Evliliyimdən 2 ay sonra hamilə qaldığımı öyrəndim. Hamilə qaldığımı öyrənəndə sevincimdən bilmirdim nə edim. Ən birinci anama dedim. Sonra həmin günün axşamı yoldaşıma dedim. Yoldaşım o qədər sevincli idi ki, məni qucağına alıb fırlanmağa başladı (filmlərdəki kimi). Yoldaşım hamilə olduğuma o qədər sevinmişdi ki, məni heç bir iş görməyə qoymurdu. Hətta paltarları da o yuyurdu. Arada bir anam bizə gəlirdi. Yoldaşım indidən hazırlıqlara başlamışdı. Hətta mənə xəstəxanada lazım olacaq lavazimatları da almışdı. Başa sala bilmirdim ki, hələ doğuma 9 ay var.
Biz uşağın cinsiyyətini öyrənmək üçün həkimə getdikdə sağlam bir qız uşağı dünyaya gətirəcəyimi öyrəndim. Adına indidən qərar verməyə çalışırdıq, amma qərar verə bilmirdik. Ağlımızda o qədər ad var idi ki... Mən hamiləliyimi elə də rahat keçirtmirdim. Balaca dəcəl qızım yerində rahat dayanmırdı. Arada bir keçici sancılarım olurdu və çox gəzə bilmirdim. Ayaqlarım azacıq şişmişdi. Ən pisi də paltarlarımın əynimə olmaması idi. Bəzən elə anlar olurdu ki, heç nəyin üstündə oturub ağlayırdım. Hətta bir dəfə yoldaşımı romantik filmə baxdığı üçün evdən qovmuşdum. Bizi güclə anam barışdırmışdı.
İyunun 25-i idi. Nəhayət, vaxt gəlib çatdı. Düzünü desəm, vaxtı idi, amma sancılar gözləmədiyim anda başladı. Yoldaşımın əli ayağına dolaşdı. Məni tez xəstəxanaya çatdırdı. Mən çox qorxurdum. Həkim yoldaşımın yanımda olmasına icazə verdi. Mən əməliyyat masasına uzandım və saat 15:25-də qızım dünyaya gəldi. Məni sevincimdən ağlamaq tutdu. Həkimlər qızımı qucağıma verdilər. O an özümü dünyanın ən xoşbəxt adamı zənn etdim. Məni 5 gündən sonra evə buraxdılar.
Qızım çox dəcəl idi. Gecələr həm özü yatmır, həm də qoymurdu ki biz yataq. Hələ diş çıxartdığı, xəstələndiyi vaxtları demirəm. Amma bütün çətinliklərə baxmayaraq ana olmaq möcüzəvi bir şeydir.
Allah hamıya ana olmağı nəsib etsin!
XƏBƏR LENTİ
Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu
Bir oğlanın sevdiyini necə bilmək olar?
Erməni gülləsinə tuş gələn 3 yaşlı Zəhra: "Onların hamısını öldürəcəm"
Yaşa görə estetik əməliyyat
Körpələrdə sarılığın müalicəsində yeni metod
Mobildən biznesə: pul və qənaət
Azərbaycanın cənubunda evlər su altında qaldı
Sevgilisi olmayan qızlara müjdə
Aslan tortu
Burma kartof (foto resept)
Kişilər Ticarət Mərkəzi
Qadınlığın uzun və dolanbac yolu
Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək
Bu ölkə NATO-nun üzvü oldu
Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələri açıqlandı
Ağız sağlığını qoruyan 10 məsləhət
Bu insanlar FEYXOA yeməməlidir!
Balın müalicəvi əhəmiyyəti
“Yalnızlığın bal ayı” Polşada
Bülent Ersoya 100 minlik üzük bağışlayan xanım-FOTO
Bu şəxslər təhsil haqqından azad olunur
Bu yazı gözü zəif olanlar üçündür
Ermənistan ordusu atəşkəsi bir gündə 196 dəfə pozdu
Pəhrizə necə başlamalı?
"Azərbaycan Dəmir Yolları" yeni tədris ili ilə əlaqədar vaqonların sayını artırır
"Azərbaycanda etnik və dini tolerantlıq dövlət səviyyəsində təbliğ edilir"
Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub
Azərbaycanı heç bir ölkəyə dəyişmədi
Azra Akın ana oldu
Sabah çox isti olacaq
Hadise tətilə çıxır
Günün qoroskopu: hədər yerə pul xərcləməyin
Astronomlardan xəbərdarlıq: Planetimizi qara dəlik uda bilər
Magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb
Barbekü souslu toyuq (foto resept)
Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan əhaliyə XƏBƏRDARLIQ - FOTO
Bakı Bulvarında konsert və Novruz atəşfəşanlığı
Festivalda virusa yoluxdular
Hava haqqında - 26.10.2013
Dilarə Kazımova 3-cü oxuyacaq
Microsoft planşetləri ucuzlaşır
Kişilər qarın piylərini əritmək üçün nə etməlidir?
Ayaqqabı modelləri
Səhər yeməyi üçün bulka ( foto resept)
Selfi həvəskarlarına Göygöldən şad xəbər
Qadın.Net yazılı avatarlar
5 əsas fitness hərəkətinin doğru və səhvləri
Ali məktəbə qəbul olmaq üçün bunları etməlisiz!
Bağda ərik var idi...
Məşhur aparıcının paltarı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
- ŞƏRHLƏR