Bakıda hava
USD AZN
EUR AZN
20:07Ayla Ayla Mən də dincələ bilmədim.Yeni il tətilini dözlüyəcəm 16:51Surayye Guya 5 gun tetil idi 3 gun oldu 16:51Surayye Qizlarim qizillarim necesiz? 15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41136

İblisin vəkili (V hissə)

İblisin vəkili (V hissə)
Mahmud kişinin ata-anası vəfat etdikdən sonra ev baxımsız  qalmışdı. İndi Mahmud kişi, hər yerə əl gəzdirərək bir səliqə yaratmış, evi təmir etdirmiş, bağı da əkib-becərmişdi. Özlərinə qədər tərəvəz, göy-göyərti-hər şey vardı bağda. Hər gün zəhmətinin bəhrəsini dərib süfrəyə qoyduqca fərəhlənirdi. Rayona köçdükdən sonra alışqan olmadığından işsiz dayana bilmədi, qızının etirazlarına baxmayaraq yüngül bir işə düzəldi. İşdə olanda işdə olur, evdə olanda bağ-bağçada iş görürdü. Həyatından çox razı idi.Şəhərdə yaşayan köhnə iş yoldaşları da onunla əlaqəni kəsmirdilər,tez-tez zəng edir,halını xəbər alırdılar.Evinə ailəsi ilə qonaq gələn də olmuşdu.Belə günləri toy-bayram olurdu Mahmud kişi üçün.Ceyhun da hər bayramda zəng edib mütləq onu təbrik edirdi.Ancaq heç vaxt rayona gəlməmişdi.Bu illər ərzində evlənib,ev-eşik sahibi olmuşdu.Hərdən ondan, dəvət etməsinə baxmayaraq heç vaxt onlara gəlmədiyinə görə incisə də,incikliyi uzun sürmürdü.Doğma oğlu qədər sevdiyi Ceyhunun səsini eşitmək də elə ona bəs edirdi.
İlahə də rayonun ən tanınmış, savadlı həkimlərindən biri idi. Gəldikləri səkkiz il müddətində, adı-sanı ətraf rayonlara belə yayılmışdı. Mərkəzə özəl xəstəxanalara dəvət etsələr də etiraz edib, iş yerini dəyişmirdi. İndi Mahmud kişinin yalnız bir dərdi vardı. O da qızının bütün elçilərə etiraz edib, ailə qurmaması idi. Hər dəfə bu barədə söhbət düşəndə qız daş atıb başını tuturdu. Qonşuda yaşayan Elmanın ona biganə olmadığı hiss olunurdu. Yoldaşı uşağı dünyaya gətirərkən vəfat emişdi. Atrıq 4 yaşı olan balaca oğlan hər İlahə işdən gələndə qarşısına qaçır, boyuna sarılırdı. İlahə də bu uşağa çox bağlanmışdı. Hər dəfə uşağa cürbəcür hədiyyələr alıb onu sevindirirdi. Elman cürət edib hələ İlahəyə bir söz deməmişdi. Çünki, dəfələrlə digər elçilərin əliboş dala qayıtmasına o da şahid olmuşdu. Qorxurdu ona da etiraz edər. Ancaq çox arzulayırdı ki, İlahə ilə ailə qursun. Hələ balaca oğlu...İlahəyə  elə bağlanmışdı ki...Mahmud kişi də bütün bunları görür, nə vaxtsa qızının insafa gələcəyinə ümid edirdi. Qapının səsinə fikirdən ayıldı. Kimsə qapını döyürdü:
-Gəldim, gəldim.
Qarşısında, yanında 3-4 yaşlı bir uşaq olan gənc qadın dayanmışdı:
-Salam, bağışlayın bura İlahəgilin evidi?
-Bəli, düz gəlmisiniz. Mən onun atasıyam.
-Mahmud əmi, siz bəlkə də məni tanımazsız...İlahə ilə qrup yoldaşı olmuşuq... Rayona qonaq gəlmişdim. İlahənin sədasını eşitdim, dedim onu görməmiş qayıtmaram. Evdədi?
İblisin vəkili (V hissə)
-Yaxşı edib gəlibsən ay bala. İlahənin yoldaşlarına canım da qurbandı. Keç içəri, indilərdə gələr. Səni görüb çox sevinəcək.
Bir azdan çox vaxt sakitlik hökm sürən həyətdən şən gülüş səsləri eşidilirdi.  İlahə içəri girən kimi Fidanı görüb tanımış, onun gəlişinə çox sevinmişdi. Gözəl bir süfrə açmışdı, indi də dərdləşərək keçən günlərdən danışırdılar:
-Nə yaxşı gəldin ay Fidan. İnan hərdən elə darıxıram ki, uşaqlar üçün, o günlərimiz üçün.
-Məni demirsən?! Yoldaşımın qohumugilə qonaq gəlmişdim. Eşitdim İlahə adlı həkimdən danışırlar. Qonşunun uşağını ölümdən qurtarmısan .Familiyanı da eşidəndə, barmağımı dişlədim ki, bu elə bizim İlahədi.Yadımda qalmışdı,həmişə deyirdin bu rayonda evimiz var. Ünvanı öyrənib gəldim. Sabah şəhərə qayıdırıq. Niyə şəhərdə işləmirsən?
-Fidan, hamı şəhərə getsə kəndlərdə, rayonlarda kim qalsın? Burda daha çox ehtiyac var savadlı kadrlara. Ölkəmizə xarici həkimlərin axını başlayıb, elə bil özümüzdə həkim yoxdu. Sənin, mənim kimi savadlılar da hamısı mərkəzə yığılsa digər insanlar nə etsinlər?
-Bu mənim də yaralı yerimdi...İndi analıq məzuniyyətindəyəm. O birinin 2 yaşı olmayıb hələ. Sonra mütləq işimə davam edəcəm. Yaxşı bunu bildim...Ailə niyə qurmursan? Eşitdiyimə görə səni burda neçə nəfər istəyib,vaxt da keçir...
İlahə susdu, sonra:
-Mənim ailəm-mənim işimdi. Yardım etdiyim hər xəstə uşaq sanıram mənim öz uşağımdı.
-Bəsdi ay İlahə. İşin öz yeri, ailənin öz yeri.
İlahə söhbəti dəyişdi:
-Danış görək, qrup yoldaşlarımızla görüşürsünüzmü? Mən keçən il Sahili gördüm, təsadüfən xəstəxanada qarşılaşdıq. Bacısının uşağını gətirmişdi. Bacısı bizim rayonda ərdə imiş.
-Mən  hamını görə bilməsəm də, bəziləri ilə hərdən qarşılaşırıq. Söhbətləşib, keçən günləri xatırlayırıq. Bu yaxınlarda Faiqi gördüm. Aeroportda rastlaşdıq. Rusiyaya getmək üçün bilet alırdı.
-Faiqi?
-Hə...Çox qanı qara idi. Yadındadı? Bir qohumu vardı. Gözəl, söhbətcil bir oğlandı. Tanıdıqları qısa müddətdə, qrupda hamı ona vurulmuşdu. Adı...
Altay-İlahənin beynində sürətlə dolandı bu ad.
-Altay idi deyəsən adı.
-Hə, hə Altay. Yazığın başına bədbəxt hadisə gəlib, daha doğrusu heç inanmağım gəlmir, özünə qəsd edib. O cür gözəl, yaraşıqlı, imkanlı oğlan niyə belə etsin?Faiqdən səbəbini soruşdum:"bilmirəm"- dedi.Bilməmiş olmaz,demək istəmədi yəqin.
İlahənin qulaqları tutuldu, bu sözlər əks-səda verdi qulaqlarında: "Altay  ölüb, Altay ölüb". Əli ilə başını tutdu. Fidan yerindən sıçradı:
-İlahə, İlahə sənə nə oldu? Yaxşısan?
İlahə durub üzünə su vurdu:
-Hə, yaxşıyam. Nəsə özümü pis hiss etdim, yəqin yorğunluqdandı.
-Onda get uzan, istirahət et. Uşaq  bayaqdan yatmaq istəyir,narahatdı nəsə, mən  gedim.
İlahə ona nə "qal", nə "get" deyə bilmədi. Bir müqəvva kimi onu ötürüb otağına keçdi. "Altay ölüb? Necə? Niyə? Bəs niyə belə pis oldu. Ona bu qədər pislik etmiş,sonra da  keçən bu illər ərzində bir dəfə onu arayıb-axtarmamış  bir adamın ölümünəmi?"
"Bəlkə yalandı? Bəlkə Fidan səhv başa düşüb? ".Tez yerindən durub, köhnə kağız-kuğuzun içində eşələnməyə başladı. Nömrələr yazılan kitabçasını axtarırdı.Tapdı. Faiqin əl telefonunun nömrəsini yığdı ."Kaş ki, nömrəni dəyişməyəydi"-düşündü. Əlaqə alınmadı. "Deməli nömrəsini dəyişib".Ev nömrəsini yığdı.Faiqin səsini eşidəndə çox sevincək dedi:
-Salam,Faiq necəsən?
-Salam, kimdi?Tanımadım.
-Mənəm İlahə, qrup yoldaşın.
-İlahə, sənsən? Nə yaxşı ki, zəng etdin. Heç bir-birimizi arayıb-axtarmırıq, məndə də az günah yoxdu. İnan çox sevindim səsini eşitməyimə.
-Faiq, bir söz eşitdim...Altay necədi?
İblisin vəkili (V hissə)
Səs kəsildi. Bir az fasilədən sonra Faiq boğazını arıtlayaraq dilləndi:
-Düz eşitmisən, İlahə. Altay daha həyatda yoxdu, özünə qəsd etdi. Hər il işi ilə əlaqədar bəzi analizlər verirdilər. Bu il analiz verərkən məlum oldu ki, QİÇS-ə yoluxub...Qanında virus aşkarlandı...Yaşadığı həyat tərzinin sonu belə də olmalı idi...Özü-özünü pis günə qoydu. Ona görə deyirlər: "İnsanın özü-özünə etdiyini, bir el yığılsa edə bilməz". Nə qədər nəsihət edirdim, öyüd verirdim xeyri yox idi. Bilirsən...Ölümündən qabaq mənə zəng etmişdi. Dedi: " İlahə ilə nə vaxt görüşsən, deyərsən məni bağışlasın. Əgər bacarsa...Məni bədbəxt etdiyim qadınların ahı tutdu Faiq". Özü artıq hər şeyi başa düşmüşdü, İlahə. Ancaq gec idi. Alo, alo İlahə...
Telefon İlahənin əlindən yerə düşdü. Ayaq üstə dayana bilməyib yerə çökdü. "Niyə belə oldu? Mən heç ona ölüm arzulamamışdım axı."
Həyətdən Elmanın oğlu olan balaca Altayın ağlamaq səsi gəlirdi. Qalxıb pəncərəyə yaxınlaşdı. Altay qaçaraq həyətə gəlmişdi, arxasınca gələn atası onu dilə tutub evlərinə aparmaq istəsə də. O,: "Mən İlahə xalamın yanına getmək istəyirəm"-deyərək ağlayır, atasının qucağından düşərək evə tərəf gəlmək istəyirdi.
İlahə sürətlə həyətə çıxdı. Ağlayan Altayı qucağına alıb ovundurdu. Uşaq onun qucağına gələn kimi səsini kəsdi. Başını onun çiyninə qoyub içini çəkə-çəkə sakiləşdi. Elman günahkarcasına:
-İşdən gəlmisiniz, yorğunsuz. İstəmədim sizi narahat etsin. Nə qədər elədim saxlaya bilmədim, dayanmadan ağlayırdı-dedi. İlahə əli ilə uşağın  tərdən islanmış saçlarını arxaya daradı. Ağlamaqdan tərləmişdi uşaq. Elmana heç nə demədən ondan uzaqlaşıb, asta addımlarla bağa gəldi. Bir müddət ağacların arxasında gizlənib səssiz ağladı.Artıq göz yaşları adət etmişdi hər gün yanağından süzülməyə. İllərdən bəri qəlbində olan yarası yenidən qanamışdı. Unutmaq istədiyi xatirələr oyanmışdı. Bu illər ərzində dərdini özündən başqa bir kimsəyə bildirmədi. Atasının xatirinə heç nə olmamış kimi həyatına davam etdi, çəkdiyini bir özü bildi, bir də göz yaşlarına şahid yastığı.İkiləşdi İlahə, hamının gözündə güclü, təmkinli, ağıllı, həmişə üzündə təbəssüm olan qadın simasına döndü. Tək olanda alçalmış qüruruna, tapdanmış mənliyinə yas tutan dərdli,çarəsiz bir insana. Çoxu ona qibtə edirdi. Lakin bu bir görüntü idi. Bu güclü görünən qadının qəlbini bir görsələr?! Həyatından keçən,ömür səhifələrinin  boz rəngində olan bu səkkiz il müddətində,etdiyi səhvin bədəlini çox ağır ödədi.
 Altay onun həyatında qəfil peyda oldu və həyatını alt-üst edib, qəfil də həyatından getdi. Nə İlahəni, nə özünü qoruya bilmədi, yaşamağı bacarmadı. Olduğu hər yeri darmadağın etdi. Sonda cismən özünü, ruhən çoxlarını məhv etdi.
İblisin vəkili (V hissə)
Hal-hazırda başını onun çiyninə qoyub rahatlaşan balaca Altay...O da qəfil gəldi həyatına. Bir gün qarşısına qaçmaq istəyərkən yıxılıb ayağını əzən bir uşağı ovundurmaq üçün qucağına aldı. Bu zaman kimsə həmin uşağı səslədi-Altay. O gündən heç özü də bilmədi niyə bu uşağa çox bağlandı, uşaq da ona.Ana nəvazişi görməyən uşaq mehrini ona saldı.Anasız böyüməyin nə demək olduğunu yaxşı bilən İlahə də bacardığı qədər onu ovutmağa çalışdı.
Həyatını dəyişmək istəyərkən, keçmişini silmək istəyərkən-həmişə keçmişini xatırladacaq bir iz qarşısına çıxdı. Və deyəsən bundan sonra həmişə onunla olacaq...
Bərk-bərk uşağı qucaqladı. Uşaq artıq sakitləşib yuxuya getmişdi.
Qulağında ömrünün ən gözəl çağlarını oğurlayıb, özü ilə aparmış Altayın son sözləri əks-səda verdi: "İlahə bacarsa bağışlasın, bacarsa bağışlasın...."
Son.
Səslərin sayı: 7
41
4356
loading...
Şərhlər
Offline
Minira Aslanzade
Qurban olum Allaha heç kəs cəzasız qalmır geci-tezi var
22 mart 2014 16:03
Offline
Amneziya
Maraqlı hekayədi saq olun
2 yanvar 2014 18:55
Offline
₪Kristal KéLébék₪ (Nezrin.M.)
veee....SON....maraqli idi tsk give_ros
15 sentyabr 2013 11:28
Offline
Feride Mammedova
gerek evvelki hisseleri oxuyum sonra ardina gelim.tesekkur edirem
11 sentyabr 2013 11:39
Offline
wwwwwwwwwwwwwwwww
oxudum saqol.yeni yazilarini sebirle gozleyirem
11 sentyabr 2013 02:16
Offline
Almaz S.
masal nur,
KEMALE MEMMEDOVA,
cicek,
Gulay Eliyeva,
Narin Yilmaz,
Çox sağ olun xanımlar təşəkkür edirəm,fikirlərinizi bilmək mənim üçün maraqlı oldu. give_ros
Gulshen_q,
Bütün bölümləri oxuyub bitirə bildim nəhayət.Çox gözəl, təsirli idi.Ən əsası isə mövzunun ağırlığına baxmayaraq oxucu dincələ bilir oxuyarkən.Sanki bir tamaşa seyr edirmiş kimi.Yeni yazılarınızı tezləşdirin mümkünsə. laughing

Sağ olun Gülşən xanım hissələri səbrlə oxuyub fikrinizi bildirdiyiniz üçün.Təzə yazılarım... inşAllah fikrimdə var,ancaq bilmirəm nə vaxt olacaq)
10 sentyabr 2013 11:46
Offline
Gulshen_q
Bütün bölümləri oxuyub bitirə bildim nəhayət.Çox gözəl, təsirli idi.Ən əsası isə mövzunun ağırlığına baxmayaraq oxucu dincələ bilir oxuyarkən.Sanki bir tamaşa seyr edirmiş kimi.Yeni yazılarınızı tezləşdirin mümkünsə. laughing
9 sentyabr 2013 20:29
Offline
Narin...
Cox sag olun Almaz xanim cox boyuk maraq ve hevesle oxudum ellerinize sagliq yazan elleriniz derd gormesin cox tewekkurlwr give_ros ,amma sonunda goz yaslarimi hec tuta bilmedim esasda bu kelme "İlahə bacarsa bağışlasın, bacarsa bağışlasın...." cray
30 avqust 2013 15:06
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Leman B-va
altayin olumune pis oldum duzu,sonunu bele gozlemirdim,ferqli xow sonluq gozleyirdim,ama maraqli idi yazan elleriniz var olsun
27 avqust 2013 21:00
Offline
cicek
amma altayin olmeyi pis oldu gerek cezasin cekerdi
27 avqust 2013 13:43
Offline
wwwwwwwwwwwwwwwww
ALLAH QORUSUN QIZLARIMIZI BU HER KESIN BASINA GELE BILER,ODURKI AYIQ OLMAQ LAZIMDIR.SONLUQUNU BEYENDIM ,ELLERINE SAQLIQ
19 avqust 2013 01:45
Offline
masal nur
hamisini maraqla oxudum.cox sagolun.
18 avqust 2013 19:11
Offline
Ibrahimova Gulya♥S♥
Almaz S.,
duz deyirsiz,her bir ovlada ailede baw veren hadiseler tesir edir, onun boyuyub boya bawa catmasinda, fikirlerinin formalawmasinda bu hadiselerin mutleq rolu var....Allah bele insanlara ozu komek olsun, bir qizin temiz hissleri ile oynamaq, onun geleceyini puc etmek gunahdi recourse
18 avqust 2013 15:24
Offline
Almaz S.
 Şəri Babayeva,
peacefully,
Təşəkkür edirəm
Ellada Babayeva,
Sonunu ölümlə bitəcəyini gözləmirdim..Amma Altay cəzasını çəkməliydi.Çəkdidə..İlahə isə ömrünün axrına kimi elədiyi səhvi unutmayacaq görünür..Yazan əlləriniz ağramasın.Maraqlı idi..Çox sağ olun. yes

Siz də sağ olun Ellada xanım,hər hissəni səbrlə oxuyub fikirlərinizi bildirdiyiniz üçün
Ibrahimova Gulya,

Ibrahimova Gulya
ay Allah cox tesirlendim,bayaqdan aglayiram(( Altayin ölumune pis olmadim sadece saf bir qizin heyatinin bele puc olmasina pis oldum ((( Allah hec bir qizin aglini elinden almasin ....ehh

duwunen beyniniz ve yazan elleriniz derd gormesin...

Gülya xanım təki sizin göz yaşlarınız,belə yazılardan təsirlənərkən axsın.Əslində Altay da bir cür bədbəxtdi,düzgün bir ailədə böyüsəydi bəlkə də belə olmazdı vəziyyəti.
17 avqust 2013 11:17
Offline
Ellada Babayeva
Sonunu ölümlə bitəcəyini gözləmirdim..Amma Altay cəzasını çəkməliydi.Çəkdidə..İlahə isə ömrünün axrına kimi elədiyi səhvi unutmayacaq görünür..Yazan əlləriniz ağramasın.Maraqlı idi..Çox sağ olun. yes
16 avqust 2013 12:54
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
peacefully
Cox maraqli idi.sag olun!
16 avqust 2013 08:41
Offline
Ibrahimova Gulya♥S♥
ay Allah cox tesirlendim,bayaqdan aglayiram(( Altayin ölumune pis olmadim sadece saf bir qizin heyatinin bele puc olmasina pis oldum ((( Allah hec bir qizin aglini elinden almasin ....ehh

duwunen beyniniz ve yazan elleriniz derd gormesin....
16 avqust 2013 01:21
Offline
Almaz S.
Sonay Quluzade,
Almaz xanım, mən bir az qəddar qadınam, heç bir damcı da olsun, o yaşda birinin ölümünə təəssüflənmədim, hələ o gərək cüzam olub, hissə-hissə əriyərdi

Elə mən də qəddarlıq elədim,ona görə də öldürdüm onu.Altay tipli insanlara nifrət edirəm.Bilə-bilə düz yolda deyillər,eyni səhvləri təkrar-təkrar edirlər.
ulker,
men bu serialin bele qurtarmagini gozlemirdim. ceyhunun ilaheye qovismagini gozleyirdim. eger dogurdanda ilaheni sevirdise. cray

Bu Ceyhuna qarşı haqsızlıq olmazdımı?İlahə ona layiq deyildi
nigar.yeva,
Seadet Sexavet,
PURE LOVE,
❤Best_Model ❤,
L.M,
MAYA EL,
Çox sağ olun fikirləriniz maraqlıdı
humay,
M...A .Zeynalli,
İlahənin sonrakı taleyini yazıdan bir sitatla yada salıram
Həyatını dəyişmək istəyərkən, keçmişini silmək istəyərkən-həmişə keçmişini xatırladacaq bir iz qarşısına çıxdı. Və deyəsən bundan sonra həmişə onunla olacaq...


Yağmur damlası,
baci bele gozlmesemde cox yaxsi bitib sonu,Altayi Allah bagislasin,amma o bunu hakk etmisdi,turkler demis.Ilahe de oz sehlenkarliginin eziyyetini,utancini yasadi,omrunun en gozel vaxtini itirdi.ag xalatli hekim olmaq gozeldir,lakin ag xalatli hekimin usagi da olmaq gozeldir.

Gec də olsa səhvini başa düşdü,yaşamaq üçün özündə güc tapdı,bu da az iş deyil.

 Şəri Babayeva,
aygul,alizade,
Təşəkkür edirəm
15 avqust 2013 21:54
Offline
Şəri Babayeva
Altay cezasini cekdi...sozun duzu sonu hec mende bele gozlemirdim,yazan elleriniz var olsun,tesekkur. give_ros
15 avqust 2013 20:04
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Sonay Quluzade
Sonu belə oldu.Bəs siz sonu necə görmək istərdiz?Heç yazmadız,Altayın ölümünü necə qarşıladız?

Almaz xanım, mən bir az qəddar qadınam, heç bir damcı da olsun, o yaşda birinin ölümünə təəssüflənmədim, hələ o gərək cüzam olub, hissə-hissə əriyərdi diablo.
Əslində,olan bir hadisəni bir az dəyişdirib yazdım.Keçən il bu vaxtlar,mən yaşayan zonada dəhşətli bir hadisə baş verdi.15 yaşlı bir qız İlahənin gününə düşdü,intihat etdi.Çox gözəl bir qız idi.Hamı onu ağıllı bir qız kimi tanıyırdı.Atası içki içən bir adam idi,anası evin həm kişisi həm qadını idi,evdə tapılmırdı,çörək qazanmaq ailəni saxlamaq onun üstündə idi.Anası da yaxşı bir qadın kimi tanınırdı.Bu iş necə oldu heç kim ağlına sığışdıra bilmirdi.Dərd onda oldu ki,altay tipdə olan o adamın günahı boynuna qoya bilmədilər.Zərərçəkmiş həyatda olmadığı üçün,dəlil-sübut olmadı.Özü də arxalı adam idi deyəsən,axır ki,sudan quru çıxdı.Qız özü də heç kimə bu barədə bir söz deməmişdi.
Bu hadisədə günahkar dəqiq o oğlandı.Çünki o qız uşaq idi(eşitdiyimə görə qız çox gözəl olub),evdə həmişə tək olmasından isrifadə edib.
Öna görə yazımda intihar məsələsinə toxundum,ölüm çıxış yolu deyil.İnanın o ailəyə qızın ölümü bir dərd oldu,gəzən söz-söhbətıər ayrı dərd.

İlahə anasının şəklinə müraciət edib, "Sən olsaydın belə olmazdı" deyəndə onda yazmışdım ki, ananın olmaması səbəb deyil, əgər ata sizin şərhinizdəki kimi olsaydı (yəni içki alüdəçisi) onda elə deməyə müəyyən qədər haqqı vardı. Amma bu qıza heç olmasa, anası nümunə olardı. İntihar çıxış yolu deyil, sizin o hadisəni belə istiqamətdə dəyişməyiniz çox ibrətli effekt verə bilər, çünki bu qələti eləmiş qız günah üstünə günah gətirməkdənsə, tövbə edib, öz işi ilə məşğul ola bilər və xeyirli həyat yaşaya bilər.
Çox sağ olun, davamlı olsa belə xəbərləriniz çox sevinərəm, Almaz xanım give_ros.
15 avqust 2013 15:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış