Bakıda hava
USD AZN
EUR AZN
20:07Ayla Ayla Mən də dincələ bilmədim.Yeni il tətilini dözlüyəcəm 16:51Surayye Guya 5 gun tetil idi 3 gun oldu 16:51Surayye Qizlarim qizillarim necesiz? 15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41136

İblisin vəkili (I hissə)

İblisin vəkili (I hissə)

İlahə uçurdu, yerimirdi. Altayın dodaqları dəyən yerlər sanki od tutub yanırdı. Bu halla evə necə gəldiyini də bilmədi. Bir də gördü qapılarının qarşısında dayanıb.
Atasının iş vaxtı qurtardığına görə artıq evdə olmalı idi. Yəqin ki, indi intizarla qızının yolunu gözləyirdi. Özünə bir anlıq nifrət etdi atasına yalan danışdığı üçün. Qrup yoldaşları ilə birgə olduqlarını söyləmişdi. Axı bu il ali məktəbi başa vururdu. Bu münasibətlə yığıncaq keçirəcəkdilər. Bu sözdə həqiqət vardı. Lakin yığıncaq elə dünən bitmişdi: "Gecəni rəfiqəmgildə qalacam"- desə də, Altayla olmuşdu. Atası ona inanıb, etibar etdiyi üçün etiraz etməmişdi. İndi atasının gözlərinə necə baxacağını fikirləşərək, bir az qapının ağzında dayandı, saçlarına, üst-başına yenidən əl gəzdirdi. Qapını açıb evə daxil oldu. Atası ümumi otaqda oturub televizora baxırdı. Ona gəldiyini hiss etdirmədən otağına keçmək istədi, lakin gec idi,  onu görmüşdü:
-İlahə, gəldin qızım?
Üzünə baxmadan cavab verdi:
-Hə atacan, necəsən? Günün necə keçdi, mən olmayanı?
-Mən yaxşıyam qızım, elə həmişəki kimi. Sən necəsən, yığıncağınız necə keçdi? Danış bir az.
-Atacan, sonra danışaram, nəsə  başım ağrıyır. Yatmaq istəyirəm bir az.
-Qızım, bəlkə acsan, yemək da hazırlamışam. Yemək ye, sonra yat.
-Sağ ol atacan, ac deyiləm.
Yaxınlaşıb atasının üzündən öpdü.
Mahmud kişi qabarlı əli ilə onun saçını sığallladı. İlahə yaşarmış gözlərini gizlətmək üçün, üzünü çevirərək, cəld otağına keçdi.
Üzüqoylu çarpayısına döşəndi, yanaqlarından axan göz yaşları yastığını islatdı. Elə bu vaxt telefonuna gələn mesajın melodiyası eşidildi. Altaydan idi: "İlahəm mənim, elə indi ayrıldıq, artıq darıxıram sənin üçün". Bunları oxuduqca, üzündə təbəssüm yarandı, unutdu bir anlıq hər şeyi. Altayı fikirləşərək yuxuya getdi.
Onlar şəhərdə kirayə tutduqları balaca bir evdə yaşayırlar. Anası İlahənin 10 yaşı olarkən ağır xəstəlikdən vəfat etmişdi. Evində hər şey Mahmuda sevimli yoldaşını xatırladırdı. Ata-anası: "Ay bala, hara gedirsən? Heç olmasa uşağı saxla, biz baxarıq" - desələr də, o balaca qızını da götürüb şəhərə gəlmiş, balaca bir evi kirayələyərək, orda özünə iş tapıb məskunlaşmışdı. Fəhləliklə balasını böyüdərək, bütün fikrini, aylıq maaşını evin kirayəsinə və qızının təhsilinə çatdırmağa yönəltmişdi. Yenidən evlənmək heç yadına düşmürdü. Ən böyük arzusu, qızını ali təhsilli görmək idi. Bunun üçün lazım olan hər şeyi edir, hər zəhmətə qatlaşırdı. İlahə də atasının əziyyətini yerdə qoymadı.

İblisin vəkili (I hissə)

Lazım olan balı yığıb ali məktəbə qəbul oldu. Artıq illər keçmiş, qızı məzun olmağa hazırlaşırdı. Onu ağ həkim xalatında təsəvvür edəndə qürurdan ürəyi yerindən çıxırdı atanın. İndi bircə qalır onu halal süd əmmiş biri ilə evləndirmək. Tanımadığı üçün şəhər camaatına o qədər də etibar etmirdi, amma kənddə elə öz qohumları keçən il ona qızı istədiklərini eşitdirmişdi. Əslini-kökünü tanıdığı yaxşı bir ailə idi. Lakin onlara qəti bir söz deməmişdi: "Qız  hələ oxuyur", deyib söhbətin üstündən keçmişdi. Bu barədə İlahə ilə də danışmamışdı. Bu il hər yay olduğu kimi kəndə gedəndə münasib bir vaxtda bu barədə qızı ilə danışmağı düşünürdü. Qapının zənginə fikirdən ayıldı. Ceyhun idi:
-Salam, Mahmud əmi.
-Salam, oğlum, xoş gördük! Gözlə, indi gəlirəm.
Ceyhun onun iş yoldaşı idi. Atası vaxtsız öldüyündən ailənin bütün ağırlığı onun çiyninə düşmüşdü. Məktəbli olarkən bir tikə çörək qazanmaq üçün özünü hər işə vermişdi. Bacısı və anası ilə birgə yaşayırdı. Çox zəhmətkeş və saf insan olduğu üçün Mahmud kişi onun xətrini əziz tuturdu. Çox vaxt birgə olardılar, evdə dadlı bir yemək olanda onu evlərinə gətirər, üçü birgə deyə-gülə süfrə arxasında əyləşərdilər.
Ceyhun Mahmud kişinin ardınca evə boylandı, həmişə bu vaxt İlahə də dərsə gedərdi və birgə çıxardılar evdən. Yadına düşdü ki, artıq dərslər qurtarıb və İlahə artıq hər səhər onlarla birgə evdən çıxıb dərsə getməyəcək, həsrətlə köksünü ötürdü.
Mahmud kişinin gümrah səsi eşidildi.
-Mən hazır, gedək, oğlum.
***
Altay üzünü qırxa-qırxa zümzümə edirdi. Kefi kök idi, İlahə kimi bir gözəl onun olmuşdu. Onun üçün qızları, qadınları dəyişmək, əlcək dəyişmək kimi bir şey idi. Cəlbedici xarici görünüşü, ən əsas şirin dili və natiqlik qabiliyyəti bunu etməyə ona hər cür imkan verirdi. Artıq özünə vərdiş etmişdi dilinin arxasında gizlənib, özünü başqa cür, olmadığı kimi qələmə verməyə. Onun şirin dilinə aldanıb aşiq olan qızlar, bilsələr ki, onun şirin sözlərinin qarşısında əriyib, dərdindən öləndə Altay onlara ürəyində gülür, yəqin ki belə etməzdilər. Ancaq başqasının qəlbinə girib həqiqəti öyrənmək belə asandırmı? Özü də qarşılarındakı Altay kimi, mahircəsinə maskalanmış bir insandırsa. Təkcə İlahə ilə o özünü bir az fərqli hiss edirdi. Bu qız o qədər saf bir qızdı ki, hərdən ona elə gəlirdi ki, qarşısındakı bir mələkdi. Hətta hərdən özünə nifrət edirdi belə saf qızı da aldatdığına görə. Belə düşünməsinə də hərdən heyrət edirdi, çünki əməllərinə görə əzab çəkmək hissi ona yad idi. Onu ilk gördüyü anları xatırladı.
Əmioğlusu Faiqlə danışdıqları kimi onun oxuduğu ali məktəbin qarşısında görüşüb, restorana gedəcəkdilər.Altay Rusiyadan doğma vətənə qonaq gəlmişdi. Uşaqlıdan orda yaşayırdılar. Atasının imkanı yaxşı idi, ona görə həyatda heç bir çətinlik görməmişdi. Yeganə çətinliyi atası ilə anası arasında olan mübahisələr idi ki, bu da onu narahat edirdi, daha doğrusu kefinə soğan doğrayırdı. Bütün həyatı boyu atasının kefcil həyat sürməsi, içki, qadınlar və s. evlərində həmişə söz-söhbət yaradırdı. Uşaqlıqdan gözünü belə açmışdı, həmişə dava-dalaş, atasının yumruqları və anasının göz yaşları. Altay bu səbəblə evdən qaçmağa bəhanə axtarırdı. İndi də yay tətilini bəhanə edib vətənə gəlmişdi. Tətil deyəndə heç dərslərinə də getmirdi. Atası qiymətlərini pul gücünə alırdı. İşi-peşəsi dostları ilə, müxtəlif qızlarlarla avaralanmaq idi .Vətənə gələndə özü ilə sevgilisi Tanyanı da gətirmişdi. Özlərinin şəxsi evləri vardı, maşını, pulu vardı. Dünya onun ayaqları altında idi. İndiyə kimi hələ görməmişdi ki, bir qız ona etiraz etsin. Xarici görkəminə çox diqqət yetirirdi. Qarşıdan bir az uzun olub alnına tökülən qara telləri, gözəl üz cizgiləri və əsas şirin dili hamını cəlb edirdi.

İblisin vəkili (I hissə)

İndi də gəlmişdi ki, Faiqi də götürüb onlara getsinlər. Sonra Tanya, Faiqin sevdiyi qız və o birlikdə Faiqin tanıdığı şəhərin ən yaxşı restoranların birinə gedəcəkdilər. Faiq qapıda göründü. Salamlaşıb görüşdülər. Elə bu zaman Faiqin qrup yoldaşları arxadan yaxınlaşıb Altayla görüşdülər:
-Tanış olun, əmim oğlu Altay. Qürbətdə yaşayan qardaşlardandı, canlara dəyən oğuldu.
Altay çəkici gözləri ilə görüşdüyü insanları süzməyə başladı. Qızların üzündə baxışları bir az ləngidi. Qızlar da Faiqə söz ata-ata gülərək Altayla görüşüb onun komplimentlərinə gülüşürdülər. Altayın diqqətini kənarda dayanmış, sarışın saçlarını açıb çiyninə səpələmiş digər qızlardan fərqli olaraq ciddi görkəmi ilə seçilən və bayaqdan heç danışmayan bir qız cəlb etdi. Qız sanki Altayı görmür və yaxud görməzlikdən gəlirdi. Sual dolu nəzərlərlə Faiqə baxdı. Faiq o baxan səmtə baxanda səsləndi:
-İlahə, tanış ol, Altay.

İlahə yaxına gəlib əl uzatmadan elə uzaqdan başını tərpətdi, gülümsünərək "Tanışlığımıza çox şadam, vətənə xoş gəlmisiniz", dedi.
Altay diqqətlə ona baxdı, əynində ağ kətandan sadə, lakin əyninə yaxşı oturmuş, mütənasib bədənini çox gözəl göstərən bir paltar vardı. Ayağında olan yüngül yay ayaqqabısı və ağ çantası ona çox gözəl yaraşırdı. Üzünə çox yüngül makiyaj etmişdi. Gəncliyin bəxş etdiyi məsumluq və təravət onsuz da ona bir gözəllik bəxş edirdi. Altay soyundurucu nəzərlərini ondan çəkmirdi, dolu sinəsi, incə beli, tökmə ayaqları nəzərindən qaçmadı. İlahə bu nəzərlərdən sıxıldı, sağollaşıb rəfiqəsinin qoluna girdi. Onların ardınca hərə bir yerə dağıldı. Altay əlini uzadıb, cibindən bahalı siqaret qutusunu çıxartdı, gözləri ilə qızı müşayət etdi. Faiq onun baxdığı səmtə baxıb gülümsündü:

-Yaman süzdün qızı, necə baxdınsa qız hürkdü.
-Hürkər də... ceyrandı, ceyran.
-Altay, ağlın başqa qızlara getməsin, İlahə çox ağırtəbiətli qızdı, sən deyənlərdən deyil. Onunla işin olmasın.
-Adı İlahədi? Özü də elə ilahəyə bənzərdi. Hmm... Demək bir qrupda oxuyursuz?
-Dedim axı, o qız sən deyənlərdən deyil. Sənə yaxın belə gəlməz. Altay hərisliklə siqareti sümürüb, tüstüsünü havaya üfürdü, gözlərini qıyıb, zənnlə Faiqə baxdı:
-Hmm... Ona hələ baxarıq...
***
Artıq bir neçə gün idi ki, Tanyanı  yola salmışdı. Əldə etdiyi qızlardan tez bezirdi. Heç kimlə indiyə kimi uzunmüddətli münasibət qurmamışdı. Hər gün gəzmək, əyləncələr, içki məclisləri, Tanyanın hədsiz nəvazişi onu bezdirdi. İndi artıq yeni bir ovun izinə düşmüşdü. Bu ovu əldə etmək üçün bütün fəndlərini işə salmağa hazırlaşırdı.
Hər səhər Faiqi dərsə aparmaq bəhanəsi ilə maşınla evdən çıxırdı. İlahənin gəlməsini gözləyib, gözləri ilə onu müşayiət edirdi. Dərsdən gələndə də Faiqi görmək bəhanəsi ilə yanlarında olurdu. Yolları eyni olduğundan çox vaxt birgə qayıdırdılar. Yol uzunu Altayın şirin söhbətləri, şirin dili hamının nəzərini cəlb edirdi. Qısa müddətdə hamının, ən çox qızların böyük rəğbətini qazandı. Qızlar özlərinin ona bəyəndirməkdən ötrü dəridən-qabıqdan çıxırdılar. Təkcə İlahə həmişəki kimi sadə və təbii görkəmində qalırdı. Onun belə olması Altayı daha da dəli edirdi. Axı necə ola bilər ki onun kimi bir gəncə biganə qalınsın? Az qala boynundan asılan digər qızlara heç baxmırdı, nəzərləri elə İlahədə idi. Onun nəzərlərini öz üzərində hiss edən İlahənin yanaqlarına gələn qızartı onu daha da gözəlləşdirirdi. Belə günlərin birində növbəti istirahət gününü harada keçirmək barədə söhbət düşdü. Hamılıqla danışıb, istirahət günlərinin birində təbiətin  qoynuna, şəhərdən kənara getməyə qərar verdilər. Artıq onların "qrup yoldaşlarına" çevrilmiş Altayı da dəvət etməyi unutmadılar.

Ardı var...

Səslərin sayı: 8
47
3628
loading...
Şərhlər
Offline
Minira Aslanzade
Maraqlıdı təşəkkür
22 mart 2014 15:48
Offline
10 sentyabr 2013 16:31
Offline
Yağmur damlası
Almaz S.,
Daha niye tessuf ay baci,ela yazmisan.esl zemeneye aid hekayedir.yazan elelrin derd gormesin.
28 iyul 2013 18:36
Offline
Almaz S.
Əzizlərim,hamınıza təşəkkür edirəm,maraqlı fikirləriniz üçün.

Yağmur damlası,
Təəssüf ki,özüm yazıram bacım winked
28 iyul 2013 08:16
Offline
Yağmur damlası
Canim ozun yazirsan bu hekayeni?cox beyendim,gozlerim onunde obrazlari canlandiriram,Altayi Behlul kimi tesevvur etdim o tip insanlardan zehlem gedir,Ceyhunu Besir kimi,Besir Nihali seven kimi sevir,gizlice hem de guclu ve temiz.Bir de heyatda valideyn ovlad ucun omrunu heder verende bezi vaxtlarda ovladi nasukur cixir.Ilahenin atasinin gozelrim onunde canlandiriram,mesum,boynubukuk,eyni zamanda iradeli,her ezaba qatlasan,bes neden ovladi bunu gormedi...
28 iyul 2013 07:45
Offline
wwwwwwwwwwwwwwwww
QIZADA YAZIQIM GELIR
28 iyul 2013 01:53
Offline
Sirli_dunyam
offff yaaa necede wor gozun biriymiw
27 iyul 2013 22:39
Offline
Semra(F)
cox gozel hekayedi sebirsizliokle ardin gozduyecem tesekur
20 iyul 2013 23:47
Offline
Sandra
Çox maraqlıdı.Davamını gözləyirəm winked pis Altay diablo
19 iyul 2013 17:47
Offline
₪Kristal KéLébék₪ (Nezrin.M.)
maraqlıdı....təşəkkürlər
19 iyul 2013 13:53
Offline
MAYA EL
çox maraqla oxudum ardını səbirsizliklə gözləyirəm çox saq olun Almaz xanım give_ros yazan əlləriniz yorulmasın
19 iyul 2013 13:11
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Nigar Sultan
yazan əlləriniz yorulmasın...maraqlıdır...mən də qoşuldum ardını gözləyənlərə
19 iyul 2013 09:25
Offline
pure love
maraqla oxudum.ardını gözləyəcəm
19 iyul 2013 00:57
Offline
Selvi
Mən də artıq hamısını oxudum bazadan

Madam, bilirəm... Əhsən...
18 iyul 2013 22:26
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Asi
Əsas mühakiməmiz Axirət günü olacaq. Hec birimiz orda ən böyük peşmanlığımızı yaşamayaq. Amin

AMIN AMIN AMIN
18 iyul 2013 21:55
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Flowers
bütün userlərə burdan səslənirəm bu xəbərin ardını mütləq gözləyin, özünüz oxuyub hər şeyi anlayacaqsız....

Mən də artıq hamısını oxudum bazadan fellow biggrin

Canım mənim, sənin də fikrin doğrudur,hərdən elə vəziyyət yaranır ki,bilmirsən kimi mühakimə edəsən?


Bəli, Allaha məxsusdur, mən əksini demirəm. Amma biz istəsək də istəməsək də mühakimə olunuruq

Əsas mühakiməmiz Axirət günü olacaq. Hec birimiz orda ən böyük peşmanlığımızı yaşamayaq. Amin girl_ang
18 iyul 2013 21:47
Offline
Selvi
Almaz xanım sizin bu xəbərinizin düz 4 hissəsini özüm redaktə etmişəm. Mənə o qədər maraqlı gəlibki İlahənin axırı necə olacaq. Altay kimi oğlanlara ar olsun, Allaha qurban olum bu İlahədə ağıl deyilən şey yoxdur, onun atası ona ali savad vermək üçün şəhərə köçüb, amma o neynədi...Nəsə, bütün userlərə burdan səslənirəm bu xəbərin ardını mütləq gözləyin, özünüz oxuyub hər şeyi anlayacaqsız....Təşəkkürlər müəllifə...
18 iyul 2013 21:43
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
♥Selena♥
Ancaq heç kimin də qarşısına Altay kimi birinin çıxmasını arzu etmirəm,iblis xislətli adamlar fərqli olur.

Amin! Çox haqlısan bacım, amma qız (qadın) adının məsuliyyətləri var, gərək, bir işi görməzdən əvvəl ailəsini, gələcəyini düşünsün. Oğlan mələk simalı da olsa, gərək aldanmasın. Çünki, bəzən mələk kimi gördüyümüz insanlardan elə zərbə alırıq ki, bütün dünyamız qaralır.
18 iyul 2013 21:20
Offline
Almaz S.
SELENA,
Mən yazını oxuyarkən təkcə oglanda deyil qızda da böyük günah gördüm. Oglan nə qədər gözəl və şirindil olsa da qız gərək aldanmasın. Hələ, onu elə süzən oglana hec güvənməsin. Cünki istənilən qız o baxışların necə mənada oldugunu dərk etməlidir, hədər yerə deməyiblər gözlər ürəyin aynasıdır.

Mənim ağıllı bacım,təki bütün gənc qızlar sənin kimi ağıllı və gözüaçıq olsun.Ancaq heç kimin də qarşısına Altay kimi birinin çıxmasını arzu etmirəm,iblis xislətli adamlar fərqli olur.
Lovable_MadaM,
Bəli, düz deyirsən, ağıl olmalıdır hər bir bəndədə, amma mən yenə də burda heç kimi mühakimə etmirəm.Mühakimə Allaha məxsusdur.

Canım mənim, sənin də fikrin doğrudur,hərdən elə vəziyyət yaranır ki,bilmirsən kimi mühakimə edəsən?
18 iyul 2013 21:03
Offline
♥Selena♥
amma mən yenə də burda heç kimi mühakimə etmirəm.Mühakimə Allaha məxsusdur.

Bəli, Allaha məxsusdur, mən əksini demirəm. Amma biz istəsək də istəməsək də mühakimə olunuruq. Kimiləri valideynləri, yaxınları tərəfindən, kimiləri isə polis və məhkəmə tərəfindən mühakimə olunur.

Əzizlərim,siz hekayəni maraqla oxuduğunuz kimi,mən də sizin şərhlərinizi maraqla oxuyuram.Hər birinizin maraqlı fikirləriniz var.Sizi intizarda saxlamaq istəməzdim,ancaq yazı bir neçə hissədən ibarət olacaq.Təşəkkür edirəm hər birinizə.

Maraqlı hekayəyə görə biz təşəkkür edirik, Almaz bacı) Çox sağ ol, davamını səbrsizliklə gözləyirik.
18 iyul 2013 21:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!