Anal kanalın çatı
Anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi müxtəlif ola bilər. Bəzi alimlər xəstəliyin səbəbkarı kimi mexaniki amilləri, xüsusən nəcisin tərkibində olan bərk qalıqların xəstəliyə səbəb olmasını göstərirlər. Bir qrup alim isə xəstəliyin səbəbi kimi infeksiya faktorları göstərirlər.
Ümumiyyətlə daimi qəbizlik, doğuş, babasil və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər.
Anal çatın əlamətləri:
Düz bağırsağın çatının əsas əlaməti ağrıdır.Ağrı xarakterinə, intensivliyinə və davametmə müddətinə gorə müxtəlif olur. Adətən ağrı çox güclü, daimi, tutma şəkilli, kəsici və deşici xarakterdə olur. Ağrılar əsasən defekasiya aktı ilə əlaqədar olur. Bəzi xəstələrdə ağrı defekasiya aktı ilə başlayır və saatlarla davam edir. Bəzi xəstələrdə isə defekasiya aktı bitdikdə ağrı da azalır.
Çatın dibində olan sinirin daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha şiddətli olmasına səbəb olur. Xəstələr ağrını azaltmaq üçün müxtəlif vəziyyətlər alırlar, bəzən özlərinə yer tapa bilmirlər.
Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik kisəsinə, uşaqlığa, aralığa və belə yayıla bilir. Ağrı bu nahiyyələrə yayılaraq qadınıarda adət pozğunıluğuna səbəb olur.
Anal çatın ikinci əsas əlaməti qanaxmadır.
Qan adətən defekasiya aktı zamanı ifrazatda çat olan tərəfə uyğun olaraq zolaq şəklində olur. Bu xususiyyət adətən xəstələrin özləri tərəfindən qeyd olunur.
Müalicəsi:
Anal kanalın çatının həm konservativ yəni dərman mualicəsi həm də cərrahi yolla mualicəsi mümkündür. Son dövrlərdə ağrısız və qansız cərrahi metoda daha çox ustunluk verilir. Bu zaman xəstəliyin təkrar olunması da az qeyd olunur.
XƏBƏR LENTİ
Canlıların təbii "kompasları"
"Göbələk" peçenye (foto resept)
Facebook-da şərhlərdən şikayət olacaq
Sən getdin...
Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı AÇIQLAMA
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Körpə nə üçün ağlayır?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
iPad Air-in istehsal dəyəri azalıb
Şəhid əsgərimiz dəfn edildi
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Harri və Meqan Markl koronavirusdan belə qorunacaq
Rusiyaya getmək istəyənlər mütləq oxusunlar
Kəsmikli peçenye "Qızıl gül" (foto resept)
Qar yağacaq - XƏBƏRDARLIQ
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Yaydan sonra kökəlməyin
Hicablı makiyaj ustası
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb
Erməni nazir: "Biz Bakıya getməliyik"
Bu tərəvəzlər immuniteti gücləndirir
Müzakirə edək!
Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”
Şəkilləri internetdə 1575 dollara satılan Spike
Azərbaycanda ünvanlı sosial yardım işdən üstündür?
COVID-19-un müalicəsində effektli dərman tapıldı?
Ancelina Coli oğlu ilə vidalaşdı
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Qarğıdalı-düyü salatı
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Tatlısəsə 600 min dollarlıq dələduzluq
Azərbaycan quş əti istehsalını 3 dəfə artıracaq
Respublika Endokrinologiya Mərkəzi bağlandı
Uşaqlarda keçid dövrü
Ehtiyatlı olun: Məşhur viskidə …böcək dərmanı!
Məşhur aktyor iflic oldu
Beyonce ölən körpəsindən danışdı
Bakı Avropaya mühüm sənəd verdi
Qeyri-adi analar
Məşhurlar arıqlama sirləri
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
ABŞ senatoru prezident İlham Əliyevi təbrik edib
Duzlu qurabiyə (foto resept)
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Amenore – aybaşı gecikməsinin səbəbləri
- ŞƏRHLƏR