Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadin.Netlilərlə səyahət (2-ci hissə)

Qadin.Netlilərlə səyahət (2-ci hissə)

Xəyalə Murad

Səyahət etmək insana dünya görüşü qazandırmaqla yanaşı, müsbət əhval-ruhiyyə də bəxş edir.Hər kəs kimi mənim də gəzib -gördüyüm bir çox yerlər var. Lakin görmədiklərimdən yazmaq istəyirəm. Başlayaq vətənimiz Azərbaycandan. Tbilisidə yaşadığım üçün Vətənimi yetərincə gəzib dolaşa bilməmişəm. Cənubi və Şimal- Qərbi Azərbaycanda olmaq istəyərəm. Dünya üzrə görmək istədiyim şəhərlər Barselona, Madrid, Paris, Roma, Berlin və ölkə olaraq İslandiyanı başdan- başa gəzib dolaşmaq istəyərdim. Hündürlük fobiyam olsa da Everestə və Eyfel qülləsinə çıxmaq istərdim. Ola bilsin ki, nə zamansa Eyfel qülləsinə çıxaram. Lakin Everest dağına çıxmaq şəxsən mənim üçün mümkünsüzdür. 

  Selena

Rəbbim Azərbaycanı elə gözəl yaradıb ki, görənlər aşıq olur. Hər bölgəsinin özünəməxsus gözəlliyi və təbiəti var. Odlar yurdumun hər qarış torpağını çox sevirəm və uca tuturam. Məmləkətim başdan-başa yaraşıqdır.Hər gülü, çiçəyi dərmandır, sağlamlıq məhluludur. Bulaqları, təbiəti və havası cavanlaşdırır insanı. Bütün bunları qiymətləndirməmək, sevməmək olarmı?

Təəssüf ki, mən Vətənimin hər bölgəsində olmamışam, amma çox istəyərdim hər şeyin canlı şahidi olum. Bircə Cənub bölgəsində olmuşam, hətta Astarada olarkən İran sərhədinə qədər gedib çıxmışam. Oraları gördükdən sonra şəhərə qayıtmaq istəmirsən. Yanar bulağı, İstisunu, çayları, bulaqları gəzib görmüşəm. Hələ dənizi elə gözəl və təmizdir ki, heç çıxmaq istəmirsən sudan. Bir sözlə nə qədər tərifləsəm azdır.

 

 Aytən

 Mən BƏƏ-nin Dubay şəhərində olmuşam. Ora çox gözəldi. Yoldaşım soruşanda ki, indi hara getmək istəyirsən deyirəm: "Yenə Dubaya". Çünki çox gözəl şəhərdi. Şəhərin təmizliyi,ticarət mərkəzləri, musiqili rəqs edən fantanlari və s. Şəhərə heyran qaldım. Azərbaycanda isə çox rayonlarda olmuşam. Şəki, Quba, Şamaxı, Qəbələ, Lənkaran, İsmayıllı, doğulduğum yer Masallı. Amma  ən çox sevdiyim rayon Qəbələdi. Biz demək olar ki, hər yay 3-4 dəfə Qəbələ və İsmayıllıya gedirik. Elə dünən də Qəbələ və İsmayıllıda idik, çox əyləndik. Ən çox xoşdadığımız yer isə Qəbələdə olan Qəbələnd əyləncə parkıdı.Gözəl attraksionlar, xususilə də atışma yarışı. Qaranlıq bir otaqda komandalara ayrılıb bir-birini vurursan. Dəfələrlə ayağın ilişib yıxılsan da çox əyləncəlidi. Bir sözlə danışsam çox danışaram. Nə başınızı ağrıdım.  

 Ruhəngiz

Hər bir insanın gözəl istirahətə ehtiyacı var. Buna görə də kimisi Azərbaycanımızda, kimisi də Azərbaycandan kənarda istirahətə yollanır. Mən Azərbaycanımızın Quba-Xaçmaz zonasında çox olmuşam. Hər yay da gedirik. Quba-Xaçmaz gözəlliklərlə doludur. Xarici ölkələrdən isə İtaliyada, Almaniyada olmaq istəyərdim.

Chr

 Mən o qədər də çox yerlərdə olmamışam. Ümumiyyətlə, Lənkəranda yaşadığım üçün mənim üçün ən gözəl yer oradı. Bundan başqa Xızıda, Dəvəçidə olmuşam gözəl yerlərdir, insanları çox şəndi. Amma olmaq istədiyim çoxlu ölkələr var: ABŞ, Almaniya, İtaliya, Koreya və s.saymaqla bitməz. Bir də Havay adalarında olmaq istərdim, mənə maraqlıdır. İnşallah bir gün qismət olar.

 

 Ilknur Usubova

 Azərbaycanın bütün yerləri gözəldi. Demək olar ki, çox yerində olmuşam. Zaqatala, Qax, İlisu, Qəbələ, Qusar, İsmayıllı, Naxçıvan, Xızıda olmuşam. Xarici ölkədən isə Almaniyada, Amerkada, Fransa və Türkiyədə olmuşam. Bircə qalıbdı Roma şəhəri.

  Meleyim

 Mən gəzməyi çox sevirəm.Ama atamın işi ilə əlaqədar olaraq Bakıda çox ola bilmədiyinə görə, biz də hər il səyahətə gedə bilməmişik. Öz bölgələrimizdən yalniz Quba,Xaçmaz,Xızıda istirahət etmişik. Gözəl istirahət bölgələrimiz var, çox gözəl də istirahət etmişik. Xarici ölkələrdən birinci Türkiyəyə-İstanbul şəhərinə getmək istəyirəm. İstanbula getməyi çox istəyirəm.Daha sonra getmək arzusunda olduğum şəhərlər Tbilisi, Paris, Reo De Janeyra və s. Allah qismət etsin mənə də, cəmi arzusunda olanlara da. 

♥Emirsiz Feriha♥

Mən hər zaman yeni yerləri görmək, yeni mədəniyyətlər öyrənmək arzusundayam. Gözəl Azərbaycanımızın gəzməli, görməli yerləri çoxdur.Məsələn, Qəbələ, Qax ,Şəki. Amma Zaqatalada olmuşam. Çox gözəl, gəzməyə, görməyə dəyəcək rayondu. Təmiz havası, ucsuz -bucaqsız qoz,findıq bağları, yaşıllıqları məni heyran etdi. Mingəçevirdə olmuşam. Xarici ölkələrdən görmək istədiyim ölkələrsə Fransa və İtalyadı. Almanyada da olmaq  istərdim. İnşAllah arzuma çataram.

♥Just a dream♥

Mən Azərbaycandan başqa heç yerdə olmamışam.Daha çox Lənkəranda olmuşam.Orda Meşə bəyinə getmişəm.Çox gözəl yerdir.Bir də Qubada olmuşam, səhər gedib, axşam gəlmişik.Xarici şəhərlərdən London,Paris,Türkiyədə olmaq istərəm.Amma indi ancaq Qəbələ, İsmayıllı bir də Şəkiyə getmək istəyirəm.

FIRUZA

Özüm vətənimizin Cənub zonasından olduğumdan təbii ki, bu zonanın hər bölgəsində olmuşam.Mən deyırdim ki, cənnət bu tərflərdədir. İstərdim Şəkidə,Qubada,Naxçıvanda,Gəncədə olam.Təbrizdə olmuşam və orada bir doğmalıq hiss eləmişəm, insanları çox səmimidilər.İllah ki, biləndə Bakıdan gəlmisən elə bil doğmalarını ,əzizlərini görürlər.Təbriz özü də bizim qədim Bakını xatırladır adama, bəlkə buna görə Təbrizə Bakı ilə qardaş şəhər deyirlər.Fransada olmağı istərdim,sonra Almaniya və ən əsası ziyarətgahlara gedib Müqəddəs yerləri ziyarət etmək ən böyük arzumdur.

♥ T♡H ♥

 Ümumiyyətlə, səyahət etməyi xoşlayıram.Getdiyim. şəhər və ya rayon haqda öyrənmək istəmişəm.Mən də Azərbaycanımızın bir çox bölgələrində olmuşam.Qəbələ, Daşkəsən, İsmayıllı, Mingəçevir, Göyçay, Gəncə, Sabirabad və s.Həmişə bölgələrin adət- ənənələri ilə maraqlanmışam.Dağ, meşə və çaylarında olmuşam.Ama xarici ölkədə olmamışam.İlk istərdim Məkkə şəhərində olum.İnşAllah.Allah hamının arzusuna çatdırdın .Bir də istərdim Türkiyədə-İstanbulda və başqa şəhərlərində olum.Qismət.

Səslərin sayı: 11
68
4042
loading...
Şərhlər
Offline
❤PRENSES♥♥♥ YAGMUR✰
Maraqli xeberdi tesekkur 5 seherde olmusam isterdim her bir yeri gezem insallah oda olar
26 aprel 2014 14:26
Offline
Rzayeva Guler
Mende 2 seherde olmusam heleki
10 sentyabr 2013 19:22
Offline
Samir Aliyev
Çox maraqlı xəbərdir.ALLAH hamını arzusuna çatdırsın AMİN.Hər kəsə xoş səyahətlər arzulayıram.

cox sagol canim
13 avqust 2013 20:22
Offline
Ruhəngiz
Çox maraqlı xəbərdir.ALLAH hamını arzusuna çatdırsın AMİN.Hər kəsə xoş səyahətlər arzulayıram.
13 avqust 2013 20:21
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Samir Aliyev
butun dunyani gezmek istiyirem.

men seyaheti cox sevirem Insallah,edeceyem imkanim olan qeder,1-2 yer gezmisem cox beyenmisem.xeber ucun cox sag olun.

cox saqoll canim heqiqeten maralidi

tesekurler werehe gore give_ros
8 avqust 2013 23:18
Offline
♥Sevgilimi çox sevirəm♥
cox saqoll canim heqiqeten maralidi
4 avqust 2013 12:06
Offline
Yağmur damlası
men seyaheti cox sevirem Insallah,edeceyem imkanim olan qeder,1-2 yer gezmisem cox beyenmisem.xeber ucun cox sag olun.
21 iyul 2013 17:46
Offline
Rafaella
butun dunyani gezmek istiyirem.
21 iyul 2013 00:43
Offline
Samir Aliyev
maraqli alinib baci ellerine sagliq

İnsallah hami bu geldi geder dunyada arzuladigi her bir yere geder..sagol, princesa

Deymez cox sagolun werhlere gore
20 iyul 2013 20:45
Offline
Seli
İnsallah hami bu geldi geder dunyada arzuladigi her bir yere geder..sagol, princesa
20 iyul 2013 14:45
Offline
Melek
maraqli alinib baci ellerine sagliq
20 iyul 2013 12:33
Offline
Samir Aliyev
Bacı xeberində mənə də yer ayırdığın üçün bir daha çooox sağ ol.

herkese xos isdirahetler.

cox sagolun werhe gore
20 iyul 2013 12:09
Offline
Рояна Акперова
herkese xos isdirahetler.
19 iyul 2013 19:11
Offline
♥ TƏRİŞ .H. ♥
Bacı xeberində mənə də yer ayırdığın üçün bir daha çooox sağ ol. air_kiss
19 iyul 2013 19:04
Offline
Samir Aliyev
maraqli xbr alinibdi ,twk edirem janim,axir ki yolunu gozlediyim xbri gordum

men tesekur edirem canim
19 iyul 2013 17:27
Offline
ILKIN
maraqli xbr alinibdi ,twk edirem janim,axir ki yolunu gozlediyim xbri gordum give_ros
19 iyul 2013 17:05
Offline
Samir Aliyev
maraqlı xəbərdi

maraqli xeberdi tesekkurler

Allah her birnizi arzunuza catdirsin amin

Amin canim
19 iyul 2013 15:46
Offline
Nigar
Allah her birnizi arzunuza catdirsin amin
19 iyul 2013 15:39
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Amaliya
maraqli xeberdi tesekkurler
19 iyul 2013 14:39
Offline
19 iyul 2013 13:38
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış