Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadin.Netlilərlə səyahət (3-cü hissə)

Qadin.Netlilərlə səyahət (3-cü hissə)

Esmiralda

Mən fərqli yerlərdə olmağı, ən çox fərqli mədəniyyətlərlə tanış olmağı sevirəm. Azərbaycanda bir çox bölgələrdə: Balakən, Qax, Şəki, Qəbələ, Gəncə, Daşkəsən, Xanlar, Mingəçevir, Lənkəran, İmişli, Bərdə, Yevlax dəfələrlə olmuşam. Qubada olmağı isə çox istəyirəm, inşAllah. Arzum ölkəmizin bütün bölgələrində olmaqdır..smile Xarici ölkələrdən Gürcüstan, Türkiyə, İran və Hollandiyada olmuşam. Olmaq istədiyim xarici ölkə isə Yaponiyadır.

Seli

Mən səyahət etməyi yalnız sevdiklərim yanımda olanda xoşlayıram. Tək və ya başqa şəxslərlə ləzzət eləmir. Səyahətlərim həmişə qısa sürüb, ən çox 3 gün Gəncədə qalmışam. Ümumiyyətlə Azərbaycanın bütün bölgələrində olmaq istəyirəm, ancaq yalnız yaz və yay aylarında. Səhhətimlə əlaqədar iqlim dəyişikliyi mənfi təsir etdiyinə görə məcburiyyət olmadıqda payızda və qışda səyahət etməyi sevmirəm. Səyahətlərim arasında ən xoş xatirələrlə yadımda qalan Quba rayonuna getməyimiz olub. Demək olar ki, bütün sevdiklərim, qohumlarım hamısı orda idi. Düz 6 maşın adam getmişdik. Bizimkilərin çox deyib-gülən olduğunu da nəzərə alsaq, ordakı məzəli əhvalatları əminəm ki əyləncəni sevən hər kəs yaşamaq istəyər. love Vətənimin elə səfalı yerlərində sevdiklərimlə birlikdə olmağı dünyanın heç bir yerinə dəyişmərəm. Çünki məni xoşbəxt edən qəlbimin zövq almasıdır.

Qadin.Netlilərlə səyahət (3-cü hissə)

๑۩۞۩l_BEST MODEL_๑۩۞۩๑

Azərbaycanın hər bir guşəsi gəzməli-görməli yerlerdi. Mən də çox yerdə olmuşam, məsələn Qəbələdə, Şəkidə, Astarada, Lənkəranda, Neftçalada, Salyanda. Çox gözəl, gəzməli yerlərdir. Olduğum ölkələr isə Rusiyadır. İndi hal-hazırda ordayam, demek olar ki gəzməyə gəlmişəm. Olmaq istədiyim ölkələr Turkiyə, İtaliya, Braziliya, ABŞ-dır. Bu yerləri görməyi çox istiyərəm. İnsallah qismət olar. girl_ang

Tatlim

Canım, ilk öncə sənə təşəkkür edirəm məni xəbərinə dəvət etdiyin üçün. Olduğum ölkə Rusiyadır. 2 il yaşamışıq orda. Getmək istədiklərim Türkiyə (İstanbul), Fransadır (Paris). İnşaAllah qismət olar, gedib gəzərik.

Qadin.Netlilərlə səyahət (3-cü hissə)

Melek

4 yaşımda Rusiyanin Sankt-Peterburq şəhərinə getmişik ailəmlə birlikdə, 5-6 yaşımda orda bağçaya getmişəm. Bağçamızı hələ də xatırlayıram, çox gözəl idi, müəllimələrimiz çox mehriban, çox gözəl insanlar idi. Sonra 7 yaşımda orda 1-ci sinifə getdim və çox şükür məktəbimiz, müəlliməmiz və uşaqlarımız da yenə çox mehriban, çox yaxşı insanlar idi. 8 yaşımda 1-ci sinfi bitirdim və Vətənə qayıtdıq, 2-ci sinifdən təhsilimi burada alib bitirdim. InşAllah gələcəkdə yenə gətmək istəyərəm Sankt Peterburqa, ordakı yerləri, məktəbimizi yenidən görmək istəyərəm. Başqa ölkələrə də marağım çoxdu, bir çox şəhərlərdə. Və əlbəttə ki qardaş ölkəmiz Turkiyədə də olmaq, onun bir-birindən gözəl şəhərlərini görmək istəyərəm. Lakin ən sonda öz vətənimə qayıdıb və Vətənimdə yaşamaq, iş sahibi olmaq istəyərəm. fellow

L.M

Mən səyahət etməyi çox sevirəm. Demək olar ki, Azərbaycanın çox yerində olmuşam. Xarici ölkələrdən də Gürcüstanı və Rusiyanın bir neçə şəhərini gəzmişəm. Deyərdim ki, Azərbaycan kimi səliqəli-səhmanlı və təmizi yoxdu. Bəlkə də mənə elə gəlir, amma doğrudan da elə gəzməli, görməli yer varsa, o da elə öz vətənimizdi. Çox istərdim Lənkəran tərəflərə gedəm, Allah qismət etsin, oranı da görüm. Hamıya səyahət arzulayıram, özümə də.yahoo

Qadin.Netlilərlə səyahət (3-cü hissə)

GulenaY

Demək olar səyahət hobbimdir, gəzməliyəm, görməliyəm. Başlayaq Azərbaycandan, körpə olarkən Qarabağda Cəbrayılda olmuşam, hərdən yadıma nə isə düşür, danışıram, nənəm deyir canın yanmasın yadında qalıb ki.lol Heyif ki Qərbi Azərbaycanda ola bilməmişəm, çünki o vaxt heç dünyada proyektim də yox idi, hələ dünyaya gəlməmişdim.smile Azərbaycanın çox yerlərində olmuşam, Şəmkir, Gəncə, Tovuz, Quba, Şabran, Nabran, Xaçmaz, təzəlikcə Şəkidə, Oğuz, Əli-Bayramlı, Saatlı, Sabirabad, Beyləqan, Ucar, Cəlilabad, Ağcəbədi-bu rayonlarda olmuşam, Zaqatalada, Qaxda, Qusarda olmaq istəyirəm, heç olmamışam. Xaricdə isə Türkiyə, İtaliya, Fransa, Lüksemburq, Polşa, Çexiya, İspaniya, Almaniya, London, Dubay, Maldiv adalarında olmuşam, olmaq istədiyim ölkələr var təbii ki. Məsələn, Hindistan, Braziliya ve Gürcüstanda Batumi və Borjom-orda olmaq istəyərəm. Braziliya karnavalları öz gözümlə canlı görmək istəyirəm, Fransa gəziləsi ölkə deyil, İtaliya, Çexiya zəngin ölkədir hər cəhətdən. İspaniyada İbiza adasında olmaq istəyirəm. Amerikada bir yer var, demek orda meşə var, həmin ərazidə daim yağış yağır, kənarda yağış yoxdu, amma o əraziyə daxil olanda orda daim yağış yağır, havada günəşli ola-ola, bax orda da olmaq istəyirəm. Getdiyim hər ölkədən çay gətirmişəm dəmləyib içməyə, çünki demək olar ən çox elə çay həvəsi ilə yola çıxıram hər zaman.lolTəbii hamısından başda Məkkədə olmaq arzumdur. Bilirəm ki, bu bir çoxlarının arzusudur, təki arzusunda olanlara Allah qismət eləsin. Səyahət yaxşı bir şeydir, amma sağlıq və pul olandan sonra.

₪Kristal KéLébék₪ (Nezrin.M)    

 Mən də səyahət etməyi xoşlayıram. Azərbaycandan kənara çıxmamışam. Axı bizim vətəndə gəzməli yerlər çoxdu. Ən çox Qəbələni sevirəm. Xarici ölkələrdə olmamışam. Amma ən çox Türkiyəyə, Quş Adasına getmək istəyərəm. İnşALLAH gedərik oranı da gəzərikbiggrin      

SəRRaS      

Canım, ilk öncə mən də bu gözəl xəbərində yer ayırdığın üçün sonsuz təşəkkürlər, Allah arzularına çatdırsın səni, yubatdığım üçün də haqqını halal et. Səyahət etmək istədiyim yerlər əlbəttə hamı kimi məndə də var.. Mən Naxçıvan Muxtar Respublikasında böyüsəm də oranın bəzi yerlərini görməmişəm, ilk öncə elə anadan olduğum yerin hər qarışını, hər rayonunu, kəndini görmək istəyərəm. Sonra Azərbaycanın bütün hər yerini uşaqlıqdan görmək arzum olub. Bir söz deyim, mən balaca olarkən dədəmə deyirdim məni xarici ölkəyə apar bir dəfə, mənə dedi səni aparacam xarici ölkəyə, mən də uşaq ağlı sevindim, apardı məni İrana, dedi xarici ölkə istəmirdin, buyur İran bizimlə sərhəddir, yəni elə piyada keçib o tərəfə gəlirik, buna baxmayaraq ora belə sayca 2 dəfə getmişəm, gözəl yerdir. amma əlbəttə bizim yurdumuza çatmaz. Sonra Azərbaycanımızın gözəl yerlərindən olan Qubaya, Qusara, Şabrana getmişəm.Hal-hazırda Ukraynadayam ki buranın neçə şəhərin gəzmişəm. Bir də illərdir arzumdur ki bir Ramazan ayın büsbütün Türkiyədə olum, ondan sonra istəyərəm Gürcustana, bir də Dubaya getmək, amma bunların hamısından çox Müqəddəs torpaqları dünya gözüylə görmək istərdim, təbii ki Allahın izniylə, amma onu da deyim ki, hər insan kimi gəzməyə o qədər də həvəsim yoxdur. Düşünürəm ki günüm xoş keçdikdən sonra ailəm, sevdiklərim sağlam, yanımda olduqdan sonra bu mənə dünyanın hər yerini gəzməkdir...love Allahdan hər kəsə xoş günlər, gözəl səyahətlər arzu edirəm.

Səslərin sayı: 9
58
7036
loading...
Şərhlər
Offline
❤PRENSES♥♥♥ YAGMUR✰
İster istersede xarici olke gezmek herkese qismet olsun mekke getmek istedim allah qismet etsin amin insallah
26 aprel 2014 14:32
Offline
Rzayeva Guler
Men mekkeye getmek isteyirem
10 sentyabr 2013 19:18
Offline
BAD BOYUN AWKI
Azerbaycanin her bir gusesi cox gozeldir give_ros
6 sentyabr 2013 21:12
Offline
Aysel İ.
Hamısını maraqla oxudum.Mən də bu yay Azrbaycanın bəzi bölgələrini gəzdim ailəmlə.Qax, Qəbələ, Şəki9, İsmayıllı.Qaxdakı Mamırlı şəlaləsi,Qəbələdəki 7 qardaş şəlaləsi məni özünə valeh etdi.
6 sentyabr 2013 21:04
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Samir Aliyev
Somalide olmaq isterdim.Afrikani gezmek isterdim.ac insanlari görüb adam olmaqcün... Mekkeni ziyaret etmek arzumdur,lakin seyahet etmek istediyim yerleri dedim.Afrika...

Insallah canim qismet olar winked
8 avqust 2013 23:20
Offline
Belke bir gun...
Somalide olmaq isterdim.Afrikani gezmek isterdim.ac insanlari görüb adam olmaqcün... Mekkeni ziyaret etmek arzumdur,lakin seyahet etmek istediyim yerleri dedim.Afrika...
5 avqust 2013 20:48
Offline
GulenaY
ToRmEnTo,
totuwun mamasi,
heee pis yashamasam da hamisindan bashda sagliqdir sagliq olmayandan sonra teyyarenin shekilin bele gormek istemerem...Deevchi heee Shabran oranin adi deyishilib deye ele qeyd etmishenm))

SELENA,
Ləman_,
teshekkurler qizlar....
5 avqust 2013 20:47
Offline
♥Sevgilimi çox sevirəm♥
cox saqol canimmm
4 avqust 2013 12:04
Offline
₪Kristal KéLébék₪ (Nezrin.M.)
anım çoox sağol xəbərdə yer verdiyin üçün love
29 iyul 2013 14:34
Offline
Nigar
Təbii hamısından başda Məkkədə olmaq arzumdur. Bilirəm ki, bu bir çoxlarının arzusudur, təki arzusunda olanlara Allah qismət eləsin.

Amin! İnşAllah, Rəbbim arzunuzu çin edər.

amin inwAllah gozleim menim
27 iyul 2013 16:14
imza: Allahın cümləmizə yar olsun amin
Offline
ToRmEnTo
birde Azerbaycanda daglarin qoynunda olan chaylarin etrafinda olan meseli yasilliqla bol olan Kurdemirde

Kurdemirlisiz?serhinizde vetenime lag etmisiz haaa :) belede ki cayin qiragidir da duzdu.wexsen bizim kendimiz duz kurun qiragindadi,kurun qarsi terefi de mesedi.
27 iyul 2013 16:05
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Hürü Feyzullayeva
Seyahet deyende ilk aglima gelen Mekke olur Allah herkesi arzusuna catdirsin.Amin
27 iyul 2013 04:00
Offline
ZEHRAM
insallah muqeddes torpaqlara da getmek qismet olar.Biz indi yoldasimla mezuniyyetdeyik bu defe cenub terefdeyik Lerik,Lenkaran Astara ve Masallini gezirik.dag havasi lazzet edir.Astaranin bir terefi dag bir terefi deniz burda istirahet etmek yaxsidi.xarice Turkiyeye Bodruma ve Iranadaki Tehrana Karsa getmisem.gelen insallah Gurcustana getmek isteyirem
i_am_so_
27 iyul 2013 01:53
Offline
Samir Aliyev
Könül,xəbərin super alınıb, çox bəyənərək oxuyuram hər hissəni. Təşəkkürlər Davamlı və uğurlu olsun.

cox sagol canim
26 iyul 2013 13:11
Offline
♥Selena♥
SəRRaS
amma bunların hamısından çox Müqəddəs torpaqları dünya gözüylə görmək istərdim, təbii ki Allahın izniylə, amma onu da deyim ki, hər insan kimi gəzməyə o qədər də həvəsim yoxdur.

GulenaY
Təbii hamısından başda Məkkədə olmaq arzumdur. Bilirəm ki, bu bir çoxlarının arzusudur, təki arzusunda olanlara Allah qismət eləsin.

Amin! İnşAllah, Rəbbim arzunuzu çin edər.

SəRRaS
Düşünürəm ki günüm xoş keçdikdən sonra ailəm, sevdiklərim sağlam, yanımda olduqdan sonra bu mənə dünyanın hər yerini gəzməkdir...

Haqlısan, Rasimə. Təki sevdiklərimiz, ailəmiz sağ-salamat yanımızda olsun. Bu elə səhayətlərin ən gözəlidir.

Könül,xəbərin super alınıb, çox bəyənərək oxuyuram hər hissəni. Təşəkkürlər give_ros Davamlı və uğurlu olsun.
26 iyul 2013 12:30
Offline
AG AG
GulenaY,
seni tanimayana lenet))Gezmek dincelmek omur boyu lazim olan bir seydir...Mende Turkiyede olmusam Nisantasinda Bodrumda Bogazda Kemerde Istanbulda Marmarisde..birde Azerbaycanda daglarin qoynunda olan chaylarin etrafinda olan meseli yasilliqla bol olan Kurdemirdelol
25 iyul 2013 15:37
Offline
Samir Aliyev
insallah gozleyekde ama men 100% eminemki 3 demisdin

yoxcanim yaddan cixmamisan elave elmiweme coxdan amma ki 4 de.haziridyederc oluacaq feel
25 iyul 2013 13:32
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
25 iyul 2013 13:26
Offline
Nigar
Allah arzusunda olan her kese hara isteyir seyahet etmeyi qismet etsin amin

Gulenay ve Serras Allah arzularniza catdirsin amin
25 iyul 2013 12:45
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Realist
Gəzmək, səyahət etmək, gözəlliklər şahidi olmaq çox gözəldir. Can sağlığı, pul və vaxt olandan sonra.. Yoldaşım elə bir iş sahibidir ki, təəssüf ki, Azərbaycan sərhədlərindən kənara çıxmaq qadağandır. Ancaq o qədər gərgin iş rejimiminə sahibdir ki, Azərbaycan daxilində də gəzməyə vaxt yoxdur. Bu il vəziyyətimlə əlaqədar olaraq, hər şeyi unutduq. İnşallah, can sağlığı olsun, növbəti il körpəmizlə bir yerdə gəzmək qismət olsun. Bütün arzulayanlara da həmçinin... Təşəkkürlər.
25 iyul 2013 09:30
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )