Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Qısqanc kişi ilə nə etməli!?

 Qısqanc kişi ilə nə etməli!?

Yəgin ki, "qısqanır – deməli sevir" ifadəsi hamıya bəllidir. Gəlin təhlil edək, bu ifadə nə dərəcədə doğrudur. Qısqanclığı tez-tez büruzə verilməməsi müəyyən mənada xoş ola bilər, qarşılıqlı hisləri bir az da gücləndirə bilər və bu da siz həmin kişiyə qarşı biganə olmadığınızı göstərər. Səbəbli yaxud səbəbsiz olaraq insan qısqanclıq hissini büruzə verərkən qəzəb doğurur və bu da qıcıqlanma yaradır. Bu cür şəraitdə nə etməli?! Qısqanc kişiylə necə mübarizə aparmalı?

Qısqanclığı yarada biləcək bir çox səbəblər var və buna səbəb yalnız başqa kişi amili olmaya da bilər. Həmçinin, uşaqlara, karyerada qazanılmış uğura, başqa insanların şan-şöhrətinə qarşı da qısqanclıq yarana bilər. Müxtəlif səbəblərdən qısqanclıq yarana bilər. Kimisi öz iradlarını sakit tərzdə bildirir, kimisi isə hiss və emosiyaların əsiri altında, sağlam düşüncədən kənar şəkildə bildirir. Belə vəziyyətdə kişilər düşünülməmiş addımlar atırlar ki, bu da sonda peşman olmalarına gətirib çıxarır. Qısqanclıq yaradan səbəbin əhəmiyyətsiz olduğu və yaxud heç bir səbəbin olmadığı məqamlarda qadınlar nə hiss edir?! Buna görə də məxsusluq hissinin yaranması zamanı mübarizə aparmaq lazımdır. 

Qısqanc kişi ilə nə etməli!?

Qısqanc kişinin öhdəsindən gəlməyə cəhd etməzdən əvvəl, qısqanclığı yaradan səbəbləri müəyyən etməyə cəhd edin. Ola bilsin ki, siz ona daha çox diqqət yetirməlisiniz. Ola bilər, siz vaxtın çox hissəsi işə, uşağa ayırırsınız, ona isə az vaxt ayırırsınız. Bu halda uşaqları nənəsigilə və ya dayənin himayəsinə qoyun və özünüz restorana, kinoya gedin və valehedici romantik axşam təşkil edin. Həyat yoldaşınızın gündəlik həyatı, öz həyatı barədə maraqlanın. Onu bir an belə olsun unutmayın. Siz tədricən görəcəksiniz ki, ailə həyatınızda olan söz-söhbətlər, dava-dalaşlar, qısqanclıqlar yox olmağa başlayır, çünki bunu yaradan səbəbləri aradan qaldırmısınız.

Əgər həyat yoldaşınız sizi başqa kişilərə qısqanırsa, o zaman öz davranışlarınızı kənardan qiymətləndirməyə çalışın. Ola bilsin ki, siz özünüz də bilmədən sevdiyiniz insana qısqanclıq səbəbi verirsiniz. Öz tanışlarınıza qarşı səmimi bir təbəssümünüz özü-özlüyündə heç bir pis niyyətli anlam daşımır, lakin ola bilər ki, həyat yoldaşınız sizin bu hərəkətinizi tamamilə başqa yöndə anlayır və bunu flirt kimi qiymətləndirir. Ola bilər ki, siz açıq-saçıq geyinirsiniz, bu da həmçinin qısqanclıq üçün səbəb ola bilər. Belə olan halda qısqanclıqla mübarizənin bir üsulu var: Öz tərəf müqabilinizi qısqanclığa təhrik etməmək. Özünü daha təmkinli aparın, qarderobunuzu dəyişin. Hər ikinizin fikirlərində ortaq məxrəcə gələrək güzəştə getməyə çalışın. 

Qısqanc kişi ilə nə etməli!?

Qısqanclığın səbəblərindən biri da həyat yoldaşınızın özünə inamsızlığı ola bilər. Buna görə siz ona özünüqiymətləndirmədə kömək etməlisiniz ki, onun özünə inamı artsın. Bunun üçün onu tərifləyin, onun təqdirəlayiq bütün hərəkətlərini yüksək qiymətləndirin, həvəsləndirin. Ona valeh olduğunuzu hiss etdirin, göstərin ki, siz ona ehtiyac duyursunuz. Yalnız bu cəhdlərinizi ifrat dərəcədə edib, onun sizə yüksəkdən aşağı baxmasına imkan verməyin ki, sonra siz onun özünəinamını normallaşdırmaqla mübarizə aparmalı olasınız.

Bəzən kişilər özləri günahkar olduqlarına görə qısqanır. Bu zaman siz bu məsələni həll etmək istəyinizin olub olmaması barədə qərar verməlisiniz. Hər şeydən asanı ayrılmaqdır – lakin bu çıxış yolunun sizə xoşbəxtlik gətirib-gətirməyəcəyi əsas məqam kimi düşünülməlidir. Ən yaxşısı budur ki, siz elə edin ki, həyat yoldaşınız sizi qısqanacaq heç bir səbəb görməsin və özü də sağa-sola baxmasın.

 

Müəllif: Tərcüməçi/ Jurnalist Faiq Mahmudov

Səslərin sayı: 8
101
12597
loading...
Şərhlər
Offline
HUSNA
Yoldasim o qeder de qisqanc deyil,arada bir olur o da normaldi
4 dekabr 2014 17:46
Offline
Aysel İ.
Qısqanclıq sevginin varlığının sübutudur. Həddində.
4 dekabr 2014 17:42
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
fulya
ALLAH hec kime qısqanc er qismet etmesin. Qısqanc insanla bir evde yaşamaq dehşetdi.
9 mart 2014 18:14
Offline
seyidova lale
Qisqqanilmaqdan xosum gelir
24 fevral 2014 12:12
Offline
Rzayeva Guler
Menimde xosum gelir yoldasmin meni qisqanmaqi
12 sentyabr 2013 17:17
Offline
nazile akifqizi
nazile mence en xowbext adamsan mende qisqan olmyan oglanla ere getmek isteyerem ama ele adam cixmirki ehhhhhhhhhhhh

Allahdan birce arzum var allah sene de,butun qizlara icinde oz qizlarim olmaqla hamiya menim yoldasim kimi adam qismet olsun. eli, dili temizdi-hec vaxt mene el qaldirmayib,ne de soymeyib. gozu orda burda deyil-adim kimi eminem ki indiyecen etmeyib inden sonra da mene xeyanet etmeyecek. qazandigi pulu ailesine xercleyendi. gezintiybele gedende bizimle getmeyi sevir. yoldaslari ile dostlariyla yeyib icendi amma yerinde.daha bunda artiq ne isteyek ey. amma onu deyim ki emni ona zorla veribler. getmek istemirdim amma indi allaha sukr edirem. qisqanc olsaydi lap ela olardi. neyniyim ey men de o xasiyyeti xoslayanam. biggrin
10 sentyabr 2013 17:56
Offline
amina xasanli
nazile mence en xowbext adamsan mende qisqan olmyan oglanla ere getmek isteyerem ama ele adam cixmirki ehhhhhhhhhhhh
9 sentyabr 2013 19:14
Offline
nazile akifqizi
menim en boyuk arzum idi ki qisqanc adamla evlenim. mene guleceksiz.))) amma tam eksi oldu. yoldasim qisqanc deyil lazim olan yere gedirem ele olur ki ona demeye imkan olmur amma hec vaxt bele olanda soz sohbetimiz olmayib. Amma herden bir neyese etiraz edir buda qisqancliq deyil.geyime gelende ise bilirem neyi xoslamir geyinmirem. ancaq qisqanc olsaydi kas yene de deyirem. Bu o demek deyil ki sevmir meni. Men ondan indiyecen ne istemisemse onu menim ucun yaradib.gununu bize tam serf eden adamdi. bu da besimdi deeee)))
8 sentyabr 2013 09:45
Offline
regina aliyeva
Qlsqancliq ele bir seydi ki,az olanda,adama xos gelir,cox olanda ise bezdirir
1 sentyabr 2013 23:18
Offline
sevaa
Utopya,
dogru deyirsiniz
28 avqust 2013 10:39
Offline
poncik azeri
menim yoldasim meni seveyib ama qisqanc idi dehset mence xesdelik idi
28 avqust 2013 00:07
Offline
Runya
menim yoldasim cox qisqancdir 7 ildir evliyik hec deyisiklik yoxdur mence qisqancliq ozune inamsizliqdan ireli gelir .birde dusunuremki qisqancliqi cox bildirmek eks terefin eline sans vermekdir,ozune inam vermekdir mence neqederde qisqanc olsaq bildirmeyek
27 avqust 2013 15:37
Offline
sevaa
menim nisanlimda cox qisqancdi.mende elecede cox qisqancam.gorsemki basqasina baxir gozlerini oyaram eeeeee
23 avqust 2013 10:40
Offline
togrul amirov
men beli coox qisqancam))ancaq yeri gelende ve meqaminda))
20 avqust 2013 14:41
Offline
sevgi
KIWILERIN QISQANCLIQI DEHWETDI QADINDA ELE WERAIT YARATMASIN GEREKKI KIWI ONU AWIRI DERECEDE QISQANSIN
17 avqust 2013 12:50
Offline
wwwwwwwwwwwwwwwww
menim yoldasim o qeder qisqancdir ki ona imkan versem meni qefesde saqlar ki kimse gormesin,kisi nedir qadinlarada qisqanir meni ,amma yola verirem

mense fikirlesirem bir kisinin ozune inami olmadiqda xanimini hedden cox qisqanir
12 avqust 2013 11:54
Offline
Dərya
Islamda kisinin xanimini qisqanmagi mustehebdir,,
5 avqust 2013 13:08
Offline
aydan əsgərli
İNŞALLAH menim gelecey heyat yoldasim qisqanc olar AMİN
HZ.ƏLİ-qisqanmayan kişiden xeyir gelmez
29 iyul 2013 15:12
Offline
Ellada Babayeva
Qisqanclıq bəzən inamsızlıqdan irəli gəlir..
28 iyul 2013 00:25
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
vafli-qiz
Men cox qisqancam ozumden asili deyil ,hele axir vaxtlar bir az duzelmisem
27 iyul 2013 00:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır