Ürəkdən gələn ağlamaq hissi təbiidir və heç də ayıb deyil. Çox sevinərkən və yaxud yas yerində, harda ki, ağlayıb qəlbi boşaltmaq bir yüngüllük sayılır-ağlamaq lazımdır.
Qadınları və uşaqları ağladan vəziyyətlər, kişilərdə eyni reaksiyanı doğurmur. Bəlkə də qadınlar buna inanmayacaqlar,ancaq kişilər üçün ağlamaq çox mənasız bir işdi. Qadının bir dərdi olduqda,ağlayaraq ürəyini boşaldıb yüngülləşirsə, kişilərdə belə deyil. Onların dərdini göz yaşları yüngülləşdirmir. Kişilik dünyasında göz yaşları arzuolunmazdır. Əksinə özlərinə, kişilik ləyaqətinə sığışdırmırlar bunu. Onların aləmində bu, zəiflik əlamətidir. Çünki, təbiət onları daha güclü yaratmışdır.
Göz yaşları-çox vaxt vərdişdən də doğur. Əlbəttə ki, əgər uşaqlıqdan ağlamağa vərdiş edilibsə, belələri hər adi iş üçün göz yaşı tökərlər. Onlar üçün ağlamaq təbii və qaçılmaz bir işdir.
Kişilər üçün ağlamağın, belə demək mümkündürsə, lazım olduğu yeganə bir hal var ki, o da dözülməz qəlb ağrısı, dözülməz sıxıntıdı. Hərdən insan elə bir vəziyyətə düşür ki, qəlbi partlamaq dərəcəsinə gəlir, belə vəziyyətdə ağlamamaq nəinki düzgün deyil, hətta ağılsızlıqdır.
Su isidən sobaları təsəvvür edin, su çox qızanda əmələ gələn buxarın çıxmağa yeri olmadıqda nə baş verər? Qoruyucu qapağı açıb buxarın çıxmasına şərait yaratmasaq partlayış olar (Əgər soba zəif materialdan hazırlanıbsa bu daha çox gözləniləndir). Yuxarıdakı hal da buna bir misaldır. Bu halda göz yaşları-həmin qoruyucu qapaqdır.
Nümunə üçün bunu misal göstərmək olar: ata gəlin köçən qızına xeyir-dua vermək üçün ona yaxınlaşır. Hamımızın tez-tez rastlaşdığı hadisələrdəndir. Atanın üzündəki ifadəni təsəvvür edin. Sevimli qızına gülümsəyir, üzdə təbəssüm var. Özünü tox tutmağa çalışır, ancaq içəri axan göz yaşlarını görməmək mümkün deyil. Bunu ən çox hiss edən də qızı olur. Ona görə də ata ilə görüş səhnəsi həmişə ürəkdağladıcı olur. Qız bu anda ağlasa da, ata göz yaşı axıtmır. Özünü təmkinli apararaq , titrək səslə qızına xeyir-dua verən atanın təkliyə çəkilərək gizlində ağlayıb ürəyini boşaltması nə qədər təbiidir.
Çox vaxt qadınlar təəssüflə qeyd edirlər ki, oğlan uşaqlarının tərbiyəsində kişilərin rolu az olur, bunun da nəticəsi olaraq kişilərdə xalis kişi keyfiyyətləri özünü göstərmir. Bu bir həqiqətdir. Lakin biz qadınlar bu həqiqəti qəbul edərək, ağır kişi tərbiyəsinin sərt qaydalarına riayət edib həqiqi kişi yetişdirə bilirikmi?
Kişi ağlamaz - bu, kişi tərbiyəsi üsulunun ən mühüm və ən vacib hissələrindəndir. Çox düzgün bir fikirdir, lakin bunu da ağılla və düşüncə ilə aşılamaq lazımdır.
Çətin vəziyyətlərdə ağlamağı deyil, çıxış yolu tapmaq üçün hərəkət etməyi öyrədilən oğlanlar nadir hallarda göz yaşı axıdır. Ağlayanlar ən çox nə etmək lazım gəldiyini bilməyənlərdir. Ağlamaqla ətrafakıların onlara rəhm etməsini, yardım etməsini gözləyirlər.
Oğlan uşağı yıxılıb dizini əzir. Nənə qollarını açıb: "Can ay bala, nənən qurban, çox ağrıdır? Gəl qucağıma" - deyib uşağı qucağına alır. Təbii ki, uşaq bu nəvazişdən kövrəlib ağlayır. Kimsə sənin ağrını hiss edib, qayğı göstərəndə ağlamaq istəyirsən.
Qadınlar uşaqlara, köməksizlərə, bədbəxtlərə daha çox qayğı və mərhəmət göstərməyi sevirlər. Lakin belə tərbiyə metodu qızlar üçün daha əlverişlidir, oğlanlar üçün yox.
Meydançada topla oynayan uşaqları müşahidə edin, yanında anası və ya nənəsi olan oğlan uşaqları daha çox ağlayırlar. Tək olan uşaqlar isə yıxılanda tez ayağa durub üstünü təmizləyir və heç nə olmamış kimi topun dalınca qaçırlar. Çünki onlar çox vaxt ağrıdan deyil, böyüklərin onlara mərhəmət göstərməsi, halına acımaları üçün ağlamağı sevirlər. Belələri böyüyəndən sonra da ağlamağa davam edərlər. Təbii ki, artıq böyüklərin yanında deyil, tək olanda ağlayırlar - özlərinə acıdıqları üçün, özlərini köməksiz hiss etdikləri üçün.
Gözlənilməz vəziyyətə düşüb ağlamağı çıxış yolu kimi görən oğulun göz yaşlarına şahid olan ata nə etməlidir? Səssizcə ağlayan oğlunun çiynini qucaqlamalıdır. Oğlan birdən-birə kişiləşmir, ondan çox şeyi eyni anda tələb etmək olmaz. Hər şey üçün zaman lazımdır. Lakin bir şey yaddan çıxmamalıdır. O da doğru istiqamətdir: "Ağlamaq olmaz. Kişi ağlamalı, ah-zar etməməlidir. O,çıxış yolu axtarıb tapmaq üçün hərəkət etməlidir. Kişi güclü olmalıdır".
Eyni zamanda oğul nəvəsini tərbiyə edən nənədən bunu tələb etmək də inandırıcı olmaz. Ağlayaraq imdad istəyən, yazıq gözlərlə nənəsinə baxan sevimli nəvəsinə: "Ağlama! Sən ki, qız deyilsən!" - deməyə nənənin heç vaxt ürəyi gəlməz. Lakin tərbiyə ilə ata məşğul olarsa, bu, artıq başqa məsələdir və bu işdə onu mütləq dəstəkləmək lazımdır. Çox inanmaq istərdik ki, qadınlarımız elə kişilərlə ailə qurublar ki, tam arxayınlıqla onların tərbiyəsinə etibar edirlər. Sevindirici hal olar ki, hər uşağın atası yanında olsun. Sözün əsl mənasında əsl ata. Uşağı üçün nümunə olan əsl kişi.
Qadın ağlayar, çünki yanında onu anlayan, onu müdafiə edib arxa-dayağı olan kişi var. Təsəvvür edin ki, ən ağır vəziyyətdə kömək olmaq əvəzinə kişi özü ağlayır. Belə olduqda qadın köməksiz, arxasız qalır. Ona görə də kişi güclü olmalıdır ki, qadını arxasız, köməksiz qalıb bədbəxt olmasın. Qadını xoşbəxt etməyə qadir olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Messi təslim olur
Gülməli heyvan şəkilləri
Yaponiya Aya aparat yollayacaq
Qeyri-adi gücləri olan 4 insan
Dadlı kartoflu yemək (foto resept)
"Daim düşmənçilik edə bilmərik"
Azərbaycan reytinqdə 28 pillə irəlilədi
Rusiya peyvəndinin əks-təsirləri məlum oldu
Qışda dodaqlara qulluq
Nazir: “Azərbaycan şagirdləri digər ölkələrin şagirdlərinə nisbətən 6 həftə az dərs oxuyurlar”
FİFA-da korrupsiya qalmaqalı
Cennifer Enistonu ölümlə hədələdi-FOTO
Qiyməli kələm (foto-resept)
Alim: “Qadınlara savadsız olmaq sərf edirdi”
Öz təbibin ol
Tərbiyədə 9 qızıl qayda
Uşaqlara aid deyimlər
Dəbli ayaq bilərziyi
Uşaqlarda dizenteriya xəstəliyi
Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: "Öləcək", - dedilər, artıq 3 aylıqdır - FOTO
Məntiqi rəngləmələr - 2
Əllər üçün maskalar
Kişmişin faydaları
İnsanı alkoqolizmdən xilas edən birləşmə tapılıb
Siqara börəyi (foto resept)
Robotlar üçün park tikiləcək
Notbuk istifadəçilərinə şad xəbər
8 mindən çox adam öldü
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Boyu 2 metr 10 santimetrdir - Nə geyinməyə paltar, nə də..
MN: “Təsdiqlənməmiş məlumatların yayılması hərbi qulluqçularımızın həyatını təhlükəyə atır”
Ananaslı toyuq əti (foto resept)
Eser Yenenler bal ayına 120 min xərclədi-FOTO
Dərmanları evdə necə saxlamalı? - İndiyədək SƏHV EDİRMİŞİK
Müasir insan niyə aşiq ola bilmir?
Süd sudan ucuzdur
Bakıya 1000 nəfərə yaxın xarici rəsmi nümayəndə gələcək
Məşhur rus müğənnisi yenə gündəmdədir-FOTO
Rəngarəng ayaqqabılar
Dünya bu qızdan danışır-SƏBƏB/FOTO
Bu tələbələr təhsil haqqından azaddır!
İnsana toxluq hissi verən yeməklər
Daha bir ölkədə terror aktı: onlarla ölü, yüzdən çox yaralı
NATO Azərbaycanla əlaqələri genişləndirməyin zəruriliyini anlayır
"Eurovision 2012"-nin qalibi İsveç oldu!
Ərdoğanın qeyri-adi kolleksiyası
Ceyhun Bayramovdan koronavirus dövründə tədrisin məhdudlaşdırılması ilə bağlı AÇIQLAMA
Bu gün növbəti qəbul imtahanı keçiriləcək
8 yaşlı qız 3 min illik alət tapdı-FOTO
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
- ŞƏRHLƏR