Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadin.Netlilərlə səyahət (4-cü hissə)

Qadin.Netlilərlə səyahət (4-cü hissə)
AYKA
Azərbaycanımdan başqa heç bir olkədə olmamışam, amma rayonlarında olmuşam. Məsələn, Gədəbəydə, Qubada, Nabranda, Qusarda, Xızıda, Şamaxıda, Zaqatalada, Şirvanda çox olmuşam və Sabirabadda. Olmaq istədiyim ölkələr ən çox Türkiyə və Parisdi. Rayonlara gəlincə Azərbaycanın bütün rayonlarında olmaq istərəm, ən çox da marağımı çəkən Naxçıvan və işğal altında olan rayonlarımızdır ki hansı ki Qarabağ, Şuşa, Xocavənd, Xankəndi və.s kimi rayonlarda Alllahımız nəsib edər inşAllah olarıq, Amin! O günlər olsun ki Azərbaycan bayrağını Qarabağda dalğalandıraq inşAllah!!! Bir çox yerdə olmaq istəyirəm, inşAllah da üzü o tərəfə olaram, hələ qarşımızda çox il var..                                         
cute angel
Azərbaycandan başqa ölkədə olmamışam, öz vətənimizin gəzməli yerləri hamısından gözəldi. Rayonlardan ən çox Mingəçevir və Yevlaxda olmuşam, amma bütün rayonlarda olmaq istərdim. Başqa ölkəyə gəldikdə Məkkə və Mədinədə olmağı daha çox istərdim, inşAllah arzusunda olan hər kəsə qismət olar.girl_ang
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
deniz ilhan
Mən səyahət etməyi çox xoşlayıram. Azərbaycanın bəzi yerlərini gəzmişəm. Gəncədə bir neçə dəfə olmuşam. Gədəbəy, Cəlilabad, Qəbələ və Oğuzda olmuşam. Xaricə gedə bilsəm ən çox görmək istədiyim yer Türkiyədi. Həmçinin Ərəbistanda olmaq istərdim. Məkkə və Mədinəni görmək ən böyük arzumdu. Allah hər kəsə qismət etsin.
Sun
Xarici ölkələrdən hələki bir Rusiyanın Moskva, Saratov şəhərlərində olmuşam. Öz vətənimizdə isə Gəncə, Qəbələ, İsmayıllı və Şəkidə olmuşam. Ən gözəl səyahətim İsmayıllının İvanovka kəndində olub. Orda ailəmlə çox gözəl istirahət etmişəm. Xatirələrim çoxdur. Qəbələdə isə yediyim üçqulaq hələdə yadımdan çıxmır.good Reseptini Qadin.Net-də tapdım bir dəfə, mamamla köməkli bişirdim, amma ordakı kimi olmadı. :( Bir də Qəbələ aşı - o da tamam ayrı dadda olur. Gələcəkdə ən çox Türkiyədə və Amerikanın Nyu York şəhərində olmaq istəyirəm inşAllah. Ən böyük arzum isə Məkkə və Mədinədə olmaqdı. Xəbərdə yer ayırdığın üçün təşəkkür edirəm.girl_ten
Sevinc M
Doğma yurdumuzun təbiətinin gözəllikləri bütün dünyanı valeh edir. Biz istər təbiət, istər mədəniyyət, istərsə də milli mentalitet cəhətdən çox zəngin bir dövlətdə yaşayırıq. Mən də bu gözəllikləri gəzməkdən doymuram, gəzdikcə də daha çox zövq alıram. Mən vətənimizin ən gözəl guşələrindən biri olan, dağlar qoynunda yerləşən Zaqatalada doğulub boya-başa çatmışam və hər yerini qarış-qarış gəzmişəm. Bununla yanaşı Balakəndə, Qaxda, Qəbələdə, Nabranda, Beyləqanda olmuşam. İndi də Allah qismət eləsə Lerik rayonuna getməyi planlaşdırıram.smile
M_KoRoLeVa
İstirahətimin çoxu vətənimin gözəl bölgələrində keçib. Amma deyəsən bu il istirahət qismət olmayacaq. Keçən il istirahətim əsasən dənizdə keçdi. Başıma o qədər də xoş hadisələr gəlmədi. Çimərkən dərinə getdim, insanlardan ayrıldım. Ayağım yerdən üzüldü, fırlandım, suda batırdım əməllicə, 2-3 dəqiqə görən olmadı, dənizdə də 1 dəqiqə dəyərlidi belə anlarda. Axırı nəysə, biri gördü, kömək çağırdılar, evdə deməmişəm hələ bunu. Avqustun sonunda Pirquluya, ordan da Şəkiyə getdim, çox əla günlər keçirdim. Şəki camaatı çox şirindir. Xaricdə Moskvada olmuşam, xalam qızıgildə 2 ay qaldım. Gəzdirdilər çoxlu, xoş xatirələrlə qayıtdım. Kimlər istirahətə gedəcəksə, xoş istirahətlər diləyirəm.love
Ellada Babayeva
Mən bir Qubada olmuşam. Bir daha getmək istərdim. Azərbaycanmızın hər bir bölgəsində olmaq istəyirəm. İnşAllah arzum ürəyimdə qalmaz.
Qadin.Netlilərlə səyahət (4-cü hissə)

alisa1971
Səyahət.... Heç bilmirəm səyahəti sevirəm, ya sevmirəm. "Ətrafımda bir gözəllik vardı, sanki kitablardan oxuduğum cənnəti xatırladırdı. Çox gözəl yer idi. Necə olub ki, indiyədək mən bura gəlməmişəm, həyatımda gör nələri itirmişəm. Gəzə-gəzə göy çəmənlikdə otururam, lalələr lalə yanaqları ilə mənə baxaraq gülümsəyirdi, sanki bizdən gözəli varmı deyə soruşurdu. Bir xeyli bu gözəl lalələrə tamaşa etdikdən sonra yuxarıdan axıb gələn dağ çayının səsi məni yerimdən qalxmağa məcbur etdi. Çayın şaqraq səsi məni öz yanına çağırırdı, mən burdayam, gəl mənə tamaşa et, sanki hay-küy qoparırdı, tez çayın axdığı yerə getdim. Ay aman, çay nə qədər şəffaf, dumduru idi. Tez əllərimi suya salıb ovcumu su ilə doldurdum, üzümə, gözümə vurub, bu sərin suyun təravətini hiss etməyə, duymağa çalışdım. Hələ suyun dibində görünən daşları demirəm, sanki rəngbərəng muncuqlara bənzəyirdi, suyun dibinə tökülmüşdü. Elə bil hansısa zəngin öz ləl-cəvahiratından imtina etmiş bütün gözəl zinətlərini bir torbaya yığıb bu çayın içinə tökmüşdü. Daşları daha da parlaq edən həm də suyun şəffaflığı idi. Bir az yuxarıda isə sıx meşəlik görünürdü. Meşəlikdə oxuyan quşların cəh-cəhi, çayların həzin şırıltısı, lalələrin gözəlliyi mənə bir anlıq zövq verdi.Ah, nə gözəllikdir, mənə bəxş etdin İlahi. Birdən mənə elə gəldi ki, hardansa gözümə işıq düşdü, hə səhər açılırdı, deyəsən. Yuxulu gözlərimi açdım, özümü çarpayımda gördüm. Qalxmaq vaxtıdır, yoxsa işə gecikərəm". Gözəl Princessam, məni bağışla. Mən nəinki dünyanın, heç vətənimin də heç bir rayonunda olmamışam. Yaşadığım rayonun da gəzməli-görməli yerlərində olmamışam. Yazdıqlarım isə sadəcə bir röya idi, yuxu...
BELLA    
Mən Almaniyada yaşadığım üçün elə Almaniyanın bir neçə şəhərlərində olmuşam. Köln, Dortmund, Düsseldorf, Wuppertal və.s şəhərlərində olmuşam. Hər şəhərin də özünə görə gözəlliyi, yeri var mənim üçün. Başqa Azərbaycan, İspaniya, İtaliya, Türkiyə, Misir və s. yerlərdə olmaq istəyərdim. O qədər gözəl yerlər var ki saymaqla bitməz. Mənə də yer verdiyin üçün çox sağ ol.smile
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
creativka
Səyahət eləməyi çox sevirəm. İsmayıllı, Qəbələ, Şəki, Ağsu - bu rayonlarımızda olmuşam. Biləcəridən o tərəfə də çıxmışam.lol Yəni Rusiyaya da gedib çıxmışam. Avqustda ailə qurdum, oktyabrın 31-i heç yadımdan çıxmır yoldaşımla qatara minib Samaraya getməyimiz, Rusiyanın bir çox kənd və qəsəbələrindən keçdik. Ən böyük arzum isə Türkiyənin İstanbul şəhərində olmaqdı, inşAllah Allahın iznilə ölmərəm, o günü də görərəm.love
Səslərin sayı: 9
50
5476
loading...
Şərhlər
Offline
Rzayeva Guler
Mende seyehete 17 yasinan baslamisam
10 sentyabr 2013 19:16
Offline
Samir Aliyev
tewekkurler

deymez
give_ros
4 sentyabr 2013 22:35
Offline
Zehra Babayeva
tewekkurler fellow
21 avqust 2013 23:28
Offline
Samir Aliyev
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
18 avqust 2013 20:37
Offline
Рояна Акперова
Yağmur damlası
Alisa canim ne maraqli seyahet etmisen,sen hansi ilde dogulmusan?Koroleva sukur bu gunumuze bir omr sukur etsen yene de azdir!xeber ucun cox sag olun.

ELEDIR CANIM girl_ten
15 avqust 2013 16:46
Offline
BELLA
men indi görürem bunu.maraqli alinib.tebrikler canim.Fatma xanim bas üste.

Deniz84 cox sagol baci.insAllah
14 avqust 2013 01:16
Offline
Samir Aliyev
Xəbər maraqlıdı. Hamısını bir-bir oxudum Bella bilirəm necə Azərbaycana gəlmək istədiyini İnşallah qismət olar darıxma.
Müəllifə təşəkkür.

Men tesekur edirem give_ros
8 avqust 2013 23:36
Offline
Aysel İ.
Xəbər maraqlıdı. Hamısını bir-bir oxudum Bella bilirəm necə Azərbaycana gəlmək istədiyini İnşallah qismət olar darıxma.
Müəllifə təşəkkür.
8 avqust 2013 23:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Samir Aliyev
Ay Princess tesekkur edirem/Indi baxiramki New-York yazmaqdan gor nece yazmisam ey Nyu-York

deymez canim.
8 avqust 2013 23:22
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
6 avqust 2013 11:01
Offline
Samir Aliyev
Cox sagolun her biriniz werh ucun give_ros
3 avqust 2013 11:32
Offline
Chichek
Alisa size ureyim agridi.Allah qismet elesin bundan sonra her yeri seyahet edesiz.Amin
3 avqust 2013 01:27
Offline
aydan əsgərli
heç yerde olamamisam amma MEKKEDE olmaq isterdim
2 avqust 2013 12:08
Offline
Şəri Babayeva
Ellada Babayeva,
buyur baciskam give_hea

♡ ✰PrINcESsA♡ ✰,
nikimi deyişmemişem evvelden beledi smile
1 avqust 2013 13:03
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
 Şəri Babayeva,
Təşəkkür bacı can give_ros
1 avqust 2013 12:55
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Samir Aliyev
bacimi bele gozel xeberde gormek meni sevindirdi
xeber gozel alinib

niki deyiwmisen tanimadim eee sorry
1 avqust 2013 10:26
Offline
Şəri Babayeva
bacimi bele gozel xeberde gormek meni sevindirdi girl_ten good blush xeber gozel alinib
31 iyul 2013 20:52
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
wwwwwwwwwwwwwwwww
qismet olsa bu yaxin gunde genceye gedecem
31 iyul 2013 20:22
Offline
Sevka
herkese gozel istirahetler
31 iyul 2013 11:15
Offline
Yağmur damlası
Alisa canim ne maraqli seyahet etmisen,sen hansi ilde dogulmusan?
Koroleva sukur bu gunumuze bir omr sukur etsen yene de azdir!
xeber ucun cox sag olun.
30 iyul 2013 12:50
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!