ONA layiqli bende olmagi nesib etsin insallah.
13 avqust 2013 22:27
Offline
Hacət-i Vuslat
Üfüqi xətt-ümumiyyətlə bu terminin yeri deyil bu mövzu.Üfüqi xətt(линия горизонта,horizon line)-uzaqdan gördüyümüz yerlə səmanı birləşdirən xətdir.saata aidatı yoxdur.
13 avqust 2013 09:22
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Fidan
Avstraliya ile Turkiye eyni ufuqi xett uzerinde yerlesir?onda saatlari da eyni olmalidir he?

Bu üfuqi xətt üzərində yerləşən ölkələr üçün saat önəm daşımır,çünki bir üfuqi xəttdədilər,bir üfuqi xəttdə olduqlarına görə də ayı bu üfuqdə olan bütün ölkələr görəcək.Yəni,saatlrı fərqli ola bilər.
13 avqust 2013 09:15
Offline
Yusifim Fatimem
S.S.90...S A M I R...,
duzdu. bayram qurtarandan sonra hec bir menasi yoxdu bu sohbetin. bayramdan ya qabaq olardi bu sohbet yada hec. bele cox camaati xeberdar etmek isteyirdinizse bayramdan qabaq acardiz bu sohbeti
12 avqust 2013 23:56
Offline
S.S.90...Samir...
Nooooluub yeneee??..Nenem demiwken neyi boluwe bilmirsiniz???....Mence her kes ozu-ozluyunde haqlidir...
12 avqust 2013 23:51
Offline
Yusifim Fatimem
her kes ozune cavabdehdir. axiretde hec kim hec kimin yerine danismayacaq. kim gunah edirse, gunahi oz boynuna.

Seda dogurdan sen 1974densen?
12 avqust 2013 23:44
Offline
ToRmEnTo
Məsələn,Avstraliya qitəsi biznən 8 saat fəqi var,onlar bayrma elədilər(yəni,ordakı,Müsalmanlar).Onlar da həmin Türkiyə ilə eyni üfuqi xətt üzərində yerləşiblər

Avstraliya ile Turkiye eyni ufuqi xett uzerinde yerlesir?onda saatlari da eyni olmalidir he?
12 avqust 2013 23:20
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
PePito
vay vay vay qizlar bu nedi bayram xeberindee mubahise edirsiz??? Ayibdi...
her kesin oz dogrusu varr dushuncelere hormet etmek lazimdi..
12 avqust 2013 22:32
Offline
Hacət-i Vuslat
Xanımlar, kimin haqlı, kimin haqsız olduğunu bircə Allah bilir. Gəlin belə gözəl xəbərdə dava, müharibə etməyək.
Görün necə də gözəl sözlər yazılıb xəbərdə, oxuyaq qəlbimiz saflaşsın.
Mən orucu öz bildiyim qaydada açırdım, bayramı da bildiyim qaydada etdim. Əgər günah etmişəmsə bu mənim öz boynuma. ALLAH BAĞIŞLASIN MƏNİ VƏ DİGƏR BƏNDƏLƏRİNİ. AMİN!.

De da bə! air_kiss
12 avqust 2013 22:11
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥Selena♥
Axir ki səbrim tükəndi....Belə bir bayram təbrikinə münasibətə dözə bilmədim...hansi xəbərə gedirsən irad irad irad...Mən dini gözəl bilmirəm amma öyrənəcəm...Nə fərqi var axı...təhqir nəyə lazim...Lalə nə vaxt bayram edir Sada nə vaxt bayram edir ya da filankəs..Rəsmi 8 rəqəmidi...Təbrik getdi..Bayramlaşdiq...halallaşdiq..küsülülər barişdı.....Müsəlmaniq...Hərə necə bilirsə elə də qulluq edir Allhına..Günahi varsa öz boynuna...Daha kiməsə nəyisə sübut etmək təhqir etmək lazim deyil də...

Ay yaşa Sada, mənim yazmaq istədiklərimi yazmısan air_kiss
Xanımlar, kimin haqlı, kimin haqsız olduğunu bircə Allah bilir. Gəlin belə gözəl xəbərdə dava, müharibə etməyək.
Görün necə də gözəl sözlər yazılıb xəbərdə, oxuyaq qəlbimiz saflaşsın.
Mən orucu öz bildiyim qaydada açırdım, bayramı da bildiyim qaydada etdim. Əgər günah etmişəmsə bu mənim öz boynuma. ALLAH BAĞIŞLASIN MƏNİ VƏ DİGƏR BƏNDƏLƏRİNİ. AMİN!.
12 avqust 2013 22:05
Offline
Sada
Fidan,
Fidashka baci bu şərh bura ümumiyyətlə yazilmamalı idi...Gəl baglayaq bu mövzunu...HAMİYA DA XEYİRLİ BAYRAMLAR...
12 avqust 2013 22:02
Offline
pure love
xanımlar oldu keçdi niyə bir - birinizin qəlbini qırırsınız? recourse
12 avqust 2013 21:58
Offline
Sada
Hacət-i Vuslat,Baci bizə Azərbaycandan rəsmi dedilər ki ayin 8idir..Səfirlik səviyyəsində..daha durub orda dava salib xəritəylə zadla gedib məcsiddə deməyəcəkdik ki dəqiq belədir..Rəsmi 8 deyildi..və 4 gun..Azərbaycanda necə Burda da belə qeyd etdik beten Azərbaycanlılarla birlikdə..məcsiddə də namazlar qılındı..təbtiklər də 4 gün davam etdilər Azərbaycandaki qohumlar tanişlar...
12 avqust 2013 21:58
Offline
Fidan
Bu şərhi bayram günü özüm yazmadım ki,qan-qaraçılıq olmasın.Məni başqa şey yandırır,sapı özümüzdən olan baltalayar.
12 avqust 2013 21:56
Offline
Hacət-i Vuslat
Sada,
o nə sözdür bacı.məni "Xəbərimə bir daha şərh yazmayın!" deyənlərlə səhf saldın? recourse atamın saytı deyil ki,sonrasıdakı mədəniyyətli şəkildə fikrini bilidrənlərə canım da qurban.işində ol bacı! air_kiss əksinə-çox sağol!
12 avqust 2013 21:55
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Fidan
Qiyamət günü görsəncək uşaq kim olub.
12 avqust 2013 21:54
Offline
Hacət-i Vuslat
Həmişə olduğu kimi yenə deyirəm:MƏNƏ LAZIMDIR UŞAQ-MUŞAĞA BAŞ QOŞURAM? Ehh.nə isə,bekar deyiləm mən.ALlah rizası üçün insanları çaşdıranların qarşısını almaq istədim...,hər kəs öz seçimini edir,inşaALlah gec olmadan peşman olmaq qismət olar...Allah amanında
12 avqust 2013 21:53
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır