Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 noyabr 14:25Feride Xeyirli cumeler 16 noyabr 13:25Sima cumemiz xeyirli olsun
39444

Meyvələri necə qurutmalı

 

Meyvə və giləmeyvəni açıq havada,günün altında,yaxud da duxovkada qurutmaq lazımdır.Meyvə tez qurusun deyə ələkdən,tabağdan,sinidən və başqa iri,eyni zamanda yastı əşyalardan istifadə edirlər.Kisələrin üstünə də meyvə sərmək olar.Gecələr meyvə sərilmiş çərçivələri üst-üstə yığıb kisə,çuval,kağız ilə örtürlər ki,şeh düşməsin.Meyvə çürüməsin deyə əvvəlcə duzlu suya salıb sonra qurudurlar.Meyvə və giləmeyvəni sapa düzüb gün düşən yerdə,mismardan asmaqla da qurutmaq olar.Meyvəni duxovkada qurudarkən onu tavaya düzməyib,birbaşa duxovkanın içərisində sərilmiş samanın,quru otun üstünə düzmək lazımdır. 

Meyvələri necə qurutmalı

  Alma-armud qurusu

Adətən almanın yayda və payızın əvvəlində yetişən növünü qurudurlar.Armudun da yumşağını,tez dəyib yetişənini qurudurlar.Almanı,armudu yuyur,xırdasını bütöv,irisini iki,yaxud dörd yerə bölüb qurutmaq məsləhətdir.Meyvəni qabıqlı da qurutmaq olar.Almanı halqa-halqa doğrayır,yaxud iki bölürlər.Sonra alma,armud ayrı-ayrılıqda qurudurlar.Meyvələr quruduqdan sonra çürüyüb qaralmasın deyə qabaqca soyulub doğranmış almaları üç dəqiqə müddətində 1,5 faizli duzlu suda saxlayırlar(1 vedrə suya 150 qram duz).Alma və armudu duxovkada 85 dərəcə istilikdə qurudurlar.Bu zaman hər iki saatdan bir meyvəni duxovkadan çıxarıb o üz-bu üzə çevirmək lazımdır.Meyvə quruyana yaxın duxovkanın istiliyini(50-55 dərəcəyədək)azaldırlar.Almanın qurumasının əlamətini belə təyin edirlər:alma qaxından birini götürüb sıxırlar,əzilmirsə,deməli qurumuşdur.Armud isə quruduqdan sonra yumşaq və elastik olmalıdır.

Meyvələri necə qurutmalı

Ərik və şaftalı qurusu

Əriyin bərklərini,tamam yetişməyənlərini qurutmaq məsləhətdir.Onları seçib yuyur,çərdəklə və çərdəksiz qurudurlar.Ərik bütövdürsə,onu günün altında 5-8 sutka,çərdəyi çıxarılmışsa 4-7 sutka qurutmaq lazımdır.Şaftalını da ərik kimi qurudurlar.Qurutmaq üçün şirin və turşaşirin şaftalı növləri məsləhət görülür. 

 Gavalı qurusu

Gavalının tamam sulanıb yetişmişini qurutmaq lazımdır.Ağacdan dərilmiş gavalını 1 sutkadan artıq saxlamaq olmaz.Gavalını irili-xırdalı seçib yuyur,tez qurusun deyə yarım dəqiqə müddətində çay sodası qatılmış(1 vedrəyə 50 qr.soda) 90 dərəcə istiliyi olan suda saxlayır,sonra gavalıları tez soyuq suyun içərisinə boşaldırlar və 1-2 dəqiqədən sonra sudan çıxarıb qurutmaq üçün sərirlər.Gavalını əvvəlcə xəlbirin üstünə sərib günün altında,sonra 55 dərəcə istilikdə duxovkada qurudurlar.3-4 saat duxovkada qaldıqdan sonra gavalılar büzüşüb qırışmağa başlayır.Bu zaman onları duxovkadan çıxarıb qarışdırırlar. 

Meyvələri necə qurutmalı

Tamam soyuduqdan sonra onları təzədən 65-70 dərəcə istiliyi olan duxovkaya qoyub 5 saatdan sonra çıxarıb qarışdırır və soyuduqdan sonra 80-90 dərəcə istilikdə 4-5 saat müddətində tamam qurudurlar.Tamam qurumuş gavalının rəngi qaraya çalan tünd sürməyi,qabığı parıltılı olur,çəyirdəyi asanlıqla ayrılır.
Alçanı da gavalı kimi qurutmaq lazımdır.Alça qurusu gavalı qurusuna nisbətən daha bərk və turş olur.                                                       

 İtburnu qurusu

İtburnunu yığan kimi qurutmaq lazımdır.Onu soyuq su ilə yuyurlar.Suyu tamam çəkiləndən sonra 50 dərəcə istiliyi olan duxovkada qurudurlar.İtburnu barmaqların ucu ilə sıxdıqda ovulursa,deməli qurumuşdur. 

Meyvələri necə qurutmalı

Giləmeyvə qurusu

Giləmeyvəni(qarağat,moruq və s.) azca istiliyi olan duxovkada vamla qurudurlar.Giləmeyvəni gün altında qurutmaq olmaz.Çünki günəş şüası giləmeyvəni çürüdür.10 kq təzə giləmeyvədən 1-1.5 kq.  quru giləmeyvə alınır.

  Mövüc (üzüm qurusu)

 Üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır.Yaxşı olar ki,qurutmaq üçün nəzərdə tutulan üzüm tənəkdə qalıb tamam yetişərək şirə salsın.Sonra üzümü tənəkdən dərib salxımda olan çürümüş və əzilmiş gilələri ayırırlar.Üzümü tez-tez  o üz-bu üzə çevirməklə tabaqlarda 3 gün müddətində qızmar günəş altında qurutmaq məsləhət görülür.Tamam qurumuş üzüm gilələri asanlıqla salxımdan qopub tökülür.Həmin gilələri havada qurudub sonra qablara yığırlar,qışa saxlayırlar.Kölgədə qurudulmuş Mövüc uzun vaxt tələb etsə də daha keyfiyyətli olur.

  Əncir qurusu

 Ənciri dərib qabıqlı halda bir neçə burum qaynadırlar.Sonra dəvətikanının üstünə sərib günəş şüaları altında 4-5 gün qurudurlar.          

Səslərin sayı: 20
76
105923
loading...
Şərhlər
Offline
H.M
Biz kendde olanda gavali qurusu hazirlayirdiq, amma burda yox, hazir aliriq.
23 dekabr 2014 18:36
Offline
Hacət-i Vuslat
Mən daha çox albalı və turş ərik qurusunu sevirəm
18 noyabr 2014 15:17
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
°ღ Zayka •.°ღ
Bizde nenem qurudur esasda alcani give_ros
18 noyabr 2014 15:09
Offline
Aysel İ.
Gəldim ki, seçilmiş edim wink
30 oktyabr 2014 09:00
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ruhəngiz
aska,
Sən də sağ ol,bacım.
28 mart 2014 16:32
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
aska
-Təşəkkürlər- bilmədiyimi öyrəndimgive_ros
7 yanvar 2014 10:57
Offline
Ruhəngiz
Ulker.Agamali,
Təşəkkürlər bac,hazırlayarsan.Dəvətikanı olmasa yəni elə bir şey olsun ki hərtərəfdən hava çəksin.
Merve Caniyeva,
Təşəkkür edirəm.Baş üstə canım o da eynilə gavalı kimi qurudulur.
6 sentyabr 2013 11:14
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
BAD BOYUN AWKI
Twk Ruhengiz xanim deyerli meslehetlere gore alca qurutmgida yazin birdefe give_ros
5 sentyabr 2013 23:53
Offline
Ulker.Agamali
nece vax idi encirin qurudulma qaydasinin axtarirdim,cox tesekker edirem....amma qaldi 1mesele--devetikanini hardan tapim? winked
5 sentyabr 2013 23:47
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Ruhəngiz
Deniz84,
ANGELICKA,
MAYA EL,
Cox sag olun xanimlar,ALLAH sizlerden razi olsun.AMIN.
9 avqust 2013 01:52
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
MAYA EL
qurudulmuş meyvə çox xeyirlidi amma mən heç qurutmamışam sayənizdə öyrəndim
8 avqust 2013 20:05
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
NotAlone (niwanli)
menim anam da meyve qurularini cox sevir.Ellerinize sagliq Ruhengiz xala.. girl_ten
8 avqust 2013 16:40
Offline
Aysel İ.
Meyvə qurusunu məndə xoşlayıram. Təşəkkür edirəm Ruhəngiz xanım dəyərli məsləhətlərdir.
7 avqust 2013 18:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ruhəngiz
Almaz S.,
Selvi,
Sonay Quluzade,
Günəş,
nastinka,
Ruhängiz.,
Əziz xanımlar,şərhlərinizə görə sizlərə minnətdarlığımı bildirirəm. love
6 avqust 2013 16:57
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Günəş
Meyvə qurularını xoşlayıram.xüsusəndə alma,yemiş,əncir qurusu bəh-bəh
5 avqust 2013 23:00
Offline
Sonay Quluzade
Meyvəni duxovkada qurudarkən onu tavaya düzməyib,birbaşa duxovkanın içərisində sərilmiş samanın,quru otun üstünə düzmək lazımdır. Bunu anlamadım, nətər yəni samanın üstündə, bəs duxovkanı isitmirik, əgər isitmiriksə, duxovka nəyə lazım pardon. Cavabı sonrakı abzasda tapdım, amma yenə şübhəli qaldım ki, birdən yanğın baş verər, nəsə.
Gavalı qurusu vaz keçilməzimdir, həmişə də olur, ya rayondan göndərirlər, ya da alıram, itburnunu özümüz quruduruq, adi qaydada, duxovkasız. Qara üzüm qurusunu sevirəm, ənciri isə yoldaşım və uşaqlar sevir deyə, daima alırıq. Uşaq vaxtı alma da, armud da, əncir də qurudurduq, adi halda. Ənciri dəniş ulduzu kimi açırdıq, elə qurudurduq, amma indi harda cray.

Qışda geni dəyişmiş xarici meyvələr yeməkdənsə, özümüzün qurudulmuş meyvələrimizi yemək faydalıdır. Təşəkkürlər.
5 avqust 2013 11:22
Offline
Ruhängiz.
Rufa meyve qurusun cox xoshluyuram amma hazir aliram...tenbelem evde hazirlamaqa feel .cox saq ol deyerli meslehetcün give_ros
5 avqust 2013 01:45
Offline
nastinka
yazan ellerinize saqliq.ela
4 avqust 2013 23:01
Offline
Selvi
Meyvə qurusunu çox sevirəm, meyvə qurusu həzm sisteminə də böyük yardımçı olur. Lazımi xəbərə görə təşəkkürlər...
4 avqust 2013 22:40
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Almaz S.
Meyvə qurularını çoxu kimi mən də sevirəm.Ancaq bilmirəm məndə necə alınar,faydalı və qəşəng şəkilli xəbər üçün sağ ol bacı,baxanda adamın ağzı sulanır winked
4 avqust 2013 22:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış