Bakıda hava 10°
USD AZN
EUR AZN
15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41133

İblisin vəkili (III hissə)

İblisin vəkili (III hissə)

İlahə ayağa durmaq istərkən uşaq kimi səndirlədi. Az qaldı yıxılsın, Altay tez belindən tutdu:
-Nə olub İlahəm?-güldü. İlahəni özünə sıxıb alnını-alnına söykədi. İlahə bu təmasdan, bu yaxınlıqdan özünü itirdi, dartındı:
-Evə getməliyəm mən, artıq gec oldu.
-Belə yaş donla hara gedirsən ilahəm? Donunu qurut sonra get. Həm də niyə tələsirsən? Dünən atanın rayona toya gedəcəyini söyləmişdin.Gəl sənə quru geyim verim.
İlahəni yan otağa apardı. Şifonerin qapısını açıb, onunla bu evdə olmuş qızlardan qalan bir xalat çıxartdı. Ağ atlasdan olan xalat çox qısa idi. İlahə narazılıqla Altayın əlində tutduğu xalata baxdı:
-Yox mən bunu geyinə bilmərəm, istəmirəm-Altay axtarıb bir az uzununu tapdı.

-Yaxşı bunu geyin, narahat olma İlahəm, elə bil öz evindi, mən çıxıram.
İlahənin atrıq sərxoş olduğu aydın hiss olunurdu, göz qapaqlarını güclə açırdı. Ayaq üstə dayana bilməyib, otaqda olan taxtın kənarına oturdu. Əli ilə donunun arxadan bağlanan ilgəyini açmaq istəsə də, heç cür aça bilmirdi. Hər dəfəsində əli boşa çıxırdı, cəhdləri uğursuz alınırdı. Çarəsiz halda çarpayıya yıxıldı. Ayaq üstə dura bilmirdi, başı hərlənirdi. Qapı döyüldü:
-İlahəm, nə gec oldun, gülüm.
-İindii gəəlirəəm...
Açıq qapıdan Altay göründü. Otağa daxil oldu:
-Yox, belə yatmaq olmaz, yaş paltarla xəstələnərsən.
İlahəyə ayağa durmaqda kömək etdi. Əlini paltarın ilgəyinə apardı. İlahə:
-Sən dayan, özüm...-desə də özünü idarə edə bilmirdi. Altay  əlini ilgəyə uzatdı. Don İlahənin əynindən sürüşüb, ayağının altına düşdü. Altay qollarının arasında bir dünya gözəllik tutmuşdu. Od kimi yanan dodaqlarını, onun boyun-boğazında, sinəsində gəzdirdi. İlahə:
-Dayan, nə edirsən? -deyib ,onun qollarından qurtulmaq istəsə də bu nəvazişdən heysiz olmuşdu. Altayın kəpənək toxunuşuna oxşayan yumşaq öpüşlərini, bədəninin hər yerində hiss etdi. Altay onu qucağına alıb çarpayıya uzatdı. İlahə artıq özünü hiss etmirdi, sanki bütün bədəni Altaya məxsus idi...
Bayırda bərk külək başlamışdı. İşdən yorğun gəlib yatan Ceyhun, bərk səsə yuxudan dik atıldı. Külək, açıq qalan pəncərəni çırpıb, çiling-çiling etmişdi. İlahənin isməti kimi...
***
İlahə yuxudan ayılıb gözlərini ovxaladı, gözünü açanda elə bildi yuxudadı. Bu otaq onların evi deyildi, bu geniş taxt da onun çarpayısı deyil. "Mən hardayam?"-yatağından dik qalxıb, yerində oturdu. Özünü paltarsız görüb, döşəkağı ilə üryan bədənini örtdü. Başı ağrıyırdı. Əlini atıb stulun üstünə atılmış paltarını götürmək üçün ayağa duranda, al rəngə boyanmış yatağı görüb dəhşətlə dünən olanları xatırlamağa çalışdı. İki əli ilə saçlarını tutub yerə çökdü. "Bu nə işdi mən düşdüm?!"- gözünün yaşını sel kimi axıtdı. Yastığın üstündə kağız vardı. "Mələyim, mən dükana düşdüm, indi gəlirəm" .Kağızı hirslə bürmələyib yerə atdı: "Lənətə gələsən! "Cəld əynini geyinib, çantasını da götürüb, özünü evdən bayıra atdı. Evlərinin qapısını titrək əlləri ilə açıb, özünü içəri saldı. Atası evdə olmadığından bərkdən, hönkürtü ilə ağlayıb içini boşaltdı. Otaqdan asılmış, anasının böyüdülmüş şəkli önündə diz çökdü: "Ana, anacan, mən nə etdim ?Bağışla qurban olum. Bəlkə də sən yanımda olsaydın belə olmazdı ana".
***

İblisin vəkili (III hissə)

Aralarında olan bu münasibətdən sonra, İlahə Altayı görmək belə istəmirdi. Dünyanın işinə bax, həmişə belə yelbeyin qızlara gülürdü, indi özü onların gününə güşdü. Necə oldu belə ağılsızlıq etdi? Özünə inanmırdı.Lap uşaqlıqdan,nənəsi hər dəfə onunla görüşəndə bir qıza lazım olan ədəb qaydalarını ona öyrədirdi. Artıq beyninə həkk etmişdi ki, qız ismətini toy gününə kimi qoruyub saxlamalıdı. Ancaq İlahə nə etdi?Əlbəttə, Altayda da az günah yox idi. İlahənin ona olan etibarından istifadə etmişdi.
Altay vəziyyətdən çıxış yolu tapa bildi, çünki artıq vərdiş idi. İncitdiyi qadınların könlünü almaq üçün kifayət qədər söz ehtiyatı vardı. Lazım gələndə yazıq sifət çıxardıb, gözündən 1-2 damla yaş axıtmağı da çox gözəl bacarırdı. İndi də bildiyi bütün fəndləri işə salıb özünü ona bağışlatdı. Ürəyi çox yumşaq olan İlahə onu bağışladı. Artıq Altayın evində sonu yataqda bitən, dörd görüşləri olmuşdu...
***
Yenə güzgünün qarşısında durub özünə sığal verirdi. Hamamlanıb çıxmışdı, üzünü qırxıb ətirlənirdi. Telefonu zəng çaldı. Keçən il Antaliyada tanış olduğu qız idi, dünən də zəng etmişdi. Altayın yanına  qonaq gəlirdi Rusiyaya, özü dəvət etmişdi. Ona görə təcili qayıtmalı idi.
Qızın yad ölkədə tək qalmasına necə razı ola bilərdi? Bir halda ki, özü dəvət edib. Güzgüdə diqqətlə özünə baxdı.

 

İblisin vəkili (III hissə)

 

Güzgüdəki Altay dilləndi: "Sən düz eləmirsən. İnsanların həyatı ilə oynamaq olmaz. Bəsdi artıq, dayan! Atanın yolu ilə getməyə məcbur deyilsən.Möhkəm iradəli ol, nəfsinə qalib gəl. Bəsdi yalan danışıb hamını, ilk əvvəl özünü aldatdın. Bir gün o yalanların içində özünü də itirəcəksən.İblisə vəkillik etdiyin bəsdi!İlahəni də o birilərin gününə qoyma,heç olmasa onu bədbəxt etmə! "Altay qaşlarını düyünləyib, hirsə yumruğunu güzgüyə vurdu.İlahə yadına düşəndə tutuldu, qanı qaraldı.Özünə yazığı gəlirdi hərdən. Çünki, insanların həyatları ilə oynadıqca özü də oyuncağa dönürdü. Əsl simasını itirirdi. Hərdən özünə elə nifrət edirdi ki... Tək özünə deyil. Ailəsinə, atasına,bütün insanlara... Özünün belə böyüməsində onları daha çox günahlandırırdı. Atası ömrü boyu kef dalınca, eyş-işrət dalınca qaçmışdı,anası da atasının dalınca.Hər vasitə ilə onu güdüb, əməllərini aşkara çıxartmaq,sonra bunun hesabını soruşmaq və s. və ilaxır.Bitib tükənməyən mübahisələr,dava-dalaş,söyüşlər...Düz yolu ona göstərmək üçün, vaxtları olmamışdı .Özü də qarşısında açılan saysız-hesabsız yolların önündə, çaşıb qalmışdı.Düz yolu tapa bilmirdi, bəlkə də axtarmaq istəmirdi.Əyri yollar daha cəlbedici görünürdü. Düzdür, bəzən əməllərinin düz olmadığını üzünə deyən adam çıxırdı qarşısına. Məsələn, əmisi oğlu Faiq kimi. O,nəsihət etdikcə, "Haqlısan "-deyib, susurdu.Peşman olmuş kimi görünürdü bir anlıq.Bir anlıq..Bu ancaq bir anlıq olurdu..Sonra tez unudurdu.Gec idi. Altay, çox uzağa getmişdi artıq. Qayıtmaq da istəmirdi...
Telefon yenidən zəng çalanda fikirdən ayıldı.Dəstəkdən eşidilən qızın səsinə  unutdu hər şeyi. Zəng edən qızla min bir şirin dillə danışdı. Dostları ilə də zəngləşib elit bir oteldə onun üçün yer hazırlatdı. Tələsik paltarlarını yerləşdirib, bilet üçün sifariş verdi. Artıq sabah bu vaxt yeni bir eşq, yeni bir məcara... Altay üçün artıq qızların bədəni mühüm bir önəm kəsb etmirdi, yaşadığı qızların, qadınların ona dəlicəsinə aşiq olması daha çox ləzzət edirdi. Onların beyninə hakim olub, istədiyi kimi onları idarə edə bilməsi, ona zövq verirdi. Belə həyat tərzi çox xoşuna gəlirdi. Ancaq hərdən güzgüdəki Altay onu narahat etməsəydi...

 

Ardı var...

Səslərin sayı: 4
40
3632
loading...
Şərhlər
Offline
Minira Aslanzade
İlahənin səhfi olubki şirin dilə aldanıb
22 mart 2014 15:57
Offline
MAYA EL
birinci dəfə səf etdiyi halda yenidən şirin yalanlara inanıb yenidən səhfə yol verdi İlahə sonda yenə peşmanşılıq olacaq
8 avqust 2013 19:49
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Şəri Babayeva
Ilahe gerek bagislamazdi Altayi...sehv eledi.Altayi bogmagim geldi,amma Ilahedede gunah var. diablo ireful

ardini sebirsizlikle gozleyirem.maraqlidi.
7 avqust 2013 21:16
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Fatma xanım
BaNu,
HƏ DEYİRLƏR Kİ EŞŞƏK-EŞŞƏKDİ BİR GİRDİYİ PALÇIĞA BİRDƏ GİRMİR AMMA BU QIZ Eşşəkdən də betərmiş
5 avqust 2013 20:49
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
BaNu
1 sehvi bir defe edirsense,o sehv sayilmir,o sehvi ikinci defe edirsense,bax bu sehv sayilir.ne olsunki,bir defe sehv etdin,bu sene beraet qazandirmir ki, sen o sehvi tekrar-tekrar edesen.bowu-bowuna anada,nenede ve yaxud da bawqalarinda gunah axtarmaqdansa,tovbe edib heyatina davam etseydin bu insani o qeder de yandirmazdi..ama 4 defe,bu artiq heyaliqdan kecib demekdir.axirini sebirsizlikle gozleyirem...cooox sag olun bele gozel hekaye ucun,elleriniz,gozleriniz agrimasin)))
5 avqust 2013 16:20
Offline
Ellada Babayeva
Valdeyin tərbiyyəsi vacibdi düzdü.Amma insanın öz qabındada olmalıdı.İlahə çox böyük səhv edib,amma Altayda İlahənin sərxoşluğundan istifadə etdi, istədiyinə nail olmaq üçün.Birinci oxuyanda fkirləşdim, içkili olub,4 rəqəmini görəndə başıma qaynar su töküldü.Mənim Altay kimi gənclərə nifrətim günü - gündən artir.. ireful Axrı maraqlıdı.Gözləyəcəm.
5 avqust 2013 14:55
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
L.M
dəşətdi bellərini Allah cəzasını vrsin
5 avqust 2013 14:49
Offline
Davamını səbirsizliklə gözləyirəm.İnşallah yaxşı qurtarar
5 avqust 2013 14:18
Offline
Sonay Quluzade
Otaqdan asılmış, anasının böyüdülmüş şəkli önündə diz çökdü: "Ana, anacan, mən nə etdim ?Bağışla qurban olum. Bəlkə də sən yanımda olsaydın belə olmazdı ana". Bu sözlərdən sonra lap nifrətim artdı qıza, anasızlıq heç də əxlaqsızlığına bəraət deyil, hələ ki, nənə onu müəyyən mənada maarifləndirmişdi, nəsə mənə görə Altayın ailə problemlərinə görə bəraəti ola bilər.
Təşəkkürlər, Almaz xanım.
5 avqust 2013 11:48
Offline
ilahe elizade
yaziq Ilahe.Allah ozu Altayi bagislasin.axirda hec olmasa Altayin agli basina gelib,Ilaheni alsin.ardini sebrsizlikle gozleyirem.
5 avqust 2013 11:44
Offline
Almaz S.
Gulum,

♥wirinka♥,
Ай Сель,
cicek,
mehebbet sixaliyeva,
Qızlar sağ olun ,mən də sizə təşəkkür edirəm.
Selvi,
Bu xəbərin bütün bölmələrini özüm redaktə etmişəm, o qədər səbirsizliklə gözləyirdimki ardı nə olacaq, nə olacaq.İnsan ağılını heç vaxt itirməməlidir, sevmiş olsa belə....Təşəkkürlər Almazcım.

Bacişka çox sağ ol redaktə üçün give_ros
DENIZ,
SELENA,
Mən İlahəni belə fikirləşməmişdim. Birinci gecə səhv edib ağlayınca düşündüm ki, daha elə hərəkət etməz. Amma 4 dəfə, bu ağ oldu artıq. İlahənin o evə tək getməyi düzgün deyildi, bundan əlavə sərxoş olana qədər şərab içməyi heç yaxşı deyildi. Almaz bacı, çox sağ ol. Davamını səbrsizliklə gözləyirəm, qələminə qüvvət.

Yağmur damlası,

Sən də sağ ol gözəlim fikirlərin üçün.
Fatma xanım,
Allah heç qızın qabağına Altay kimi haram süd əmmiş çıxarmasın

Amin Fatma xanım
5 avqust 2013 11:10
Offline
Fatma xanım
Allah heç qızın qabağına Altay kimi haram süd əmmiş çıxarmasın
5 avqust 2013 01:04
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
DENIZ
ardını sebirsizliklə gözləyirəm
5 avqust 2013 00:05
Offline
♥Selena♥
Mən İlahəni belə fikirləşməmişdim. Birinci gecə səhv edib ağlayınca düşündüm ki, daha elə hərəkət etməz. Amma 4 dəfə, bu ağ oldu artıq. İlahənin o evə tək getməyi düzgün deyildi, bundan əlavə sərxoş olana qədər şərab içməyi heç yaxşı deyildi. Almaz bacı, çox sağ ol. Davamını səbrsizliklə gözləyirəm, qələminə qüvvət.

Yağmur damlası,
Yağmur, tam mənim fikirləşdiyimi yazmısan, çox sağ ol. Sonda qeyd etdiyin cümlələri hamı diqqətlə oxumalıdır məncə, xüsusən də gənc qızlar.
4 avqust 2013 23:33
Offline
Selvi
Bu xəbərin bütün bölmələrini özüm redaktə etmişəm, o qədər səbirsizliklə gözləyirdimki ardı nə olacaq, nə olacaq.İnsan ağılını heç vaxt itirməməlidir, sevmiş olsa belə....Təşəkkürlər Almazcım.
4 avqust 2013 23:14
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
mehebbet sixaliyeva
Maraqlı idi.Təşəkkürlər.Allah bütün insanları qorusun.Amin.
4 avqust 2013 19:54
Offline
cicek
cox maraqlidir
4 avqust 2013 18:53
Offline
4 avqust 2013 18:43
Offline
♥wirinka♥
maraqlidir yayimda emeyi gecen her kese twk ederim girl_ang
4 avqust 2013 16:12
Offline
Yağmur damlası
Yağmur damlası,bacim menim demek istediylerimin hamisini yazmisan halal olsun sene duz deyirsen

tesekkur edirem canim.
Düz deyirsən canım mənim

give_ros
4 avqust 2013 14:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Başqalarının aurasını oxuya bildiyinizi göstərən 6 xüsusiyyət

    Başqalarından gələn müsbət və ya mənfi titrəyişləri hiss edirsinizsə, sehrbaz deyilsiniz və heç bir şey "ixtira etmirsiniz", narahat olmayın. Həqiqətən hamımızın içindən enerji axını axır, bu da yaxşı və pis ola bilər.
  • Yalnızlıq hissindən necə xilas olmalı?

    Yalnızlıq hissi, fiziki olaraq yalnız olmaqdan qaynaqlanır. Beyin, ağrı və təhlükələrə diqqət etmək üçün dizayn edilib. Ona görə yalnızlıq hissi diqqətimizi çəkir. Ürək sıxılması kimi üzünü büruzə verir. Həddindən artıq reaksiya vermədən onu qəbul etməyi öyrənin.
  • 15:23 - Müəllif: PERI
    2020-nin trend saç rəngləri (1)

    2020-nin trend saç rəngləri

    Serialdan tanıdığımız Sansa Stark obrazının adı ilə məşhurlaşan bu rəng, 2020-ci ildə trendlər arasında varlığını davam etdirəcək. İsti tonları ilə sizi daha canlı göstərəcək, gözəlliyinizi ortaya çıxaracaq.http://qadin.net/index.php?newsid=99172
  • Qara nöqtələrlə necə mübarizə aparmalı?

    Qabın içinə yeni qaynatdığınız suyu tökün, böyük dəsmal köməyi ilə başınızı örtərək üzünüzü buxara tutun. Üzünüz yanmağa başladıqda fasilə edin. Sonra yenə üzünüzü tərlədin. Buxar məsamələri açacaq, qulaq təmizləmə çöpü ilə qara nöqtələri təmizləyə biləyə bilərsiniz.
  • 15:20 - Müəllif: PERI
    Hadise 1 ayda 6 kq arıqladı-FOTO (2)

    Hadise 1 ayda 6 kq arıqladı-FOTO

    Son zamanlar fit görüntüsü ilə diqqət çəkən türkiyəli müğənni Hadisə bir ayda 6 kilo arıqlayıb.
  • Məşhur modelyer həbs oluna bilər-SƏBƏB

    Onun 5 ilədək həbsi istənilir.
  • 200 manatla başladı indi milyonerdir-FOTO

    Evinin mətbəxində "Talliah Rose" adlı marka yaradan Gordonun geyimləri böyük maraqla qarşılanır.
  • Azərbaycanda bu kanalın yayımı dayandırıldı

    Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.
  • Qara nöqtələrlə necə mübarizə aparmalı?

    Maskanı üzünüzdə 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü durulayın
  • NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi - VİDEO

    Lakin peykin səthindən olimpiya hovuzunu bir neçə dəqiqəyə doldura biləcək qədər su buxarı ayrılır
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış