Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadin.Netlilərlə səyahət (1-ci hissə)

Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Fatma xanım
Öz vətənimin çox yerində olmuşam. Xarici ölkələrdən Türkiyədə, Ukraynada, Rusiyada olmuşam. İndi isə Naxçıvanı görmək istəyirəm. Orda bir yer var ora getmək istərdim.
Louis Vuitton 
Vətənimizin çox bölgəsində olmuşam. Qəbələ, İsmayıllı, Şamaxı, Şəki, Ağstafa - artırmaq olar bu siyahını. Hər bölgə özünəxas adəti ilə, qonaqpərvərliyi ilə  yaddaşımda qalıb. Qəbələdə daddığım "Üçqulaq paxlava", Şəkidəki "bamiyə"nin dadı hələ də damağımdadır. İlk öncə getmək istədiyim yer qalan bölgələrimizdir. Xüsusən də cənub bölgəsi və Naxçıvanda olmağı daha çox istərdim. Bunları ancaq bir şeyə qurban verə bilərəm, o da işğal altında olan Qarabaöımızın geri qaytarılmasıdır. Əgər seçim qarşısında qalsam görmək isdəyim bölgələri bu arzuma qurban verməyə hazıram...Çoxunuz bilirsiniz artıq, mən Vətənimi hədsiz sevirəm, əvvəl onun hər qarışını gəzib, sonra Madriddə olmağı istərdim  smile
 Leman_
Azərbaycandan başqa heç bir ölkədə olmamışam. Rayonlara gəldikdə isə Qəbələ, Qax, Zaqatala, Göyçay, Şamaxı- bu rayonlarda olmuşam. Çox gözəl rayonlardır. Ölkələrdən Ərəbistanda olmaq istərdim. Hz.Peyğəmbərmiz ( s.a.a.s) gəzdiyi torpaqları görmək istərdim. Başqa yerlərdə də olmaq istərdim. Amma ən əsası Məkkə və Mədinədir ki, Allah hər kəsə oraları görməyi qismət etsin. O cümlədən də bizlərə. Amin! 
 YEGANE 

Sevə-sevə vaz keçilməz hazırlığım məhz Qax rayonumuza olub. Getdiyim, gəzdiyim yerlər də hər zaman hansısa bir işlə bağlı olub. Sırf arzu olaraq getməmışəm. Amma buna baxmayaraq Azərbaycanımızın demək olar ki, cənub bölgəsindən başqa (Cəlilabad rayonunu çıxmaq şərtilə) hər bir rayonlarında olmuşam. Gürcüstanda, Naxcıvanda, Tovuzda, Şəmkirdə, İsmayıllıda, Qəbələdə, Şəkidə, Zaqatalada, Gəncədə, Mingəcevirdə, Şamaxıda, Qubada və bir çox rayonlarımızda olmuşam. Son olaraq isə 16 yaşımda Ukraynada, Sverdlovskda olmuşam. 

Qadin.Netlilərlə səyahət (1-ci hissə)

Lamiye

Mən də olmuşam bəzi yerlərdə. Məsələn: Tovuzda, Gəncədə, Astarada. Getmək istədiyim yerlər çoxdu. Qubada daha çox olmaq istəyirəm. Ölkələrdən isə Türkiyə ilə Almaniyada olmaq istiyərəm. İnşallah oraları da gəzib,  görmək qismət olar.
mira-amar
Mən demək olar ki, Naxçıvanın (yəni yaşadığım yerin) hər qarışını gəzmişəm. Amma təbii ki, Azərbaycanımız Naxçıvanla bitmir. Azərbaycanın digər rayonlarında olmamışam. Ən çox Şəki-Zaqatala, Quba-Xaçmaz-Qusar, bu zonaları görmək istəyərəm. Əlbəttə ki, Qarabağ da başda olmaq şərti ilə. Xaricə gələndə isə, o qədər də həvəsim yoxdu. Amma Yunanstan və İtaliya ən çox diqqətimi çəkən ölkələr arasındadır. Türkiyəyə də getmək istərdim. Bu yaxınlarda fikirləşirəm ora getməyi. Amma Yunanstan və İtaliya bir az çətin olar. 
Asi
Mən Masallıdan başqa heç yerdə olmamışam. Bir dəfə Lənkəranda olmuşam. Onda da toya getmişdim. Bir gün qalıb gəldim. Qubada, Şəkidə bir də Naxçıvanda olmaq istərdim. Qışda Quba maraqlı və qəşəng olur. Əsasən də dağları. Şəkidə həm ləhcələri xoşuma gəlir, həm də Şəki xan sarıyında olmaq istərdim. Naxçıvana yalnız gəzməyə getmək istərdim. Ən çox olmaq istədiyim yerlər bunlardır.
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
 Fidan
Ümumiyyətlə, Azərbaycandan kənara çıxmamışam. Olduğum bir-iki dənə rayonlar var. O da ki, səhər getmişik, axşam gəlmişik. Amma bir dəfə Bərdəyə getmişdim. Anamın xalası orda yaşıyırdı və halı çox pis idi. Baş çəkməyə getmişdik. Düz bir həftə orda qaldıq. Onu deyim ki, o bir həftə də Bakım üçun və Yasamalım üçün çox darıxdım. Özümü orda qərib hiss elədim. Halbuki Azərbaycandan kənara çıxmamışdım. Mənim yaşım az olduğu üçün gələcəkdə haralara gedəcəyimi deyə bilmərəm. Amma getmək istədiyim ölkələr siyahısında İran və Səudiyyə Ərəbistanı var. Amma coğrafiyaya həvəsim böyük olduğu üçün, bütün dünyanı səyahətə çıxmağı çox istiyirəm. Allahımın bizlərçün müvəqqəti yaratdığı gözəl yerləri görmək üçün. Belə gözəl yerləri gördükcə və eşitdikcə bir daha əmin oluram ki, görün Cənnət necədir.
 Ayan
Azərbaycanın hər bir guşəsində olmaq istərəm. Amma olduğum yerlər- Masallı, Quba, Yardımlı, Mingəçevir. Xarici ölkələrdə olmamışam. Amma olmaq istərdim. Əsasən də Türkiyədə və Amerikada. Həmin ölkələr mənim diqqətimi daha çox çəkir. Əhalisinin yaşayış tərzləri mənə çox maraqlı gəlir. İnşAllah həmin ölkələri görmək nəsib olar mənə.
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
PERVANE ELIYEVA .......
Əslində çox həvəskar deyiləm ki, hansısa bir ölkəni gəzim, dolaşım. Rayonlarımızın əksəriyyətində olub, yaxşı istirahət etmişəm. Qəbələdə, Qubada, Qusarda, İsmayıllıda, Şamaxıda, Neftçalada, Ucarda, Goranboyda, Dəvəçidə-Qalaaltıda, Gəncədə  olmuşam. Vətəndən lap uzağa isə qismət olsa Kiyevə hazırlaşıram ailəmlə. Amma ən çox gedib görmək istədiyim yer isə Tbilisidi. Bilmirəm niyə. Amma ora çox getmək istəyirəm. Əgər qismət olsa öz maşınımızla getmək istəyirik. Allah kimin nə arzusu varsa nəsibi etsin. Allah hər kəsə imkan yetirsin arzu etdikləri ölkələrimi deyim, şəhərlərimi deyim kim hara getmək istəyirsə gedib görsünlər.
Lalə Hacət-i Vuslat
33 yaşım olmasına baxmayaraq, çox az səyahət etmişəm. Deyim ki, imkanım olsa gəzərəm-yox."Evim, dörd divarım, hüzurum!"- düşünənlərdənəm çünki,nə zamansa səyahət imkanım da olsa,yalnız Rəbbimin dinini yaymaq üçün olar. İlk dəfə 12 yaşımda Lənkəranda toyda olmuşam. Sonra 14-15 yaşımda İrakda Kərbəla ziyarətində və İranda İmam Rza(ə) ziyarətində olmuşam. Bu səyahətimdən peşmanlığım ondadır ki, zamansız, hazırlıqsız getdim. Dərsdən evə gəldim. Atam dedi:" Səhər ananla yola çıxırsız"- sürpriz etmişdi bizə. Amma, belə ziyarətə hazırlıqlı getmək lazımdır. Çünki, cismim getsə də, içim burda qaldı. Bu yaxınlarda Lerikin Kəlvəz kəndində oldum. Çox gözəl təbiəti var. Dağ havası, bulaq suyu, hər şeyi təbii... Arzum isə (dünyaya aid ən böyük istəyim) - Məkkədə Həcc ziyarətində olmaq və Mədinədə Peyğəmbərimiz (s.a.a.s) in qəbrini ziyarət etməkdir. Əlimdə olsa çox şeydən keçərəm bunun üçün...
Səslərin sayı: 15
94
4858
loading...
Şərhlər
Offline
hayat yolu
GOZEL YERLERDI......
10 sentyabr 2013 19:27
Offline
Rzayeva Guler
Men London ve Parisde olmaq isteyirem insallah qabagki ilerde Ora gederem
10 sentyabr 2013 19:24
Offline
Samir Aliyev
canimm evvelce menede xeberinde yer verdiyin ucun cox saqollll men bu xeberler cixandan burda olmamisam bu gun yadim adsub butun bolumlerin ebaxirdim

sende cox sagol canim iwtirak etdiyin ucun
8 avqust 2013 23:17
Offline
♥Sevgilimi çox sevirəm♥
canimm evvelce menede xeberinde yer verdiyin ucun cox saqollll men bu xeberler cixandan burda olmamisam bu gun yadim adsub butun bolumlerin ebaxirdim
4 avqust 2013 12:08
Offline
Realist
İnşAllah sağ-salamat alasan bəbəşkanı qucağına,amin. Heç olmamışam cox istəyirəm gedim aparan qokki

Çox sağ ol, canım. ALLAH razı olsun səndən. İnşallah gələn yayı sən də öz körpənlə qarşılayasan. Gedib bir yerdə istirahət edərik Şəkidə. AMİN.
19 iyul 2013 14:53
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Flowers
Getsəm canla-başla, bacıcan. Bu il qismət olmadı, hamiləliyimə görə... İnşallah sağlıq olsun növbəti yaya getmək istəyirik. Sən olmamısan heç Şəkidə?

İnşAllah sağ-salamat alasan bəbəşkanı qucağına,amin. Heç olmamışam cox istəyirəm gedim aparan qokki dash
19 iyul 2013 12:59
Offline
Realist
Məni də apar nolarr gedəndəəə

Getsəm canla-başla, bacıcan. Bu il qismət olmadı, hamiləliyimə görə... İnşallah sağlıq olsun növbəti yaya getmək istəyirik. Sən olmamısan heç Şəkidə?
19 iyul 2013 12:55
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Flowers
Caaan bacım. Mən də Şəkimi istəyirəm. Ancaq gedə bilmirəm..



Məni də apar nolarr gedəndəəə
girl_cray

2gun bunnan qabag şekideydik dogrudanda cox gozel yerdi.. Caaan mene tez deseydin aparardim

Sən gərək online sms-də yazardın qabaqcadan Şəkiyə getdiyini dash
19 iyul 2013 12:46
Offline
AyLiN
Lovable_MadaM
2gun bunnan qabag şekideydik dogrudanda cox gozel yerdi.. Caaan mene tez deseydin aparardim kiss
18 iyul 2013 23:36
Offline
Realist
məni də aparın Şəkiyəəə, dostumun yanın..

Caaan bacım. Mən də Şəkimi istəyirəm. Ancaq gedə bilmirəm.. request wassat recourse
18 iyul 2013 21:01
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Fatma xanım
qismet bize qonaq gelersiz.

təşəkkür edirəm inşallah qismət olar gələrəm

Mende orda olub, coxlu dua elemek isterdim

inşallah ikimizədə qismət olar gedib orda dua edərik
18 iyul 2013 20:53
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Samir Aliyev
Allah her kesi arzusuna catdirsin amin cox sagol bacican bele gozel xeber hazirladigin ucun

deymez canim xowdu
18 iyul 2013 20:45
Offline
Nigar
Allah her kesi arzusuna catdirsin amin cox sagol bacican bele gozel xeber hazirladigin ucun
17 iyul 2013 11:08
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Samir Aliyev
T

E

Ş

E

K

K

Ü

R

L

E

R
16 iyul 2013 16:59
Offline
ILKIN
"give_ros give_ros give_ros give_ros təşəkkür"
15 iyul 2013 23:39
Offline
Nəzrin
Mama uşağısanda

Mama uşağı deyiləm sadəcə onunüçün narahat oluram ki,neyniyir neynəmir hər şey yolundadı ya yox
15 iyul 2013 23:32
Offline
Samir Aliyev
Bəzi rayonlarda olmuşam gəzməyi o qədərdə sevmirəm ...evimdə olum o mənə bəsdi hələ mamamsız heç yerə getmərəm yoxsa ağlayarame :)Fidan hə bacı məndə Bakım və Yasamalım üçün darıxaram xəbərinizdə uğurlar

Innaki mende eleyem feel .Cox sagol serhe gore give_ros
15 iyul 2013 23:31
Offline
GÜLÇİN

Bəzi rayonlarda olmuşam gəzməyi o qədərdə sevmirəm ...evimdə olum o mənə bəsdi hələ mamamsız heç yerə getmərəm yoxsa ağlayarame

Can balaca.Mama uşağısanda.Ailə qurana kimidir,sonra mamasız qalmağa vərdiş olacaqsan.
15 iyul 2013 23:29
Offline
Nəzrin
Bəzi rayonlarda olmuşam gəzməyi o qədərdə sevmirəm ...evimdə olum o mənə bəsdi hələ mamamsız heç yerə getmərəm yoxsa ağlayarame :)Fidan hə bacı məndə Bakım və Yasamalım üçün darıxaram xəbərinizdə uğurlar
15 iyul 2013 23:26
Offline
Flowers
Həmişə gəzməklərdə, istirahətdə, əziz Qadin.Netlilər yahoo

hazirlaşirig 2gune Şeki Qax tereflere gedey

Aylincim, bax bu haqsızlıq oldu Madama, məni də aparın Şəkiyəəə, dostumun yanın.. girl_cray


PERVANE ELIYEVA ......., arzu etdiyi şəhərin məhz Tbilisi olduğuna sevindim. Həm ona görə ki, gözəl şəhərdir həqiqətən gəzməyə görməyə dəyər yerdir. Həm də ona görə ki, heç də çox uzaqda deyil. istənilən vaxt gəlib gəzə bilər Tbilisini.

Mənə artıq nəsib olub bu xoşbəxtlik, yahoo hayıf ki bir günlük səyahət oldu. unknown
15 iyul 2013 20:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )