Bakıda hava
USD AZN
EUR AZN
20:07Ayla Ayla Mən də dincələ bilmədim.Yeni il tətilini dözlüyəcəm 16:51Surayye Guya 5 gun tetil idi 3 gun oldu 16:51Surayye Qizlarim qizillarim necesiz? 15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41136

Layla

Layla

Layla

Bir həzin laylaya ehtiyacım var,
Ana mehri üçün dağlar aşaram.
Görsəm bir körpəyə layla çalırlar,
Özümü unudub uşaqlaşaram.

...Bir zaman qəm yağıb elə-obaya
Ana ürəyində kədər,kin olub.
Nə qədər" körpələr"gedib davaya,
Nə qədər laylalar didərgin olub...

Gəlib bu günəcən,gəlib laylalar,
Heyif ki sozala-sozala gəlib.
Laylanı duymayıb təzə "analar",
Laylalar azala-azala gəlib.

Layla

Bir layla gəzirəm məni isidə,
Yüz qayğı bir ana mehrini verməz.
Dünyanın ən gözəl musiqisi də,
Ana laylasının yerini verməz.

Bir layla gəzirəm yandıra,yaxa
Təzədən tapışa ana balayla.
İlbəil xalqımın yadından çıxan,
Günbəgün azalan laylam,a layla....
                                                                                                  Adil Cəmil.

Layla

Ana
Nigaran qalanda ana baladan 
Ana qurban deyər qoyundan,maldan
Mən qurban demirəm özgə malını.
Kaş özüm qurbanın olaydım ana.

Doqquz ay bətnində saxlayıb məni.
Qanınla canıma can verdin ana.
Sübhətək yatmayıb laylamı çaldın
Ömrünü ömrümə caladın ana.

Gözünün nurunu mənə sən verdin
Həyatın ləzzətin sən məndə gördün
Ağladım ağladın,güləndə güldün
Ey şair baxışlı mehriban anam!

Böyüyüb boy atdım,sənsə qocaldın.
O məğrur adınla bir də ucaldın.
Xəzan yarpağı tək solub saraldın
Analar anası vüqarlı anam!

Nə qədər ömrüm var borcluyam sənə
Dolanım başına qoy dönə-dönə.
Ey məni həyata bəxş edən anam.
Şam kimi yolumda əriyən anam!

Səslərin sayı: 8
70
5565
loading...
Şərhlər
Offline
Ruhəngiz
BILMƏZ İDİM NƏ İMİŞ AYRILIQ,HİCRAN ANACAN.
MƏNİ QOYDUN NİYƏ TƏK GÖZLƏRİ GİRYAN ANACAN.
NƏ QƏDƏR VAR NƏFƏSİM QƏBRİNİN ÜSTƏ GƏLƏRƏM.
GÖZ YAŞIMLA DEYƏRƏM QƏBRİNƏ QURBAN ANACAN.......
23 yanvar 2014 13:56
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ruhəngiz
APENAS,
Çox sağ ol qızım.ALLAH səndən razı olsun,ALLAH sənin valideynlərinə can sağlığı versin,Amin inşaAllah.
8 dekabr 2013 00:03
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
APENAS
Canim bu xeberi indi gore bildim. Chox amma chox kovreldim recourse Allah ata ananiza Rehmet eylesin, mekanlari CENNET olsun isnhAllah Amin. Gozel Rebbimiz geride qalanlarin canini sag salamat eylesin, rehm eylesin, Allah gozel qelbinizi daim etsin isnhAllah Amin. Chooooox kovreldim cray Yazan elleriniz var olsun Canim girl_ang give_ros
7 dekabr 2013 22:28
Offline
Ruhəngiz
Aysun Memmedova,
Təşəkkür edirəm bacı.
26 noyabr 2013 23:55
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Aysun Memmedova
COX HEZINLI SEIR IDI TESEKKUR
26 noyabr 2013 21:58
Offline
Titi
yagmur agayeva,
gozel bacim,bizi gozu yasli qoyub getdin.40 gun kecdi ve sen yoxsan. rahat yat bacim,seni unutmuruq ve unutmayaciyiq.yerin cennetdir insaAllah.

Ruhəngiz,
canim anam,seni bele gorunce cox uzulurem.her defe yazdigini oxuyanda kovrelirem.nolar canim biraz da olsa ozunu ele al.eminem ki, bacimin ruhu da narahat olur seni bele uzgun gorunce.
18 noyabr 2013 01:48
Offline
Fatma xanım
yagmur agayeva,
gözəl qızım indi sənə hamımız qara laylalar çalırıq artıq 40 gündür ki sənsizik
18 noyabr 2013 01:36
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ruhəngiz
yagmur agayeva,
CANIM MƏNİM YAĞMURUM QIZIM, cray BU GÜN SƏNİN QIRXINDI,HEÇ GÖZÜMƏ YUXU GETMİR QIZIM,BURDA DÜNYADAN KÖÇƏN VALİDEYNLƏRİMİZƏ RƏHMƏT DİLƏMİSƏN,AMMA NƏ BİLƏYDİK Kİ İNDİ BİZ SƏNƏ RƏHMƏT OXUMALI OLACAĞIQ,HƏLƏ DƏ İNANMIRAM QIZIM,İNANMIRAM Kİ SƏN HƏYATDA YOXSAN,MƏNİ BELƏ GÖZÜYAŞLI QOYUB GEDƏ BİLMƏZSƏN,GƏL MƏNİ ÖZÜNLƏ APAR QIZIM,GÖZLƏYİRƏM SƏNİ,ARTIQ GÖZ YAŞLARIM HEÇ QURUMUR,SƏNİ GÖRMƏK İSTƏYİRƏM CANIMDAN ÇOX SEVDİYİM QIZIM.SƏNSİZLİK ÇOX ÇƏTİNDİ.GƏL BU ÇƏTİNLİKDƏN MƏNİ XİLAS ET.QAYIT GƏL.HARDA QALDIN QIZIM?SƏBRİM TÜKƏNDİ ARTIQ.((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((

(((((
18 noyabr 2013 01:29
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ayka S

yagmur agayeva,

CAN GOZEL MELEK QİZ SENİN AXİRİNCİ ŞEHRİN BU XEBERDE OLUB ALLAH REHMET ELESİN BACİ MEKANİN CENNET OLSUN UREYİ TEMİZ QİZ ANANİN LAYLAYİ SENSİZ QALDİ
18 oktyabr 2013 01:16
Offline
Ruhəngiz
 ♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•,
Can,xala sənə qurban.Çox sağ ol canımsan mənim.Sözlərin məni kövrəltdi (((((((( cray
20 sentyabr 2013 23:06
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Gozel weirler ucun ellerinizden opurem gozel xalam menim.
13 sentyabr 2013 17:20
Offline
Fidan
Fatma xanım,
Çox sağolun Fatma xanım,Allah razı olsun
8 sentyabr 2013 09:18
Offline
Fatma xanım
Fidan,
sənin nə gözəl ürəyin var qızım allah ürəyinə görə versin
8 sentyabr 2013 00:00
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Hacət-i Vuslat
Ruhəngiz,
mən sizin adları niyə səhf salıram axı? recourse İkinzi də çoxistəyirəm.Sonay bacıyla Nuriyyə bacını,Yegişlə Deniz84-ü-təsəvvürümdə nədənsə eyni bilirəm sizləri...Birinizi düşünüb o birini yazmışam.Üzürlü say bacım recourse
7 sentyabr 2013 23:59
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Hacət-i Vuslat
Nigaran qalanda ana baladan
Ana qurban deyər qoyundan,maldan
Mən qurban demirəm özgə malını.
Kaş özüm qurbanın olaydım ana.

ayyy.mən necə görməmişəm Rühəngiz bacımın bu xəbərini.çox-çox sağol bacım.çox bəyəndim gözəl fikirdir belə xəbər hazırlamaq.
7 sentyabr 2013 23:45
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Fidan
Can gözəl günlərin daim olsun İNŞALLAH.ALLAH onlara da rəhmət eləsin.Qəbrləri nurla dolsun.AMİN.ALLAH sənin valideynlərinə can sağlığı versin İNŞALLAH.ALLAH dualarını qəbul eləsin AMİN.

Çox sağolun əziz xalam,Allah cəmi Müsalmanların dualarını qəbul etsin.Amin
7 sentyabr 2013 23:37
Offline
Ruhəngiz
Farida-Asadova,
Çox sağ ol bacım.ALLAH sənin də balanı saxlasın AMİN.
Fidan,
Can gözəl günlərin daim olsun İNŞALLAH.ALLAH onlara da rəhmət eləsin.Qəbrləri nurla dolsun.AMİN.ALLAH sənin valideynlərinə can sağlığı versin İNŞALLAH.ALLAH dualarını qəbul eləsin AMİN.
Gulya,
AMİN bacı.Bəyəndiyinə görə çox sağ ol.
7 sentyabr 2013 22:56
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Gulya
ALLAH BUTUN ANALARI QORUSUN ICINDEDE MENIM ANAMI AMIN girl_ang
7 sentyabr 2013 17:37
Offline
Fidan
Əziz xalam çox gözəl şeirlərdi.Allah bütün analara can sağlığı versin,onlarsız yaşamaq çox ağırdı,çünki mənim dayımın həyat yoldaşı,bir də bir bibim dünyasını dəyişib,ikisinində 3 övladı var,mən onları görəndə ürəyim parçalanır,elə bil nəsə əksikdi onlarda,güləndə belə ürəkdən gülmürlər.Allah rəhmət eləsin onlara,bütün analara rəhmət eləsin.Amin.Şeirlərə görə çox sağol əziz xalam.Allah sizi övladlarınızın üstündən əksik etməsin.Amin
7 sentyabr 2013 10:53
Offline
Farida_Asadova
Ruhəngiz, canım çox saq ol. ALLAH övladlarınl qorusun
7 sentyabr 2013 08:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış