Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:
1. Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir; sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.
2. Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir.
3. Uzaqdakı bu hüceyrələr onlara əmr gəlməyənədək şəkəri yığmırlar. Mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə “şəkər yığmağa başlayın” əmrini daşıyan hormon göndərir. Mədəaltı vəzi hüceyrələri ilk yaradıldıqları andan etibarən DNT-lərində insulin adlı bu hormonun formulu qeyd olunur.
4. Mədəaltı vəzi hüceyrələrindəki xüsusi fermentlər (işçi zülallar) bu formulu oxuyur. Oxunan formula görə insulin sintez edilir. Bu sintezdə yüzlərlə fərqli ferment çalışır.
5. Sintez olunan insulin hormonu ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yolu ilə hədəfdəki hüceyrələrə çatdırılır.
6. İnsulin hormonunda yazılmış “şəkər yığın” əmrini oxuyan digər hüceyrələr bu əmrə qeyd-şərtsiz itaət edirlər. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edən qapılar açılır.
7. Ancaq bu qapılar təsadüfən açılmır. Anbar hüceyrələri qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını tanıyır, saxlayır və öz içlərinə buraxır.
8. Hüceyrələr özlərinə verilən əmrə heç vaxt itaətsizlik etmir. Bu əmri yalnış anlamır, yalnış maddələri tutmur, lazım olandan artıq şəkər yığmırlar. Ciddi intizam və fədakarlıqla çalışırlar.
Beləliklə, çox şirin çay içdiyiniz zaman bu fövqəladə sistem işə başlayır və artıq şəkəri bədəninizdə depolayır. Əgər bu sistem çalışmasaydı, o zaman qanınızdakı şəkər sürətlə yüksələr və komaya düşüb ölərdiniz.
Bu, o qədər mükəmməl bir sistemdir ki, lazım gəldiyində əksinə də çalışa bilir. Əgər qandakı şəkər normadan az olsa, bu zaman mədəaltı vəzi hüceyrələri tamamilə fərqli bir hormon–“qlükoqon”-u sintez edir. Qlükoqon şəkər depolayan hüceyrələrə bu dəfə “şəkəri qana qarışdırın” əmrini verir. Bu əmrə də itaət edən hüceyrələr yığdıqları şəkəri geri qaytarır.
Necə olur ki, beyinə, sinir sisteminə, göz və qulağa sahib olmayan hüceyrələr bu cür böyük hesablamaları və işləri qüsursuz şəkildə bacarırlar? Zülalların və yağ molekullarının yan-yana gəlməsilə yaranan bu şüursuz varlıqlar necə olur ki, insanların belə edə bilməyəcəkləri qədər böyük işlər görə bilirlər? Şüursuz molekulların göstərdikləri bu böyük şüurun mənbəyi nədir?
Əlbəttə, bu hadisələr bizlərə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir.
İzhar Kazımov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeni kommunal xidmət limitləri tətbiq olunacaq
İtaliya COVID-19-dan ölümə görə dünyada birinci oldu
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Energetik içkilər qadağan olundu
Amnesty İnternational İsraili biabır etdi
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi - VİDEO
Bakının bu ərazisində qaz olmayacaq
Sevgini necə gücləndirməli?
O da "Çukur"da olacaq
2017-ci ildə ən çox qazanan musiqicilər - Forbes siyahısı
Sosial fobiya və ondan azad olmağın yolları.
Şah plov (foto resept)
Ronaldunun sevgilisi də məşhur türk filmi haqqında yazdı - FOTO
Yoqurt yeyin, sağlam olun (I hissə)
Hamilələr üçün vacib qidalar
Dadlı, ləzzətli əl işləri
Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb
Dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssiləri Bakıya toplaşır
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Bağçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - AÇIQLAMA
Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO
"Fənərbaxça"dan şok addım
NASA kosmosda “robot otel” qurur
Orxidea gülləri
Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” - VİDEO
Dövrə
Yonca haqqında bilmədiklərimiz
Virtual alış-veriş artır
Banan qabığı təbii məlhəmdir
Rahatlıq üçün hazırlanmış mebellər
Unudulmayan Qremmi mükafatı geyimləri
Qubadlının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
İspan dili 3-cü dərs
Barak Obamanın reytinqi rekord səviyyədə düşdü
Filematalogiyanın xeyri
Sağlam hamiləlik keçirmək üçün...
Körpəsi diş çıxaran analara tövsiyələr
HAVA necə olacaq?- 14 fevral
Bu zalım dünyada doğulma...
Ebru Şahin reklam qiymətini artırdı
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR
Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Facebook-da çoxdan gözlənilən yenilik
Körpə alt təmizliyində əhəmiyyətli 6 nöqtə
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Hava haqqında
Əsgərlər intihar edə bilməyəcək
- ŞƏRHLƏR